COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                     Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! .....                     Tramp Viktor Orbana zəng etdi .....                     “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” .....                     "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." .....                     Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı .....                     “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” .....                     Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub .....                     Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR .....                     Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib .....                     Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? .....                     Azərbaycan mediasının COP29 sınağı .....                     Trampla Putin arasında gizli görüş... .....                     Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU .....                     "Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." .....                     Azərbaycan öz üzərinə düşəni edir .....                     Paşinyan ölkədəki istefa dalğasından danışdı: .....                     MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur .....                     Ermənistan İstintaq Komitəsinin keçmiş sədri .....                     “Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... .....                     Sərhədlər açılır... YA AÇILMIR? .....                     Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir .....                     Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar .....                     İranın yeni paytaxtı bu şəhər ola bilər .....                     Almaniya ilə Azərbaycan arasında yeni gərginlik .....                     Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI .....                 

MİSİR MƏRDANOVU İFŞA EDƏN DAHA BİR FAKT
Tarix: 30-03-2012, 12:02 | Çap et
MİSİR MƏRDANOVU İFŞA EDƏN DAHA BİR FAKT

ƏYALƏT TƏHSİLİNDƏ ÖZBAŞINALIQ KULİMİNASİYA HƏDDİNƏ ÇATIB

DİA.AZ: - Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospekti, ev 43 mənzil 69 ünvanında yaşayan Sahib Muxtar oğlu Məmmədov təhsil sistemindəki biabırçı durumu anladan daha bir faktı – öz başına gələnləri redaksiyamıza öz müraciəti ilə yollayıb. DİA.AZ olaraq həmin məktubu olduğu kimi diqqətinizə çatdırırıq:

“Mən-Məmmədov Sahib Muxtar oğlu 1962-ci ildə Azərbaycan Respublikasının Laçın rayonun Qarakeçdi kəndində anadan olmuşam. 1982-ci ildə Sovet Azərbaycanının 60 illiyi adına Stepanakert (Xankəndi) Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib, Azərbaycan dili və ədəbiyyatı müəllimi ixtisasına yiyələnmiş, Laçın rayonunun müxtəlif məktəblərində ixtisasım üzrə işləmişəm.Ermənistanın Respublikasının Azərbaycan Respublikasına qarşı elan olunmamış müharibəsi zamanı Laçın rayonu ərazisindən məcburi köçkün düşdükdən sonra N.Tusi adına ADPU-nun Ağcəbədiyə köçürülmüş Şuşa filialının pedaqogika və psixologiya kafedrasında 1992-ci ildən işə düzəlmiş, əvvəlcə baş laborant, sonra psixologiya ixtisası üzrə müəllim-assistent, daha sonra isə baş müəllim vəzifələrində işləmişəm. N.Tusi adına ADPU-nun Şuşa filialı ləğv edildikdən sonra isə onun bazasında təşkil edilən AMİ-nin Ağcəbədi filialına eyni vəzifəyə-psixologiya ixtisası üzrə baş müəllim vəzifəsinə köçürülərək, 09.IX.2009-cu il tarixədək həmin vəzifədə çalışmış, psixologiya ixtisası üzrə baş müəllim vəzifəsini iki dövr müsabiqə yolu ilə tutmuşam. İşlədiyim illər ərzində əvvəlcə ADPU-nun keçmiş Şuşa, sonra isə indiki AMİ-nin Ağcəbədi filialında keyfiyyətli elmi-pedaqoji fəaliyyətimə dgörə psixologiya fənninin dərs saatları hesabına 0.5 ştat həcmində əlavə dərs yükü ilə təmin edilmişəm.

2003/2004-cü tədris ilindən etibarən pedaqogika və psixologiya (indiki ümumi elmi fənlər) kafedrasının müdiri ixtisasca psixoloq olmayan T.Kərimli (elmi dərəcəsiz sinif müəllimi) rəsmi və ya qeyri-rəsmi səviyyələrdə mənə qarşı sistemli və ardıcıl təxribatlar təşkil etməyə başladı. Həmin tədris ilində T.Kərimli etirazıma baxmayaraq dərs yükümə İbtidai sinif müəllimi ixtisası üzrə əyani şöbənin IV kurslarında pedaqoji təcrübədə psixologiyadan metodistlik saatlarını daxil etmişdir. O kurslardakı pedaqoji təcrübənin sonunda (30.V.2004) bir daha məlum oldu ki, Azərbaycan Respublikasının Təhsil Nazirinin 01.V.2002-ci il tarixli 395 saylı Əmri ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin pedaqoji təcrübəsinin təşkili və keçirilməsinə dair müvəqqəti qaydalar”a əsasən psixoloji iş IV kursda deyil, III kursda nəzərdə tutulub. Məsələni filialın direktoru Ə.Nəcəfova (T.Kərimlinin qudası) bildirəndə III kursların pedaqoji təcrübəsinin müddəti çoxdan, yəni 03.III.2004-cü il tarixdə başa çatdığından onları qiymətləndirib yaz imtahan-sessiyasına buraxmışdılar. Bir müddətdən sonra Ə.Nəcəfov bildirdi ki, bu ilki III kurs tələbələri həmin psixoloji işləri IV kursda yerinə yetirəcəklər. T.Kərimli və onun qardaşı pedaqoji təcrübə rəhbəri M.Kərimli bu işə münasibət bildirmədilər. Ə.Nəcəfov T.Kərimlinin təqdimatı və mənim məlumatım əsasında 26-k saylı 15.III.2005-ci il tarixli əmri ilə(Əmrin surətini I inistansiya məhkəməsinə təqdim etmişəm) həmin qrupdakı pedaqoji təcrübədəki psixoloji işin 20.III. 2005 -14.IV.2005-ci il tarixdə yerinə yetirilməsinə göstəriş verdi. Tələbələr bildirdilər ki, biz III kursda təcrübə ilə bağlı bütün işlərin, o cümlədən psixoloji işin, pulunu verib Tahir və Mehman Kərimli qardaşlarından qiymət almışıq. Mən direktorun əmrilə bağlı izahat verəndə təcrübəsiz tələbələr xilaskar maskasına girməyi məharətlə bacaran Kərimli qardaşlarının yönləndirməsilə əvvəlcə iddia etdilər ki, onlara mexaniki qiymət yazılsın, sonra isə məndən şikayət ərizələri yazmağa başladılar.Təcrübə müddətində mənə ayrılmış vaxt başa çatsa da, direktorun xahişi və köməkliyi ilə təcrübə müddətinin sonuna qədər (31.V.2005) tələbələrlə işləyərək onların hamısını qiymətləndirdim.

2005/2006-cı dərs ilinin əvvəllərində AMİ-nin rektoru Aqiyə Naxçıvanlı Ağcəbədiyə gəlib İ.Abdullayevi filialın yeni direktoru kimi təqdim edərkən dedi ki, bu problemli filialda vəziyyəti düzəltməyə heç kəs direktor gəlmirdi, bunu da güclə, razı salmışıq, başınızı aşağı salıb işləməsəniz, filial bağlanacaq. Bu nümayişkaranə bəyanatdan sonra yeni direktor arxalı himayədarının sifarişi ilə tədris prosesini düzəltməyə başladı, görək necə başladı? Bu tədris ilinin I yarısında qiyabiçilərin sessiyası başa çatandan sonra yeni direktor İ.Abdullayev dərs yükümlə əlaqədar məni çağırtdırıb, öz kabinetində əsas olmadan təkid etdi ki, İbtidai sinif müəllimi ixtisası üzrə qiyabi şöbənin V kurslarındakı qiyabiçilərin pedaqoji təcrübə qiymətlərini cədvələ yaz və qol çək. Mən bildirdim ki, Azərbaycan Respublikasının Təhsil Nazirinin 01.V. 2002-ci il tarixli 395 saylı əmrilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin pedaqoji təcrübəsinin təşkili və keçirilməsinə dair müvəqqəti qaydalar”a əsasən əsassız qiymət deyil, hər bir tələbənin pedaqoji təcrübədə hazırladığı psixoloji xarakteristikaya verilən qiymət sessiya başlamazdan əvvəl qiymət cədvəlinə köçürülməlidir ki, tələbələr qış imtahan sessiyasına buraxılsınlar. Bundan qəzəblənən direktor öz müavininə tapşırdı ki, mənim haqqımda akt tərtib etsin və qiymətləri başqasına yazdırsın. Azərbaycan Respublikasının Təhsil Nazirinin 01.V.2002-ci il tarixli 395 saylı Əmri ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin pedaqoji təcrübəsinin təşkili və keçirilməsinə dair müvəqqəti qaydalar”ın “Tələbələrin pedaqoji təcrübələrinin hesabatı, sənədləşdirilməsi və qiymətləndirilməsi” adlı beşinci bölməsində isə göstərilmişdir:“Pedaqoji təcrübə qiymətləri bütün rəhbər metodistlərin, fənn müəllimlərinin iştirakı və razılığı ilə yazılmalıdır”.

