Rəcəb Babaşovun Qazaxı... - Problemlər boğaza qədər...
Tarix: 4-08-2017, 09:57 | Çap et
Rayonda əhalinin torpaq sahələrinin suvarılması da monopoliyalaşıb. Xüsusilə Qazaxın bitişik Çaylı və Kommuna kəndlərində bu hal daha qabarıq şəkildə özünü büruzə verib. Bunun əsas səbəblərindən biri rayonda vəzifəli şəxslərin millətin qanı bahasına yığdığı çirkli pullarla özlərinin yaratdığı iri təsərrüfatları suvarmaq üçün yerlərdə su assosiasiya sədrlərinə verdikləri kifayət qədər vəsait olub. Artıq həmin kəndlərdə kasıb təbəqələrin fındıq, kartof və digər adda əkilmiş təsərrüfat məhsulları yanaraq külə dönüb. Prezident İlham Əliyevin fındıqçılığın inkişafı üçün yeni sərəncam verməyinə baxmayaraq, rayonun icra hakimiyyətində işləyən bəzi məmurları ilə əlbir olan kənd icra nümayındələri Prezidentin sərəncamına məhəl qoymayaraq kasıbların təsərrüfatına divan tuturlar. “Mənəmiliyin”, özbaşınalığın hələ ki, qarşısı alınmır. Onu da qeyd edək ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun məzuniyyətdə olmasından sui istifadə edən icra hakimiyyətininin bəzi işçiləri Rəcəb Babaşovdan əvvəllki ambisiyalaranı həyata keçirmiş, əhali ilə dil tapmayaraq bildiklərini eymişlər. Hərçən ki, icra başçısını əvəz edən müavin Tahir Musayev təcrübəsizliyini bir daha sübut etmiş, vətəndaşların adicə ərizə və şikayətlərinə başdansovdu yanaşmışdır. Təqaüdə göndəriləcəyi günü səbrisizliklə gözləyən Tahir Musayev bu gün qazaxlıların yaddaşında hansı müsbət əməli ilə yadda qalması da sual altındadır. Nə isə.. Budur Qazaxda uzun müddətdi sahibkar kimi tanınan, 100 nəfərə yaxın vətəndaşı işə qəbul edərək onların sosial durumunu yaxşılaşdıran Elxan Cürənovun 2 hektar kartof, 1 hektar üzüm və 80 sot fındıq sahəsi yanaraq məhv olub. İş adamına belə hörmətsizlik Prezident İlham Əliyevin sahibkarlara yaratdığı şəraitlə bir müstəvidə necə həllini tapa bilər? “Mən hər bir icra başçısına qiyməti sahibkara yaratdığı şəraitə görə verəcəyəm” deyən prezident bəs bu gün hansı tədbiri görəcəkdir? Sahibkar Elxan Cürənovun təsərrüfatının çox hissəsi Qazaxın Çaylı kəndi ərazisində yerləşir. Özü rayonun Daş Salahlı kəndindən olan Cürənova qəsdən nə Çaylı kəndi üzrə icra nümayəndəsi Ceyhun Binnətov, nə də kənd üzrə su assosiasiyasının müdiri Asim Carçıyev şərait yaratmamış, kənddəki “dəli-dolu” qoçuların əli ilə onun təsərrüfatının suvarılmasına maneçilik törətmişlər. Maraqlıdır, kınd icra nümayəndəsi, icra başçısı prezidentin yerdə nümayəndəsi olduğu kimi, kənd icra nümayəndəsi də icra başçısının yerdəki nümayəndəsidir. Bir icra nümayəndəsinin ki, ağızı “pendir kəsmirsə” oturduğu yerə hörmətsiz yanaşırsa əvvəla, kənd vətəndaşlarına, ikincisi də icra başçısına nəyə lazımdı? Sahibkar Elxan Cürənova “dəliyəm-doluyam” ifadələrini işlətməklə su verməyib təsərrüfatını yandıranlar belə hesab deirik ki, yenicə əmək məzuniyyətində qayıdan icra başçısı Rəcəb Babaşovun baxışlarına tuş gələcəklər. Sahibkara su verilməsində əngəlliklər yardan şəxslərdən biri də, kəndin ağsaqqalı kimi pis-yaxşı tanınan, yaşı bəlkə də 80-i ötmüş Fərrux Novruzovdur. Verilən məlumata görə bu ağsaqqal kimlərdənsə üz görərək kənddə gah suyun qabağına yıxılaraq bir kimsəyə su vermir, gah Çaylıdakı məscidin ünvanını dəyişdirir, gah icra nümayəndəsinin işinə qarışır, gah da nə bilim nələr edir. Kənd camaatının artıq canının boğazına yığan bu ağsaqqaın hələ ki öhdəsindən gələni yoxdur. Hətta, icra nümayəndəsi və bələdiyyə sədri də onun qarşısında əsassız olaraq acizlik göstərirlər. Bayaq qeyd etdik ki, sahibkar Elxan Cürənov Çaylı kəndinə qonşu Daş Salahlı kəndindəndi. Təsərrüfatının çox hissəsi isə Çaylı kəndi ərazisindədir. Sahibkara hörmətsizliyə diqqət edin ki, kənddə “qaz vurub qazan dolduranlar”, icra nümayəndəsinə “xox” gələnlər assosiasiya sədrini əməlli-başlı görərək özlərinə məxsus hektarlarla kartof və yonca sahələrini 9-10 dəfə suladığı halda , Elxan Cürənov isə Daş Salahlı kəndindən olduğu üçün onun təsərrüfatına su vermirlər. Halbu ki, adlarını açıqlamaq istəmdiyimiz Çaylıdakı hektarlarla kartofu, yoncası, malı-heyvanı olanlar deyilənə görə 1 qara qəpik də olsun kənd sakinlərinə xərcləməyiblər. Lakin sahibkar Elxan Cürənovun işə qəbul etdiyi vətəndaşlardan 40 faizi Çaylı kəndindəndir. Eybi yox, buna da güzəşt deyək.. Düşündürücü isə hazırda sahibkara dəyilən ziyanın necə ödənilməsi və bu yolda günahkarların cəzalandırılmasıdır. Əks təqdirdə sahibkar Elxan Cürənov ona edilən hörmətsizliyə və dəyən ziyana görə hər an sahibkarlar üçün şərait yaratmağa çalışan Prezident İlham Əliyevə rəsmi şikayət edəcəyini bildirir Yazıda adları çəkilən vətəndaşların da münasibətini öyrənməyə hazırıq. (Mövzunu diqqətdə saxlayacağıq)
Teref.info Elnur Aslan
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• İcra başçısı bacısı oğlunu yenidən özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 12:42 |
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
|