"Xalq Bank" iş adamları ilə kəllə-kəlləyə... - İTTİHAM
Tarix: 16-09-2019, 11:01 | Çap et
Paytaxt Bakının Nərimanov rayonunun ən elitar ərazisində yerləşən Səməd Vurğun küçəsi, 120 ünvanlı «Yasmin» biznes mərkəzindən qanuni yolla ofis və obyekt alan 22 nəfər iş adamının hərc-mərclik, maxinasiya və saxtakarlıq pərdəsi altında baş tutmuş bir kredit oyununa görə başlarına gətirilənlər artıq gündəmdədir. Ölkə mediası da israrla bildirir ki, "Xalq Bank" bu xoşagəlməz əməlləri ilə ölkə biznesinin inkişafına ciddi zərbələr vurur. Qanun çərçivəsinə heç cür sığmayan bu neqativliklər, 2008 və 2009-cu illərdə burada özlərinə böyük məbləğə ofis və obyektlər alan həmin iş adamlarının həm mülkiyyət hüquqlarını kobud şəkildə pozub, həm də onların biznes fəaliyyətlərini ağır zərbəli təhlükələrlə üz-üzə qoyub. Dəhşət ondadır ki, jurnalist araşdırmaları zamanı əldə etdiyimiz faktlar, bu kredit oyununun bir ucunun sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun adı ilə bağlı məlum dövləti cinayətlərə bağlılığını da sübut edir.
Ciddi araşdırmalar hesabına araz.az-ın əməkdaşının qələmə aldığı bu yazı da (Son vaxtlar, araz.az-da dərc etdiyimiz üç araşdırma yazısı da, bu mövzunu əhatə edib. Həmin araşdırma materiallarının tam mətnləriylə ilə aşağıdakı linklərdən tanış ola bilərsiniz: http://araz.az/index.php/dizh-r/saenin-statusun/8-guend-m/6285-10-milyon-kredit-bordzunu-gaytarmayan-mars-m-khalg-bank-t-krar-17-milyon-dollar-krediti-nedz-verib-mue-mma;
http://araz.az/index.php/zhuend-m/6288-h-bsd-ki-is-adam-sahibkarlar-n-mlak-n-banka-nedz-zhirov-goyub-yasmin-d-ki-obyekt-sahibl-ri-f-ryad-edir;
http://araz.az/index.php/zhuend-m/6310-khalg-bank-oelk-biznesinin-inkisafina-adzig-askar-mane-olur-ittiham ), "Yasmin" ticarət mərkəzi ətrafında törədilən həmin qanunsuzluqlar barədədir. Əvvəlki həmin məqalələrin mahiyyətini qısaca xatırlatmaqla, bir daha demək istəyirik ki, "Xalq Bank" ASC-də və "Mars-M" MMC-də məsul vəzifə tutanların bağışlanmaz günahları ucbatından "Yasmin" ticarət mərkəzi ətrafında törədilənlər mövcud qanunlarımız çərçivəsinə heç cür sığmır və birbaşa dövlətin biznes siyasətinə qarşı yönəlib.
