Əsas Səhifə > Cəmiyyət > DUNYA MİYATOVİÇ NARAHATDIR
DUNYA MİYATOVİÇ NARAHATDIR3-03-2012, 13:59 |
O, QUBADA JURNALİSTLƏRƏ TƏZYİQLƏRİ PİSLƏYİB ATƏT-in mətbuat azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç təşkilat üzvü olan ölkələri etiraz aksiyasını işıqlandıran jurnalistlərin müdafiəsi üçün zəruri tədbirlər görməyə çağırıb. Miyatoviçin çağırışı martın 1-də Quba iğtişaşlarını işıqlandıran bir neçə jurnalistin gözyaşardıcı qazdan zəhərlənməsi və birinin isə yaralanmasından sonra səslənib. “Bu insidentlər göstərir ki, jurnalistlər daha yaxşı müdafiə olunmalıdır ki, öz peşə öhdəliklərini yerinə yetirsinlər”, - Miyatoviç vurğulayıb. “Jurnalistlərin hadisələri sərbəst şəkildə işıqlandıra bilməsi üçün ictimai asayişi qoruyan polis onlara hücum etməməlidir. ATƏT məkanında jurnalistlərin təhlükəsizliyi bizim prioritetlərdən biri olub və olaraq qalır”, - Miyatoviç bildirib. Geri qayıt |