MİSİR MƏRDANOV ŞƏXSƏN CAVAB VERDİ
Tarix: 4-04-2012, 12:27 |
Çap et
NAZİR TQDK SƏDRİNİN İTTİHAMLARINDAN YAYINIR
“Azərbaycan vətəndaşlarının saxta diplomu olmamalıdır. Belə adamlar məktəblərdə çalışa bilməz”.
APA-nın xəbərinə görə, bunu təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, saxta diplomların aşkarlanması üçün tədbirlər davam etdirilir: “Saxta diplomları aşkar edərkən onların sahiblər haqqında və diplomların necə verilməsi barədə çox ciddi tədbirlər görülür”.