Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir .....                     Paşinyana qarşı çıxacaq ciddi fiqurlar peyda olub .....                     Hersoq Bakıya gələ bilmədi .....                     "Rufo Gəncinski"yə 3 gün vaxt verildi .....                     Əraqçidən fransalı həmkarına etiraz: .....                     Bu baş vermərikcə, müharibənin bitməsi MÜMKÜN DEYİL .....                     "Qəzaların baş verməməsi üçün liftlərin təhlükəsiz istismarına cavabdeh şəxslər olmalıdır" .....                     Müqayis Verdiyev yenidən məhkəmə qarşısında .....                     "Nazir məni kasıblara kömək üçün göndərib" dedi, həbs edildi .....                     Gürcüstanda gərginlik DAVAM EDİR .....                     Əldən-ayaqdan düşmüş Santuşdan mədəd uman komanda .....                     Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib .....                     Elektromobil ucuzlaşacaq? .....                     Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir .....                     Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik .....                     Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı .....                     Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq .....                     Quru sərhədlər 2 gün sonra açılır? .....                     Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək .....                     Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq .....                     Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? .....                     Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski .....                     Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? .....                     Ağacan Əbiyev xəstəxanada: .....                     Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə .....                     Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib .....                     Ermənistan yenə sülhdən yayınır .....                     Fuad Nəcəflidən QADAĞA .....                     “Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir .....                     “Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” .....                     Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib .....                     Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib .....                     Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... .....                     Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb .....                     Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı .....                     “COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” .....                     Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü .....                     Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... .....                     Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi .....                     Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... .....                 

Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Tarix: Bu gün, 16:32 | Çap et
Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski
Noyabrın 17-də Qərb mediası ABŞ Prezidenti Co Baydenin Ukraynaya Rusiyanın dərinliklərindəki hədəflərə 300 kilometrlik mənzilli ATACMS raketləri ilə zərbə endirməyə icazə verdiyini yazıb. Bu günlərdə Amerika rəsmi orqanları, xüsusilə, Pentaqon icazənin verildiyini rəsmi şəkildə təsdiqləyib.

Fransa və Böyük Britaniyanın da Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirməyə icazə verdiyi barədə Fransanın “Le Figaro” nəşri yazıb. Mənbə qeyd edib ki, Paris və London Kiyevə öz SCALP və “Storm Shadow” raketləri ilə hücumlar etməyə icazə verib. Amma Fransa və Britaniya tərəfindən bu xəbər rəsmi şəkildə təsdiqlənməyib.

ABŞ-ın bu icazəsindən sonra məsələyə Rusiyadan reaksiya verilib. Kreml hesab edir ki, ATACMS raketləri ilə Rusiya Federasiyasının dərinliklərinə hücum etmək qərarı keyfiyyətcə yeni gərginlik mərhələsi deməkdir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, “əgər belə bir qərar həqiqətən formalaşdırılıb və Kiyev rejiminə çatdırılıbsa, əlbəttə ki, bu, keyfiyyətcə yeni gərginlik mərhələsidir və Birləşmiş Ştatların bu münaqişədə iştirakı baxımından keyfiyyətcə yeni vəziyyətdir. Biz ilk növbədə bundan çıxış edirik”.

Eyni zamanda, Rusiya liderinin mətbuat katibi diqqəti ona yönəldib ki, Kreml ABŞ, Fransa və Böyük Britaniyanın Rusiya ərazisinin dərinliklərinə uzaqmənzilli silahlarla zərbələr endirməyə icazə verməsi barədə məlumatla yalnız Qərb mediasından tanışdır.

Ukrayna Müdafiə Qüvvələri isə bu qərardan dərhal sonra – noyabrın 18-dən 19-a keçən gecə ilk dəfə olaraq Rusiya ərazisinə ATACMS ballistik raketləri ilə hücum edib. Bu barədə “RBC-Ukrayna” Müdafiə Qüvvələrindəki məlumatlı mənbəyə istinadən məlumat yayıb. Bildirilib ki, Ukrayna qoşunları Bryansk vilayətinin Karaçev şəhəri yaxınlığındakı hərbi obyekti vurub. Hədəf uğurla məhv edilib: “Karaçev Rusiyanın Bryansk şəhəri yaxınlığında və Ukrayna sərhədindən təxminən 130 km aralıda yerləşir. 2024-cü il noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin bölmələri Müdafiə Qüvvələrinin digər komponentləri ilə əməkdaşlıq edərək Rusiya Müdafiə Nazirliyinin Karaçevdəki arsenalına hücum edib. Gecə saat 02.30-a olan məlumata görə, hədəf bölgədə 12 ikinci dərəcəli partlayış qeydə alınıb”.

