Deputat Mahir Aslanovun oğlu haqqında ilginc iddialar - Belə deyirlər...
Tarix: 21-11-2016, 11:44 | Çap et
Bu yaxınlarda bütün ölkə mətbuatının gündəminə 53 il siqaret çəkməsi haqqında etirafı və tütün məmulatlarının reklamına qarşı sərt bəyanatları ilə deputat Mahir Aslanov gəldi.
Deputatın Milli Məclisdəki bu çıxışı müxtəlif media qurumlarında müzakirə olundu və hətta bəzi jurnalistlər sosial şəbəkələrdə onun Milli Məclisdə son 6 ildə cəmi 1 dəfə, onda da siqaret haqqında danışdığını qeyd etdilər.
M.Aslanovla bağlı bir sıra məlumatlar əldə edilib, lakin ilk əvvəl oxuculara ölkə mətbuatından bəzi çıxarışları xatırlatmaq istərdik. M.Aslanov yalnız siqaret məsələsində həssaslığı ilə mətbuatın gündəminə gəlmir.
Belə ki, Goranboyun millət vəkilinin adı tikinti, mebel, logistika, klub-restoran biznesində də hallanır.
Məsələn, 2015-ci ildə mətbuatda yayımlanmış bir məqalədə deyilir: " Deputatın özündə bir çox sahəni birləşdirən nəhəng biznes şəbəkəsinə sahib olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Mahir Aslanova məxsus olan "Kəpəz Group” tikintidən tutmuş, mebel satışına qədər bir çox fərqli sahəni əhatə edir: "Bu şirkət 1992-ci ildə fəaliyyətə başlayıb. "Kəpəz Group” tikinti, mebel (istehsalı və daşınması), daşımaçılıq, restoran (klub), mehmanxana biznesi, həmçinin, təmir və dizaynlaşdırma sahələrində fəaliyyət göstərir. Şirkət hazırda Almaniya, Türkiyə, Birləşmiş Ərəb Əmirliyi, Gürcüstan, Rusiya və Rumıniya ilə güclü əlaqələr qurub. Bundan başqa, Mahir Aslanovun onlarla iri yük daşımaçılığı ilə məşğul olan TIR-ları var.
İnqilab küçəsində yerləşən "Kəpəz Mebel Evi”, "Kəpəz” otel və "Happy İnn” otellər şəbəkəsi də ona məxsusdur. Eyni zamanda, millət vəkilinin paytaxtın müxtəlif ərazilərində bir neçə hündürmərtəbəli binası var”. Deputatın oğlu Məhəmmədəli Aslanovun "Bank of Azerbaijan”ın Müşahidə Şurasına rəhbərlik etdiyini deyən məlumatlı şəxsin iddiasına görə, Mahir Aslanovun oğlu əvvəllər "Bank Technique” ASC-də mühüm postda təmsil olunub: "Deputatın digər oğlu Famil Aslanov isə hüquq-mühafizə orqanlarında çalışır. Lakin buna baxmayaraq, o, bu ilin yanvar ayında idarə etdiyi 10 GV 888 dövlət nömrə nişanlı "Maserati” markalı avtomobili ilə yol hərəkət qaydalarını pozduğu üçün saxlanılıb. Nəticədə onun maşını Badamdarda yerləşən cərimə meydançasına aparılıb. Mahir Aslanovun biznes imperiyasına gəlincə, bu barədə deyilir ki, deputatın Nəsimi rayonu Abbas Səhhət küçəsində yerləşən "Happy İnn” oteli bəzi idarə, təşkilat və müəssisələrin pul "yuduqları” otel kimi tanınır. Bu otel hər zaman müştəri bolluğu ilə seçilib. Ölkəmizə gələn qonaqlar məhz "Happy İnn” otelinə yerləşdirilirlər. Bir sözlə, əldə olunmuş "razılaşma”ya əsasən ölkəmizə gələn idmançılar və mədəniyyət nümayəndələri bu oteldə məskunlaşırlar”. Həmçinin, M.Aslanovun sabiq baş nazirin müavini Abbas Abbasovla "şəriklik” əlaqələrindən də mətbuatda söz açılır: "Deputatın baş nazirin sabiq 1-ci müavini Abbas Abbasovla da şərikli biznesinin olduğu haqda məlumatlar var. M.Aslanovun Abbas Abbasovun Rumıniyadan ölkəyə gətirdiyi mebellərin satışını həyata keçirdiyi bildirilir. Haqqında yazılanlara münasibətini öyrənmək üçün musavat.com-un əməkdaşı M.Aslanovla telefon əlaqəsi saxlayıb. Deputat deyib ki, seçiciləri onu boykot edib-etmədiyini seçkilər göstərəcək: "Hamı bilir ki, mən kiməm. Mən Abbas Abbasovla bağlı danışmaq istəmirəm. 66 yaşım var, barəmdə kim nə yazır, yazır də. Mənim Abbas Abbasovla tanışlığım belə yoxdur, o ki qalmışdı onunla şərik olam. Heç onun deputat oğlu Aydın müəllimlə də münasibətim, salam-əleykim yoxdur. Baxmayaraq ki, 5 ildir deputatıq. Çox adam çox şey yaza bilər. Mən özümə arxayınam, kim nə istəyir yazsın”.
Məhəmmədəli Aslanovun "Bank of Azerbaijan”ın rəhbərliyinə gətirilməsi ilə bağlı məlumat 2014-cü ildə Lent.Az tərəfindən də yayılmışdı. Qeyd edək ki, bu banka əvvəl "Hafka” ləqəbli Hafiz Məmmədov rəhbərlik edib. Ölkə mətbuatında "Hafka”nın Mahir Aslanovun oğlu ilə əvəzlənməsini "təsadüf” hesab etməyənlər də az deyil. Bəzi saytlarda Mahir Aslanovun nəqliyyat naziri Ziya Məmmədovla sıx əlaqələrindən söz açılsa da, mia.az saytında əksini iddia edən məlumata rastlamaq olar: "Məlumatlı şəxsin sözlərinə görə, hazırda elə bir vəziyyət yaranıb ki, Mahir Aslanovun qudası Hafiz Məmmədova məxsus olan "Bank of Azerbaijan” ASC-də yanvarda bağlanmaq təhlükəsi ilə üzləşib: «Bilirsiniz ki, Mahir Aslanovun kürəkəni də həmin bankda pay sahibidir. Yəni Hafiz Məmmədov bankın səhmlərinin 42,97 faizini oğlanları Kənan və Sənanın adın, 13,31 faizini isə qardaşı Mübariz Məmmədovun adına rəsmiləşdirib”
"Bank of Azerbaijan”da qohumların "yerdəyişməsi” təbii olaraq sual doğura bilər, lakin Mahir Aslanovun digər oğlu Famil Aslanov da mətbuatın diqqətindən kənarda qalmayıb. 2015-ci ilin yanvar ayında bir məlumat yayılmışdı ki, bayram günlərində yüksək səsli siqnallardan istifadə edən və yol-hərəkət qaydalarını pozan Famil Aslanovun "Maserati”si cərimə meydançasına aparılıb: "Avtoxuliqanlıq edən sürücünün 10 GV 888 dövlət nömrə nişanlı "Maserati” markalı bahalı avtomobil isə cərimə meydançasına aparılıb. Həmin avtomobil hazırda Badamdarda yerləşən cərimə meydançasında saxlanılır. AzNews.az belə dəbdəbəli avtomobillə "avtoşluq” edən sürücünün kimliyini araşdırıb. Məlum olub ki, sürücü Famil Mahir oğlu Aslanovdur. Onun iş adamı, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Mahir Aslanovun oğlu olduğu müəyyən edilib. Məsələ ilə bağlı sualları cavablandıran millət vəkili Famil adlı oğlunun olduğunu bildirsə də, onun idarə etdiyi "Maserati”nin cərimə meydançasına aparılmasını təsdiqləməyib: "O, orqan işçisidir. Onun qayda pozması və maşınının cərimə meydançasına aparılması inandırıcı deyil. Ancaq hər birimiz qanun qarşısında cavabdehik və bu baxımdan əgər yol hərəkət qaydalarını pozuruqsa, avtomobilimiz cərimə meydançasına aparıla bilər” .
Oxuculara aydınlıq gətirmək üçün bildiririk ki, həmin vaxtda Famil Aslanov MTN-in Nəsimi Rayon İdarəsində rəis müavini olub. Onun "Maserati”si və avtoxuliqanlığı haqqında isə elə də geniş informasiyalar sızmayıb və ya… Təbii ki, MTN-in vəzifəli zabiti barəsində çox da müzakirə aparıla bilməzdi. Həmçinin "Happy İnn” otelinin Nəsimi rayon ərazisində yerləşməsi də, Mahir Aslanovun gücünə "güc qatmış” sayıla bilər.
Lakin mətbuatda belə şayiələr də gəzir ki, Mahir Aslanovun bu və digər işləri elə onun MTN-çi oğlunun nəzarətində olub. O dərəcədə ki, yaxın zamanlara qədər Mahir Aslanova zəng edənlər onun özü ilə yox, Famil Aslanovla danışmalı olublar. Hazırda isə MTN-çi oğlun harda olduğu bilinmir. Bəzi şayiələrə görə, Famil Aslanov atasının bəzi əlaqələrinin sayəsində cinayət araşdırmalarından kənarda qalaraq, bizneslə məşğul olur… Eləcə də, onun tez-tez xaricə gedib-gəldiyi, yaxın zamanlarda Avropaya köçüb orda "əsaslanacağı” barədə məlumatlar gəzir. Lakin təhlükəsizlik orqanı əməkdaşının, həm də rəis müavini işləmiş birinin Avropada yaşayış icazəsi alması üçün, əlbəttə, bir sıra "prosedurlar” və "çətinliklər” ola bilər. Digər tərəfdən, Famil Aslanov özüylə Avropaya puldan başqa, daha nələr aparmaq niyyətindədir? Bu və digər suallara aydınlıq gətiriləcəyinə ümid edirik. ("365.nfo")
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|