Renkanın tədbirdə paltarı yandı .....                     Paşinyanın köhnə rəqibi üzə çıxdı .....                     “Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...” .....                     Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… .....                     İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... .....                     AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... .....                     Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub .....                     Qorxu filmlərini kölgədə buraxan dram .....                     İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar .....                     AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” .....                     Nüvə silahı dəyənək deyil .....                     İranda daha bir HELİKOPTER QƏZASI... .....                     "Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..." .....                     İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... .....                     AYNA-nın başbilənləri bu avtobusa minərmi? .....                     Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... .....                     "İsrail Livanda dayanmayacaq" .....                     Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu .....                     İran İsrailin qarşısından nə qədər qaçacaq? .....                     Qazaxın icra başçısı HƏDƏFDƏ .....                     "Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" .....                     Sülh danışıqlarında yeni mərhələ .....                     İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” .....                     AYNA 4 milyonluq tenderinin qalibini açıqladı .....                     Nazirlik 2 milyonluq tenderinin .....                     Nazirlərin Nyu-York görüşü .....                     "Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək" .....                     “Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” .....                     Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü .....                     Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq .....                     Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək .....                     "Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... .....                     “Zəngəzur dəhlizi açıla bilməz...” .....                     Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir .....                     “Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək .....                     Bayraq meydanında bayrağımız yenidən dalğalanır .....                     Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: .....                     Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? .....                     “Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” .....                     Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb .....                 

"PROKUROR HAFİZ BABAYEV MƏNİ "QURBAN" VERDİ"
Tarix: 22-03-2012, 16:34 | Çap et
"PROKUROR HAFİZ BABAYEV MƏNİ "QURBAN" VERDİ"

GORANBOYUN KEÇMİŞ BÖYÜK MÜSTƏNTİQİ PREZİDENTDƏN KÖMƏK İSTƏYİR

DİA.AZ: - Keçən günlərdə Azərbaycan Respublikası Baş Prokurorunun 25 aprel 2011-ci il tarixli 10/40-1/83k saylı əmri ilə prokurorluq orqanlarından xaric edilən Əhməd Fərhadovun sözügedən əmrin ləğv edilməsi üçün qaldırdığı iddia ilə bağlı verilən məhkəmə qərarlarını qeyri-obyektiv hesab etdiyi barədə məlumat vermişdik. Belə ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakim Azad İmanov) 24 oktyabr 2011-ci il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verən Ə.Fərhadovun şikayəti təmin olunmadığından (hakim Əli Rüstəmov) o, əlavə kassasiya şikayəti verməyə hazırlaşır.

Redaksiyamıza müraciət edən Ə.Fərhadov əlavə kassasiya şikayəti təmin olunmayacağı təqdirdə Avropa Məhkəməsinə müraciət edəcəyini bildirdi. Ə.Fərhadov əlavə kassasiya şikayətinin obyektiv araşdırılaraq pozulmuş hüququnun bərpası üçün dövlət başçısından kömək istəyir. Şikayətçinin redaksiyamıza təqdim etdiyi müraciətdə bildirilir ki, o, 24 may 2011-ci il tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsində Azərbaycan Respublikası Baş Prokuroru Z.Qaralovun onun prokurorluq orqanlarından xaric edilməsi barədə vermiş olduğu 25 aprel 2011-ci il tarixli 10/40-1/83k saylı əmrin ləğv edilməsi və onun Goranboy rayon Prokurorluğunun böyük müstəntiqi vəzifəsinə bərpa edilməsi üçün qaldırmış olduğu mülki iddia işinin məhkəmə baxışı 3 ay davam etməklə məhkəmə baxışında əmrin qanunsuz və əsassız olması haqda kifayət qədər sübutlar olmasına baxmayaraq, işə baxan hakim Elşad Şamayev iş üzrə 22 avqust 2011-ci ildə ədalətsiz qətnamə çıxararaq iddianı rədd edib.
Şikayətçinin yazdığına görə, onun hüquqlarının kobud surətdə pozulması məhkəmədə təsdiq olunsa da, hakim E.Şamayev tərəfindən qanunsuz və əsassız qətnamə çıxarıldığına görə hüquqlarının müdafiəsi və pozulmuş hüquqlarının bərpası üçün Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2011-ci il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılıb. Ə.Fərhadov isə həm qətnamənin, həm də əmrin qanunsuz və əsassız olduğunu təsdiq edən aşağıdakı dəlillərli gətirir:
(Əvvəli ötən sayda)

“Saxtakarlığı edənlər Baş Prokurordan özlərini sığorta etmək və mənə qarşı əsassız ittihamlar hazırlamaq niyyəti ilə etmişlər. Belə ki, Baş Prokurorluğa göndərilən məlumatda AR CM-nin 29, 149.1-ci maddəsi ilə cinayət işi başlanılmasının zəruriliyi və buna dəlalət edən əsaslar göstərildiyi halda, prokuror H.Babayev CM-nin 157.2-ci maddəsi ilə cinayət işi başlamışdı. Bu uyğunsuzluq prokurorun Baş Prokurorluğu aldatması qənaətinə gəlmək üçün kifayət edirdi və buna görə də H.Babayev ciddi cəzalandırılmalı idi. O, zərbəni özündən kənarlaşdırmaq üçün əlaltıları ilə birlikdə məni “qurban” verdi.
Səbail rayon Məhkəməsinin qətnaməsində göstərilir: “Məhkəmə araşdırması zamanı təsdiq olunmuş sənədlərlə və tərəflərin izahatları ilə həmçinin müəyyən olunmuşdur ki, Baş Prokurorun əmrində göstərilmiş nöqsanların biri, yəni S.Məmmədovanın həmkəndlisi E.Abbasov tərəfindən zorlanmağa cəhd edilməsi faktı üzrə əsassız olaraq cinayət işinin Azərbaycan Respublikası CM-nin 157.2-ci maddəsi ilə başlanması halında iddiaçının təqsiri olmamışdır. Əksinə, müəyyən olunmuşdur ki, Goranboy rayon Prokurorluğunun sabiq böyük müstəntiqi, hazırkı iş üzrə iddiaçı Əhməd Fərhadov tərəfindən aparılmış araşdırma nəticəsində onun tərəfindən Azərbaycan Respublikası CM-nin 29, 149.1-ci maddəsi ilə cinayət işinin başlanılması barədə qərar layihəsi və Azərbaycan Respublikası Baş Prokurorluğunun Prokurorluqda istintaqa nəzarət idarəsinə məlumat layihələri hazırlanmış, lakin rayon prokuroru Hafiz Babayev tərəfindən həmin sənədlərdə dəyişiklik edilərək, cinayət işi CM-nin 157.2-ci maddəsi ilə başlanmış və özü tərəfindən imzalanmış arayış Baş Prokurorluğa göndərilmişdir”.
Hakim üçün hakimlik fəaliyyətində bundan böyük saxtakarlıq ola bilməz. Məhkəmə prosesində həmin məktubun H.Babayev tərəfindən xidməti yoxlama aparılan zaman dəyişdirilməsi barədə tərəfimdən məhkəməyə kifayət qədər tutarlı sübutlar təqdim etməyimə və cavabdehin izahatı ilə də bu, təsdiqini tapmasına baxmayaraq, hakim E.Şamiyev bunlara məqsədyönlü şəkildə göz yummuşdur. Hakim E.Şamiyev şahid qismində dindirilmələri üçün məhkəmə iclasına dəvət edilmələrindən ötrü verdiyim vəsatətlərin heç birini təmin etmədi. Bakı Apellyasiya Məhkəməsinin hakimi A.İmanovun sədrliyi ilə məhkəmə heyəti isə bu barədə vəsatətimi hətta müzakirəyə çıxarmadı. H.Babayevin xidməti yoxlama zamanı vermiş olduğu izahatı tələb etmədilər. çünki H.Babayev izahatında güya material üzrə AR CM-nin 157.2-ci maddəsi ilə cinayət işini mənim məruzəm əsasında başladığını qeyd etmişdir. Hakim göz deşən bu fakta ona görə göz yumub ki, o, H.Babayevi və onunla əlbir olan Baş Prokurorluğun məsul vəzifəli şəxslərini onların əməlində AR CM-nin 308.2 və 313-cü maddələrinin tərkib əlamətləri olduğu halda, cinayət məsuliyyətindən kənarda qoymaq istəmişdir.
O ki qaldı mərhum E.Abbasovun qohumlarının məndən şikayət etmələrinə, Goranboy rayon Prokurorluğunda qeyd olunan cinayət işinin istintaqında prokurorun bu maxinasiyalarına birbaşa etirazım isə həmin şəxslərin E.Abbasovun qohumlarını öyrədib şikayətlərini mənə ünvanlamalarının əsasını təşkil etmişdir. Mən xidməti yoxlama zamanı əleyhimə əsassız faktların toplanıldığını və komissiya üzvlərinin cəzalandırılmağım üçün göstəriş icra etdiklərini, rayon prokurorunun özünü sığorta etdirmək üçün diqqəti mənim üzərimdə cəmlətdiyini, sənədləri saxtalaşdırdığını bilib baş verənlərlə bağlı ailəmdə danışandan sonra anam Xalidə Fərhadova 2011-ci ilin mart ayının sonlarında ölkə prezidentinə ərizə yazmışdır. Həmin ərizə Baş Prokurorluğa daxil olan kimi mənim cəzalandırılmağım barədə göstəriş verilmişdir. Onlar saxtakarlıq edilməsi faktını bildiyim üçün əmri daha da genişləndirmək, ona dolğunluq vermək, məni susdurmaq, əmri “əsaslandırmaq” üçün ora sonradan əsassız xüsusatlar daxil etmişlər. Əmrdə göstərilir: “Q.Şükürovun 18.10.2010-cu il tarixdə vət. Ş.Qurbanovanın evinə daxil olaraq ona qarşı zor tətbiq edib xəsarət yetirməsi barədə müraciəti üzrə AR CM-nin 157.1-ci maddəsi ilə başlanılmaqla Ə.Fərhadovun icraatına verilmiş cinayət işi üzrə də kobud qanun pozuntularına yol verilərək, tam və hərtərəfli istintaq aparılmamış, obyektiv qərar qəbul edilməsi üçün zəruri olan bir sıra xüsusatlar ətraflı araşdırılmadan təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmamış, ona daha yüngül maddə ilə ittiham verilməklə əməlində Azərbaycan Respublikası CM-nin 29, 149.1-ci maddəsinin əlamətlərinin olub-olmaması məsələsi tam araşdırılmamışdır.
Ə.Fərhadov tərəfindən cinayət işinin istintaqı zamanı dindirilmiş şahidlərə Azərbaycan Respublikası CPM-nin 19, 26, 95-ci maddələrində nəzərdə tutulan hüquqları həmin maddələr, sadəcə, sadalanmaqla formal olaraq izah olunması, 23.12.2010-cu il tarixli qərarla Ş.Qurbanova zərərçəkmiş şəxs qismində tanınsa da, onun hüquq və vəzifələrinin izah olunmasına dair protokol tərtib olunmaması, təqsirləndirilən və zərərçəkmiş şəxslərə etiraz edilə bilən şəxslərin siyahısının təqdim olunmaması kimi ciddi prosessual pozuntulara yol verilmişdir.
Cinayət işi 23.02.2011-ci il tarixdə Goranboy rayon Məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə AR CM-nin 29, 149.1 və 221.2.1-ci maddələri ilə ağır ittihamın irəli sürülməsi üçün AR CPM-nin 318-ci maddəsinə əsasən rayon prokurorluğuna qaytarılmışdır. Həmin cinayət işi 02.03.2011-ci ildə prokurorluğa daxil olmaqla icrası prokuror tərəfindən Ə.Fərhadova həvalə edilmiş, lakin müstəntiq tərəfindən işin icraata qəbul edilməsinə dair qərar qəbul edilmədən istintaq hərəkətləri aparılmışdır”.