Beynəlxalq müşahidəçilər hesab edirlər ki, bu, Üçüncü Dünya müharibəsinin başlaması anlamını verir. Politoloqların qənaətincə, ABŞ-ın postunu tərk etməkdə olan Prezidenti Co Bayden belə bir qərarı ilə yeni Prezident Donald Tramp postuna əyləşmədən öncə qlobal müharibənin yeni mərhələsinin başlamasına “töhfə” vermiş oldu.

Məsələni AYNA-ya müsahibəsində şərh edən Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin rəhbəri, politolor Fərhad Məmmədov deyib ki, burada Qərb liderləri tərəfindən manipulyasiyalar var:

- Manipulyasiyalar ilk növbədə, Trampın fəallığı ilə bağlıdır. Faktiki olaraq, bu icazəni Kiyevə Bayden sentyabr-oktyabr aylarında da verə bilərdi. Amma məqsəd Rusiyanı darmadağın etmək, məğlub etmək deyil, irəliləməsinin qarşısını almaqdır. Yay aylarından bu yana hər kəs başa düşdü ki, Ukrayna ordusunun hücumu effekt vermədi və Rusiya ordusu əks-hücuma keçərək asta-asta da olsa, Donetsk vilayətində uğurlar qazandı. Belə olan halda qış mövsümünə hazırlıqlar başladı. Hər iki tərəf bir-birinin enerji infrastrukturunu sıradan çıxarmaqla məşğul oldu. Rusiyanın bu istiqamətdə uğurları daha çoxdur. Təəssüf ki, Qərb Ukraynaya hava hücumundan müdafiə üçün silahlar vermədi və kritik infrastruktur Rusiya zərbələri qarşısında açıq qaldı. Eyni zamanda, Qərb bir il yarımdan çoxdur ki, tədarükünə söz verdiyi F-16-ları vermədi. Hələdə bu qırıcılar Ukrayna səmasında görünmür. Bəli, yardım göstərilir, amma elə formada ki, Ukrayna bununla ancaq müdafiə oluna bilər. İndi Rusiyanın dərinliklərinə zərbə vurmaq icazəsinin verilməsi ABŞ tərəfindən təsdiqlənib, amma Fransa və Britaniya təsdiqləmir. ATACMS-la isə ancaq Kursk vilayətinin vurulmasına icazə verildiyi barədə məlumatlar var. Bunlar onu göstərir ki, Qərb Ukraynada müharibə başlayandan sonra öz iqtisadiyyatını müharibə vəziyyətinə keçirmədi. Müharibənin başlamasından təxminən 3-4 ay keçəndən sonra hamı anladı ki, bu savaşda hava məkanının qorunması və artilleriya silahları vacibdir. Son iki il yarım ərzində Qərbin Ukraynaya artilleriya baxımından verdiyi silahlı dəstəyi qaneedici deyil.

- Kiyevə tam dəstək verilməməsinin səbəbi nədir?

- Hər kəs başa düşür ki, Qərb bu addımları ilə müəyyən şərtlərlə Kiyevi ən azı atəşkəsə sövq etmək üçün zaman gözləyir. Bu vaxt da Trampın ABŞ Prezidenti seçilməsi ilə gəldi. İndi isə Trampın Ukrayna ilə bağlı təşəbbüslərini dayandırmaq, onun gələcək fəaliyyətini məhdudlaşdırmaq üçün Bayden adminstrasiyası uzaqmənzilli raketlərdən Ukraynanın istifadəsi ilə bağlı qərar verir. Yəni eskalasiyanı yüksəltmək, nəticədə Trampın sülh təşəbbüslərinin qarşısını almaq məqsədlərdən biridir. Düzdür, Trampın təşəbbüsləri Ukrayna üçün yaxşı heç nə vəd etmir. Amma əsas göstərici odur ki, Ukraynadakı müharibəyə Qərbin münasibəti necədir. Bu icazə niyə Kiyevə əvvəldən verilmirdi?! Bəyəm “Ramstein”də toplaşanlar bilmirdilər ki, müharibədə Ukrayna üçün nə lazımdır?! Əlbəttə, bilirdilər. Əvvəldə dediyim kimi, Qərb ölkələri faktiki olaraq, manipulyasiya ilə məşğuldurlar. Səmimi olaraq Ukraynaya dəstək vermək istəsəydilər, belə davranmamalı idilər.

- Yüksələn eskalasiya NATO-nun savaşa cəlb olunmasına, Üçüncü Dünya müharibəsinə səbəb ola bilərmi?

- NATO ölkələrinin silahları Ukraynadakı müharibədə artıq istifadə olunur. Amma Ukrayna ərazisindən Rusiya ərazisinə bu silahlar yönləndirilir. Buna isə artıq Rusiya öyrəşib. Rusiya-NATO toqquşması ancaq o vaxt ola bilər ki, Alyans ölkələrinin ərazisindən Rusiya ərazisinə müdaxilə olsun. Bu zaman bəli, birbaşa toqquşma qaçılmazdır. İkinci məqam odur ki, bu gün Polşa ərazisində hava hücumundan müdafiə sistemləri vasitəsilə Ukrayna üzərində Rusiya raketlərinin zərərsizləşdirilməsi məsələsi müzakirə olunur. Yəni Ukraynaya hava hücumundan müdafiə sistemləri vermirlər, amma öz ərazilərindən Ukraynanın hava məkanını qorumaq imkanlarını götür-qoy edirlər. Bu barədə müsbət qərar verilsə, eskalasiyanın növbəti yüksələn mərhələsi olacaq. Əgər Rusiya raketi Ukrayna səmasında da olsa, Polşa tərəfindən zərərsizləşdirilərsə, Rusiya bunu NATO-nun həmləsi sayacaq, əks-həmlə göstərəcək. Buna cavab olaraq da artıq NATO cavab addımları atmalı olacaq. Hələlik isə proses Ukrayna və Rusiya ərazisi ilə məhdudlaşır. Dediyim kimi, NATO-ya üzv ölkələrin ərazisinə müdaxilə olsa, yaxud NATO-dan Rusiya ərazisinə müdaxilə olsa, bu, Rusiya-NATO toqquşmasına gətirib çıxara bilər.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bakıda taksi problemi: Avtobus zolağına girişə icazə verilməlidir - AKTUAL
Bu gün, 19:00
Paşinyana qarşı çıxacaq ciddi fiqurlar peyda olub - ŞƏRH
Bu gün, 18:58
Hersoq Bakıya gələ bilmədi – Ərdoğan niyə bunu elan etdi?
Bu gün, 18:10
"Rufo Gəncinski"yə 3 gün vaxt verildi - Rusiya mediası
Bu gün, 18:04
Əraqçidən fransalı həmkarına etiraz: - yeni sanksiyaların qəbulu əsassızdır
Bu gün, 17:58
Bu baş vermərikcə, müharibənin bitməsi MÜMKÜN DEYİL - Rauf Arifoğlu
Bu gün, 17:55
"Qəzaların baş verməməsi üçün liftlərin təhlükəsiz istismarına cavabdeh şəxslər olmalıdır" - AÇIQLAMA
Bu gün, 17:51
Müqayis Verdiyev yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 17:47
"Nazir məni kasıblara kömək üçün göndərib" dedi, həbs edildi - Gədəbəydə ilginc fırıldaqçılıq
Bu gün, 17:43
Gürcüstanda gərginlik DAVAM EDİR – Qərbyönümlü müxalifət geri addım ATACAQ?
Bu gün, 17:40
Əldən-ayaqdan düşmüş Santuşdan mədəd uman komanda - "Onlara psixoloq lazımdır"
Bu gün, 17:39
Səfirlik Ukraynada yaşayan Azərbaycan vətəndaşlarına çağırış edib
Bu gün, 17:37
Elektromobil ucuzlaşacaq? - AKTUAL
Bu gün, 17:08
Şəmkir sakini sosial yardımından 90 manat tutulmasına etiraz edir - VİDEO
Bu gün, 17:05
Kimsə nə vaxtsa elmi ad alıbsa, ona ömrünün axırına kimi yüksək maaş verməli deyilik - Emin Əmrullayev
Bu gün, 16:57
Parlamentdə vəzifəli şəxs işdən çıxarıldı - Yeni TƏYİNAT
Bu gün, 16:54
Qiymət dəyişimi benzinin neçəyə başa gələcəyindən asılı olacaq
Bu gün, 16:49
Quru sərhədlər 2 gün sonra açılır? – Deputat açıqladı
Bu gün, 16:44
Türkiyəli mütəxəssislər Naxçıvanda molbden yataqlarını qiymətləndirəcək – 810 min manat ayrıldı
Bu gün, 16:43
Ən böyük layihəmiz Zəngəzur dəhlizidir, birbaşa daşınma təmin oluncaq - Uraloğlu
Bu gün, 16:41
Ağlasığmaz ittihamlar: ABŞ konqresmenləri Azərbaycandan nə istəyirlər? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:38
Kiyevə gecikmiş icazə və artan Üçüncü Dünya müharibəsi riski - NƏ BAŞ VERİR?
Bu gün, 16:32
Noyabrda Azərbaycanda unun qiyməti necə dəyişib? – Tam siyahı
Bu gün, 16:30
Ağacan Əbiyev xəstəxanada: - “Heç kəs vəziyyətimlə maraqlanmır”
Bu gün, 16:28
Paşinyanın xanımı Vatikanda Zelenskaya ilə – Ermənistan Qərbə yeni mesajmı göndərir?
Bu gün, 16:25
Türkiyəli qonaqlar BŞİH-də qəbul edilib
Bu gün, 16:22
Ermənistan yenə sülhdən yayınır - Vaxt İrəvanın əleyhinə işləyir
Bu gün, 16:00
Fuad Nəcəflidən QADAĞA - BU NƏDİ BELƏ?..
Bu gün, 15:47
“Nar” uşaqlar üçün təhlükəsiz rəqəmsal mühitin yaradılmasına töhfə verir
Bu gün, 15:34
“Həkimlər bizi aldatdı, qızım çoxdan ölmüşdü…” - Masallıda doğuşdan sonra komaya düşən qadın Bakıda öldü
Bu gün, 15:32
Nəsimi rayonunda “Gələcək üçün yaşıl düşüncələr” adlı tədbir keçirilib - FOTO
Bu gün, 15:26
Rəsmi Bakı Fransa səfirinə ölkəsinin Azərbaycan əleyhinə addımları ilə bağlı etiraz bildirib
Bu gün, 15:00
Eyni şəkil, ancaq profildən: “ən qədimlərin” yeni növləri haqqında... - “Revanşistlərin” planları uğursuzluğa düçar oldu, onlar qəzəblidirlər
Bu gün, 14:02
Sülh müqaviləsinin 80 faizi razılaşdırılıb - AÇIQLAMA
Bu gün, 14:00
Dövlət qurumu əməkdaşlarına könüllü sığorta xidməti aldı - QALİB ŞİRKƏT
Bu gün, 13:58
“COP29-un Azərbaycana qazandıracağı perspektivlər geniş sahələri əhatə edir” - RƏY
Bu gün, 13:03
Fitat Məmmədovanın nəvəsi faciəvi şəkildə öldü
Bu gün, 13:01
Özəl klinikalar bu məsələdə dövlətə dəstək versələr... - AÇIQLAMA
Bu gün, 12:56
Zoologiya institutu ilə Agentlik arasında məhkəmə çəkişməsi
Bu gün, 12:52
Rəşad Dağlı həbs olunmadan bir neçə gün öncə... - FOTO
Bu gün, 12:49
Azərbaycanda bu məşhurlara qarşı polis əməliyyat keçirə bilər — Adları qanunsuz mərc və şans oyunlarında hallanır...
Bu gün, 12:47
“Dedim ki, Rəmiş, Ağdam alındı, gözündən yaş axıtdı... dedi ki, inanmıram...”
Bu gün, 12:37
`Baku Electronics ` QARA CÜMƏYƏ QARA FİKİRLƏRLƏ GEDİR... - ETİRAZ VAR...
Bu gün, 12:26
"Uşaqları meydançalarda vaxt keçirməyə təşviq etməliyik" - ÇAĞIRIŞ
Bu gün, 12:20
"Partiyaların sayı çoxaldıqca vəsaitlərin bölüşdürülməsində problem yaşanır" - deputat
Bu gün, 12:15
Paşinyan xaç oğlunu nazir təyin edir
Bu gün, 12:13
Mirzoyanın yalanı üzə çıxdı - Bakı üçün gələn qonağı...
Bu gün, 12:10
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:08
Hərbi institutda elmi-praktik konfrans keçirilib
Bu gün, 12:06
Kərə yağı niyə yenidən bahalaşmağa başlayıb - SİYAHI
Bu gün, 12:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru