Mövlam Şıxəliyev 500 min dollar rüşvət verməyən iş adamına “fahişə” deyərək söyüb... -“İTTİHAM AKTI”
Tarix: 14-01-2017, 11:00 | Çap et
«Təzadlar» xatırladır ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində MTN-nin Baş İstintaq İdarəsinin şöbə rəisi işləmiş Ələkbərov Vüsal Hicran oğlunun Az. Res. CM-nin 182.3.1, 182.3.2, 294.3, 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4, 341.2.1, 341.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair 162006082 nömrəli cinayət işi artıq məhkəmə baxışındadır… Məhkəmə prosesində iştirak edən “Təzadlar”ın əməkdaşı bildirir ki, yanvarın 12-də Bakı Hərbi Məhkəmədə keçirilən növbəti məhkəmə prosesində bu cinayət işi üzrə hazırlıq iclası başa çatdı, cinayət işi artıq məhkəmə baxışına verildi. Növbəti proses yanvarın 26-na təyin edildi… (Əvvəli dünənki buraxılışda) ...İş üzrə zərər çəkmiş şəxs qismində tanınmış Sultanov Bahəddin Abdulla oğlu ifadələrində 1994-cü ildən 2004-cı il tarixədək Bakı şəhəri, Binəqədi rayonu, 102 saylı Mənzil istismar sahəsinin rəisi, 2004-cü ildən 2005-ci ilədək isə Binəqədi rayonu, Biləcəri qəsəbəsi üzrə İcra nümayəndəsi vəzifəsində işlədiyini, hazırda Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil cinyətkərlıqla mübarizə idarəsində istintaq edilən cinayət işi üzrə dələduzluq ittihamı üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçildiyini qeyd edib göstərmişdir ki, 2007-ci ildə Qazaxıstan Respublikasının Alma-Ata şəhərində mehmanxana və marketdən ibarət kompleks tikdirmişdir... Bununla yanaşı 1994-1995-cı illərdə Abşeron rayonunda, Bakı Sumqayıt yolunun “Vazın kruqu” deyilən ərazinin yaxınlığında 4 hektar torpaq sahəsi alaraq orada iribuynuzlu mal-qara saxlamaq üçün 4 ədəd ferma və inzibati binalar tikdirərək oğlu İntiqamın adına sənədləşdirilmişdir. 2008-ci ildə Qazaxıstan Respublikasında tikinti işlərini tamamlamaqda maliyyə çətinliyi olduğundan kredit götürmək üçün Bakı şəhərinə gələrək ailəvi dostluq münasibətlərində olduğu “Texnikabank” ASC-nin Bakı filialının müdiri Zal Yusifovdan 1.000.000 ABŞ dolları istəmiş, Zal onun işlərinə bələd olduğundan rəhbərlik etdiyi fermanın sənədlərini girov qoymaqla filialdan kredit ayıra biləcəyini demişdir. O da oğluna həmin sənədləri götürüb Zal Yusifovun yanına getməyi tapşırmışdır. İntiqam ilə Zal Yusifov arasında 1.000.000 ABŞ dolları kredit verilməsinə dair müqavilə imzalanmış, torpağın girov müqaviləsi isə Abşeron rayonu, Xırdalan şəhərində 1 saylı notariusda tərtib edilmiş, buna baxmayaraq Zal Yusifov 3-4 ay müddətində krediti verməkdən yayınmış, müqavilə bağlananda oğlunun guya kredit pulunu alması barədə sənədlərə imza etdirmişdir. Zal Yusifov pulun ayrıldığını, sadəcə bankda nağd pul olmadığından işin gecikdiyini demişdir. Belə olan halda Zaldan ya girovda olan torpaq və fermanın sənədlərini qaytarmağı, ya da pulu verməyi tələb etmiş, Zal Yusifov isə oğlunun adına krediti götürdükdən sonra borclarını tamamilə qısa müdətdə bağlaması barədə arayış vermişdir. Həmin arayış əsasında 1 saylı notariusdan ferma və torpaq sahəsinin girov sənədlərini geri almışlar. Bundan az sonra, 2008-ci ilin sentyabr ayında alqı-satqı müqaviləsi əsasında torpağı 810.000 manata sataraq pulun qarşılığında 1.000.000 ABŞ dolları alıb bir hissəsini tikintiyə yönəltmiş, qalanını isə evdə saxlamışdır. 2009-cu ilin əvvəllərində oğlu İntiqam MTN-nin Vüsal Ələkbərov adlı müstəntiqi tərəfındən dəvət edilmiş, o da oğlu ilə birlikdə oraya getmiş, Vüsal Ələkbərov onun Masis rayonundan olduğunu soruşduqda anasının da həmin rayonun Mehmandar kəndindən qəssab Əlinin qızı olduğunu demiş, atası Abdullanın qəssab Əli ilə dost olduğunu, onu yaxşı tanıdığını demişdir Vüsal onlara “Zal Yusifovla birlikdə dövətin pulun alıb yeyəndə bilmirdiz belə olacaq”-demiş, belə halın olmadığını, kreditin faktiki götürülmədiyini və bağlandığını, bu barədə notariusda sənəd olduğunu bildirsə də, Vüsal Ələkbərov bankdan götürülmüş krediti ödəməyi tələb etmişdir.
“Rasim Musayevə vəziyyəti demiş, sonuncu isə MTN-nin İstintaq idarəsinin rəisi Mövlam Şıxəliyevə zəng vurub onu incitməməyi, nə söhbət varsa danışıb həll etməyi tapşırmışdır...”
Vüsal Ələkbərov İntiqamı və onu dəfələrlə MTN-nə çağırıb sorğu-sual edərək bankın pulunu ödəməyi tələb etmiş, o da torpağın girovluqdan azad edilməsi haqqında notariusdan məktubu təqdim etmiş, Vüsal Ələkbərov həmin məktubun boş sənəd olduğunu, kreditin ödənilməli olmasını demişdir. Belə olduqda əvvəllər Binəqədi rayon polis idarəsinin rəis müavini işləmiş dostu Rasim Musayevə vəziyyəti demiş, sonuncu isə MTN-nin İstintaq idarəsinin rəisi Mövlam Şıxəliyevə zəng vurub onu incitməməyi, nə söhbət varsa danışıb həll etməyi tapşırmışdır. Bundan sonra Vüsal Ələkbərov onu yenidən çağırıb Rasim Musayevin zəngi ilə bağlı Mövlam Şıxəliyevin rəhbərliklə danışdığını, bu işi həll etmək üçün 500.000 ABŞ dolları tələb olunduğunu, pul veriləndən sonra oğlunun adının siyahıdan çıxarılacağını demişdir. O isə Vüsala hörmət əlaməti olaraq yalnız 4-5 min manat verə biləcəyini dedikdə sonuncu “onda bizdən küsmə nəticə yaxşı olmayacaqdır”-demiş, bundan sonra Vüsal Ələkbərov 2009-cu ilin iyun ayında onu iki dəfə öz otağına çağırıb təklikdə krediti qaytarmasını tələb etməyə başlamışdır.
“Vüsalın otağında olarkən Mövlam Şıxəliyev otağa daxil olmuş, onu təhqir edərək krediti ödəməyi tələb etmiş, 15 iyun 2009-cu il tarixdə oğlu İntiqam həbs edilmişdir...”
Ona və oğluna başqa heç kim kömək edə bilməyəcəyini, rəhbərliyin tapşırığı olduğunu demiş, həmin ərəfədə bir dəfə Vüsalın otağında olarkən Mövlam Şıxəliyev otağa daxil olmuş, onu təhqir edərək krediti ödəməyi tələb etmiş, 15 iyun 2009-cu il tarixdə oğlu İntiqam həbs edilmişdir. Daha 10-12 gün sonra Vüsal Ələkbərov onu çağırıb “rəbərliyin göstərişi var, Mövlam Şıxəliyev deyir ki, səni tutub içəri salaq”-demiş, bundan qorxub Vüsaldan kömək istəmiş, o da “gözlə gedim Mövlam Şıxəliyevə məruzə edim, görüm nə deyir”-deyərək getmiş, 10 dəqiqədən sonra geri qayıdıb Mövlam Şıxəliyevin 360.000 ABŞ dolları tələb etdiyini, əks halda içəri basmağı dediyini bildirmişdir. Özünün də tutulacağından qorxub Vüsalın dediyi ilə razılaşmış, Vüsal özü üçün də əlavə 10.000 ABŞ dolları istəmiş və 360.000 dollarının ona aidiyyəti olmadığını deyərək balasının canına and içmiş, Vüsal Ələkbərov pulu həm onu tutmamaq, həm də oğlu İntiqam Sultanovu həbsdən azad etmək üçün istəmiş və öz telefon nömrəsini vermişdir. O da saat 15-16 radələrində qardaşı Mirzə Paşayevə zəng edərək 250.000 ABŞ dollarını evdən götürüb qohum, dost, tanışdan da almaqla ümumilikdə 360.000 ABŞ dolları düzəltməyi və MTN-nə gətirməyi tapşırmışdır. Vüsal Ələkbərov “pul gəlsin səni buraxaq çıx get, sonra da oğlunu buraxacağıq”-demiş, o da etiraz etmədən gecəni Vüsalın xidməti otağında gözləmiş, yanında mülki geyimli, 30-35 yaşlarında, qara saçlı, orta bədən quruluşlu, təxminən 175 sm boya malik adını bilmədiyi bir şəxs də olmuşdur.
“Mövlam Şıxəliyev yenə otağa girib Vüsala "bunu hələ salmamısan içəri, sənə dedim axı bu qəhbəni sal içəri”-deyib onu təhqir etmişdir...”
Növbəti gün Mövlam Şıxəliyev yenə otağa girib Vüsala "bunu hələ salmamısan içəri, sənə dedim axı bu qəhbəni sal içəri”-deyib onu təhqir etmiş, Vüsal Ələkbərov isə “rəis, gəlirlər, çatırlar”-demiş, saat 14-15 radələrində qardaşı Mirzə kirvəsi İbrahimlə birlikdə Vüsalın otağının qapısına gəlmiş, içəri daxil olmadan onunla uzaqdan görüşmüşdür. Vüsal Ələkbərov onlara Mövlam Şıxəliyevin otağına girəcəklərini demiş, 2- 3 dəqiqədən sonra Mirzə və İbrahimlə öz otağına qayıtmış, daha sonra Mirzəgili yola salmaq üçün gedən Vüsal otağa qayıdıb onunla 30 dəqiqə söhbət etmiş, “pulu verdilər Mövlam Şıxəliyevə, bir daş altda, bir daş üstdə, biz səni tutmayacayıq, oğlunu da buraxacam, həmin puldan bir qəpik mənə çatmır, mənim şirinliyimi də gətir”-demişdir. Sonra əvvəl istədiyi 10.000 ABŞ dollarını həmin gün saat 19:30-da nazirliyin inzibati binasının hasarının tininə gətirməsini tapşırmış və saat 15 radələrində onu yola salmış, o da evdən 10.000 ABŞ dolları götürüb yenidən MTN-nə qayıtmış, Parlament prospekti ilə hərəkət edib deyilən vaxtda MTN-nin hasarının tinində ara yolda avtomaşında gözləmişdir. Modelini xatırlamadığı tünd rəngli minik maşını ilə gələn Vüsal əli ilə işarə edib arxasınca gəlməsini bildirmiş, o da maşınını Vüsalın arxasınca sürmüş, həmin küçə ilə bir az irəliləyib dayanmışlar. O, maşından düşüb Vüsal Ələkbərovun avtomaşınında arxa oturacağa əyləşmiş, maşında qabaq sağ oturacaqda başqa bir nəfər də olmuş, həmin şəxs arxaya dönmədiyindən üzü tam görünməmiş, Vüsal Ələkbərov ondan 10.000 ABŞ dollarını qəbul edib “gələrsən kağızını verərəm, oğlunu götürüb gedərsən”-demişdir. Bundan iki gün sonra Vüsal Ələkbərov özü zəng edərək onu nazirliyə çağırmış, əsas giriş qapısında oğlunun həbsdən azad edilməsi üçün qərarı ona vermiş, o da qərarı Bakı İstintaq Təcridxanasına təqdim etmiş, həmin gün həbsdən azad edilən İntiqamın işi Zal Yusifovla birlikdə məhkəməyə göndərilmiş, məhkəmədə oğluna iki il şərti cəza verilmişdir... (Davamı var) “Təzadlar”
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
• "Şiva yayı" Qafqazı hədəf alır: - Keyfiyyətsiz Hindistan silahları Ermənistana göndərilir
Bu gün, 13:58 |
|
|
|
• Fəzail Ağamalı, deputat qızı və oğlanları məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 13:22 |
|
|
|
• Zaqatalada dönərdən kütləvi zəhərlənmə ilə bağlı YENİ DETALLAR
Bu gün, 13:20 |
|
|
|
|