Bu ölkənin tarixində ilk dəfə qadınlar səs verir
Tarix: 12-12-2015, 09:55 |
Çap et
Bu gün Səudiyyə Ərəbstanında keçirilən bələdiyyə seçkilərində ilk dəfə olaraq qadınlar səsverə biləcək.
ANS PRESS-in məlumatına görə, qadınlara sürücülük hüququnun verilmədiyi yeganə ölkə olan Səudiyyə Krallığında, qadınlar bələdiyyə başçıları da seçilə biləcək. Ümumilikdə 5938 kişi namizədlə müqayisədə 978 qadın, bələdiyyə seçkiləri üçün namizədliyini irəli sürüb.
Habelə seçki kampaniyası ərəfəsində qadın namizədlər kişilərlə müqayisədə bir sıra məhdudiyyətlərlə üzləşib; belə ki, onların seçki platformaları barədə seçicilərə yalnız pərdə arxasından və ya kişi nümayəndələri vasitəsilə çıxışlar etməsinə icazə verilib.
Seçkidə səsverə bilmək üçün 130 minə yaxın qadın qeydiyyatdan keçib. Qadınların səsvermə hüququndan savayı, bugünki seçkilər Səudiyə Ərəbstanı tarixində keçirilən 3-cü səsvermədir. Son 40 il ərzində Krallığda heç bir seçki keçirilməyib.
Ərəbistan 13 bölgəyə bölünmüşdür. Ən böyük vilayəti Cənub, ən kiçiyi isə Əl-Bəhadır
Əl-Bəha
Şimal
Cəvf
Mədinə
Əl-Qasım
Riyad
Şərq
Əsir
Xəil
Ciran
Məkkə
Məcran
Təbük