MEŞƏ ZOLAĞI YANMA TƏHLÜKƏSİNDƏ
Tarix: 8-04-2012, 13:35 |
Çap et
FHN HƏYƏCAN TƏBİLİ ÇALIR
Azərbaycanda meşə zolağı yanma təhlükəsindədir.
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi internet saytına istinadən verdiyi məlumata görə, aprelin 8-də Qusar rayonu, Zuxul və Yuxarı Tahircal kəndləri istiqamətində dağlıq ərazidə kol-kos yanması müşahidə olunur.
Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvə və vasitələri və aviasiya dəstəsinin 1 ədəd helikopteri cəlb olunub. Hal-hazırda yanğının söndürülməsi və meşə zolağına keçməsinin qarşısının alınması üçün zəruri tədbirlər görülür.