2005/2006-cı dərs ilinin II yarımilində isə İbtidai sinif müəllimi və bağça tərbiyəçisi ixtisasları üzrə əyani şöbənin III kurslarında pedaqoji təcrübə müddəti başa çatdıqdan sonra hətta təcrübədə iştirak edən tələbələr (tələbələrin əksəriyyəti təcrübədən buraxılmışdır) belə, psixoloji xarakteristikanı hazırlayıb qiymətləndirmək üçün mənə təqdim etməyərək dedilər ki, işimizi direktorla həll etmişik. Məsələylə bağlı direktora müraciət edəndə isə o bildirdi ki, burada hər şey mənlikdir, işimizə müdaxilə etməyin, sizi işdən qovaram. Bu nümayişkaranə bəyanatdan sonra arxalı rektorun himayəsində havalı direktor səlahiyyətli mentalitet dəllallarının əli ilə tələbələrdə “sirat körpüsü xofu” yaradaraq təlim tapşırıqllarını yerinə yetirmədən, hətta dərslərdə iştirak etmədən qiymət almaq yönəlişliyi formalaşdırır, bu üsulla qiymət almağı prestij məsələsinə çevirir. Direktorun, dekanın və kafedra müdirinin rəsmi səlahiyyətləri çərçivəsində təşkil edilən korrupsiya əməliyyatlarına alət olmayanları isə hər vasitə ilə şərləyərək günahkar kimi qələmə verirməyə başladılar.İ.Abdullayevin direktorluğu dövründə pedaqoji təcrübələrdə psixologiyadan metodistlik etdiyim bütün qruplarda hətta təcrübədə iştirak edən tələbələrin heç biri psixoloji xarakteristikanı hazırlayıb qiymətləndirmək üçün mənə təqdim etmədiyindən kəsilir. Qəzəblənmiş direktor-kafedra müdiri sindromu Azərbaycan Respublikasının Təhsil Nazirinin 01.V.2002-ci il tarixli 395 saylı əmri ilə təsdiq edilmiş “Ali və orta ixtisas təhsili məktəbləri tələbələrinin pedaqoji təcrübəsinin təşkili və keçirilməsinə dair müvəqqəti qaydalar”ın “Tələbələrin pedaqoji təcrübələrinin hesabatı, sənədləşdirilməsi və qiymətləndirilməsi” adlı beşinci bölməsinin tələblərinə məhəl qoymadan məni şərləyərək qiymətləndirmədən kənarlaşdırır, guya həmin qrup üçün ixtisasca psixoloq olmayan kafedra müdiri T.Kərimlinin (elmi dərəcəsiz sinif müəllimi) rəhbərliyi ilə psixologiyadan əlavə pedaqoji təcrübə təşkil edir, tələbələrin hamısı müvəffəq qiymətlər alırdılar.

Azərbaycan Respublikasının Təhsil Nazirinin 15.V.2003-cü tarixli 420 saylı Əmri ilə təsdiq olunmuş “Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında Əsasnamə”nın “İmtahan sessiyasının təşkili və keçirilməsi qaydaları” adlı ikinci hissəsində göstərilmişdir :

“İmtahanlar yazılı formada aparılır. İmtahanların aparılmasında nizam-intizama və eləcə də onun gedişinə nəzarət etmək məqsədilə fənni tədris edən müəllim ilə birlikdə həmin fənn üzrə mütəxəssis olmayan iki nəfər nəzarətçi təyin edilir.

İmtahanın gedişində icazə verilmir :

- danışmaq və başqalarına mane olmaq ;

- kitabdan, mühazirə konspektlərindən və s. icazə verilməyən materiallardan istifadə etmək ;

- imtahan biletini təhvil vermədən imtahandan çıxmaq ;

Yuxarıda göstərilən normalara tələbə tərəfindən əməl olunmadıqda müəllim-nəzarətçi imtahan biletini və cavab blankını alır və onu çölə çıxarır. İmtahan üçün ayrılmış vaxt başa çatdıqdan sonra cavablar yığılır, ali məktəbin rəhbərliyi tərəfindən müəyyən edilmiş şəxs tərəfindən kodlaşdırılır və tələbələrin yazılı cavabları fənni tədris edən müəllim tərəfindən yoxlanılaraq qiymətləndirilir. Müəllimin yazı işinə verdiyi qiymət kafedra müdiri tərəfindən təsdiq olunur. Bundan sonra imtahanın nəticələri müəllim tərəfindən xüsusi cədvəllərə köçürülür və dekanlığa təhvil verilir”

2005/2006-cı tədris ilində bağça tərbiyəçisi ixtisası üzrə əyani şöbənin I kursunda I semestrdə “Ümumi psixologiya” fənnini mən tədris etmiş və imtahanını götürmüşəm. II semestrdən başlayaraq bu qrupda jurnal üzrə 20 tələbədən cəmi 4 və ya 5-i dərsə gəlir, qalanları isə dərslərdə iştirak etmirdilər. Bu qrupda sonralar tədris etdiyim fənlərin dərslərində iştirak etməyən tələbələrə qrup jurnalında yazdığım qayıbların miqdarı onları imtahana buraxmağa imkan vermirdi. Həmin qrupda tədris etdiyim digər fənlərin imtahanları I kursun II yarımilində, yəni 2006-cı ilin iyun ayında “Ümumi psixologiya”, II kursun I yarımilində, yəni 2007-ci ilin yanvar ayında “Uşaq psixologiyası” fənnindən keçirildi. İmtahanlarda heç bir saxtakarlığa getməyəcəyimi yəqin edən T.Kərimli-direktor sindromu Təhsil Nazirinin 420 saylı 15.V.2003-cü tarixli Əmri ilə təsdiq edilmiş “Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında Əsasnamə”nin tələblərinə məhəl qoymadan məni şərləmə üsulu ilə qiymətləndirmədən uzaqlaşdırdı. Həmin danışılmış imtahanları isə ixtisasca psixoloq olmayan kafedra müdiri T.Kərimli (elmi dərəcəsiz sinif müəllimi) götürdü. Odur ki, həmin tələbələr kursdan-kursa keçirilir, müxtəlif ixtisaslara və ali məktəblərə köçürülürdülər. Həmin qrupdakı qalan 3 tələbə də II kursun (2006/2007-ci tədris ilinin) II yarımilində dərsə davamlı gəlmirdi. Buna görə də rəhbərlik nə qədər təkid etsə də “Pedaqoji psixologiyanın əsasları” fənnindən dərs keçmədən qrup jurnalını yazmadım.(Fənnin təqvim-tematik planını I inistansiya məhkəməsinə təqdim etmişəm).Rəhbərlik isə ənənəvi şər-böhtan üsulu ilə məni günanahlandıra raq guya bayram günlərinə düşən dərsləri ödəmək üçün tərtib olunmuş cədvələ mən əməl etmədiyimə görə “Pedaqoji psixologiyanın əsasları” fənninin tədrisini növbəti semestrə keçirmişdir (Baş Prokurorluğun 09.07.2007-ci il tarixli məktubundan, məktubu I inistansiya məhkəməsinə təqdim etmişəm). Elmi rəhbəri olduğum üç tələbənin (Qarayeva Gülşən Akif qızı, Qasımova Saray İslam qızı, Quliyeva Xəyalə Zülfü qızı Q-504) buraxılış işlərini özüm hazırlayıb direktora təhvil vermədiyimə görə məni şərləyərək onları da ixtisasca psixoloq olmayan kafedra müdiri T.Kərimliyə (elmi dərəcəsiz sinif müəllimi) hazırlatdırdı. O vaxtdan etibarən filialda mənim tədris etdiyim psixologiya dərslərinin qiymətləndirmə işlərinin, demək olar ki, hamısını məni şərləyərək ixtisasca psixoloq olmayan kafedra müdiri T.Kərimli (elmi dərəcəsiz sinif müəllimi) aparırdı. Onlar bununla kifayətlənməyərək rəsmi səviyyədə əleyhimə təxribatlar törədərək məni bezdirməyə başladılar. Belə ki, hər il dərs yükümü çək-çevirə salır, dərslərimi həftənin bütün günlərinə səpələyir, haqqımda tələbələrə (əslində qabaqcadan arxayın salınmışlara) qiymət yazmır” kimi qərəzli şayiələr yayaraq imic yaradır, tələbələri təşkil edərək dərsimdən qaçırır, jurnalda yazdığım qayıbları pozdurur, süni problemlər yaradaraq zorlla tələbələrə və valideyinlərə əleyhimə ərizələr yazdırırdılar.

