“Hal-hazırda geriçəkmə müzakirə mövzusu deyil”
Tarix: 11-12-2015, 09:11 |
Çap et
Türkiyə prezidenti Recep Tayyip Erdogan deyir ki, ölkəsinin İraqın şimalından qoşunları çıxarmaq niyyəti yoxdur.
“Hal-hazırda geriçəkmə müzakirə mövzusu deyil”, Erdogan dekabrın 10-da jurnalistlərə deyib.
Bu arada ABŞ-ın vitse-prezidenti Joe Biden Türkiyənin baş naziri Ahmet Davutoglu-na zəng edərək bu ölkənin İraqla yaranmış gərginliyini azaltmağa çalışıb.
Ağ evin məlumatına görə, tərəflər İraqda gedən prosesləri, gərginliyin səngiməsinin vacibliyini götür-qoy ediblər.
2014-cü ildən bəri Türkiyə Mosul yaxınlığına əsgərlərini yerləşdirib, bunu Bağdad hökuməti ilə koordinasiya olunan təlim missiyası çərçivəsində edib. Ancaq ötən həftə əlavə türk qüvvələrinin gətirilməsi İraq hökumətinin narazılığına səbəb olub.
Erdogan həmin əsgərlərin qeyri-döyüş qüvvəsi olduğunu israr edir. O, əlavə edib ki, dekabrın 21-də Türkiyə, Birləşmiş Ştatlar və İraqın yarımmuxtar kürd regionu arasında üçtərəfli görüş keçiriləcək.