Beyləqanın icra başçısı gələn ili görəvdə olmaya bilər... - Görünəni budur...
Tarix: 15-12-2016, 09:04 | Çap et
Hələ sovet dönəmində Beyləqan rayonu digər rayonlıara nisbətən daha öncüllər sırasında dayanan rayonlardan biri olsa da, bu gün sanki qara günlərini yaşayır. Vaqif Abdullayev 2012-ci ildə Beyləqan rayon İcra Hakimiyyətinə başçı təyin olunarkən, yerli sakinlər elə düşünürdülər ki, rayonun çoxsaylı problemləri qısa zaman kəsiyində həllini tapacaq, sakinlər ağgünə çıxacaqlar. Amma, onlar nə biləydilər ki, büdcə vəsaitlərini talamağa aludə olan, sahibkarların başına minbir oyunlar açmağa adət edən, müxtəlif ünvanlarda dəyəri milyon manatlarla qiymətləndirilən villalar tikdirən, yaxınının ad günündə ən bahalı avtomobili hədiyyə etməyi bacaran, respublikamızın istirahət zonalarında villalar və istirahət mərkəzləri alan bu şəxsdən, hər hansı ümidi gözləmək boş-boş xülyalardan başqa bir şey olmayacaq. Ümumiyyətlə, Vaqif Abdullayevin yarıtmaz idarəçiliyi ilə bağlı sakinlərin “Gündəm Xəbər”ə ünvanladıqları məktublarda bildirilir ki, bu gün rayonun soaiaq-iqtisadi problemləri aşıb-daşır. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev regionların inkişaf etdirilməsinə, sakinlərin sosial vəziyyətlərinin yaxşılaşdırılmasına daha çox diqqət yetirir, amma Beyləqanda icra başçısı olub qalanları da viran etməklə məşğul olur. Adicə bir məqama diqqət yetirək ki, bu gün rayonun mərkəzi magistral yolları bərbad haldadır, kənd yolları xarabazarlığa çevrilib, yerlərdə işsizlik baş alıb getdiyindən sosial problemləri daha çox aşıb-daşır, gənclərin paytaxt Bakı şəhərinə və qonşu dövlətlərə çıxıb getmələri, ümumi vəziyyətin acınacaqlı durumda olmasından xəbər verir. Baxmayaraq ki, digər rayonlar kimi, Beyləqana da sosial və digər əhəmiyyət kəsb edən problemlərin həlli istiqamətində büdcədən xeyli vəsaitlər ayrılır, amma problemlər həllini tapmır ki, tapmır. Hələ sovet dönəmində Beyləqan rayonu digər rayonlıara nisbətən daha öncüllər sırasında dayanan rayonlardan biri olsa da, bu gün sanki qara günlərini yaşayır. Rayonun ucqar kəndlərində yaşanan acınacaqlı durum isə, daha dözülməz vəziyyətdədir. Əldə etdiyimiz məlumatlarda o da bildirilir ki, Vaqif Abdullayev iş saatlarının çoxunu kabinetində keçirir və heç bir halda sakinlərlə görüşlər keçirmir, problemləri ilə maraqlanmır. Sakinlərin mavi qazla və içməli su ilə təminolunmaları da, yetərincə deyil. İcra başçısının iş adamlarına, yerli sahibkarlara qənim kəsilməsi də, bu gün Beyləqanda yaşanan problemlərin üstünə yeni-yeni problemlər gətirməkdədir. Onun sahibkarlara bəslədiyi aqressiv münasibət isə, zaman-zaman gündəmi zəbt edən mövzulardan biri də olub. Baxmayaraq ki, Vaqif Abdullayev özünü sahibkarların “etibarlı dostu” hesab edir, amma onun hələ bir müddət bundan əvvəl 2-ci qrup Qarabağ əlili və sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslə yumruq davasına çıxması, gündəmi zəbt edən mövzulardan birinə də çevrilmişdir. Onun belə bir yanaşması, digər sahibkarlara qarşı münasibətdə də özünü göstərir. Belə ki, rayonda hansısa təmir-bərpa işlərinin aparılması nəzərdə tutulursa, o halda sahibkarlar məcburi qaydada belə bir işlərə sürüklənirlər. Belə bir addımların atılması da, istənilən formada sahibkarlığa əngəllər yaradır. Kənd təsərrüfatı sahəsinin inkişaf etdirilməsi məqsədilə ayrılan subdsiyaların mənimsənilməsi də, öz- özlüyündə böyük bir problemdir. Çünki, dövlətin fermerlərə ayırdığı subdsiyalar ünvanı üzrə çatdırılmır və icra başçısı başda olmaqla, ayrı-ayrı vəzifə sahibləri tərəfindən mənimsənilir. Subdsiyaların mənimsənilməsi ilə bağlı icra başçısı yerli icra nümayəndələrinə göstərişlər verir ki, bələdiyyə torpaqlarında taxıl əkilməsi ilə bağlı aqrar şöbəyə arayışlar versinlər. İcra başçının təkidi ilə kənd icra nümayəndələrinin aqrar şöbəyə saxta yolla verdikləri arayış əsasında, şöbə müdiri Xaliq Məmmədov sənədləşmələri qaydaya salır və onları Kənd Təsərrüfatı Nazirliyinə göndərir. Onu da vurğulayaq ki, yerli icra nümayəndələri həmin arayışları özlərinə yaxın şəxslərin adlarına yazırlar və sonra da aqrar şöbəyə təqdim edirlər. Kənd Təsərrüfatı Nazirliyi isə aqrar şöbənin göndərdiyi arayışları təsdiq edərək, ildə bir neçə dəfə bələdiyyənin saxta torpaqlarına yüz min manatlarla vəsait ayırır. Beyləqanda icra nümayəndələrinin “taxıl əkilməsi” ilə bağlı aqrar şöbəyə təqdim etdikləri torpaq sahələrinin 6 min hektardan çox olduğu da bildirilir. Bu da onu söyləməyə əsas verir ki, subdsiyalarla bağlı ayrılan vəsaitlər olduqca asan yollarla mənimsənilir. Vaqif Abdullayevin dəyəri milyonlarla qiymətləndirilən əmlaklara sahib olmaq istəyi, bu gün onu milyonlarla dəyərləndirilən var-dövlətə sahib olmağa da imkan verib. Belə bir səbəb üzündən də, bu gün o, həm vardövlətinə, həm də biznes imkanlarına görə gündəmə gələn vəzifə sahiblərindəndir. “Gündəm Xəbər”ə daxil olan məlumatlara görə, Vaqif Abdullayev bəzi məmurlar kimi villalara sahib olmaq həvəsində olan vəzifə sahiblərindəndir. Redaksiyamızı bilgiləndirən mənbə bildirir ki, onun paytaxtın Teymur Əliyev küçəsində “Milyonçular məhəlləsi” adlanan ərazidə, qiyməti 15-20 milyon manata arası olan villasının olması barədə, hələ bir müddət bundan əvvəl dövrü mətbuatda silsilə açıqlamalar da dərc olunmuşdu. Verilən məlumatlarda o da vurğulanır ki, icra başçısının villa sevdası heç cür bitib-tükənmək bilmir. Belə ki, onun paytaxtın “Vorovski” adlanan qəsəbəsində beşmərtəbəli mülkə sahib olduğu da bildirilir. Bütün bunlardan da bəlli olur ki, Beyləqan RİH-nin başçısı rayona sosial-iqtisadi problemlərinin həlli ilə bağlı ayrılan büdcə vəsaitlərini təyinatı üzrə deyil, yalnız öz məqsədləri üçün xərcləyir. Hələ bu azmış kimi, Vaqif Abdullayevin oğlunun ad günündə ona qiyməti bir neçə yüz min manat dəyərində olan avtomobil bağışlaması ilə də, gündəmi zəbt etmişdi. Bir qədər vaxt keçdikdən sonra isə, onun özünə “Bugatti” markalı avtomobil alması xəbəri də yayıldı. Bu haqda sızdırılan məlumatlarda o da bildirilir ki, həmin avtomobil onun adına rəsmləşdirilməsə də, amma o, həmin avtomobili ara-sıra sürür və rayonda gözə görünməməyə də çalışır. Onun “Gənclik” metrosunun yaxınlığında villasının, Xızı rayonunda isə, ən bahalı istirahət mərkəzinin olduğu bildirilir. Baxmayaraq ki, rayonun kənd və qəsəbələri, iri yaşayış məntəqələri, mərkəzi küçələri, şəhər daxili yolları və s. bərbad haldadır. O hal yaxşı olmazmı ki, cənab Vaqif Abdullayev villalara, milyonlara sahib olmaq sevdasından vaz keçsin və ölkə rəhbərinin ona bəslədiyi etimadı döğrultsun. Bu gün Vaqif Abdullayevin adı, ictimai arenada qalmaqallı icra başçısı olaraq daha məşhurdur. Çünki, rayona rəhbərlik etdiyi ötən illər ərzində onun adı, bir çox maxinasiyalarda, büdcə vəsaitlərini mənimsəməkdə və slərdə. hallanıb. Təəssüf doğuran hal o olub ki, dövrü mətbuatda, bir çox media qurumlarında onunla bağlı nə qədər tənqidi açıqlamalar dərc olunsa da, o iş fəaliyyəti ilə bağlı “haqq yolu”na qayıtmır. Vaqif Abdullayev Beyləqana şəxsi əmlakı kimi yanaşır və nəyi necə düşünürsə, onu da elə edir. Belə bir yanaşma rayonun problemlərinin üstünə yeni-yeni problemlər gətirir və problemlərdən xilas yolu da, ancaq və ancaq icra başçısının “yola salınmasından” keçir. Qarşı tərəfin də mövqeyini dinləyə bilərik. Araşdırmamız davam edəcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|