“İlin Dörd Fəsli” MMC-nin nümayəndələri narazı sakinləri təhdid edir - ŞİKAYƏT VAR
Tarix: 21-07-2016, 09:35 | Çap et
Bu günlərdə LEGİON.AZ saytı “Yeni Bakı”da bəzi binalarda çatların mövcudluğundan narahat olan sakinlərin şikayətlərini, eləcə də çat verən binalardan foto və videolar yayımlamışdı.
Eyni zamanda, Abşeron RİH-in Memarlıq və Tikinti Şöbəsinin müdiri Akif Əliyevin də fikirləri LEGİON.AZ-da işıqlandırılmışdı. Abşeronun baş memarı Akif Əliyev sözügedən binalarda çat və çökmə əlamətləri olmasını təsdiqləyib: “Həqiqətən də çatlar var, binalarda çökmə əlamətlərinin olduğunu müəyyən etmişik. Lakin o binaların yaşayış üçün təhlükəlilik dərəcəsini FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət üzrə Dövlət Agentliyinin xüsusi ekspertiza qrupu müəyyən edə bilər. Adi baxışla bu barədə dəqiq qərar vermək çətindir. Amma bir daha deyə bilərəm ki, sizdə olan məlumatlar doğrudur, fakt olaraq həmin binalarda çatlar və çökmə əlamətləri var. Onların səbəbləri ətraflı araşdırılmalıdır. Bu, yeraltı, tektonik proseslərdən də ola bilər, yaxud yeraltı qrunt suları ilə bağlı ola bilər… Torpağın xassəsi ilə bağlı da, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq ekspertiza qrupu rəy verməlidir”, – deyə Abşeronun baş memarı vurğulayıb. Həmçinin, A.Əliyev “Yeni Bakı”ya ekspertiza qrupu göndərilməsi üçün FHN və ETSN-ə müraciət göndərəcəyini də əlavə edib.
Biz məsələ ilə bağlı FHN-ə də sorğu göndərmişdik, iyulun 19-da FHN-in mətbuat xidmətindən verilən sorğunuza cavab olaraq verilən cavabda bildirilir: ” Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən sözügedən binalara baxış keçirilərək müvafiq akt tərtib olunmuşdur. Həmin akta görə, binaların konstruktiv elementlərində heç bir çat və deformasiya qeydə alınmamışdır. Bununla belə, binaların qarşısında tikilən pilləkən və meydançaların oturduğu divarlarda divaraltı əks doldurulan qrunt kipləşdirilmədiyindən çatlar və aralanmalar yaranmışdır ki, bunlar binaların dayanıqlığına heç bir təhlükə törətmir.
Bu çatışmazlıqların aradan qaldırılmasına görə müvafiq tədbirlərin görülməsi üçün Abşeron rayon Masazır ərazisində yerləşən “Yeni Bakı” yaşayış komleksinin rəhbərliyinə Agentlik tərəfindən məktubla müraciət edilmişdir”.
Qeyd edək ki, biz məsələ ilə bağlı “İlin Dörd Fəsli” MMC-nin də fikrini dərc etməyə çalışmış, amma dəfələrlə ya şirkətin menecerləri bizə informasiya verməkdən imtina etmiş, ya da şirkət rəhbərliyi bir neçə cümləlik “qaralama” email məktubu göndərməklə kifayətlənmişdi. İyulun 16-da (şənbə günü) özünü təqdim etməyən şirkət nümayəndəsi Qafqaz Xəbər Agentliyinin direktoru Araz Məmmədova zəng edərək, LEGİON.AZ-da yazılanların qərəzli olduğunu demişdi. Agentlik direktoru isə qarşı tərəfin də mövqeyini dərc etmək üçün əməkdaşımıza tapşırıq vermiş, lakin əməkdaşımız bir neçə saat sonra həmin şəxslə danışarkən, bu sözləri eşitmişdi: “Mənə daha zəng etməyin, məni şənbə günü narahat etməyin. Mən sizə heç nə demək istəmirəm”.
İyulun 20-də “Yeni Bakı” sakinlərindən məlumat aldıq ki, komendantlıq işçiləri hər binanın girişində FHN-in məktubunun surətini və mətbuata müraciət edənlərin fırıldaqçı elan olunduğu bildirişləri yapışdırıblar.
Sakinlər bizə həmin bildirişin fotoşəklini də çəkərək göndəriblər. Fotoşəkildən aydın görünür ki, “İlin Dörd Fəsli” MMC-nin rəhbərliyi sakinlərin binalardakı çatlardan yaranan narahatlığını, mətbuatın isə bu mövzuda araşdırma aparmasını təxribat və böhtan kampaniyası hesab edir. Həmçinin, bildirişdə qeyd olunur ki, “şirkət yalan və böhtan xarakterli şayiə və məqalələrə görə məhkəmə iddiası hazırlayır və bu şəxslərin mənzil müqaviləsinin ləğvi haqqında düşünür”.
Bizə maraqlı gəldi, görəsən, “Yeni Bakı”da komendantlığın idarəetməsindən narazı olan, hər hansı narahatlığın araşdırılması üçün mətbuata və dövlət qurumlarına müraciət edən sakinlərin mənzil müqaviləsi hansı əsasla ləğv olunacaq? Bəlkə, şirkət rəhbərliyi “Yeni Bakı”da cəza kampaniyasına start verərək, sakinləri öz pulları ilə aldıqları mənzildən məhrum edəcək?
Bu suallara cavab tapmaq üçün, “İlin Dörd Fəsli” (və ya özlərinin də yazdığı kimi, İDF MMC) şirkətinə zəng etdik, nə zəng etdiyimiz şəhər nömrələrində, nə də mobil nömrələrdə bizə cavab verən olmadı.
“Yeni Bakı”nın komendantı Ehtiram Yusifov isə bildirdi ki, bunun necə baş tutacağını dəqiq bilmir: “Onu şirkətdən soruşmaq lazımdır. Məhkəmə iddiası hazırlanılır. Məhkəməyə verərlər, siz də gedib baxarsınız, görərsiniz”.
Həmçinin, əldə etdiyimiz məlumata görə, “Yeni Bakı”nın sakinləri tərəfindən yaradılan, artıq 3-cü binanın say çoxluğu ilə qoşulduğu “Abşeron-1” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə qarşı sıxışdırma xarakterli addımlar atılır. “Abşeron-1” MMMC-nin rəhbəri Yeganə Tahirova LEGİON.AZ-a bildirdi ki, sakinlərə işıqpulunun ödənilməsi ilə bağlı bildiriş göndərilib, lakin onlardan bu ödənişlər götürülmür: “Deyirlər ki, kommunal ödəniş edin, sonra işıqpulunu götürək. O sakinlər isə qanunvericiliyə uyğun formada bizim MMMC-yə keçiblər, amma “Yeni Bakı” komendantlığı bu fakta məhəl qoymur. Bu, açıq-aşkar bizim fəaliyyətimizin məhdudlaşdırılmasıdır”.
Yazı sayta gedərkən, redaksiyamıza Cəlil Şahin oğlu Cəlilov adlı vətəndaş zəng etdi. O bildirdi ki, rayondakı torpaq sahəsini sataraq, “Yeni Bakı”nın 5-ci binasında dayısının adına mənzil alıb, şirkətə heç bir borcu qalmayıb.
“Bir müddət olar ki, hərbi xidmətdən qayıtmışam. Çətinliklə də olsa, həmin mənzildə təmir işləri aparmaq, tez bir zamanda məskunlaşmaq fikrindəydim. Lakin mənə mənzilin açarını vermirlər. Şirkətin mühasibatlığından Gülya xanım dedi ki, sayğaclar üçün 700 manat verməliyəm. Müqavilədə bu ödəniş haqda heç nə yoxdur. Dedim ki, evlərə sayğaclaırn pulsuz qoyulması ilə bağlı Prezidentin göstərişi var, amma “bizə aid deyil” cavabı aldım. Bəlkə, mən mənzilimdə şamla oturacam? Həm də ki, açarını əlimə almadığım, hələ məskunlaşmadığım bir mənzilə görə, əlavə olaraq 700 manata qədər kommunal ödəniş borcu tələb edirlər. Belə özbaşınalıq olar? Xahiş edirəm, bu məsələnin həllində mənə kömək edin”, – deyə C.Cəlilov qeyd etdi.
Axşam saatları olduğundan, bu məsələ ilə bağlı şirkət rəhbərliyindən və ya komendantlıqdan fikir öyrənə bilmədik, amma növbəti yazılarımızda mütləq vətəndaş Cəlil Cəlilovun problemini ətraflı araşdıracağıq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|