RÖVNƏQ ABDULLAYEVİN MÜƏMMALI PROJESİ
Tarix: 6-04-2012, 17:45 | Çap et
ARDNŞ SƏHİYYƏDƏKİ UĞURSUZLUQDAN SONRA TƏHSİL SİSTEMİNƏ GİRİŞİB
DİA.AZ: - ARDNŞ prezidenti Rövnəq Abdullayevlə bağlı yeni kapital planı başlanmaqdadır. Azərbaycandan kənarda həm ofşor şirkətlər, həm də SOCAR brendi adı altında xeyli biznes işləri görən ARDNŞ rəhbərinə bu dəfə təhsil sistemi ilə bağlı yatırırımlar qoymaq tapşırılıb. DİA.AZ bildirir ki, bundan əvvəl ARDNŞ səhiyyə sistemi ilə bağlı eyni tapşırıq almışdı. Nəticədə xeyli sayda Müalicə Diaqnostika Mərkəzləri (MDM) tikildi və bu işi böyük məbləğdə neft pulları ayrıldı.
Azərbaycanın regionlarında MDM-lərin tikintisinə böyük məbləğdə neft pullarının ölkəyə daxil olmasından sonra başlandı. 2003-cü ildən bu yana ARDNŞ 14 şəhər və rayonda təxminən eyni görkəmdə və ölçüdə belə tibb ocaqları tikib. Bu müəssisələr avadanlıqlarının çeşidlərinə və keyfiyyətinə görə dünyanın müasir xəstəxanaları ilə müqayisə edilir. Lakin belə görünür ki, regionlardakı MDM-lərin əksəriyyəti normal fəaliyyət göstərə bilmir, hətta bəziləri qapılarını xəstələrin üzünə bağlayıb. Bunu MDM-lərin tikildiyi rayonların 3-də apardığımız müşahidələr, araşdırmalar da təsdiq edir.
Regionlardakı bu tibb müəssisələri arasında maliyyə tutumuna görə birinci yeri Şamaxıdakı MDM tutur. Ümumi sahəsi 9624 kvadratmetr olan bu tibb müəssisəsinin tikintisinə və avadanlıqlarla təchizatına 17 milyon 504 min manat xərclənib. Maliyyə tutumuna görə ikinci yerdə Bərdə (16 milyon 103,5 min manat), üçüncü yerdə isə Gəncə MDM (15 milyon 322,8 min manat) gəlir. Ümumilikdə isə ArDNŞ indiyədək ölkə ərazisində tikdiyi 12 MDM-in (Naxçıvan və tikilməkdə olan Tovuz MDM-ləri bura daxil deyil) inşasına 151 milyon 563,2 min manat vəsait xərcləyib.
Maraqlıdır ki, böyük pullar sərf edilən MDM-lər tez bir zamanda sıradan çıxır. Məsələn, 2010-cu ilin əvvəlindən fəaliyyətə başlayan və tikintisinə 15,3 milyon manat xərclənən Gəncə MDM artıq təmirə dayanıb. Hazırda fəaliyyət göstərməyən bu tibb müəssisəsində əsas təmir və yenidənqurma işləri ikinci və üçüncü mərtəbələrdə aparılır. Nəhayət, 151,5 milyon manata başa gələn MDM-lərin əhaliyə göstərilməli olan səhiyyə xidmətlərində yararsızlığını Dövlət Statistika Komitəsinin məlumatları da təsdiqləyir. Komitənin rəsmi saytındakı statistik cədvəllərə əsasən, ölkə üzrə bütün xəstəliklərdən ölənlərin sayı 2000-ci ildə 46701 nəfər olduğu halda 2008-ci ildə bu göstərici 52710-a, 2010-cu ildə 53580-ə yüksəlib. Xəstəliklər arasında ölüm halları daha çox müşahidə olunanı isə qan-damar sistemi xəstəlikləridir. 2000-ci ildə bu xəstəlikdən 26205, 2005-ci ildə 29392, 2010-cu ildə isə 32554 nəfər dünyasını dəyişib. Bu uğursuzluqdan sonra MDM-lər ARDNŞ-dən alınaraq səhiyyə sisteminə verildi. İndi isə belə çıxır ki, R.Abdullayevə məktəb tikintisi tapşırılıb.
Bir neçə gün öncə Bakının Bibiheybət qəsəbəsində Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin iştirakı ilə «Bakı İstedadlar Məktəbinin» təməlqoyulma mərasimi keçirilib. Rəsmən açıqlanmasa da 1200 şagirdlik məktəbdə məktəbəqədər, ibtidai və orta təhsil bölmələri fəaliyyət göstərəcək təhsil ocağının tikintisinin ARDNŞ-in üzərinə qoyulduğu güman edilir..
Artıq məktəbəqədər təhsil bölməsinə 3 yaş qrupunda 75-100 nəfər uşağin bu ildən qəbulu nəzərdə tutulub. Məktəbdə bağça və məktəbqədər təhsil bölməsi üzrə dərslər bu ilin sentyabr ayında, ibtidai və orta bölmələr üzrə dərslər isə gələn ilin sentyabrında başlayacaq. İngilis sisteminə məxsus standartlara uyğun fəaliyyət göstərəcək məktəb kompleksi 70 sinif otağı müasir zəruri avadanlıqlarla təchiz olunacaq. Məktəbin direktoru Qrem Pollok bildirib ki, rəhbərlik edəcəyi tədris müəssisəsi digərlərindən fərqlənəcək. Tədris həm Azərbaycan, həm də ingilis dilində olacaq. Diaqnostika mərkəzləri ilə bağlı da eyni optimist bəyanatlar verilirdi. Nəticə göz qabağındadır.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
• “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Dünən, 15:40 |
|
|
|
• İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Dünən, 15:36 |
|
|
|
• İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Dünən, 15:34 |
|
|
|
• Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Dünən, 15:31 |
|
|
|
|