Əvvəla, Ş.Qurbanovanın şikayəti uzun müddət aidiyyət pozulmaqla rayon polis şöbəsində araşdırılmış, prokuror tərəfindən həmin materialın vaxtında rayon prokurorluğunun icraatına götürülmsi üçün tədbir görülməmiş, 4 noyabr 2010-cu il tarixdə başlanmış cinayət işi icraatıma qəbul edilmiş, 18 noyabr-23 dekabr 2010-cu il tarixlərdə isə əmrlə məzuniyyətdə olmuşam. Yoxlayıcılar mənim məzuniyyətdə olduğum 36 gün ərzində digər müstəntiqin nə iş gördüyünü araşdırmamışlar. Məzuniyyətdən qayıdan kimi iş yenidən icraatıma verilməklə rayon prokurorunun göstərişi əsasında Q.Şükürova AR CM-nin 157.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. 27.12.2010-cu il tarixdə iş üzrə ittiham aktı rayon prokuroru tərəfindən təsdiq edilməklə iş aidiyyəti üzrə Goranboy rayon Məhkəməsinə göndərilmişdir. Yəni istintaq aparıldığı 53 günün cəmi 17 günü iş mənim icraatımda olmuşdur.
Azərbaycan Respublikası Prokurorluğu işçilərinin Etik davranış Kodeksinin 21-ci maddəsinə əsasən, “Prokurorluq işçisi birbaşa və ya yuxarı rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur”. Mən də onun tapşırığını icra etmişəm.
İkincisi, şahidlər təkcə qeyd olunan cinayət işi üzrə yox, mənim istintaqını aparmış olduğum bütün digər cinayət işləri üzrə Baş Prokurorluğun tərtib etmiş olduğu dindirmə protokolu formasına əsasən, dindirilmiş, şahidlərin hüquq və vəzifələri isə onlara AR CPM-nin müvafiq maddələrinə əsasən, tam izah edilmiş və yalnız bundan sonra dindirmələr aparılmışdır. İstintaqını apardığım və məhkəmədə baxılmış bütün cinayət işlərində bu sahədə heç bir qüsur və ya qanunsuzluq, prosessual qayda pozğunluğu aşkar edilməmişdir. Digər tərəfdən, AR CPM-nin 230.1.6-cu maddəsinə əsasən, şahidin dindirilməsi protokolunda “şahidə onun hüquqlarının, vəzifələrinin və məsuliyyətinin izah edilməsi barədə qeyd” göstərilir. CPM qanundur. O, özfəaliyyətə və subyektiv fikirlərə əsaslana bilməz. “Prokurorluq orqanlarında istifadə olunan blank formalarının nümunələrinin təsdiq edilməsi haqqında” Baş Prokurorun 23.08.2001-ci il tarixli 08/119 nömrəli əmrində deyilir: “Tabe prokurorluqlar tərəfindən təsdiq edilmiş nümunələrdən kənara çıxan fərdi qaydada hazırlanmış blanklardan istifadə edilməsi qadağan edilsin”.
Bu hal zərərçəkmişə də hüquq və vəzifələrinin izah edilməsinə aiddir. Ş.Qurbanova zərərçəkmiş şəxs qismində tanınan kimi ona hüquq və vəzifələri izah edilməklə bu barədə qərarda qeyd aparılmış və hüquq və vəzifələrinin tam siyahısını əks etdirən həm zərərçəkmişin özü, həm də müstəntiq tərəfindən imzalanmaqla bildiriş verilmiş, onun bir surəti isə cinayət işinə əlavə olunmuşdur. Onun hüqüq və vəzifələrinin protokolla izah edilməli olması barədə CPM-də heç bir qeyd yoxdur. Burada zərərçəkmişin hansı hüquqları və ya hansı prosessual qayda “kobud” surətdə pozulmuşdur?
üçüncüsü, təqsirləndirilən və ya zərərçəkmiş şəxsə etiraz edilə bilən şəxslərin siyahısının təqdim olunmaması isə sırf yalandır.Təqsirləndirilən şəxsə protokolla bu siyahı,yəni ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror və istintaqı aparan müstəntiq təqdim olunmuş, zərərçəkmişə isə həmin şəxslərə etiraz etmək hüququnun olması izah edilməklə bildiriş verilmişdir.
Dördüncüsü, güya cinayət işi məhkəmədən rayon prokurorluğuna qaytarılandan sonra icraata qəbul etmə qərarı yazılmadan istintaq hərəkətləri aparmağımla bağlı qeydlər də sırf yalandır. Cinayət işinin materiallarının siyahısında bu qərar qeyd olunmaqla cinayət işinə də əlavə olunmuşdur.
