Yanukoviçin Rostov xəstəxanasında ürək tutmasından öldüyü deyilir
Tarix: 4-03-2014, 10:12 |
Çap et
Ukraynalı hüquq müafiəçisi, Avromaydan hadisələrinin fəallarından biri Mixail Leded, Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin Rostov xəstəxanasında ürək tutmasından öldüyünü bildirib.
ANS PRESS-in məlumatına görə, Mixail Lebed bunu öz Facebook hesabında yazıb. Mixail Lebed məlumatı Rostov kardioloji institutundakı dostundan aldığını deyib.
"Yanukoviçi martın 3-də gecə saat 11-də gətiriblər. 1 saat sonra isə o, ürək tutmasından ölüb", - deyə M. Lebed Facebook-da yazıb. Hazırda Ukrayna mətbuatı xəbərin doğru olub-olmamasını digər mənbələrdən dəqiqləşdirməyə çalışır.