Filialın havalı direktoru İ.Abdullayev-T.Kərimli simptomu hətta kafedranın baş müəllimi vəzifəsini 02.I.2004-cü il tarixdən müsabiqə yolu ilə tutmağıma baxmayaraq 2006/2007-ci tədris ilində 1.5 okladlıq dərs yükümü 352 saata (müəllimin illik bir oklad dərs yükü 450-500 saat olmalıdır) endirdiyindən il boyu əməkhaqqı almadan işləmişəm. Belə ki, həmin ilin əvvəlində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə əyani şöbənin I kursundakı 60 saat psixologiya dərsləri mənim kəsirli (412 saatlıq) dərs yükümə daxil edilmişdir. Hətta bu dərsləri tədris etmək üçün tərtib etdiyim təqvim-tematik planı ixtisasca psixoloq olmayan kafedra müdiri T.Kərimli (elmi dərəcəsiz sinif müəllimi)10.IX.2006-cı il tarixdə öz imzası ilə təsdiq etsə də, (Fənnin təqvim-tematik planını I inistansiya məhkəməsinə təqdim etmişəm) 21.IX.2006- cı il tarixdə filialın direktoru ilə birlikdə həmin dərsləri məndən alıb kafedramızın müəlliməsi ağcəbədili gəlini Sara Məmmədovaya satdılar. İ.Abdullayevin direktor olduğu müddətdə həmişə tədris ilinin I yarımilində mən psixologiya fənnini tədris edib yanvar ayında imtahan götürərkən tələbələrin hamısı imtahanın cavab blankına heç nə yazmayıb 0 bal alır, fevral-mart aylarında məni şərləyərək həmin imtahanı ixtisasca psixoloq olmayan kafedra müdiri T.Kərimli (elmi dərəcəsiz sinif müəllimi) götürür, tələbələrin hamısı, hətta dərsdə iştirak etməyənlər də 4-5 alırlar, eynilə də II yarımildə mən psixologiya fənnini tədris edib iyun ayında imtahan götürərkən tələbələrin hamısı imtahanın cavab blankına hec nə yazmayıb 0 bal alır, oktyabr-noyabr aylarında məni şərləyərək həmin imtahanı ixtisasca psixoloq olmayan kafedra müdiri T.Kərimli (elmi dərəcəsiz sinif müəllimi) götürür, tələbələrin hamısı, hətta dərsdə iştirak etməyənlər də 4-5 alırlar. Qəribədir, psixologiya fənnini (fi lialda “Psixologiya”dan heç bir dərslik yox idi) semestr boyu “öyrənə bilməyən” (hətta dərsə belə gəlməyən) tələbələr, bir aydan az vaxtdan, yaxud yay tətilindən sonra ixtisasca psixoloq olmayan kafedra müdiri T.Kərimlidən (elmi dərəcəsiz sinif müəllimi) “qiymət” alırlar.

Filialın direktoru İ.Abdullayevin vəzifəsinin vaxtı qəflətən başa çatsa da, filialın tədris prosesinin acınacaqlı vəziyyəti daha da ağırlaşdırıldı. Belə ki, zirehləndirilmiş direktor-kafedra müdiri sindromu xüsusi arxayınçılıqla daha geniş miqyasda fəallaşmağa başladı. Filialın idarəçilik üslubunun əsasını təşkil edən bu antipedaqoji çirkin oyunların ən çevik və əbədi iştirakçısı T.Kərimli olmuşdur. T.Kərimli əvvəllər nümayişkaranə kommunist, hətta “partşkola” məzunu, sonralar AXC, Müsavat funksioneri, daha sonra isə YAP-ın... üzvü olmuş, ixtisasca sinif müəllimi, pedaqogika üzrə dissertant, elmi dərəcəsi olmasa da 1993-cü ildən əbədi kafedra müdiri təyin edilmiş, fars əlifbasını bilməsə də M.M.Nəvvabın pedaqoji görüşlərindən namizədlik dissertasiyasının elmi müdafiəsi bu illərdə hansısa yolla təşkil edilmişdir. Eşitdiyimə görə o son illərdə həm də filialın Azad Həmkarlar İttifaqı Komitəsinin sədr müavini, sonralar isə sədri təyin edilmişdir. Rektorun görən gözü və eşidən qulağı oıan T.Kərimlinin bütün ailə üzvləri, hətta qardaşı da filialda müəllim işləyir. Odur ki, 2006/2007-ci tədris ilində filialın tarix müəllimi Y.Səmədov haqsız cəza aldığına görə Ağcəbədi rayon Məhkəməsinə müraciət edəndə, T.Kərimli direktorun xeyrinə yalançı şahidlik etmişdir. 2007-ci ildə isə o digər səlahiyyətli mentalitet dəllalları ilə birlikdə filialın müəllimlərindən M.Hüseynovun və mənim şikayətimizlə bağlı Azərbaycan Respublikasının Baş prokurorluğu yanında Korrupsiyaya qarşı mübarizə idarəsindən gəlmiş prokurorlara direktorun xeyrinə verdiyi yalançı ifadəsində göstərmişdilər ki, filialda tədris prosesi nəzərəçarpacaq dərəcədə yaxşılaşıb, tələbələrdən heç bir şəkildə pul yığılmır. (Baş Prokurorluğun 09.07.2007-ci il tarixli məktubundan,məktubu I inistansiya məhkəməsinə təqdim etmişəm) İki aydan sonra isə filialın yeni direktoru prof. X.M.Məmmədov filialın genişləndirilmiş elmi şurasında bildirdi ki, AMİ-nin Elmi Şurası Ağcəbədi filialının o dövrki fəaliyyətini qənaətbəxş hesab etməmişdir.