Beşincisi, iş üzrə keçirilmiş üzləşdirmə əmrdə qeyd olunduğu kimi səthi yox, çox ətraflı aparılmışdır. Buna əmin olmaq üçün üzləşdirmə protokoluna baxmaq kifayət edər.
Ən başlıcası isə, mən 8 aprel 2011-ci il tarixdə bülletenə çıxmaqla cinayət işini tikilmiş vəziyyətdə prokurora təqrirlə təhvil vermişəm. Bundan yalnız 5 ay keçəndən sonra Q.Şükürov yenidən məhkəmə məsuliyyətinə verilmişdir. Şəxsi araşdırmalarımla müəyyən etmişəm ki, cinayət işi müstəntiq T.Abbasovun icraatında olarkən 2010-cu ilin noyabr ayında iş üzrə onun qərarı ilə əlavə məhkəmə-tibb ekspertizası təyin edilmiş və MTE və PA Birliyinin Goranboy rayon şöbəsinin rəisi V.Novruzov tərəfindən müvafiq rəy verilmişdir. Lakin müstəntiq rəyi qəbul etməyə dair ekspertzada kitaba imza edib rəyi alsa da, sonra onu prokurorun göstərişi ilə geri qaytarmışdır. Ekspert isə rəyi şəxsən prokuror H.Babayevə versə də, onun tərəfindən gizlədilmiş və cinayət işi mənə məzuniyyətdən qayıdarkən təhvil verilərkən materialların içərisində rəy olmamışdır. Hazırda da həmin rəy cinayət işinə bu günə kimi əlavə olunmamışdır. Digər tərəfdən, 2011-ci ilin aprel ayında iş prokuror köməkçisi F.Vəliyevin icraatına veriləndən sonra zərərçəkmiş rayon prokurorluğuna dəvət edilərək Q.Şükürov tərəfindən zorlanmağa cəhd edilmədiyi barədə barışıq ərizəsi alınmışdır”.
(Davamı var)

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Renkanın tədbirdə paltarı yandı - FOTO
Bu gün, 12:48
Paşinyanın köhnə rəqibi üzə çıxdı - “Bu, sirr qalsın”
Bu gün, 12:42
“Milli-mənəvi dəyərlərdən bəhs edən mahnıların sayı çoxdur, amma...”
Bu gün, 12:09
Paşinyan xəbərdarlıq etdi: Rusiya “sehri” bitir, azalacaq… - GƏLİŞMƏ
Bu gün, 12:06
İşçiləri ixtisara saldılar... indi yerdə qalanları da pulsuz işlədirlər... - NARAZILIQ VAR...
Bu gün, 11:42
AB Bakını şərləyir: Ermənistandakı hərbi planları... - NƏ ETMƏLİ?
Bu gün, 11:34
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - cavab tədbirləri görülüb
Bu gün, 11:29
Qorxu filmlərini kölgədə buraxan dram – Riyakarın göz yaşları
Bu gün, 11:25
İvanaşvili bəyan etdi: torpaqları Gürcüstana belə qaytaracaqlar - KİV
Bu gün, 11:21
AZAL ilə “TURİST OLMAĞIN VAXTIDIR!” - TƏFƏRRÜAT
Bu gün, 11:15
Nüvə silahı dəyənək deyil – Putin onu əlində niyə silkələyir?
Bu gün, 09:29
İranda daha bir HELİKOPTER QƏZASI... - Yəmən husilərinin İrandakı koordinatoru...
Bu gün, 09:23
"Yegənə cəmiyyətik ki, bütün qohum-əqrabaya aid mahnılarımız var..."
Bu gün, 09:21
İranın İsraillə savaşmaqdan başqa yolu qalmayıb... - Görünəni odur ki...
Bu gün, 09:14
AYNA-nın başbilənləri bu avtobusa minərmi? - ACINACAQLI MƏNZƏRƏ...
Bu gün, 09:09
Dayanıqlı sülh üçün TƏZMİNAT MÜTLƏQDİR... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:54
"İsrail Livanda dayanmayacaq" - rəsmi Ankara
Bu gün, 08:49
Bu Türk ölkəsinin nümayəndəsi Avropada birinci oldu - FOTO
Bu gün, 03:21
İran İsrailin qarşısından nə qədər qaçacaq? - ŞƏRH
Bu gün, 03:09
Qazaxın icra başçısı HƏDƏFDƏ - yerinə müavini gətirilir...
