“İlin ən yaxşı müəllimi” nazirə məktub yazdı - İttiham dolu MƏTN
Tarix: 5-08-2017, 14:11 | Çap et
Cəlilabad rayon V.Mürsəlov adına Göytəpə şəhər 1 №-li tam orta məktəbin müəllimi, “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qaliblərindən biri Zaur Ələkbərov Təhsil naziri Mikayıl Cabbarova “Açıq Məktub”la müraciət edib. “AzPolitika”nın elektron poçtuna daxil olmuş məktubu, aktuallığını nəzərə alaraq, təqdim edirik:
“Hörmətli Cənab Nazir! Mən – Ələkbərov Zaur Zakir oğlu Xocalı şəhərində anadan olmuşam. Məlum faciə zamanı yaxın qohumlarımızdan xeyli sayda (73 nəfər) şəhid vermişik, anam yaralanıb, əsir düşənlərimiz olub və çoxundan hələ də bugünkü günə qədər xəbər yoxdur. Həmin vaxt atam hərbi hissələrin birində könüllü olaraq xidmətə başladı. Döyüşlərin birində yaralansa da, bir müddət sonra mərhum Prezidentimiz, Ulu Öndər Heydər Əliyevin çağırışı ilə yenidən döyüşlərə qatılmışdır. Xidmət etdiyi hərbi hissə Cəlilabad rayon Göytəpə şəhərində yerləşdiyindən biz də burada məskunlaşdırıldıq. Göytəpə şəhər 1 №-li tam orta məktəbi bitirdikdən sonra 1996-cı ildə ADPU-nun Tarix fakültəsinə daxil olmuşam. 2000–ci ildə ADPU-nu bitirdikdən sonra təyinatım Cəlilabad rayonuna, özüm isə hərbi xidmətə yollanmışam. Düşmənlə sərhəd olan döyüş bölgəsində xidmət etmişəm. 2005-ci ildə Cəlilabad rayon V.Mürsəlov adına Göytəpə şəhər 1 №-li tam orta məktəbdə pedaqoji fəaliyyətə başlamışam. İctimaiyyət arasında nüfuzum, əhali arasında hörmətim nəzərə alınaraq, Göytəpə şəhər ağsaqqallar şurasının təklifi ilə Göytəpə şəhər ərazi nümayəndəliyi tərəfindən mənə “Göytəpə şəhərinin Fəxri sakini” statusu verilmişdir. 2012-2013-cü illərdə “Mədəd Azərbaycan” MMC–nin təşkilatçılığı ilə ümumtəhsil məktəblərində keçirilən kurikulum təlimlərinin cənub bölgəsi və Biləsuvar rayonu üzrə əlaqələndirici-koordinatoru olmuşam. 2014-cu ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qaliblərindən biri olmuşam. Cəlilabad rayonunda elektron lövhəsi olan yeganə məktəbdə hələlik bu lövhədən istifadə edərək dərs deyən yeganə müəlliməm. Ailəliyəm, 3 qızım var. 2-ci qrup Qarabağ əlili olan valideynlərimlə birlikdə yaşayıram.