LƏĞV OLUNAN MTN-İN BAŞKƏSƏN DƏSTƏSİNƏ BAŞÇILIQ EDƏNLƏRİN TƏKİDLƏRİYLƏ VERİLƏN MÜƏMMALI KREDİTLƏR
Картинки по запросу xalqbankƏvvəlki yazılarımızdan da göründüyü kimi, qalmaqal dolu və səngimək bilməyən kriminal xarakterli bu hadisə, ümumi sahəsi 20800 kvadratmetr olan 8 mərtəbəli "Yasmin" ticarət mərkəzinin həmin 22 nəfər sahibkarın ofis və obyektləri yerləşən 16000 kvadratmetr sahəsinin də, qanunsuz "Xalq Banka" girov qoyulub, əvəzində külli miqdarda kredit götürülməsindən sonra baş verib. Halbuki "Xalq Bank"ın həmin sahibkarlara qarşı heç bir iddiası ola bilməz. Çünki həmin sahibkarların özləri bu bankdan kredit götürməyiblər və buna görə, öz əmlaklarını girov qoymayıblar. Qanunsuz yolla və saxta üsulla girov qoyub, kredit götürən isə, "Yasmin" ticarət mərkəzinin məxsus olduğu ”MARS-M” firmasının hazırda həbsdə olan kriminal ləqəbli direktoru Mərhəmət Bəşirovdur. Adı bir sıra digər qatı cinayətlərdə belə hallanan bu şəxsin "kredit hekayəsinin" də kriminal süjet xətti var. "Mars-M" MMC-nin həmin direktoru qanundankənar sövdələşməyə girərək, "Yasmin" ticarət mərkəzinin binasında qeyri-yaşayış sahəsi almağa üst-üstə 5 milyon manatdan çox pul xərcləyən, 2008-ci ildən burada sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların əmlak hüquqlarını kobud şəkildə pozmaqla, sonda, bu şəxslərin üstündə 17 milyon dollarlıq kredit oyununa getməkdən belə çəkinməyib. Bir ətək pul töküb, bu ticarət mərkəzində obyekt alanlara 10 ildən sonra məlum olub ki, şirkətin sahibi onların adına rəsmiləşdirdyi obyektləri də həmin banka girov qoyub. Sonda, "Mars-M” “Xalq Bank”-a külli miqdarda borclu qaldığı üçün, bank bunun qarşılığında həmin sahibkarların dəyərləri milyonlarla ölçülən halal ofis və obyektlərinə də əl qoyub. Ümumiyyətlə, 2013-cü ildə "Xalq Bank"a müraciət edərək, 10 milyon manat məbləğində kredit əldə edən və onu qaytara bilməyən Mərhəmət Bəşirova, 2015-ci ildə bu bankın təkrar 17 milyon dollarlıq kredit ayırması şübhəli çox məqamlardan xəbər verir. Çünki bir bankın etibar qazanmayan müştərisi, həmin bankdan təkrar bu boyda kredit götürə bilməz. Bütün bunlara baxmayaraq, Mərhəmət Bəşirov hər iki dəfə kredit götürməyə müvəffəq olub. Axı, "Xalq Bank" bu hüquqi şəxs haqqında bütün məlumatları dəqiqləşdirmədən, milyonluq kredit sövdələşməsinə belə bir asanlıqla necə gedib?! Dəyəri milyonlarla ölçülən kreditlər barədə bankların necə qərar verdiyini yaxşı bilirik. Öncə verilən kreditin faizlə qaytarılması üçün, hər bir bank müştərinin maliyyə və sosial etibarlılığını diqqətlə araşdırıb, yoxlamalı, borcalanlarla bağlı statistikanı aparmalıdır. Təəssüf ki, "Xalq Bank" Mərhəmət Bəşirovla bağlı belə bir hərəkət etməyib. Halbuki "Xalqbank"a internetə girmək kifayət edərdi ki, öz müştərisi olan Mərhəmət Bəşirov haqqında bütün məlumatları əldə etsin. Çünki, əvvəlki yazılarımızda bildirdiyimiz kimi, ona ipoteka krediti verilməzdən əvvəl də, mətbuat və sosial şəbəkələr onun saxtakarlıq və maxinasiya dolu fəaliyyəti ilə bağlı məlumatlarla dop-dolu idi. Çox təəssüf ki, "Xalq Bank" ikinci dəfə kredit verəndə belə, bir bank üçün ən vacib sənəd olan kredit tarixçəsinə baxmayıb. Mərhəmət Bəşirovun pis bir kredit tarixçəsi olubsa, bu qədər krediti ona necə etibar etmək olardı?! Elementar bank şərt və qaydalarına əməl olunmadan, Mərhəmət Bəşirova bu boyda kreditin ayrılması, ləğv olunmuş MTN-nin kriminal dəstəsinin adı ilə bağlanır. Bu biabırçı xoşagəlməzliklər həmin sahibkarlara məlum olandan sonra, onlar bir neçə dəfə bankın rəhbərliyi ilə görüşə cəhd edib, əsl həqiqəti ona çatdırmaq istəyiblər. Lakin "Xalq Bank"ın başda duranı -- Asim Məmmədli hər dəfə bu görüşlərdən yayınıb. Onun həmin iş adamları ilə görüşdən imtina etməsi, rəhbəri olduğu bankın qanunsuz hərəkətlərindən əziyyət çəkən vətəndaşları dinləməyə hazır olmaması başa düşülən deyil. Bu ona dəlalət edir ki, Mərhəmət Bəşirovla bank rəhbərliyi arasında əvvəllərdən münasibət olub və aralarında gizli pul sövdələşmələri gedib. Əvvəlki məqalələrimizdə göstərdiyimiz kimi, bu barədə əlimizdə tutarlı faktlar kifayət qədərdir. Hətta bilirik ki, "Xalq Bank"ın paytaxt Bakının İnşaatçılar prospektində yerləşən yaraşıqlı baş ofis binasının inşasını da, Mərhəmət Bəşirovun rəhbərlik etdiyi şirkət həyata keçirib. Bu binanın tikintisi həyata keçirilərkən milyonluq maxinasiya və saxtakarlıqlar baş verib. Sonrakı araşdırmalarımızdan məlum olub ki, 17 milyon dollarlıq ipoteka krediti, ləğv olunmuş MTN-nin başkəsən dəstəsindəki generalların təkidlərindən sonra Mərhəmət Bəşirova verilib. Elə, bu kreditin çox hissəsi onlara çatıb. Qalan hissəsi isə, Mərhəmət Bəşirovun ölkədən xaricdəki kriminal otaqlarının ünvanlarına yönləndirilib. Bu səbəbdəndir ki, həmin kreditin taleyi İndiyədək heç kəsə məlum deyil. Bütün bunlar ona işarədir ki, Mərhəmət Bəşirov bundan çox-çox əvvəl kriminal dəstələrlə əlbir olub. Dediklərimizin dəqiqəliyinə şübhə yeri qalmır. Belə olmasaydı, bank, heç olmasa, girov kimi qəbul etdiyi "Yasmin" ticarət mərkəzində yerləşən və ayrı-ayrı fərdlərə məxsus ofis və obyektlərin sahibləri ilə maraqlanar, həm də verdiyi kreditin təyinatı üzrə sərfinə nəzarət həyata keçirərdi. Təəssüf ki, bunlar olmadı və kreditin hər ikisi də, öz təyinatları üzrə xərclənmədi. Bunun zərbəsinin dəhşət dolu ağrısı isə, adi iş adamlarının başlarında çatladı.
BU QATI CİNAYƏTİN BİRBAŞA HƏMİN SAHİBKARLARA QARŞI TÖRƏDİLDİYİ ŞÜBHƏSİZDİR
Araşdırmalarımız da göstərir ki ümumi sahəsi 20800 kvadratmetr olan 8 mərtəbəli "Yasmin" ticarət mərkəzinin həmin 22 nəfər sahibkarın obyektləri yerləşən 16000 kvadratmetr sahəsi həmin vaxt banka girov kimi qoyula bilməzdi. Çünki 2008-2009-cu illərdə rəsmən onlara satılmış bu sahədəki mülkləri, 2013 və 2015-ci illərdə bankın girov kimi qəbul etməsinə mövcud qanun və qaydalarımız da heç cür icazə vermir. Ona görə ki, həmin ticarət mərkəzinin və “Mars-M” şirkətinin direktoru Mərhəmət Bəşirov bundan xeyli əvvəl onlarla alqı-satqı müqavilələri bağlayıb, bunun əsasında, həmin qeyri-yaşayış sahələrini rəsmən onlara satıb. Üstəlik, bu müqavilələr notarial qaydada təsdiqini tapıb, hətta alıcılara bu barədə maliyyə arayışları da verilib. Əvvəlki yazılarımızda qeyd etdiyimiz kimi, həm də ona görə ki, onda, həmin ticarət mərkəzinin özü bütövlükdə girov predmeti ola bilməzdi. Həmin vaxt, Fövqəladə Hallar Nazirliyi tərəfindən təhvil-təslim