2007/ 2008-ci tədris ilində AMİ-nin Ağcəbədi filialının əyani şöbəsinin İbtidai sinif müəllimi ixtisası üzrə III kursunda və Riyaziyyat-Fizika xtisası üzrə I və III kurslarında psixologiya fənnini mən tədris etmişəm. Bu tədris ilinin I yarısında direktor İbtidai sinif müəllimi ixtisası üzrə əyani şöbənin III kursunda (Q-301,302) iki qrupun 40 nəfər tələbəsindən birinin imtahanının cavab blankını yoxlayıb qiymətləndirmək üçün mənə, qalanlarını isə ixtisasca psixoloq olmayan kafedra müdiri T.Kərimli (elmi dərəcəsiz sinif müəllimi) və kafedranın ixtisasca psixoloq olmayan ibtidai sinif müəlliməsi S.Məmmədovaya verdi. Halbuki, Təhsil Nazirinin 15.V.2003-cü tarixli 420 saylı Əmri ilə təsdiq olunmuş “Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında Əsasnamə”nın “İmtahan sessiyasının təşkili və keçirilməsi qaydaları” adlı ikinci hissəsində göstərilmişdir: “...tələbələrin yazılı cavabları fənni tədris edən müəllim tərəfindən yoxlanılaraq qiymətləndirilir” Axırda isə direktor yalandan ”təlimat dəyişib”, - deyərək qiymət cədvəlində mənə qol çəkdirdi.

2007/2008-ci tədris ilinin II yarısında 09.VI.2008-ci il tarixdə Riyaziyyat-Fizika ixtisası üzrə əyani şöbənin I kursunda imtahan başlayandan 15 dəqiqə keçdikdən sonra imtahanın nəzarətçisi Samir adlı işçi, “Müəllim, sizin vaxtınız başa çatdı, gülə-gülə, inciməyin, tapşırıq belədir”,- deyərək məni çölə çıxardı. Halbuki Təhsil Nazirinin 15.V.2003-cü tarixli 420 saylı Əmri ilə təsdiq olunmuş “Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında Əsasnamə”nın “İmtahan sessiyasının təşkili və keçirilməsi qaydaları” adlı ikinci hissəsində göstərilmişdir: ”...İmtahanların aparılmasında nizam-intizama və eləcə də onun gedişinə nəzarət etmək məqsədilə fənni tədris edən müəllim ilə birlikdə həmin fənn üzrə mütəxəssis olmayan iki nəfər nəzarətçi təyin edilir”. Həmin gün axşamçağı imtahanın cavab blanklarını yoxlamağa çağrılanda, filialın direktoru professor X.M.Məmmədov qrupun 20 nəfər tələbəsindən səkkizinin imtahanının cavab blanklarını yoxlayıb qiymətləndirmək üçün seçib mənə verdi, qalanlarını isə, “Kafedra müdiriT.Kərimlinin (ixtisasca psixoloq olmayan elmi dərəcəsiz sinif müəllimi) payıdır”,- deyərək ona saxladı. Halbuki, Təhsil Nazirinin 15.V.2003-cü tarixli 420 saylı Əmri ilə təsdiq olunmuş “Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında Əsasnamə”nın “İmtahan sessiyasının təşkili və keçirilməsi qaydaları” adlı ikinci hissəsində göstərilmişdir: ”...Tələbələrin yazılı cavabları fənni tədris edən müəllim tərəfindən yoxlanılaraq qiymətləndirilir”.

Həmin yarımildə 30.VI.2008-ci il tarixdə Riyaziyyat-Fizika ixtisası üzrə əyani şöbənin III kursunda imtahan başlayan kimi imtahanın suallarının cavablarını köçürən tələbələrdən şparqalkanı alanda imtahanın nəzarətçisi, filialın yeni elmi dərəcəsiz coğrafiya müəllimi, direktorun yaxını Firdovsi Məmmədov (sonralar Yenidənhazırlanma fakültəsinin dekanı) əsəbiləşərək məni çölə çıxardı. Halbuki, Təhsil Nazirinin 15.V.2003-cü tarixli 420 saylı Əmri ilə təsdiq olunmuş “Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında Əsasnamə”nın “İmtahan sessiyasının təşkili və keçirilməsi qaydaları” adlı ikinci hissəsində göstərilmişdir :”...İmtahanda kitabdan, mühazirə konspektlərindən və s. icazə verilməyən materiallardan istifadə etməyə icazə verilmir. ... göstərilən normalara tələbə tərəfindən əməl olunmadıqda müəllim-nəzarətçi imtahan biletini və cavab blanklarını alır və onu auditoriyadan çıxarır”. Axşamçağı imtahanın cavab blanklarını yoxlamağa çağrılarkən məsələni direktor professor X.Məmmədova bildirəndə, o əsəbiləşərək dedi ki, yalan danışma, elə şey olmayıb. O bu dəfə də 29 nəfərdən 20-sinin cavab blanklarını yoxlayıb qiymətləndirmək üçün seçib mənə verdi, qalanlarını isə,“Kafedra müdiriT.Kərimlinin (ixtisasca psixoloq olmayan elmi dərəcəsiz sinif müəllimi) payıdır”,- deyərək ona saxladı. Təhsil Naziinin 15.V.2003-cü tarixli 420 saylı Əmri ilə təsdiq olunmuş “Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında Əsasnamə”nın “İmtahan sessiyasının təşkili və keçirilməsi qaydaları” adlı ikinci hissəsində isə göstərilmişdir ”...tələbələrin yazılı cavabları fənni tədris edən müəllim tərəfindən yoxlanılaraq qiymətləndirilir”. Yoxlama zamanı bir daha müəyyən etdim ki, cavabların hamısı kitabdan, yaxud mühazirə mətnlərindən köçürmədir. Direktorun israrlı təkidlərinə baxmayaraq, köçürmə cavablara müsbət qiymət yazmayanda, o əsəbiləşdi və müavini V.Allahverdiyevə tapşırdı ki, bunun haqqında akt tərtib et, tədbir görək, qiymətləri isə başqasına yazdır. Bu qrupda da Təhsil Nazirinin 420 saylı 15.V.2003-cü tarixli Əmrinin tələblərinə məhəl qoumadan məni şərləyərək qiymətləndirməni ixtisasca psixoloq olmayan kafedra müdiri T.Kərimli (elmi dərəcəsiz sinif müəllimi) apardı. Qəribədir ki, ”yoxlama” zamanı bütün qruplarda “T.Kərimlinin payına düşən” uşaqlar əsasən pis oxuyan tələbələr olsalar da, hamısı yaxşı qiymətlər alırdılar. Rəhbərlik bu üsulla həm ciblərini doldurur, həm də milli ayrı-seçkilik xətti ilə təcrübəsiz gənc tələbələrə belə bir fikir təlqin edirdi ki, Sahib müəllimdən başqa hər kəs sizə istədiyiniz qiyməti rahatca yazır. Lakin I yarımildən fərqli olaraq II yarımildə imtahan yoxlamalarının qiymət cədvəlində yalnız imtahanının cavab blanklarını yoxladığım tələbələrin adlarının qarşısından qol çəkdim. Direktor buna da əsəbiləşib məni hədələdi.

Filialda tədris prosesini iflic vəziyyətinə salan bu sistemli və mütəşəkkil korrupsion oyunlar haqqında 08.IX.2008-ci il tarixli ərizəmlə Azərbaycan Respublikasının Prezidentinə, Təhsil Nazirinə və Milli Təhlükəsizlik Nazirinə etdiyim müraciətlər baxılmaq üçün yenə də AMİ.-nin rektoruna göndərilmişdir. Rektorun köməkçisinin imzası ilə mənə göndərilmiş 01-10/ 725 saylı 29.X.2008-ci il tarixli avantürist cavab məktubunda ərizəmdə göstərdiyim rəsmi faktlara məhəl qoyulmadan göstərilmişdir:

”Hörmətli vətəndaş Məmmədov !

Azərbaycan Respublikasının Prezidentinin İcra Aparatından Təhsil Nazirliyinə daxil olmuş ərizə Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyi tərəfindən ətraflı araşdırıldı.

Nəticədə müəyyənləışdirildi ki, psixologiya fənninin tədrisini ali baza təhsilli və yaxud psixologiya elmi üzrə elmi dərəcəsi olmayan şəxsə həvalə olunmasaının günahı bilavasitə filialın rəhbərliyinin üzərinə düşür. Sizin baza təhsiliniz “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrədir. Siz ali məktəblərdə yalnız bu fənləri tədris etmək hüququna maliksiniz. 2004/2005-ci tədris ilində yenidənhazırlanma fakültəsində “psixologiya” ixtisası üzrə aldığınız təhsil ali məktəblərdə psixologiya fənnini tədris etmək hüququ vermir (Halbuki, mən 1994-1998-ci illərdə Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin psixologiya kafedrasında “Psixologiya. Psixoogiya tarixi” ixtisası üzrə Şuşa filialının məqsədli qiyabi aspirantı olmuş, “Şəxsiyyətin təşəkkülü prosessində fərdiyyətçilik psixologiyasının formalaşması, onu şərtləndirən sosial-psixoloji amillər” adlı namizədlik dissertasiyası üzərində elmi tədqiqat işimi davam etdirir, aspirantın fərdi iş planı üzrə üç il attestatsiyadan keçərək biliyim və elmi-pedaqoji fəaliyyətim müsbət qiymətləndirilmişdir.) Təsadüfi deyildir ki, hazırda dərs dediyiniz qrup tələbələrindən 12 nəfəri (sifarişlə hər qrupdan 6 nəfər) rəhbərliyə rəsmi ərizə ilə müraciət edərək Sizin bu sahədə bilik səviyyənizdən və materialı tələbələrə çatdırmaq qabiliyyətinizdən şikayətlənirlər”(Halbuki, mən 08.II.1996-cı il tarixdə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şuşa filialının, 02.I.2004-cü il tarixdə isə Azərbaycan Müəllimlər İnstitutunun Ağcəbədi filialının pedaqogika və psixologiya kafedrasında müsabiqə yolu ilə psixologiya ixtisası üzrə baş müəllim vəzifəsinə seçilmiş, daima elmi seminarlarda məruzələrlə vaxtaşırı çıxışlar etmişəm. 2004/2005-ci tədris ilində yenidənhazırlanma fakültəsində psixologiya üzrə ixtisasımı dəyişmişəm. Mən filixtisasımı dəyişəndə yenidənhazırlanma fakültəsinin verdiyi təhsil “bakalavr” ixtisas dərəcəsi deyil, diplomdan sonrakı ikinci ali təhsil dərəcəsi hesab olunurdu.)

Ərizənizdə qeyd edirsiniz ki, tələbələr suallara cavabları mühazirədən “köçürürlər.” Sual olunuir: tələbə biletdə qoyulan suallara cavab verərkən hansı materiallardan istifadə etməlidir?” (Azərbaycan Respublikasının Təhsil Naziinin 15.V.2003-cü tarixli 420 saylı Əmri ilə təsdiq olunmuş “Tələbələrin biliyinin qiymətləndirilməsinin çoxballı sistemi haqqında Əsasnamə”nın “İmtahan sessiyasının təşkili və keçirilməsi qaydaları” adlı ikinci hissəsində isə göstərilmişdir : “İmtahanın gedişində icazə verilmir : ... - kitabdan, mühazirə konspektlərindən və s. icazə verilməyən materiallardan istifadə etmək”)..

Bütün bu nöqsanları cari tədris ilinin sonunda aradan qaldırılması barədə Ağcəbədi filialının direktoru prof. X.Məmmədova müvafiq tapşırıqlar verilmişdir”.

Bu məktubdan sonra filial rəhbərliyinə verilən tapşırıqları “qanun”iləşdirmək naminə mənə qarşı təşkil edilən sistemli təqiblər və təxribatlar daha geniş vüsət alaraq elmi-pedaqoji fəaliyyətimi iflic etmişdir. 2008/2009-cu dərs ilində AMİ-nin Ağcəbədi filialının direktoru professor X.M. Məmmədov bildirdi ki, bu ildən filiala qəbul olunan tələbələr kredit sistemi ilə təhsil alacaqlar.

2008/2009-cu tədris ilində əyani şöbənin Azərbaycan dili və ədəbiyyat (Q-101,102) və Tarix coğrafiya (Q101) ixtisasları üzrə I kurslarında psixologiya fənnindən mühazirə və seminar saatları, pedaqoji təcrübədə əyani şöbənin Azərbaycan dili və ədəbiyyat (Q-301), Riyaziyyat-Fizika (Q-301) ixtisasları üzrə III kurslarında psixologiya fənnindən,İbtidai sinif müəllimi (Q-301) ixtisası üzrə III kursunda isə ana dili və psixologiya fənlərindən metodistlik saatları mənim dərs yükümə daxil edilmişdir. Həmin dərs ilinin I yrısında Azərbaycan dili və ədəbiyyat qruplarında (12 nəfərə məndən ərizə yazdırılan qrup) psixologiya dərsini mən aparmışam. Tədris ilinin əvvəlində rəhbərlık tərəfindən mənə qarşı təşkil edilən antipedaqoji təxribatlar nəticəsində tələbələrlə münasibətlərimizdə ortaya çıxarılan bəzi süni anlaşılmazlıqları tədricən aradan qaldırdım. Odur ki, imtahan zamanı həmin qruplardakı 40 tələbənin hamısı müvəffəq qiymətlər aldılar. Sonralar həmin qrupda “məndən ərizə yazdırılan” tələbələrdən bir neçəsi dedi: ”Bizə deyirdilər ki, Sahib müəllim tələbə dərsdə ağzın açan kimi 2 yazır, uşaqları döyür, təhqir edir, bizi aldadıb hazır yazılmış ərizəyə qol çəkdirdilər. Sonra isə gördük ki, Siz yox, bunu deyənlər bizimlə elə rəftar etdilər.

2008/2009-cu tədris ilinin II yarısında əyani şöbənin İbtidai sinif müəllimi (Q-301), Azərbaycan dili və ədəbiyyat (Q301), Riyaziyyat-Fizika (Q-301) xtisasları üzrə III kursların pedaqoji təcrübəsi müddətində də rəhbərlık tərəfindən mənə qarşı yenidən təşkil edilən antipedaqoji təxribatlar nəticəsində tələbələrlə münasibətlərimizdə ortaya çıxarılan bəzi süni anlaşılmazlıqları yenə də aradan qaldırdım. Odur ki, hər 3 qrupda tələbələr nəzərdə tutulan tapşırığı yerinə yetirib müvəffəq qiymətlər aldılar. Bu qruplarda baş tutmadığından, Tarix-coğrafiya (Q101) qrupunda xüsusilə təşkil edilən təxribatlar nəticəsində tələbələrin göstəriciləri kəskin şəkildə aşağı düşməyə başladı. Belə ki, tələbələr arxayınçılıqla dərslərdə fəal iştirak etmir, kollokviumlara və seminarlara ya hazırlaşmır, ya da gəlmir, dərslərdə iştirak etmir, sərbəst işləri başdansovdu yararsız vəziyyətdə köçürür, hətta bəziləri semestr boyu hazırlamalı olduğu 10 ədəd sərbəst işi semestrin əvvəlingə yararsız vəziyyətdə təhvil verir və bəyan edirdilər ki, bizə yüksək qiymətlər yazılmalıdır, yazmasanız, bizdən inciməyin. Lakin buna baxmayaraq dekan V.Allahverdiyev və ümumi elmli fənlər kafedrasının müdiri ixtisasca psixoloq olmayan T.Kərimli tələbələrin bu antipedaqoji hərəkətlərini dəstəkləyərək məni yuxarının adından hədələyib tələb edirdilər ki, bizim tələbələrə yüksək qiymətlər yaz, heç birinə qayıb yazma. Nəticədə isə imtahanda iştirak edən tələbələrin 18-i xüsusi arxayınçılıqla imtahanın cavab blanklarına heç nə yazmağa təşəbbüs belə göstərmədən, ağ təhvil verdilər. Rəhbərlik bu dəfə ənənəvi qaydanı pozaraq imtahanın cavab blanklarını axşamçağı deyil, imtahandan dərhal sonra yoxlamağı tələb etdi və təbii olaraq həmin tələbələr 0 bal aldılar. Cavablandırılmış bir neçə blanka mənim verdiyim qiymətlər kafedra müdiri ixtisasca psixoloq olmayanT.Kərimlinin imzası ilə əsas olmadan saxtalaşdırılıb şişirdildi. Halbuki,Təhsil Nazirinin 420 saylı 15.V.2003-cü il tarixli əmrində yazılır: ”Müəllimin yazı işinə verdiyi qiymət kafedra müdiri tərəfindən təsdiq olunur. Bundan sonra imtahanın nəticələri (toplanan ballar) müəllim tərəfindən xüsusi cədvəllərə köçürülür”. Qəribədir, imtahan qiymətləri cədvələ köçürüləndən sonra kafedra müdiri ixtisasca psixoloq olmayan T.Kərimli həmin qiymətləri qərəzli şəkildə təftiş edərək, əsassız şişirdir. Görəsən, T.Kərimli əvvəl nəyi təsdiq etmiş, sonra isə nəyi təftiş etmişdir? İmtahanın nəticələri elan olunanda qiymət almayan tələbələr bildirdilər ki, nəyə görə hamımıza deyirlər ki, heç biriniz suallara cavab yazmayın, onlara isə qiymət yazırlar? Filialda tüğyan edən direktor-kafedra müdiri sindromunun məni şərləyərək yaratdığı bu qondarma faktı əsas götürüb filialın direktoru prof. X.Məmmədovun 01-03/ 49 saylı 09.09. 2009-cu il tarixli qondarma əmri ilə məni 17 illik iş yerimdən kənarlaşdırdılar.

