"Heç Zəngilanın millət vəkili belə gözümüzə görünmür" - Şəhid anasının HARAYI
Tarix: 24-11-2016, 09:55 | Çap et
Aprel döyüşlərində qəhrəmancasına həlak olan şəhidlərimizdən biri də əsgər Baxşəliyev Rəşid Əliağa oğludur. Biz Moderator.az olaraq torpaqlarımızın azadlığı uğrunda şirin canından keçən bütün şəhidlərimizin ruhunun qismən də olsa rahatlıq tapması üçün hər dəfə bir şəhid qapısını döyürük. Bu dəfə şəhid əsgərin ailəsi ilə görüşmək üçün Masazırda yerləşən Abşeron Gənclər şəhərciyindəki evlərinə yollandıq. Bizi şəhid əsgərimizin anası Çimnaz xanım, atası Əliağa və bacısı Gülzar qarşıladılar.
İki otaqlı mənzilin birində Rəşiddən qalan xatirələr saxlanılıb: onun ifa etdiyi “sintezator”, çəkdirdiyi şəkillər və geyindiyi paltarlar. Söhbətimizə ilk olaraq Şəhidimizin atası Əliyağa müəllimlə başlayırıq.
Şəhid atası:
“Sintezator ifa edirdi...”
“Rəşid mənim ilk övladımdı. İki övlad atasıyam, Rəşidin bir bacısı var. Biz əslən Zəngilan rayon Şamlı kəndindənik. Zəngilan işğal olunandan sonra biz də öz el-obamızdan didərgin düşdük. Rəşid Sumqayıt şəhərində doğulub. Biz sonra Buzovnaya köçdük. Rəşid Əliağa Vahid adına 2 saylı orta məktəbi bitirdi. Sonra isə Asəf Zeynallı adına musiqi kollecini bitirdi. Sintezator ifa edirdi. Uşaqlıqdan musiqiyə çox həvəsi var idi. 2014-cü il oktyabr ayının 22-də Rəşidin doğum günün qeyd etdik və 24-də hərbi xidmətə yola düşdü.
“Ona haqqımı halal edirəm...”
Rəşid ilk olaraq gənc əsgər kimi Lənkəran rayonunda xidmətə başladı. Sonra bir aylıq kurs keçərək topçu kimi Ağcabədi rayonuna yollandı. Rəşidin yanına gedib-gəlirdik, telefonla danışırdıq, hər şeyin yaxşı olduğunu deyirdi. Hərbi xidmətini başa vurmağa dörd ay qalmış məzuniyyətə də gəldi. Dedi ki, ata, hərbi xidmətimi başa vurduqdan sonra qalıb müddətdən artıq çavuş kimi işləyəcəm. Mən də etiraz etmədim. Rəşid aprel döyüşlərində iştirak etdi. Biz həmin ərəfədə onunla əlaqə saxlaya bilmədik. Aprelin 10-da axşam saatlarında bizimlə danışdı. Dedi ki, ata, bu gün gələ bilmədim, ancaq aprelin 15-də evdə olacam. Rəşid hərbi xidmətini başa vurmuşdu. Əslində aprelin 1-də evə buraxılmalıydı. Aprelin 11-də dostlarımla oturub Rəşidin gəlməyindən danışırdıq. Çünki evdə bütün hazırlığımızı görmüşdük. Mənə Zəngilan Hərbi Komissarlığından zəng gəldi və dedilər ki, Rəşid yaralanıb, indi Bakıya gətiririk. Mən onda bildim ki, bu yaralı söhbəti deyil, Rəşidə nəsə olub. Mənə məlum oldu ki, Rəşid şəhid olub. Sonra anasına zəng vurdum, anası da evə gəldi. Rəşidi aprelin 12-də böyük izdihamla Sumqayıtdakı Şəhidlər Xiyabanında dəfn etdik. Rəşid həmişə mənim üzümü ağ edib, o, pis övlad olmayıb. Ona haqqımı halal edirəm”.
Söhbətimizə Şəhidimizin anası Çimnaz xanımla davam edirik. Çimnaz xanım həmin vaxt Şəhid əsgərimiz Rəşad Niftalıyevin dəfn mərasimində olduğunu deyir.
Şəhid anası:
“Dedi ki, ana, Rəşidi yola salmışıq, axşama evə çatarlar...”
“Həmin gün mən Şəhid əsgərimiz Rəşad Niftalıyevin dəfn mərasimindəydim. Yas mərasimində özümdən asılı olmayaraq halım pisləşdi. Gördüm ki, boğuluram. Bayıra çıxıb bir az hava almaq istədim və telefonuma baxanda gördüm ki, həyat yoldaşım bir neçə dəfə zəng vurub, amma mən görməmişəm. Rəşidin komandirindən də mənə zəng gəlmişdi. Həyat yoldaşıma zəng vurdum və mənə dedi ki, tez evə gəl! Sonra Rəşidin komandirinə zəng vurdum və Rəşidi soruşdum. Dedi ki, ana, Rəşidi yola salmışıq, axşama evə çatarlar.
“Rəşidi nişanlamağa hazırlaşırdıq...”
Mən də komandirinə təşəkkür etdim. Elə bildim ki, Rəşid xidmətini başa vurub və artıq evə buraxılıb. Sonradan mənə “axşama evə çatarlar” sözü qəribə gəldi. Dedim ki, Rəşid onda özü gəlmir? Kimsə onu gətirir? Komandiri telefonu söndürdü. Sonradan mənə məlum oldu ki, Rəşid şəhid olub. Rəşidi bildiyiniz kimi dəfn etdik. Çox sağ olsunlar Abşeron İcra Hakimiyyəti, Sumqayıt İcra Hakimiyyəti, Binəqədi İcra Hakimiyyəti bizə yetərincə köməklik göstərdilər. Zəngilanın nə İcra Hakimiyyəti, nə də Hərbi Komissarlığı bizə diqqət ayırdı. Heç Zəngilanın millət vəkili belə gözümüzə görünmür. Rəşidi nişanlamağa hazırlaşırdıq. Dedim ki, gəlsin sonra nişanlayaq: sevdiyi qız var idi, amma qismət olmadı. Gözümün qağı-qarası bir oğlum var idi”. (Ağlayır)
Şəhid ailəsinin indi bircə təsəllisi Rəşidin Şəhidlik zirvəsinə ucalmasıdır. Rəşidin bacısı Gülzar da biz söhbət etdikcə göz yaşlarına hakim ola bilmir. Çünki, onu nazlayan, qayğısına qalan tək qardaşı, Rəşidi Şəhid olub.
Şəhid əsgərin bacısı:
“Rəşid çox sakit bir uşaq idi. İçində bir az da qısqanclıq var idi, tək başına harasa gedib-gəlməyimə belə razı olmurdu. Bacı-qardaş kimi çox mehriban idik. Aramızda Rəşidlə üç yaş fərq var idi. Ondan sonra evimiz boş qalıb”.
(Ağlayır)
Şəhid ailəsi onlarla görüşüb Rəşid haqda söhbət etdiyimiz üçün çox sevinirlər. Biz də təşəkkür edib bildirirlər ki, nə yaxşı bizlər Şəhidlərimizin ailəsi ilə görüşür, onların qismən də olsa dərdlərinə şərik oluruq. Sonda biz də Şəhidimizin ailəsinə başsağlığı verib Şəhidimizə Allahdan rəhmət, ailəsinə isə səbr diləyirik.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|