Yasamaldan İbrahim Mehdiyev rüzgarı hələ də çəkilməyib... - ŞİKAYƏT
Tarix: 14-07-2017, 11:07 | Çap et
Bakı şəhəri Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 174, 176, 180 və 182 saylı binaların sakinləri sabiq icra başçısı İbrahim Mehdiyevin sərəncamı əsasında yaşadıqları binaların sökülməsinə etiraz olaraq, Prezident İlham Əliyevə və Vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ünvanlayıblar. Bir nüsxəsi “AzPolitika.info”ya da göndərilən həmin müraciətdə öncə bildirilir ki, Yasamal rayonunun sabiq icra başçısı İbrahim Mehdiyev “Qismət-M Construction” MMC və “SKY Recidentse” MMC-nin rəhbərliyi ilə əlbir olub, vətəndaşları evlərindən çıxarmaq istəyir. Belə ki, rayonun A.M.Şərifzadə küçəsi, İnşaatçılar metrosunun yanında yerləşən, Pilot layihəyə düşməyən binaları söküb yerində 14 mərtəbəli göydələnlər inşa etmək istəyirlər:
“Cənab Prezident! Yasamal rayonunda cəmi 18 bina qəzalı olduğu üçün Pilot layihəyə salınıb. Lakin bizim 162 və 174 saylı 8 bloklu 112 mənzilli, 5 mərtəbəli daş binalar heç vaxt əlaqədar təşkilatlar tərəfindən təmir olunmasa da, istinad divarları möhkəmdir. Hər iki bina zəlzələyə davam gətirən binalar sırasındadır. Həmin söküləcək binaların həyətində 334 ədəd müxtəlif növ ağaclar və 65 ədəd gül kolları əkib becərmişik. Əgər Pilot layihə adı ilə binalarımız sökülərsə, bütün bu yaşıllıqlar İ.Mehdiyevin “YAŞİL TERRORU”nun qurbanı olacaqdır. Ötən aylarda Ovçular Evinin ərazisindəki ağacları kəsib yerlə-yeksan etdikdən sonra həmin ərazidə tikinti aprmaqdan əli üzülən işbazlar, qəzalı binaları sökmək əvəzinə bizim evlərimizə gözlərin dikiblər. Çünki bu binalar həm metroya yaxındı, həm də yol kənarındadır. Onlar burda bizə yataqxana tipində evlər tikib, özlərinə əlavə gəlir yeri əldə etmək, mənzillərin kvadratın yüksək qiymətə satmaqla “qaz vurub, qazan doldurmaq istəyirlər”.
Sözügedən tikinti şirkəti ərazimizdəki dörd yüzə yaxın ağac və gül kollarını kəsib, yerində böyük yaşayış kompleksi, iaşə obyektləri tikəcək. Biz bu ağacları öz vəsaitimiz hesabına əkib-becərərək, uzun illərdir ki, qoruyb saxlamışıq.
Cənab Prezident! Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki “harda ağac kəsilərsə, sanki mənim qolum kəsilir”. Əfsuslar olsun ki, icra orqanlarında çalışan bəzi məmurlar Prezidentimizin təqdim etdiyi Pilot layihə adı altında vətəndaşların mülkiyyət hüquqlarını kobudcasına pozaraq, öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Cənab Prezident! İbrahim Mehdiyev Yasamal rayonunda icra başçısı işlədiyi müddət ərzində MKİS – nin rəisləri ilə əlbir olaraq, Yasamal rayonunda bir qarış boş yer qoymayıb. Yaşıllıqları məhv edib. Torpaqları yüksək qiymətlərə sataraq, binaların ara məsafələrini normadan qat-qat az məsafədə kiçildib. Hətta fövqəladə hadisə baş verərsə, çox acınacaqlı vəziyyət yarana bilər.
İ.Mehdiyev hələ 2014-cü ildə sənəddə 164 saylı ərazi göstərilsə də, 162 və 166 saylı binaların arasında yerləşən iki sota yaxın ərazini 850 min manata iş adamı Fəxrəddin Paşayevə satmışdı. F.Paşayev həmin ərazidə 10 metr hündürlükdə 4 mərtəbəli iaşə obyekti tikmək istəyirdi. Hansı ki, onun tikinti aparacağı ərazidə ətrafda yerləşən binalara gedən qaz boruları, su və istilik təchizat xətləri, o cümlədən metronun havalandırma sistemi, metroya aid kabel xətləri keçir. Sakinlərin etirazı ilə rastlaşdıqdan sonra həmin ərazidə tikinti dayanmışdı. İndi yenidən həmin F.Paşayev gəlib bizə bildirir ki, mən artıq bu yerin sərəncamını almışam, binalar sökülən kimi tikintiyə başlayacam.
