Oliqarx klinikalarının «devalvasiya bəhanəsi» - Qiymətlər əl yandırır...
Tarix: 12-03-2016, 13:17 | Çap et
Azərbaycanda manatın ucuzlaşmasını əsas gətirən əksər özəl tibb müəssisələri müayinə və müalicə qiymətlərini kəskin bahalaşdırıblar. Əvvəldən də xəstələrdən yüksək ödənişlər tələb edən özəl klinikaların devalvasiyadan sonrakı qiymətləri, obrazlı desək, «əl yandırır». «Unikal»ın araşdırmasına görə, Mərkəzi Klinik Xəstəxanada devalvasiyadan sonra bir sıra qiymətlər artıb. Məsələn, daxili orqanların ultrasəs müayinəsinin qiyməti həkim seçimindən asılı olaraq 50-65 manat arasında dəyişir. Devalvasiyadan əvvəl isə bu, 40-50 manat idi. "Diqnoz” klinikasında daxili orqanların müayinəsi 35 manatdır. Bura ginikoloji orqanların müayinəsi də daxil edildikdə qiymət 50 manat olur. Halbuki devalvasiyadan bir neçə ay əvvəl UZİ müayinəsinin ümumi qiyməti 35-40 manat arasında idi. "City Hospital”da ən çox müraciət olunan "Check-Up” (ümumi müayinə) xidmətinin haqqı qaldırılıb. "Avrasiya” klinikasında isə ən çox müraciət olunan - ailə qurmağa hazirlaşan cütlüklərə özəl "Check-Up” xidməti kişilər üçün 150, xanımlar üçün isə 90 manata təklif olunmaqdadır. Hələ ötən ilin oktyabr ayından ölkədə 2016-cı il üçün yaşayış minimumunun 136 manat məbləğində proqnozlaşdırıldığını nəzərə alsaq, gəlin razılaşaq ki, bu qiymətlər gənc ailələr üçün əlçatmazdır. "Baku Medical Plaza”da ümumi qan analizi 14 manat, qanın tərkibindəki mikroblar üçün müayinə 18- 30 manat arasında dəyişir. Hamiləlik üçün qan analizlərinin qiyməti isə 300 manatdır. Adıçəkilən klinikada həkim qəbulu 40-60 manat təşkil edir. Atlas” Tibb Mərkəzində də qiymətlər ucuz deyil. Ümumi qan analizi 17 manat, digər qan analizləri isə ayrı-ayrılıqda 20-30 manat civarındadır. Ümumilikdə isə 180 manatla bütün qan analizlərindən keçmək mümkündür. Həkimin qəbulu üçün 30 manat ödənməlidir. Gəlin açıq danışaq: Azərbaycan reallığında göstərilən rəqəmlər vətəndaşın cibi ilə müqayisədə «fantastik» deyilsə, bəs nədir? Xatırladaq ki, ötən ilin dekabrında - manatın ikinci dəfə və bu dəfə daha kəskin devalvasiyasından sonra Səhiyyə Nazirliyi faktiki olaraq özəl klinikaların qiymətləri artırmaq istəyinə «yaşıl işıq» yandırmışdı. "Manatın məzənnəsi ilə əlaqədar olaraq dövlət xəstəxanalarında heç bir problem yoxdur" deyən səhiyyə nazirinin müavini Elsevər Ağayev həmin vaxt jurnalistlərə açıqlamasında onu da bildirmişdi ki, "Dövlət səhiyyə müəssisələrində xidmət pulsuzdur, ancaq özəl müəssisələrdə belə deyil. Buna görə də onların gətirdikləri məhsulların qiymətində hər hansısa bir dəyişiklik olarsa, xidmət haqqının qiymətini dəyişə bilərlər". Nazir müavininin bu açıqlamasından sonra özəl klinikaların müayinə və müalicə qiymətlərini artırmasına təəccüblənməmək lazımdır. Bununla belə, unutmaq olmaz ki, əhalinin sosial durumu heç də yaxşı deyil, iqtisadi böhran isə vətəndaşların maddi durumunu daha da ağırlaşdırıb. Belə olan halda özəl klinikaların da qyimət artımına getməsi ilk növbədə onların özlərinə ziyandır, çünki mövcud şəraitdə onlara üz tutanların sayı da kəskin azalacaq. Təsadüfi deyil ki, bir çox ekspertlər belə yüksək qiymətlər müqabilində bir sıra özəl klinikaların bağlanmaq riskinin yüksək olduğunu söyləyirlər. Bu fikirlə razılaşmamaq mümkün deyil. Belə getsə, devalvasiyanı bəhanə edib qyimətlərini daha da qaldıran özəl tibb müəssisələrinin qapısını açan tapılmayacaq.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|