Həyatda indiyə qədər əldə etdiyim uğurların hamısı göydə Allahın, yerdə isə Ulu Öndərimiz Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin köməyi ilə mümkün olub. Ali məktəblərdə məcburi köçkün uşaqlarına yaradılan imkan olmasayadı, bəlkə də heç zaman ali təhsil ala bilməzdim. Dövlət və onun rəhbəri güclü olanda bizim kimi ailələr də bundan yararlana bilir, əks təqdirdə heç bir şəxs sənə kömək etmir. Yadımdadır, hələ illər öncə dövlət müəssisələrindən birində Xocalıdan olduğumu bilən bir məmur, faciədən necə qurtulduğumuzu ürək ağrısı ilə yarım saat sorğu–sual etdikdən sonra məndən almaq istədiyim sənədin rüşvətini istədi…
trend_mikayil_cabbarov_281114
Heç kimə sirr deyil ki, ölkədəki qurumlarda nə qədər şəffaf şarait yaradılsa da, həmin qurumun rəhbərinin vicdanı olmasa orada heç bir nəticə əldə etmək olmur. Rüşvət həyatımıza o qədər nüfuz edib ki, hətta işə düzələn insanı işin əmək haqqısı deyil, gəliri maraqlandırır. Həyat təcrübəmdə ilk dəfə şəffaf iş şəraiti ilə “Mədəd Azərbaycan” təşkilatında tanış olmuşam. Yüksək mədəniyyət və intellektual insanların birliyi olan bu təşkilatda insana insan kimi yanaşmağı, dəyər verməyi görmüşəm. O zaman təhsildə şəffaf olan yalnız bu cür təşkilatların fəaliyyəti idi.
Hörmətli Cənab Nazir! Cənab Prezident Sizi təhsil naziri təyin etdikdən sonra, təhsilimizdə müsbətə doğru xeyli dəyişikliklər oldu. Gələcəyimizə ümidimiz artdı. Aparılmış islahatlar nəticəsində Bakı şəhərində birinci sinfə qəbul, mərkəzləşdirilmiş qaydada müəllimlərin işə qəbulu, direktorların müsabiqəsi, Regional Maliyyə İdarələrinin yaradılması və s. işləri hər kəs tərəfindən yüksək qiymətləndirilir. Vətəndaşlarımızın rahatlığı üçün hər cür şərait yaradılır. Məhz sizin şəffaf idarəçiliyinizin sayəsində “İlin ən yaxşı müəllimi” müsabiqəsində qaliblərdən biri olmuşam. İlin müəllimlərinə Cənab Prezidentin Sərəncamı ilə verilən 5000 manat pul mükafatını gec aldığıma görə məndən çox nazirlikdən tez-tez zəng edən xanımın narahatçılığı insanı heyran etməyə bilmirdi. Keçən il direktorların müsabiqəsində qalib olub, müəyyən səbəbdən müsahibə mərhələsinə gəlmədiyim üçün də eyni vəziyyət yaranmışdı. Zəng edən nazirlik işçisi səbəbini tam aydınlaşdırmamış və imtina məktubu almamış əlaqəni kəsməmişdi. Sizin gəlişiniz regionlarda hər kəsin ümidini artırmışdı. İnanırdıq ki, artıq “bazarkomu” xatırladan təhsil rəhbərlərindən canımızı qurtaracaqsınız. Doğrusu, düşünürdük ki, bu qədər müsbətə doğru iş gördüyünüz halda, əziyyətinizə qiymət verməyərək təhsilin vəziyyətini bərbad hala salan Elminaz Nadirova kimilər işdən uzaqlaşdırılacaq və ya belə şəxslər rəhbərlikdə vəzifə tutmağa cəsarət etməyəcəklər.
Hörmətli Cənab Nazir! Mətbuatdan oxuduğuma görə Elminaz Nadirova əvvəllər işlədiyi şəhər 7 nömrəli məktəbdə yol verdiyi qüsurlara görə töhmət alıb və sonra RTŞ müdiri təyin olunub. Cəlilabad rayon təhsilində, yaxından tanımasam da Hafiz Cavadov, Nadir Babayev, Ərəstun Hüseynov kimi savadlı kadrlar var. Onlardan kimisə bu vəzifəyə qoyulmaması bir yana, Elminaz Nadirovanın onlara rəhbər təyin edilməsini ironiya kimi qəbul etməmək olmur. Buradakı bu cür təyinat istər-istəməz bütün məktəblərə də təsir göstərir. İşlədiyim V.Mürsəlov adına 1 nömrəli tam orta məktəbə ixtisasca geoloq olan səriştəsiz birinin, sonra isə ixtisasını bilməyən, danışıq qabiliyyəti olmayan digər birinin “nəyinsə” müqabilində direktor təyin olunması bir daha sübut edir ki, burada təhsildən başqa hər şey düşünülür. Digər bir problem: bu cür insanların rəhbərliyində məktəbə verilən invertarların miqdarı və dəyəri qat-qat şişirdilir, məktəbdə olan “ölü canlar” çoxalmaqda davam edir. Məktəblərdə adı olub, özü olmayan və məvacib kartları rəhbərlikdə olan işçilər var və bunlar rəsmi statistik məlumatda işləyən kimi gedirlər. Bu səbəbdən Cənab Prezidentimiz İlham Əliyev xalq qarşısında çıxış edərkən, işsizliyin azaldığını deyəndə çox adamlar bunu qəbul etmirlər. Məhz Elminaz Nadirova kimi məmurlarımızın sayəsində Cənab Prezidentimiz pis vəziyyətdə qalır, xalqın hökumətə etimadı azalır.