İ.Mehdiyev ərazidə qəzalı vəziyyətdə olan 1 ,2, 4 və 5 mərtəbəli binaları sökmək əvəzinə, biz sakinlərlə razılaşma əldə etmədən, şəxsi mülkiyyətimizdə olan evlərimizin sökülməsilə bağlı 22 iyun 2017-ci il tarixdə 195 saylı Sərəncam imzalayıb. Bizdən əvvəl 2015-ci ilin dekabr və 2016-cı ilin sentyabr aylarında İbrahim Mehdiyevin birbaşa rəhbərliyilə Yasamal rayonunun başqa ərazilərində də eyni ilə söküntü işləri aparılıb, sakinlər məcburi köçürülərək kirayə evlərdə yerləşdiriliblər.
Lakin həmin yaşayış kompleksində tikinti işləri ləng getdiyindən, sakinlər hələ də şəraitsiz kirayə evlərdə əziyyət çəkirlər. Halbuki, İbrahim Mehdiyev sakinlərlə görüşündə bildirmişdi ki, “mən sizə söz verirəm ki, hər birinizə 20 kv artıq veriləcək və hər şey sizin istədiyniz kimi olacaq. Mən sizə QARANT DURURAM”. Lakin məlum olduğu kimi, İ.Mehdiyev bizə sərəncamı imzalayandan bir neçə gün sonra tutduğu vəzifəsindən kənarlaşdırıldı.
Cənab Prezident, ümidimiz yalnız Sizədir. Biz, Sizin məmurları xalqa xidmət etməyə çağırışlarınızı alqışlayırıq. Odur ki, xahiş edirik, öz mənfur niyyətlərini həyata keçirmək istəyən işbazların evimizi sökməsinə imkan verməyin”.
Müraciətdə daha sonra qeyd edilir ki, tikinti işlərini yenicə qeydiyyatdan keçmiş “SKY Recidense” MMC və “Qismət-M Construction” MMC tikinti şirkətləri “Karat Holdinq”in sahibi, İmişli rayonunun deputatı Əsabil Qasımovun himayəsindədirlər.
Narazı sakinlər müraciətlərində Yasamal rayon İcra Hakimiyyəti və tikinti şirkətinin əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldıqlarını da qeyd edirlər. Onlara 3 gün ərzində binanı boşaltmasalar, zorla köçürüləcəkləri ilə bağlı xəbərdarlıq edilib: “Hətta təqdim edilən müqavilənin şərtləri ilə heç cürə razılaşmayan sakinlərə 56 saylı MKİS-in rəisi Novruzov Rafik hədə-qorxu gəlir. Deyir ki, əgər binanın sökülməsinə razılıq verməsəz, bütün komunal xidmətləri dayandıracam. Su, işıq və qaz xətlərini kəsdirəcəm. Onsuz da bu məsələ ortaya çıxandan nəinki bizim binada, ətraf binalarda da tez-tez suyun kəsilməsi və yaxud çox az təzyiqlə verilməsi müşahidə olunur. Şikayət edəndə buna səbəb kimi su borularının köhnəldiyi bəhanə gətirilir. Hətta işıq idarəsindən sakinlərə bildiriblər ki, 25 iyul tarixdə işıqlarınız kəsiləcək”.
Müraciətdə daha sonra qeyd edilir ki, tikinti şirkətindən onlara yalnız bina təhvil veriləndən sonra kommunal xərclərdə güzəştə gedilə biləcəyi söylənilib. Ancaq eyni zamanda yeni inşa olunan binadan mənzil alanlara bildirilib ki, əvvəlki evlərinin kvadratından artıq olan hər bir kvadrata görə min manat əvvəlcədən ödəniş etməlisiz. Halbuki, İbrahim Mehdiyev sakinlərlə görüşündə bildirmişdi ki, hər bir mənzilə 20 kv əlavə hədiyyə veriləcək. Bundan hiddətlənən sakinlər hesab edirlər ki, öz evlərini özlərinə yenidən satırlar. İnşaatçılar metrosunun tünelinin düz böyründə yerləşən 162 və 174 saylı binaların yerində iki ədəd 14 mərtəbəli binaların inşa olunmasının gələcəkdə metroya nə kimi xələl gətirə biləcəyi barədə heç bir ekspert rəyi yoxdur. Yalnız İ.Mehdiyevin sərəncamı ilə tələsik söküntü işlərinə başlanılıb: “Tikinti şirkəti sakinlərə bildirib ki, əgər bu işə yeni təyin ediləcək icra başçısı qarışsa, biz sizə vəd etdiyimiz şərtlərə əməl etməyəcəyik. İ.Mehdiyev sakinlərlə görüşdə bildirib ki, əgər bu şirkətlər özlərini doğrultmasa və tikintini yarımçıq qoyub getsə, onda başqa şirkətlə müqavilə bağlanacaq. Son günlərdə İ.Mehdiyevin özbaşına qərar verməsilə əlaqədar vəzifədən kənarlaşdırılması, tikinti şirkətləri barədə şübhəli açıqlamalar verməsi və bizə təqdim edilən müqavilədə göstərilən şərtlər mülkiyyət hüququmuza zidd olduğuna görə, evlərimizin sökülməsini istəmirik. Cənab Prezident, xahiş edirik çirkin niyyətli işbazlara icazə erməyin ki, evlərimizi söksünlər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
|