Sərbəst işlə bağlı Bəşir Bəşirovun“Ali məktəb didaktikası”(B-1992) kitabının 98-ci səhifəsində yazılmışdır: ”Bəzi hallarda tələbələr bir hissəni bütöv oxumadan, məzmunu başa düşmədən, mətni abzas-abzas oxuyur və müvafiq yerləri köçürürlər. Belə icmal səmərəli deyildir.... Yaradıcı (sərbəst) icmalda tələbə öyrəniləni öz sözü ilə yazır. Belə icmal materialı necə başa düşməyi bir daha yoxlamağa imkan verir. Sərbəst icmal müstəqil təfəkkürə keçid mərhələsini təşkil edir.”

Bundan başqa əldə yeni bir rəsmi təlimat və ya tövsiyə olmadığına görə sərbəst işlərin hazırlanmasında tələbələrlə öz işimi bu istiqamətdə qurdum. Belə ki, tələbələrin kafedraya sərbəst iş adı ilə təqdim etdikləri dərslik və ya mühazirədən kor-koranə köçürdükləri mətnlərdən hətta mövzuda qoyulan suala uyğun gəlməyənləri də var idi. Mən izahat verərək, həmin işləri tələbələrə qaytarırdım ki, onları yenidən hazırlasınlar. Hətta çətinlik çəkən tələbələrlə dərsdən əlavə vaxtlarda da məşğul olurdum. Lakin bir müddətdən sonra filialın direktoru professor X.Məmmədov bildirdi ki, Aqiyə xanım tapşırıb ki, tələbələr sərbəst işləri necə yazsalar, köçürsələr belə, qəbul edilsin. Kafedra müdiri və dekan da bunları tələb edirdilər. Təəssüf ki, mənim “Ali məktəb didaktikası” əsasında qurulmuş və tələbələri oxuyub qiymət almağa yönləndirən xoş məramlı elmi-pedaqoji fəaliyyətimi məktəb rəhbərliyi tələbələrə qarşı qərəzli münasibət kimi təqdim edir. Dekanın, kafedra müdirinin mənimlə apardığı söhbətlərin hamısı bu mövzuda olub ki, əgər özünü biz dediyimiz kimi aparmasan, yəni dərsə daimi gəlməyən uşaqlara qayıb yazsan, lazımi uşaqlara gündəlikdə yüksək qiymətlər yazmasan, onların sərbəst işlərini qəbul etməsən, bizdən incimə, işdən qovulsan da, sənə kömək edə bilməyəcəyik. Tələbələr də bunları tələb edib, deyirdilər ki, pulumuzu verib qiymət alırıqsa, nə üçün oxumalıyıq, nə üçün siz bizə mane olursunuz? Əgər, bizə istədiyimiz qiymətləri yazmasanız, bizdən inciməyin. Əlverişli şəraitdə tüğyan edən direktor-T.Kərimli sindromunun təbliğat mexanizmi rəngarəng üsullarla gənc və təcrübəsiz tələbələrə belə bir təsəvvür təlqin etmişdir ki, onların imtahanlardan kəsilmələrinin yeganə səbəbkarı mənəm.

Bu uğurlu əməliyyatlardan sonra filialının direktoru professor X.Məmmədov şifahi şəkildə mənə bildirdi ki, 2009/2010-cu tədris ili üçün psixologiya fənninin saatlarından sənin dərs yükün düzəlmir, ona görə ki, psixologiya dərsləri adətən Tarix-coğrafiya, Azərbaycan dili və ədəbiyyat ixtisaslarının I kurslarında olur, o qruplarda isə qəbulun vəziyyəti hələ məlum deyil. Psixologiya dərsləri yalnız İbtidai sinif müəllimi ixtisası üzrə əyani şöbənin II kursunda müəyyəndir, o qrupun tələbələri isə səni yox, Sara müəlliməni seçib. Bəs filial rəhbərliyi özlərinin mütəşəkkil korrupsioner fəaliyyətlərində bir vasitə kimi istifadə etdikləri “seç”kinin əsl mahiyyəti nədən ibarətdir?

Azərbaycan Respublikasının Təhsil Nazirinin 20.IV.2006-cı il tarixli 264 nömrəli əmri ilə təsdiq olunmuş, 23.VII.2007-ci il tarixli, 914 nömrəli əmri ilə müvafiq dəyişikliklər edilmiş “Alı təhsil müəssisələrində kredit sistemi ilə təhsilin təşkili barədə nümunəvi Əsasnamə”nin “Təhsil prosesinin tədris-metodiki təminatı” adlı ikinci hissəsində göstərilmişdir:

“2.6 Tədris planında fənlər vacibliyinə və məzmunun mənimsənilməsi ardıcıllığına görə aşağıdakı 3 qrupa bölünür:

a) məcburi və ardıcıl öyrənilən fənlər qrupu;

b) məcburi, lakin ardıcıllığı vacib olmayan fənlər qrupu;

c) tələbələrin öz seçimi əsasında öyrənilən fənlər qrupu; ...

2.8 ...Tələbələrin fərdi tədris planları tərtib edilərkən ali məktəb tələbələrə həm fənn, həm də yüksək

İxtisaslı müəllimlərin seçilməsində öz təklifini verir (müəllimlərin vəzifələri, elmi dərəcələri və elmi adları göstərilməklə)”

Deməli, tələbə tədris planına daxil olan bütün fənləri və onları tədris edən müəllimi deyil, ancaq “c” qrupuna daxil olan fənıəri və onları tədris edən müəllimi seçə bilər. Psixologiya fənni isə Azərbaycan Müəllimlər İnstitutunun Ağcəbədi filialının mövcud ixtisas qruplarında “c” fənn qrupuna daxil edilən fən deyildir. Digər tərəfdən isə, bir qrupda təşkil edilən “seçim”saxta olmasa belə, yalnız generalizasiya (yanlış ümumiləşdirmə) nəticəsində ümumi məktəb üçün qanuna çevrilə bilər.

2006-cı ildə direktor-kafedra müdiri sindromunun bazarsayağı təyinatı ilə, 2009-cu ildə isə tələbələrin “seç”imi ilə psixologiya müəllimi təyin edilən Bakıda yaşayan ağcəbədili gəlini ixtisasca psixoloq olmayan Sara Məmmədova isə 90-cı illərin xaosunda statussuz yerli özəl məktəbərin birindən qəflətən gələrək ibtidai sinif müəllimi ixtisasını bizdə qiyabi bitirdiyindən hətta bilmir ki, psixologiya elmini bilmir. Həmin qrupda isə psixologiya fənninin tədrisi III semestrdən, yəni II kursun I yarısından başlayır. Bəs məni və Sara müəlliməni tanımayan tələbələr öz seçimlərini hansı meyar əsasında etmişlər? Burada möcüzə həm də ondan ibarətdir ki, 2006-cı ildə T.Kərimli-direktor sindromunun bazarsayağı təyinatı 3 ildən sonra, yəni 2009-cu ildə tələbələrin “seç”iminə çevrilir. Göründüyü kimi siyasət meydanına döndərilmiş bu dövlət məktəbində zirehləndirilmiş mütəşəkkil korrupsioner dəstənin formalaşmaqda olan ictimai şüurumuza destruktiv təsir göstərəcək diskriminativ təxribatları təcrübəsiz gənc tələbələrin seçimi kimi qələmə verilir. Bizim filialda tələbələrin bu qəbildən olan ənənəvi seçimlərinin çeşidləri rəngarəngdir. Məsələn, adambaşına hər bir tələbə ali məktəbə qəbul olma qeydiyyatından keçmək üçün, təlim tapşırıqlarını yerinə yetirmədən bir fəndən istəyinə görə auditoriya balı almaq üçün, bir semestr boyu dərslərdə iştirak etməmək üçün, imtahanlardan, buraxılış işindən, pedaqoji təcrübədən istəyinə görə bal almaq üçün direktor-kafedra müdiri sindromunun tələb etdiyi məbləğ çərçivəsində hərəkət etmək vəs. seçimlər (Baloniya təhsil sisteminin AMİ variantı ). Filialdakı genişmiqyaslı korrupsiya əməliyyatlarının mənə aid olan bəzi təkzibolunmaz rəsmi epizodları haqqında AMİ-nin Ağcəbədi filialının direktorlarına, Ağcəbədi rayon Prokuroruna, Ağcəbədi Rayon Məhkəməsinə, Ağcəbədi rayon İcra Hakimiyyətinin Başçısına, AMİ-nin rektoruna, Azərbaycan Respublikasının Təhsil Nazirinə, Daxili İşlər Nazirinə, Milli Təhlükəsizlik Nazirinə, Baş Prokurora, Ombudsmana, Xarici İşlər Nazirinə, Milli Məclisin Sədrinə və müvafiq daimi komissiya sədrlərinə, ayrı-ayrı Millət vəkillərinə, Baş Nazirə, Nazirlər Kabinetinin müvafiq komitələrinə, Prezident administrasiyasının rəhbərinə və müvafiq şöbə müdirlərinə, millət vəkili olan nüfuzlu Universitet rektorlarına, H.Əliyev Fondunun Prezidentinə, möhtərəm Prezidentimizə ünvanlanmış çoxsaylı və çoxillik müraciətlərimdə xahiş etmişəm ki, ərizəmdə göstərdiyim faktların tərəfsiz və nüfuzlu mütəxəssis komissiyası tərəfindən hümanist qanunlar çərçivəsində yerində ədalətlə araşdırılması, seqreqasiyaya məruz qaldığım kriminal şəraiti hüquqi və siyasi cəhətdən obyektiv qiymətləndirib tapdalanmış minimal vətəndaşlıq və vəzifə hüquqlarımın bərpa olunması istiqamətində müvafiq vəzifə sahibləri öz səlahiyyətlərinin imkanlarından kifayət dərəcədə istifadə etsinlər. Əgər bunu etmək istəmirlərsə, yaxud bacarmırlarsa, onda hazırkı iqtidarın hakimiyyətdə olduğu müddət ərzində doğma Azərbaycanı tərk etməyimə qanuni şəkildə köməkdarlıq göstərsinlər. Həmin müraciətlərimin hər dəfə baxılmaq üçün Təhsil Naziriliyinə, oradan isə AMİ-nin rektoruna göndərilməsi xüsusi olaraq təşkil edilir. Rektor isə həmin müraciətlərimi əlində yelləyib çəkinmədən bəyan edir ki, mən Azərbaycanın Prezidentinin vəkiliyəm, ona kitab yazmışam, xanımının isə rəfiqəsiyəm, mənim işlərimə Azərbaycanda heç kəs qarışa bilməz! Sonra isə hər dəfə rəsmi faktlara əsaslanan şikayətlərimə məhəl qoymadan fədakar dəstəsinin korrupsioner mövqeyini nümayişkaranə tərzdə müdafiə edir, müxtəlif imzalarla mənə yalnız şantajlardan ibarət olan avantürist cavablar göndərtdirir Sən demə, respublikada həm milli, həm də beynəlxalq qanunlara meydan oxuyan AMİ-nin rektoru Aqiyə Naxçıvanlının rəsmi əri Mövsümov Hüseyn Şərif oğlu Azərbaycan Respublikası Prezidentinin administrasiyasında regional idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsində müdir müavini vəzifəsində işləyirmiş. Göründüyü kimi mənim müraciətlərim göndərdiyim ünvan-Təhsil Nazirliyi-AMİ labrintində zirehləndirilmiş korrupsioner məmurların öz rəsmi səlahiyyətlərinin zoru hesabına yaratdıqları Bermud üçbucağında yoxa çıxardılır.

Filialımızda həvəsləndirici cəzasızlıq şəraitində azğınlaşmış direktor-kafedra müdiri sindromu məni etnik zəmində şərləyərək filialın direktoru prof. X.Məmmədovun 01-03/ 49 saylı 09.09. 2009-cu il tarixli qondarma əmri ilə17 illik iş yerimdən kənarlaşdırdı. Həmin əmrdə göstərilmişdir:

“Filialın “Ümumi elmi fənlər” kafedrasının bir ştat baş müəllimi peşəkarlıq səviyyəsinin və ixtisasının kifayət dərəcədə olmadığına görə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən 09 sentyabr 2009-cu il tarixdən onunla bağlanmış əmək müqaviləsinə xitam verilsin

Əsas: Filialın Elmi Şurasının 09 sentyabr 2009-cu il tarixli 1 saylı protokolundan filialın Azad Həmkarlar

Komitəsinin 09 sentyabr 2009-cu il tarixli 1 saylı protokolundan çıxarışlar və mənim sərəncamım”.