Cənab Nazir! Cəlilabad təhsilindəki neqativ hallarla bağlı dəfələrlə nazirliyə müraciət olunduğunu və sonra həmin müraciətlərin araşdırılması üçün, RTŞ–nin özünə göndərilməsi insanlarımızın dövlətə inamını və etimadını azaldır. Halbuki, Cənab Prezidentin 14 oktyabr 2016-cı il tarixli sərəncamında korrupsiya haqqında qanuna dəyişiklik edilərək “Barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz” – deyilir. Şikayətçiləri ya pulla, ya da qorxudaraq şikayətlərindən döndərirlər. Fikrindən dönməyənlərə qarşı qərəzli mövqe tutulur, fürsət düşdükcə əzirlər. Məktəbimizin müəllimlərindən şikayət edən şəxslərdən iki nəfərinin işi hələ də məhkəmədədir. Dövlət nümunəli olmayan sənədlə bağlı heç kim məhkəməyə verilmədiyi və nazirlik bu cür sənədi olanlarla bağlı humanist qərar çıxarmasına baxmayaraq, müəllimlərimizi məhz konstitusion hüququndan istifadə etdiklərinə görə incidirlər. Məktəbimizdə müəllimlərimizin dərs yükü normal olmadığı halda dərslər vakansiyaya çıxarılır. Buna görə etiraz edənlərə isə deyilir ki, nazirin göstərişidir. Əgər belədirsə nəyə görə RTŞ müdirinin himayədarlıq etdiyi və aylıq aldığı digər məktəblərdə vakansiya olduğu halda, gizlədilib vakant verilmir….
Hörmətli Cənab Nazir! Cəlilabad təhsilinin bərbad vəziyyətə düşməsi haqqında əlimdə kifayyət qədər faktlar var. Bunları Sizinlə görüşsəm, açıqlayacam. Müraciət etməkdə heç bir şəxsi qərəzim, xeyrim yoxdur və bunları təhsilimizin düzəlməsi üçün, şagirdlərimizin pulsuz (repetitorsuz) təhsil alması, neqativlərin aradan qaldırılması üçün edirəm. Əksinə, direktorluq müsabiqəsində iştirak etdiyim bir dönəmdə bu müraciətin mənim üçün zərərli ola biləcəyini düşünüb, məni bu müraciətimdən çəkindirmək istəyən insanlar belə oldu. Lakin mən vəzifəyə görə neqativlərə göz yuma bilmərəm və düşünürəm ki, ən yaxşı vəzifə neqativlərə biganə qalmamaq, dövlətinə və onun Prezidentinə xidmət etməkdir. İnanıram ki, təhsilimizi bərbad vəziyyətə salan şəxslər haqqında ölçü götürəcəksiniz.
Hörmətlə, Zaur Ələkbərov”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Xaricdən gətirilən kərə yağı 20 qəpik ucuzlaşsa da, mareketlərdə 1,85 manat bahalanıb - SİYAHI
Bu gün, 12:46 |
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
|