edilməyən, istismara yararlılığı lazımi sənədlərlə təsdiqlənməyən həmin ticarət mərkəzinin binasının hansısa bankda girov kimi qəbul edilməsi mümkünsüz idi. Bir də ki, 2008 və 2009-cu illərdə bağlanan müqavilələrin əsas predmeti ”MARS-M” firmasina məxsus "Yasmin" ticarət mərkəzindəki obyektlərin vətəndaşlara satılmasından ibarət olub. Həmin müqavilələrdə tərəflərin öhdəlikləri də açıq-aydın göstərilir. Satıcı kimi həmin firma tikinti-quraşdırma işlərini layihə sənədlərinə müvafiq olaraq, qəbul edilmiş standartlara uyğun yüksək keyfiyyətlə həmin alıcılara təhvil verməyi öz öhdəsinə götürüb. Ofis və digər obyektlərin bütün dəmir-beton, hörgü və suvaq işləri, fasadları layihədə razılaşdırılmış qaydada yerinə yetirildikdən sonra, alıcılara satılıb. Bütün bu öhdəliklərdən əlavə, satıcı həmin obyektlərin mühəndis kommunikasiya işlərini -- su, işıq, isti-soyuq hava təchizatını da təmin edib. Alıcının yeganə öhdəliyi isə, ticarət mərkəzinin hər bir kvadrat metr sahəsi üçün 2800 AZN dəyərini qabaqcadan müəyyən edilmiş ödəmə qrafikinə əsasən tam ödəməkdən ibarət olub. Və həmin 22 nəfər alıcı bu öhdəliyi tam ödəyərək, bu obyektlərə qanuni sahib çıxıblar. Alıcılara bundan sonra, hətta maliyyə arayışları da verilib. Həmin müqavilələrdə tərəflərin əmlak hüquqları da, açıq-aşkar göstərilib. Konkret onu da demək lazımdır ki, ticarət mərkəzinin tərkibində olan obyektlər, tikinti başa çatdıqdan sonra, Nəsimi Rayon İcra Hakimiyyəti Komissiyasının aktlari üzrə istismara təhvil verilib. Həmçinin investorlar tərəfindən öz öhdəliklərinin lazımi qaydada icrasının nəticəsi kimi, onlara, proporsional olaraq, daxil edilən investisiyalar üzrə ümumi pay-mülkiyyət hüququ verilib. Tikinti başa çatdıqdan sonra, həm də obyekt bölməsi eksplikasiyalar və texniki inventarlaşma orqanlarının texniki pasportları ilə dəqiqləşdirilib, BTİ natura ölçüləri əsasında investorların sifarişi ilə hazırlanıb və tərəflərlə razılaşdırılıb. Qəbul edilmiş qərarlar, müqavilənin şərtlərinə əsasən, investisiya layihəsinin həyata keçirilməsinin nəticələri haqqında akt ilə rəsmiləşdirilib. Müqavilə üzrə nəzərdə tutulan obyekt sahəsi digər dövlət orqanları tərəfindən rəsmiləşdirildiyi müddət ərzində, sahə ölçüləri böyük və ya kiçik olduqda indeksasiya məsələsi tərəflər arasında razılaşdırılıb. Bir sözlə, alıcı və satıcı arasında bağlanmış müqavilənin ümumi şərtlərinə əsasən, müəyyən olunmuş müddətdə alıcılar aldıqları yerlərin tam məbləğini ödədikdə, qeyd olunan obyektlər öz mülkləri kimi onlara təhvil verilib. Hər obyekt üçün müqavilələrdə nəzərdə tutulan məbləğlər tam ödənildikdən sonra, Mərhəmət Bəşirov hər bir iş adamı ilə notariusa gedib, alqı-satqıya etiraz etmədiyini bildirib və satışla bağlı razılığını verib. Beləcə, həmin 22 nəfərin hər biri öz obyektlərinin sahibi olublar. Müqavilə şərtlərində o da gostərilib ki, tərəflər arasında meydana gələn fikir ayrılıqları və ya mübahisələr, bir qayda olaraq, ya danışıqlar vasitəsi ilə həll edilməli, ya da danışıqların müsbət nəticəsi mümkün olmadıqda, onlara Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə müvafiq olaraq, maraqlı tərəfin iddiası əsasında müvafiq orqanlar tərəfindən baxıla bilərdi. Bütün bunlar ona işarədir ki, həmin 22 nəfər iş adamı, aldıqları obyektlərin tam hüquqlu sahibidirlər. Lakin bütün bunlara baxmayaraq, yuxarılarda oturan səlahiyyət sahiblərindən kimlərinsə adından sui-istifadə edən "Xalq Bank" rəhbərləri, məhkəmə qərarlarına belə məhəl qoymadan, istədiklərini etmək üçün bütün qanunsuzluqlara gedirlər. Belə olmasaydı, rəsmi məhkəmə qərarı olmadan, "Xalq Bank"-ın qanunsuz olaraq, "Cəsur" mühafizə qurumundan mühafizəçilər tutub, 2009-cu ildən “Yasmin” biznes mərkəzində sahibkarlarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların öz obyekt və ofislərinə basqın etməzdi. Artıq, çoxdandır ki, bu yolla həmin iş adamlarının öz obyektlərinə daxil olmasına qadağalar qoyulması, bizneslərini davam etdirməyə imkan verilməməsi də həmin qanunsuzluqların daha bir təsdiqidir. Görünür, bu yolla dövrəyə girən "Xalq Bank" rəhbərləri, elə, bu yolla da obyektlərini onların əllərindən almaq istəyir. Həmin vaxtdan da, 22 nəfər bir daha haqq səslərini ölkə rəhbərliyinə çatdırmaq üçün yollar axtarır. Yenə də, ölkə rəhbərliyinin adına, əlaqədar nazirlik və idarələr ünvanlarına vurduqları teleqramların, yazdıqları şikayət xarakterli müraciətlərin sayı-hesabıı yoxdur. Bütün bunlara baxmayaraq, "Xalq Bank" rəhbərləri həmin iş adamları ilə elə rəftar edirlər ki, sanki bu halal obyektlərini onlar bankın əlindən alıblar. Başa düşmək istəmirlər ki, bu cinayəti həmin iş adamlarına qarşı Mərhəmət Bəşirovla mütəşəkkil qaydada onlar da törədiblər. Ən dəhşətlisi odur ki, bank səlahiyyətliləri onlarla, heç olmasa, stol arxasında oturub, bu qanunsuzluqları müzakirə etmək istəmirlər.
ÜMİD YALNIZ BÖYÜK ALLAHA, BİR DƏ ÖLKƏ BAŞÇISINA QALIB
Haqlarına çatmaqda ümidləri tükənmək üzrə olan 22 nəfər sahibkarın Böyük Allahdan və ölkə rəhbərindən imdad diləməkdən başqa əlacları qalmayıb. Onların ümidləri ona görə tükənir ki, yerli, Bakı Apellyasiya və Ali məhkəmələrinin ədalətli qərarları ilə, həmin iş adamlarının obyekt sahibi olmaları təsdiqlənsə də, hüquqlarını tam qoruyan həmin qərarları Konstitusiya Məhkəməsi özünün 18 iyul 2018-ci il tarixli müəmmalı məqamlarla dolu bir qərarı ilə ləğv edib, Ali Məhkəmənin Plenumuna göndərməsini onlar indiyədək heç cür anlamadıqlarını deyirlər. Doğrudan da, Plenumun qərar qəbul edib, işə, ətraflı baxılması üçün, bir daha Apellyasiya Məhkəməsinə göndərməsi başa düşülən deyil. Onsuz da, onların xeyrinə bütün instansiyalarda düzgün məhkəmə qərarları çıxarılıb. Bu, nəyə lazım idi, anlaşılan deyil! Təəssüf ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli düzgün qərarına baxmayaraq, Konstitusiya Məhkəməsində bunun tam tərsi olan və konsepsiyalarımıza uyğun olmayan bir qərar çıxarıldı. Nə yaxşı ki, 17 iyul 2019-cu il tarixində Ali Məhkəmə Konstitusiya Məhkəməsinin 18 oktyabr 2017-ci il tarixli qərarına qarşı daha bir qərar təqdim edərkən, öz qətiyyətini bir daha təkrarladı. Axı, "Xalq Bank"ın da həmin iş adamlarına qarşı heç bir iddiası ola bilməz. Çünki onlar bu bankdan kredit götürməyiblər və öz əmlakını girov qoymayıblar. Bu məsələdə üstünlük qanun çərçivəsində onların tərəfində olduğundan, Konstitusiya Məhkəməsinin buna məhəl qoymaması başa düşülən deyil. Həm də, tale məsələli belə bir məqamda, prosedur qaydasında hansısa detallı araşdırma da aparılmayıb. Bir göz qırpımında qərar qəbul edilməsi iş adamlarını olduqca çox narahat edib. Əlləri hər yerdən üzülən həmin sahibkarlar, törətdiyi külli miqdarda mənimsəmə faktlarına görə hazırda həbsdə olan "Mars-M” MMC-nin və bu tikinti qurumunun özünün inşa etdiyi “Yasmin” biznes mərkəzinin direktoru olan, pis əməllər sahibi kimi ictimaiyyətin tanıdığı Mərhəmət Bəşirovun "Xalq Bank" ASC-nin rəhbər şəxsləri ilə saxta biznes əlaqələrini və bu saxtakarlığın qurbanına çevrildiklərini, şikayət xarakterli müraciətləri vasitəsilə, dəfələrlə, ölkə başçısının da diqqətinə çatdırıblar. Bu firildaq nəticəsində haqqlarının pozulmasına, əmlaklarının qanunsuz ələ keçirilməsinə imkan verməməsi, bu ciddi məsələnin vicdan çərçivəsində həllini tapmasını təcili nəzarətə götürməsi üçün dövlət rəhbərinə səsləniblər. Ötən yazılarımızda da bildirmişdik ki, araz.az-ın əməkdaşlarıyla görüşüb, dərdlərini onlarla bölüşən həmin iş adamları deyiblər ki, böyük məbləğə aldıqları obyektlərini müasir qaydada təmir etdirmək üçün də, külli miqdarda pul xərcləyiblər. Onların dediklərini təkrar verməyi lazım bilirik. Şikayətçilər deyiblər ki, onların ofis və obyektlərini, “Mars-M” şirkətinin direktoru Mərhəmət Bəşirov, onların xəbəri olmadan, "Xalq Bank"a girov qoyaraq, kreditə külli miqdarda pul vəsaiti götürüb: "Bu hadisə biz obyektlərimizə maliyyə arayışı aldıqdan 5 il sonra baş verib. Dəhşət ondadır ki, biznes mərkəzinin özü tam təhvil verilmədən, yəni, bina girov obyektinə çevrilmədən əvvəl bank rəhbərliyi bu əməliyyata razılıq verib. Hələ xəbərimiz də var ki, bankın kredit komissiyası Mərhəmət Bəşirov hər iki dəfə kredit götürmək istəyəndə, buna mənfi rəy verib. Ona görə ki, Fövqəladə Hallar Nazirliyi indiyədək "Yasmin" biznes mərkəzinə istismara yararlı olması barədə, lazımi sənədlər verməyib. Bu sənədlər olmadan, hansısa tikilini girov qoyma da mümkün deyil. Fövqəladə Hallar Nazirliyinin indiyədək mərkəzin binasına həmin sənədləri verməməsinin də ciddi səbəbləri var. Əsas səbəb odur ki, “Mars-M” MMC-nin tərkibindəki bu ticarət mərkəzinin binası, əslində, 8 yox, 5 mərtəbəli olmalıymış. Elə, "Mars-M" MMC-nin özünün inşa etdiyi bu biznes mərkəzinin binasının qabaqcadan təsdiqlənmiş inşaat layihəsində də, 5 mərtəbəli olacağı göstərilib. Hal-hazırda biz məhkəmələrdə dizin-dizin sürünürük. Sahibkar olsaq da, heç kim bizə hörmətlə yanaşmır, hətta bizim halal obyektlərimizi qeyri-qanuni olaraq, əlimizdən qoparmağa çalışırlar. Cənab prezidentin “Sahibkar bu ölkəni ayaq üstə saxlayan təbəqəsidir, onları incitməyin!” deməsinə baxmayaraq, heç kim bizi eşitmək istəmir. Hətta ölkə rəhbərinə ünvanladığımız şikayətlərimizin ona çatmasına da imkan verilmir. Səsimizi dövlətimizin rəhbərinə çatdıra bilmirik deyə, bizə, öz obyektlərimizə daxil olmağa belə icazə vermirlər. Bir sözlə, öz halal əmlakımızı faktiki olaraq ələ keçirən “Xalq Bank” ASC, ticarət mərkəzinin binasına qanunsuz mühafizə yerləşdirməklə, bizim obyektlərimizə girişimizə, qanuni əsaslarla aldığımız əmlakımızdan təyinatına uyğun istifadə etməyimizə mane olur. Bütün bunlarla yanaşı, illər əvvəl “Mars-M” MMC ilə qurduğu kredit-ipoteka oyununun son mərhələsi olan məhkəmə proseslərində, əmlakımızı ələ keçirməyi leqallaşdırmaq üçün, dəridən-qabıqdan çıxır. Bütün bunlar azmış kimi, məhkəmədə "Xalq Bank"ın vəkili tərəfindən təhqirlərə məruz qalırıq. O, bizi səsi kəsilmiş, boğulmuş, maddi və mənəvi əzablara düçar edilmiş bir kütləyə bənzədib, nalayiq sözlərlə ələ salmaqdan belə çəkinmir. Biz inanır və ümid edirik ki, bank rəhbərliyinin belə qanunsuz hərəkətlərinə son qoyan, incidilən hər bir iş adamına sahib çıxan tapılacaq. Konkret desək, prezidentimiz və onun xanımı bizi vicdansızların vicdanına buraxmayacaq, məcburi düçar edildiyimiz xoşagəlməz belə bir problemdən tezliklə xilas edəcək, rəhbəri olduğu bu dövlətin hər bir vətəndaşının haqqını tezliklə özünə geri qaytaracaq. Bu inamı və ümidi, bizə, ölkə başçısının iş adamlarına müraciətində dediyi bu sözləri verib: “Əgər sahibkarların işinə müdaxilələr varsa, onlara bir daha müraciət edib, deyirəm ki, dərhal məlumat verin, dərhal səsinizi qaldırın. Cəmiyyətdə ictimai nəzarət daha da güclü olmalıdır. Hər bir siqnala reaksiya verilir, araşdırılır və ölçü götürülür. Bütün xoşagəlməz hallara qarşı daha da ciddi mübarizə aparılır. Sahibkarlığın inkişafı Azərbaycanın ümumi inkişafının əsas şərtidir. Ona görə, sahibkarlara maksimum sərbəstlik verilməlidir. Son vaxtlar qəbul edilmiş qərarlar, qanunlar, verilmiş sərəncamlar bu məqsədi güdür ki, sahibkarlara heç kim mane olmasın, süni əngəllər aradan götürülsün, sahibkarlar maksimum dərəcədə sərbəst, rahat şəraitdə işləsinlər, ölkəmizə vəsait qoysunlar, iş yerləri yaratsınlar və Azərbaycanda biznes mühiti daha da yaxşılaşsın. Bunlarla bağlı dəfələrlə xəbərdarlıq da edilib. Bir daha deyirəm, kim ki, söz başa düşmür, öz cəzasını alacaq. Bu gün həm ictimaiyyət, həm sahibkarlar görürlər ki, biz artıq konkret addımlar atmağa başlamışıq. İş adamlarının fəaliyyətinə müdaxilə edən dövlət qurumları bundan sonra da cəzalandırılacaq. Artıq ictimaiyyət bunu görür və görəcək. Bizim çox güclü siyasi iradəmiz var. Bu iradənin təməlində Azərbaycan xalqının dəstəyi dayanır. Xalq da bizim bütün təşəbbüslərimizi alqışlayır, bəyənir, dəstəkləyir. Əgər bu dəstək olmasa, biz heç bir iş görə bilmərik”. Bu gün biz sahibkarların öz obyektlərimizə sərbəst daxil ola bilməməyimiz isə, sözün həqiqi mənasında, biabırçılıq, prezident siyasətinin və iradəsinin əleyhinə getmək deməkdir. Məhz buna görə də, dövlətimizin rəhbərinə səslənirik ki, 22 nəfər Azərbaycan vətəndaşının mülkiyyət hüququnun qabaqcadan düşünülmüş qorxulu planla pozulmasına imkan verməsin. Axı, biz, bu ölkənin layiqli vətəndaşlarıyıq, öz dövlətimizə, xalqımıza, konstitusiyamıza, prezidentimizə sadiq şəxslər, vicdanlı, qanunlara riayət edən, halallıqla işini görən, fəaliyyətimizlə cəmiyyətimizə, dövlətimizə faydalı olmağa çalışan sadə iş adamlarıyıq. İllərin alın-təri müqabilində qazandıqlarımızla qeyri-yaşayış sahəsi alıb, böyük ümidlərlə ailəmizə, cəmiyyətimizə, dövlətimizə daha faydalı olmaq üçün yeni planlar qurduq. Çox təəssüf ki, “Mars-M”-in və “Xalq Bank”-in vəzifə sahiblərinin çirkin niyyətlə qurduqları və icra etdikləri planları, bizim xeyirə köklənən planlarımızı pozur, onlar bizi əmlakımızdan məhrum etmək üçün, hiylələrə əl atırlar. Bizim kimi vətənsevər müxtəlif sənət və peşə sahiblərini bu tərzdə incitməyə heç kimin mənəvi haqqı yoxdur”. Obyekt sahibləri baş verənləri əsl cinayət kimi qələmə verirlər. Göz qabağındakı onlarla obyektin işinə mane olmağa bundan başqa ad verə bilmədiklərini deyirlər: "Doğrudan da, göz qabağındakı o boyda işlək obyektləri bu vəziyyətə salmaq ən böyük cinayətdir. Bunu sübut etməyə savad da lazım deyil. Krediti, vətəndaşların pulunu ora-bura səpələməyin başqa izahı yoxdur. O saat başa düşülür ki, ortalıqda pullar bölünərək, mənimsənilib. Əvəzində, vətəndaşların əmlakı girov götürülüb. "Xalq Bank”la Mərhəmət Bəşirovun aralarında nə olubsa, özləri bilməli, problemlərini özləri həll etməlidirlər. Biz sahibkarların əmlakmızı zəbt etməyə heç bir Azərbaycan qanunu yol vermir. Vətəndaşın əmlakı kiminsə etdiyi cinayətə görə, necə mənimsənilməlidir?! Dövlətə, xalqa, hökumətə sadiq olan insanlar, qanunpərəst vətəndaşlar, başını aşağı salıb işləyən adamlar buna görə niyə əziyyət çəksinlər ki? Bir də ki, "Xalq Bank" ortada peyda olanda, biz sahibkarların obyektləri çoxdan təmir olunub, işləyirdi. Bizə hüquq verən sənədləri əlimizdəydi. "Xalq Bank" bunu görməyə bilməzdi, axı, kor da bunu görərdi. Nə olsun, "Xalq Bank" adı yuxarılarla bağlıdır?! Qanun qarşısında hamı bərabərdir və əmlak hüququ danılmazdır. Bizim əmlakımızı heç kim əlimizdən ala bilməz! Sadəcə, baş verən hər bir hadisənin həqiqi qiymətini almasının geci-tezi var!..".
Mərhəmət Bəşirovdan obyekt və ofis alıb, külli miqdarda vəsait hesabına, öz zövqlərinə və imkanlarına uyğun təmir-dizayn işləri həyata keçirən, burada işlərini davam etdirməyə və genişləndirməyə qərar verən həmin fərdi sahibkarlarla, artıq, çoxdandır ki, heç kim hesablaşmır. Ən yuxarı instansiya məhkəməsinin tamamilə əsassız qərar qəbul etməsinin, bir bankın elementar qaydalara riayət etmədən kreditlər verməsinin, sonda əleyhinə köklənən məhkəmə prosesini qazanmasının başa düşülən olmadığını və bütün bunları izah etməyin olduqca çətinliyini, yəqin ki, hamı yaxşı bilir. Bütün bunlara görə, əzab-əziyyətlər hesabına topladıqları külli miqdarda pullarıyla aldıqları ofis və obyektləri əllərindən çıxmaq təhlükəsi ilə üz-üzə qalan həmin iş adamları da, bundan sonra, nə edəcəklərini bilmirlər. Bizsə, fakt və dəlillərin, araşdırma zamanı rastlaşdığımız saysız-hesabsız xoşagəlməz məqamların, yuxarıda qeyd olunan digər vacib məsələlərə dair sənəd-sübutların sayının əlimizdə çox olduğunu nəzərə alıb, yenə də, bu mövzuya qayıdacağımızı bildiririk. Haqqın tezliklə öz yerini tapacağı ümidiylə və həmin vətəndaşların dərdlərinə şərik olmaq istəyilə, jurnalist araşdırmalarımızı davam etdirir, Yazılarımızın davamlı olacağını bildiririk...
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıdan İrəvana qayıdan erməni nələr danışdı? – Gözlənilməz etiraf
Bu gün, 06:27 |
|
|
|
• Ədalət Verdiyev əslində niyə həbs olundu? - yetərincə bilgili biri idi, amma...
Bu gün, 06:23 |
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
|