DUNYA MİYATOVİÇ NARAHATDIR
Tarix: 3-03-2012, 13:59 |
Çap et
O, QUBADA JURNALİSTLƏRƏ TƏZYİQLƏRİ PİSLƏYİB
ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç təşkilat üzvü olan ölkələri etiraz aksiyasını işıqlandıran jurnalistlərin müdafiəsi üçün zəruri tədbirlər görməyə çağırıb.
Miyatoviçin çağırışı martın 1-də Quba iğtişaşlarını işıqlandıran bir neçə jurnalistin gözyaşardıcı qazdan zəhərlənməsi və birinin isə yaralanmasından sonra səslənib.
“Bu insidentlər göstərir ki, jurnalistlər daha yaxşı müdafiə olunmalıdır ki, öz peşə öhdəliklərini yerinə yetirsinlər”, - Miyatoviç vurğulayıb.
“Jurnalistlərin hadisələri sərbəst şəkildə işıqlandıra bilməsi üçün ictimai asayişi qoruyan polis onlara hücum etməməlidir. ATƏT məkanında jurnalistlərin təhlükəsizliyi bizim prioritetlərdən biri olub və olaraq qalır”, - Miyatoviç bildirib.