Aqrar Universitetdə "aqrar təfəkkür" - İTTİHAM VAR
Tarix: 29-11-2016, 08:41 | Çap et
Hazırda ölkə iqtisadiyyatının ən önəmli sahələrindən biri olan kənd təsərrüfatında mövcud problemlərdən biri də peşəkar, ixtisaslaşmış kadrların çatışmazlığıdır. Ümumiyyətlə, hər bir sahənin inkişafının əsas şərtlərindən biri bu sahəni bilən peşəkar şəxslərin olmasıdır. Yəqin razılaşarsınız ki, ixtisaslaşmış kadr olmadıqda yaranan problemlər kokündən həllini tapa bilmədiyindən uzanır və bu, müvafiq sahədə həm vaxt, həm vəsait itkisinə səbəb olur. Bu gün kənd təsərrüfatında da məhz bu hallar müşahidə olunmaqdadır. Belə ki, son illər kənd təsərrüfatı üzrə kadrların yetişdirilməsinə o qədər də əhəmiyyət verilmədiyini deyən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada bildirilir ki, bu gün kənd təsərrüfatında kadr çatışmazlığı həqiqətən də çox ciddi məsələdir. Bunun məsuliyyətinin isə İbrahim Cəfərovun rektoru olduğu Azərbaycan Dövlət Aqrar Universitetinin üzərinə düşdüyünü vurğulayan mənbənin sözlərinə görə, nədənsə son zamanlar adıçəkilən təhsil müəssisəsində kənd təsərrüfatı sahəsində savadlı kadrların yetişdirilməsinə yetərincə əhəmiyyət verilmir: «Nəzərinizə çatdırım ki, son dövrlər ən aşağı bal toplayan abituriyentlər məhz Azərbaycan Dövlət Aqrar Universitetinə qəbul olunurlar. Və burda təhsil alan tələbələrin sonradan işlə təminatında da bir sıra problemlər yaranır. Təəssüflər olsun ki, Azərbaycandan bir tələbə belə, Avropa institutlarına kənd təsərrüfatı sahəsində təhsil almaq üçün göndərilməyib. Başqa ixtisaslara aid kifayət qədər azərbaycanlı tələbələr xaricdə təhsil alsalar da, aqrar sahədə bu hala təsadüf olunmur. Ümumiyyətlə, İbrahim Cəfərovun rektoru olduğu Azərbaycan Dövlət Aqrar Universitetində kənd təsərrüfatı üçün yüksək səviyyəli peşəkarlar yetişdirilmir. Deyilənlərə görə, Dövlət Aqrar Universitetində yüksək ixtisaslı kadr hazırlığı üçün münbit şərait yoxdur. Halbuki bu gün ölkənin kənd təsərrüfatı sektorunda peşəkar, yüksək ixtisaslı kadrlara ehtiyac həmişə olduğundan daha çox özünü büruzə verməkdədir. Çünki etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının başlıca şərtidir. Məhz bu baxımdan dövlət səviyyəsində ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafına yönələn irimiqyaslı proqramlar həyata keçirilir. Etiraf etmək lazımdır ki, dövlət tərəfindən kifayət qədər maliyyələşmə və güzəştlərin tətbiqinə baxmayaraq, əldə olunan nəticələr təlabat və gözləntilərə hələ də adekvat deyil. Və belə vəziyyətin yaranmasına səbəb olan amillər arasında, məhz peşəkar kadr çatışmazlığı heç də sonuncu yeri tutmur». Ölkəmizdə aqrar sahədə ixtisaslı kadrların yetişdirilməsindən danışarkən ilk növbədə bütün diqqətlərin məhz Azərbaycan Dövlət Aqrar Universitetinə yönəldiyini bildirən məlumatlı şəxs qeyd edir ki, adıçəkilən təhsil müəssisəsi və onun rektoru İbrahim Cəfərov üzərinə düşən bu vəzifənin öhdəsindən lazımınca gəlmir: «Deyilənlərə görə, bu gün istehlak bazarının kənd təsərrüfatı məhsulları ilə istənilən səviyyədə təmin olunmamasının bir səbəbi də savadlı kadr qıtlığı ilə bağlıdır. Kənd təsərrüfatı mütəxəssislərinin hazırlanmasını həyata keçirən təhsil ocaqları üzərlərinə düşən işin öhdəsindən lazımınca gələ bilmirlər. O cümlədən Azərbaycan Dövlət Aqrar Universitetinin əsas vəzifəsi peşəkar kadrların yetişdirilməsi olsa da, bu təhsil müəssisəsinin rektoru İbrahim Cəfərov başqa məsələlərə, əsasən də müxtəlif yollarla gəlir əldə etməyə daha çox diqqət yetirir. Deyilənlərə görə, bir çox şirkət və iri təsərrüfat rəhbərləri İbrahim Cəfərovun rektoru olduğu Azərbaycan Dövlət Aqrar Universitetinin məzunlarının hazırlıq səviyyəsini heç də qənaətbəxş hesab etmirlər. İddialara görə, hətta müəyyən elmi bazaya və şəxsi potensiala malik məzunların, yeni işə girdikləri müəssisədə təcrübə toplayaraq ixtisaslı kadra çevrilmələri üçün kifayət qədər zaman və maddi resurslar sərf olunur ki, bu da heç də həmişə özünü doğrultmur. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, İbrahim Cəfərovun rektoru olduğu Azərbaycan Dövlət Aqrar Universitetində kadr hazırlığı bərbad vəziyyətdədir». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|