Nəzərinizə çatdırıram ki, filialın nə ümumi elmi fənlər kafedrasının, Elmi Şurasının və Azad Həmkarlar Komitəsinin tərkibində, nə də ümumiyyətlə filialda ixtisaslı psixoloq yoxdur. İşdən çıxarılmamla əlaqədar filialın nə kafedra, nə Elmi Şura, nə də Azad Həmkarlar Komitəsinin heç bir iclasına dəvət belə olunmamışam. Qəribədir, dövlət məktəbində dövlət qanunlarını rəsmi səviyyədə pozan vəzifəli mentalitet dəllalları həmin qanunları pozmadığıma görə, çəkinmədən məni şərləyərək bu qanunlar adından işdən çıxarır, hökumət isə seyrçi qalır. Hətta hüquqlarımın müdafiəsi üçün tənsil işçilərinin Azad Həmkarlar İttifaqı komitəsinə, hökumətin mətbuat orqanlarına, Beynəlxalq Helsinki Vətəndaş Assambleyasının Azərbaycan komitəsinə müraciətlər etsəm də təşkilatlardan heç biri risk edib mənə köməklik göstərə bilmədilər. Nəhayət ki, 08.11.2011-ci il tarixdə Azərbaycan Respublikasının Ədliyyə Naziri F.Məmmədoa ünvanlanmış bir məktubum baxılmaq üçün ilk dəfə olaraq AMİ-yə deyil, I inistansiya məhkəməsinə göndərildi. Mənim AMİ-yə qarşı “İşə bərpa və qanunsuz olaraq işləməkdən məhrum olunması nəticəsində əmək haqqının ödənilməsi barədə” iddiam Bakı şəhəri N.Nərimanov rayon Məhkəməsinin 01 mart 2011-ci il tarixli qətnaməsi ilə (sədrlik edən S.M.Quliyeva, İç№ 2(005)-843/2011) rədd edilmişdir. Odur ki mən Azərbaycan Respublikasının Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti yazmış, işin qanuni və əsaslı həll edilməsi üçün filial rəhbərliyinin mənə vermədiyi bəzi əlavə sübutların-rəsmi sənədlərin (2007/2008-ci tədris ilinin II yarısında Riyaziyyat-Fizika ixtisası üzrə əyani şöbənin I və III kurslarında, 2008/ 2009-cu tədris ilinin I yarısında əyani şöbənin Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə I kursunda (Q-101,102) mənim tədris etdiyim və imtahanını götürdüyüm Psixologiya fənnindən tələbələrin biliyinin çoxballı sistem üzrə qiymətləndirilməsi cədvəllərinin, 2008/2009-cu tədris ilinin II yarısında əyani şöbənin Tarix-coğrafiya ixtisası üzrə I kursunda (Q-101) mənim tədris etdiyim və imtahanını götürdüyüm psixologiya fənnindən tələbələrin imtahanının cavab blanklarının, 2008/2009-cu tədris ilinin II yarısında pedaqoji təcrübədə əyani şöbənin metodistlik etdiyim Azərbaycan dili və ədəbiyyat (Q-301), Riyaziyyat-Fizika (Q-301) ixtisasları üzrə III kurslarında psixologiya fənnindən, İbtidai sinif müəllimi (Q-301)ixtisası üzrə III kursunda isə ana dili və psixologiya fənlərindən tələbələrin biliyinin çoxballı sistem üzrə qiymətləndirilməsi cədvəllərinin) məhkəmə iclasına gətirilməsi və araşdırılması, müvafiq ixtisaslı komissiya təşkil edərək mənim və guya tələbələrin seçdiyi müəllımə Sara Məmmədovanın elmi-pedaqoji fəaliyyətimizin müəyyən olunması və qiymətləndiriməsi barədə vəsatət vermişəm. Lakin etdiyim müraciətlərə və qaldırdığım vəsatətə əhəmiyyət vermədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 28 iyul 2011-ci il tarixli Qətnaməsi ilə (sədrlik edən: Natiq Mehdi oğlu Abbasov, hakim: Məmməd Allahverdi oğlu Məmmədov və Saqi Əhməd oğlu Məmmədov İş №2(103)-2778/2011) mənim iddiamı təmin etməyərək Nərimanov rayon Məhkəməsinin 01 mart 2011-ci il tarixli qətnaməsini dəyişdirmədən saxladı. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyası da əvvəlki iki lnstansiya məhkəməsi kimi Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə ölkədə gedən antikorrupsiya tədbirlərinə qoşulub obyektiv, qanuni və ədalətli qərar qəbul etmək əvəzinə, 15 dekabr 2011-ci il tarixli Qərarı ilə(sədrlık edən: Ağayev Rəşadət Əhməd oğlu, hakimlər: Şadiyev Ənvər Əhməd oğlu və Qoldman Tatyana Aleksandrovna, İş №2(102)-3863/11) Mövsümov Hüseyn Şərif oğlunun arvadı, hal-hazırda deputat, AMİ-nin rektoru, Aqiyə Naxçıvanlının “işinə qarşa bilmə”diyindən mənim kassasiya şikayətimi əsassız hesab edərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının Qətnaməsini dəyişdirmədən saxlamaqla mütəşəkkil korrupsiya əməliyyatları na xeyir-dua vermək yolunu seçdi. 07 Fevral 2012-ci il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna əlavə kassasiya şikayəti yazdım. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayev də əvəlki lnstansiya məhkəmələri kimi Azərbaycan Respublikasının Prezidentinin göstərişi ilə ölkədə gedən antikorrupsiya tədbirlərinə qoşula bilib obyektiv, qanuni və ədalətli qərar qəbul etmək əvəzınə, 06 mart 2012-ci il tarixli 13(102)-65/2012 saylı Qərardadı ilə Prezident administrasiyasında regional idarəetmə və yerli özünüidarə orqanları ilə iş şöbəsinin müdir müavini Mövsümov Hüseyn Şərif oğlunun arvadı, hal-hazırda deputat, AMİ-nin rektoru, Aqiyə Naxçıvanlının “işinə qarşa bilmə”yib mənim əlavə kassasiya şikayətimi əsassız hesab edərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun baxışına çıxarmamışdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Azərbaycan mediasının COP29 sınağı - Rəşad Məcid yazır...
Dünən, 12:55
Trampla Putin arasında gizli görüş... - Şok iddia
Dünən, 12:53
Sirli diplomatın KİMLİYİ BƏLLİ OLDU - 70 kiloqram qızıl isə...
Dünən, 12:50
"Hakimiyyət naminə torpaqları qurban verdikləri kimi..." - Deputatdan SƏRT SÖZLƏR
Dünən, 12:38
Azərbaycan öz üzərinə düşəni edir - ŞƏRH
Dünən, 12:30
Paşinyan ölkədəki istefa dalğasından danışdı: - "Məmurlara yazdım ki..."
Dünən, 12:27
MDB ölkələrindən aldığımız məhsullar onlara satdığımızdan 3 dəfə çoxdur - SİYAHI
Dünən, 12:14
Ermənistan İstintaq Komitəsinin keçmiş sədri istintaqa çağırılıb
Dünən, 12:09
“Ermənistandakı indiki nəsil vuruşmağa hazır deyil... - Hətta xaricdən kimsə dəstək olsa belə...”
Dünən, 12:06
Sərhədlər açılır... YA AÇILMIR? - daha bir AÇIQLAMA
Dünən, 12:03
Rusiya DİN bəzi şəxsləri vətəndaşlıqdan məhrum edir - Azərbaycanlılar da olacaq?
Dünən, 11:56
Çin hakerləri ABŞ-nin infrasturkturuna girməyə çalışırlar - Morqan Adamski
Dünən, 11:53
İranın yeni paytaxtı bu şəhər ola bilər - KİV
Dünən, 11:52
Almaniya ilə Azərbaycan arasında yeni gərginlik - XİN rəhbəri nə deyib?
Dünən, 11:38
Azərbaycanda saxlanılan gömrük xidmətinin rəis müavini 200 milyon verib HƏBSDƏN ÇIXDI - TƏFƏRRÜAT
Dünən, 11:21
Tanınmış meyxanaçıdan MƏSLƏHƏT: - “Oğlan uşağını kişi kimi böyüdün ki, sonradan...”
Dünən, 11:19
Paşinyanın qadın “batalyon”u - strateji postlar niyə “axçi”lərə verilir...
Dünən, 11:17
Rusiyadan Ermənistan milyardlarla dollarlıq qızıl axır - Şəbəkənin arxasında kimlər dayanır?
Dünən, 11:13
Azərbaycanda bu deputatlara mənzil verildi - DETALLAR
Dünən, 11:09
DİQQƏT: Kənd məktəbləri sürətlə boşalır... - NƏ ETMƏLİ?
Dünən, 11:07
Rusiya-Ukrayna gərginliyi... BİZƏ NECƏ TƏSİR EDƏCƏK? - ARAŞDIRMA
Dünən, 10:59
"Səni 12 ildir mən gözəlləşdirmişəm"
Dünən, 10:56
İstanbulda 70 kq qızılla saxlanılan azərbaycanlı diplomat deyil - SARIYER OLAYI...
Dünən, 10:50
Bu hallarda işçilərin işdən kənarlaşdırılması qanunsuzdur... - Ekspert danışır...
Dünən, 10:47
Britaniyanın HSBC bankı Rusiya və Belarusdan ödənişləri qəbul etməyəcək - “Reuters”
Dünən, 10:44
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru