Gürcülərdən Azərbaycana qarşı daha bir sayğısızlıq - FOTOLAR
Tarix: 23-02-2017, 09:15 | Çap et
Tbilisidəki Dövlət Azərbaycan Dram Teatrının (TDADT) baxımsız qalması ilə bağlı məsələ dəfələrlə qaldırılsa da, heç bir tədbir görülməyib
Azərbaycan teatrının əsası 1873-cü ildə Mirzə Fətəli Axundovun “Lənkəran xanının vəziri” pyesinin səhnələşdirilməsi ilə qoyulub. Əksər mənbələrdə bu mühüm tarixi hadisənin Bakıda baş verdiyi yazılsa da, bəzi mənbələr milli teatrımızın Tbilisidə doğulduğunu yazır. Əbəs deyil ki, Tbilisinin mərkəzində TDADT fəaliyyət götərir. Hansı ki, bu mühüm tarixi mədəniyyət abidəsi hal-hazırda mərhum prezident Heydər Əliyevin adını daşıyır. TDADT-ın yaranma tarixi ilə bağlı da eyni ilə milli teatrımızın harada yaranması kimi iki fərqli iddia var. Bəzi mənbələr bu teatrın 1873-cü ildə yarandığını yazır, bəzi mənbələr isə 1909-cu ildə. Hər halda müxtəlif əsarət dönəmlərindən keçmiş, hər dəfə də yaşamaq üçün bütün həqiqətləri rejimə satmış bu qarmaqarışıq mənbələrin hansının nə qədər doğru olduğunu deyə bilmərik. Amma bu bir tarixi həqiqətdir ki, sözügedən teatrda İbrahim İsfahanlı, Ələkbər Seyfi, Möhsün Sənani, Ülvi Rəcəb kimi teatr nəhəngləri çalışıb, bu teatrın səhnəsində dünya və Azərbaycan dramaturgiyasının müxtəlif pyesləri səhnələşdirilib. © STOP-KADR Müasir Azərbaycan filminin hoqqaları Yoxsulluq və səfalət içində ömür sürən dahi şəxsiyyətlərin taleyi kimi bu böyük mədəni abidənin taleyi də yoxsulluq və səfalət içindədir. Tarix kitablarında bu teatrın müxtəlif dönəmlərdə başqa teatrlara yardım etdiyi, başqa teatrların tamaşalarını maliyyələşdirdiyi yazılsa da, hazırda heç özünə yardım edəcək qədər gücü yoxdur.
Tbilisi ilə Azərbaycan ədəbiyyatının və incəsənətinin mühüm bağlılıqları olduğu danılmazdır. Məsələn, Azərbaycan dramaturgiyasının banisi olan Mirzə Fətəli Axundov Tbilisidə yaşayıb yaratmış və elə orada da dəfn olunmuşdu. Tbilisinin Sənan dağındakı həmin məzarlıqda Mirzə Şəfi Vazehin, Həsən bəy Ağayevin, Fətəli xan Xoyskinin də məzarları yerləşir. Bu füsunkar təbiətin qoynunda Azərbaycan Xalq Cumhuriyyətinin elan olunması ilə bağlı abidə də mövcuddur. Ayrıca, Tbilisinin müxtəlif yerlərində Bülbülün heykəlinə, Mirzə Fətəli Axundovun, İbrahim İsfahanlının, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin ev muzeylərinə rast gələ bilərsiz. Elə Azərbaycanda da Şota Rustaveli, Avksenti Saqareli, Nodar Dumbadze kimi gürcü ədiblərinin müxtəlif əsərləri yayımlanıb və səhnələşdirilib. Yaxşı, bəs bir-biri ilə bu cür möhkəm mədəni əlaqələri olan iki ölkənin və xalqın bir növ ortaq mədəni abidəsi sayılan TDADT niyə bu cür baxımsız qalıb? Kostyumları çirkli və ətrafa səpələnmiş, döşəmə-tavanı uçulmuş, teatr üçün mühüm olan bütün avadanlıqlardan məhrum qalmış bu teatrın hansı günahı vardı ki, qayğıdan tamam uzaq saxlanıldı? Üstəlik, Heydər Əliyevin adını daşıyan bu mədəniyyət abidəsi hansı cürətlə belə viran qalmağa məhkum edilib?
Tbilisidə Heydər Əliyevin adını daşıyan park var. Orada mərhum liderin büstü də yerləşir. Səfər zamanı bu parkda da oldum. Park olduqca səliqəli, yaşıllıqlara bürünmüş, təmiz və bər-bəzəkli idi. Axı heç bir park bəşərə teatr qədər xidmət etmir. Bəs niyə bu parkdan 50-100 metr məsafədə yerləşən, eyni şəxsin adını daşıyan, Azərbaycan üçün mədəni tarixi əhəmiyyətə malik olan teatrın vəziyyəti acınacaqlıdır? Tbilisidə qayğıdan uzaq qalan digər mədəni abidələrimiz də var. Nəriman Nərimanovun ev muzeyi hazırda fəaliyyət göstərmir. Cəlil Məmmədquluzadənin ev muzeyinin fəaliyyəti isə birdəfəlik dayandırılıb. Tbilisidə aldığım məlumata görə, həmin evdə başqa bir ailə yaşayır və oranın muzey kimi bərpası demək olar ki, mümkünsüzdür.
P.S. Azərbaycan Gürcüstan başda olmaqla dünyanın bir sıra ölkələrində mədəniyyət abidələrini öz vəsaitləri hesabına təmir və bərpa etdirib. Maraqlıdır ki, Azərbaycan hökuməti və əlaqədar qurumlar niyə indiyə qədər ümummilli liderin adını daşıyan tarixi mədəni abidənin bərpası barədə düşünməyiblər. Teatrın kollektivinin verdiyi məlumata görə, Azərbaycan rəsmiləri, millət vəkilləri sözügedən teatrda olublar və oranın vəziyyətindən xəbərdardırlar. Amma nədənsə, bu vəziyyətin aradan qaldırılması üçün heç bir addım atmayıblar.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
• Biləsuvar sakini birinci qrup əlil olsa da, “ikinci qrup” kimi qeydiyyata alınıb - GİLEY
Bu gün, 13:16 |
|
|
|
|