Bu gün, 03:06
"Ermənistan konstitusiya dəyişikliyinə qədər əsas addımları atmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 02:43
Sülh danışıqlarında yeni mərhələ - GƏLİŞMƏ
Bu gün, 02:40
İki müharibə və çaşqın güclülər: ya təslim olun, ya da “soyuq sülh” - İNCƏLƏMƏ
Bu gün, 02:37
AYNA 4 milyonluq tenderinin qalibini açıqladı
Bu gün, 00:05
Nazirlik 2 milyonluq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 00:02
Nazirlərin Nyu-York görüşü – Sülh üçün ciddi addımlar atılacaqmı?
Dünən, 18:00
"Naomi Kempbell belə gözəlliyimə paxıllıq edəcək"
Dünən, 17:30
“Blinkenin zəngindən sonra fəallıq artır, Ermənistanda...” - Tarasov
Dünən, 17:07
Haniyə də, Nəsrullah da İranın razılığı ilə öldürüldü – Generaldan ŞOK AÇIQLAMALAR
Dünən, 17:04
Abel Məhərrəmovla bağlı torpaq qalmaqalı Ali Məhkəmədə araşdırılacaq - TƏFƏRRÜAT
Dünən, 16:41
Həsən Nəsrullahı Seyid Haşim Səfiuddin əvəz edəcək - “Ediot Aqarnot”
Dünən, 16:34
"Ürəkdə yazı". Azərbaycan hekayələri antologiyası... - MALAY DİLİNDƏ...
Dünən, 16:31
“Zəngəzur dəhlizi açıla bilməz...” - Müəyyən geo-siyasi məsələlər həllini tapmayınca
Dünən, 16:24
Paşinyanın Ərdoğanın kitabını qucaqlaması problemi həll etmir - İNCƏLƏMƏ
Dünən, 16:02
“Ermənistan sərhəddə müəyyən üstünlük əldə etmək və danışıqların gündəliyini dəyişmək üçün eskalasiyada maraqlı görünür”
Dünən, 16:00
Bayraq meydanında bayrağımız yenidən dalğalanır
Dünən, 15:56
Türkiyə BRİKS-lə bağlı tənqidlərə cavab verdi: - Bizi illərdir qapı ağzında gözlədənlər...
Dünən, 15:51
Keçmiş icra başçısı Kürün 8 qolunu qurudub? - Əbülfəz Ağayevə ittiham
Dünən, 15:41
“Azərbaycan tələb edir ki, Ermənistan ordusu...” - Abramyan
Dünən, 15:30
Baş Qərargah rəisi toplanışda iştirak edən komandir və rəis heyəti ilə görüşüb
Dünən, 15:27
İsrail İrana `gəl-gəl` deyir... İRAN YENƏ DƏ NAZ EDƏCƏK? - AKTUAL
Dünən, 15:23
"Avropalıların qəbristanlıqları o qədər gözəldir, ölmək istədim"
Dünən, 15:21
Vüqar Qurbanov departament rəhbərini işdən çıxardı - YENİ TƏYİNAT
Dünən, 15:14
Elarizin nəvəsi ilə “dueti” - VİDEO
Dünən, 15:10
Ermənistan silahlanır: Paşinyan sülh istəyir, yoxsa müharibə? - NƏ BAŞ VERİR?
Dünən, 15:07
ƏMDX “Veteranlar haqqında” qanunun icrasından imtina edir - FAKT BUDUR!
Dünən, 15:00
Pezeşkian "Hizbullah" liderinin öldürülməsinə cavab tədbirləri hazırlandığını bəyan edib - ISNA
Dünən, 14:45
Zelenskinin Trampla görüşdəki çıxışı biabırçılıq idi - "Spiegel"
Dünən, 14:10
Paşinyan açıqladı – Əliyevin tələbi yerinə yetiriləcək
Dünən, 14:07
ƏÜO-nun xüsusi təyinatlı bölmələri ilə taktiki-xüsusi təlim keçirilib - VİDEO
Dünən, 14:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru