Avropa yeni enerji böhranı ilə üzləşib .....                     Aptek müdürü işçisini vəhşicəsinə döydü .....                     Ermənistana silah daşınır .....                     Fidanın mesajı təşviş doğurdu .....                     Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu .....                     Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… .....                     Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət .....                     Rusiya nüvə doktrinasını buna görə yenilədi .....                     Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? .....                     Kim Çen In Rusiyaya səfər edə bilər .....                     Göyçayda daha bir MƏMUR HARINLIĞI... .....                     Sizdə bu hallar varsa Şopoqoliksiniz .....                     Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı .....                     Ermənistandan Fransaya xəyanət kimi qərar .....                     Tramp bu qadını nazir təyin edir .....                     Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... .....                     İqlim sammitinin qapanışı nədən ləngiyirdi? .....                     Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... .....                     Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə .....                     Ermənistanla münasibətimiz problemlidir .....                     Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb .....                     Naxçıvanda yeni həbslər... .....                     Bakıya “hücum”a cavab verildi .....                     Paşinyanın Bakıya bu “güzəşti” hiylədir .....                     İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür .....                     COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib .....                     COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib .....                     Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” .....                     "Ərə sahib olmaq super bir hissdir..." .....                     Cavid İsmayılzadənin "əli uzandı" .....                     Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir .....                     "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir" .....                     Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri .....                     Avropa İttifaqı sülhə mane olur .....                     Azərbaycanda logistika şirkəti .....                     "Səbail Market" fəaliyyətini dayandırdı .....                     Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? .....                     Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: .....                     Bir dəfəlik, yoxsa birdəfəlik sülh? .....                     Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” .....                 

İran və Pakistan gərginliyi NİYƏ YAŞANDI?.. - BİTDİMİ?
Tarix: 20-01-2024, 08:37 | Çap et
İran və Pakistan gərginliyi NİYƏ YAŞANDI?..
İran və Pakistan qarşılıqlı zərbələrdən sonra diplomatik əlaqələrin bərpası ilə bağlı razılıq əldə edib. Toqquşmanın uzunmüddətli olmayacağı gözlənilən idi: tərəflərin heç biri bunda maraqlı deyil, hücum və cavab zərbəsinin “terrorçuları zərərsizləşdirmək” adı altında edilməsi də bunu göstərir, eyni zamanda hər iki tərəfin sıx əməkdaşlıq etdiyi ölkələr, xüsusilə Çin prosesin genişlənməsinin əleyhinədir;
Lakin İran-Pakistan qarşıdurması niyə yaşandı sualı açıq olaraq qalır.
Pakistanın İran ərazisinə zərbə endirməsi adekvat cavab baxımından anlaşılandır, İranın hücumu isə birmənalı deyil. Və bunun arxasında İranın həm daxili, həm də regional müstəvidə hədəflərinin olduğu bəllidir.
Daxili hədəf: SEPAH post-Xameneyi dövrünə hazırlaşır;
İranda hakimiyyətin hərbçilərə ötürülməsi prosesinə hazırlıq getdiyinə dair məlumatlar var, mövcud iqtidarın əsas missiyası da budur. Post-Xameneyi dövrünə hazırlıq məqsədi daşıyan bu prosesdə SEPAH və ordu arasında (Baqerinin rəhbərlik etdiyi qruplar) ziddiyyətlər, hətta toqquşmalar müşahidə edilir. SEPAH-ın nəzarəti tamamilə ələ almaq üçün “xarici təhlükə” ssenarisini işə salacağı, daxili sabitliyi mühafizə etmək məqsədilə aktiv əməliyyatlara başlayacağı əvvəldən gözlənilirdi. Hətta Azərbaycanla qarşıdurmanı qızışdıran SEPAH-ın əsas hədəflərindən biri də bu idi, lakin Türkiyə faktoru, eləcə də Cənubi Qafqazda maraqlı tərəflər bu ssenarinin reallığını arxa plana atır. Əvəzində SEPAH-ın diqqəti Bəlucistana yönəldəcəyi mümkün ssenarilərdəndir.
- birincisi, bu bölgənin İranın parçalanması ssenarisində potensial təhlükə olması ciddidir;
- ikincisi, Pakistan ərazisində “Ceyş ül-Ədl”ə zərbə endirən İran Sistan-Bəlucistan bölgəsindəki bəluclar üzərində də təzyiq atmosferini gücləndirir;
Bu hücumlar SEPAH-a daxili ictimai rəydə (burada İran ictimaiyyətindən daha çox, İran elitası nəzərdə tutulur) “ölkəni müdafiə edən qüvvə” imicini gücləndirmək üçün lazımdır. Çünki “keşikçilər korpusunun” elita daxilində “qalxan imici” ciddi şəkildə zədələnib:
- Məhsa Əmini etirazlarının qarşısını ala bilmədilər və ciddi şəkildə “qan itirdilər”;
- Qasım Süleymaninin öldürülməsindən indiyə qədər ciddi “qisas” əməliyyatı keçirə bilməyiblər: Kirmanda yenə Süleymaninin anım mərasimində baş verən partlayışlardan sonra da (ki, bu partlayışın məhz SEPAH-ın İraq, Suriya və Pakistana zərbə endirməsinə əsas yaratmaq məqsədi daşıdığı istisna edilməməlidir) “dişsiz” siyasət yürütdülər;
- İsrailin Qəzzaya genişmiqyaslı hücumu qarşısında faktiki səssiz qaldılar;
SEPAH İraqa, Suriyaya və Pakistana eyni anda zərbələr endirərək, belə demək mümkünsə, “yığılıb qalan qisası” aldığı görüntüsü yaradır. Və İran inqilabının əsas “qoruyucuları” olduqlarını nümayiş etdirirlər.
Regional hədəf: İsrail-Həmas müharibəsi, ardınca Yaxın Şərqdə eskalasiya riskinin aktualaşdığı vaxt İran “əzələ nümayişi” sərgiləyir, xüsusilə İraq və Suriyada ABŞ və İsrail hədəflərinə hücuma etməklə buna cəhd göstərir. Bu, həm Kirmandakı partlayışın “qisası”na, həm daxili və “müqavimət oxu” adlandırdığı və proksi qüvvələrinin yayıldığı coğrafiyanın ictimai rəyini “yemləməyə” hesablanıb - hərçənd, Tehranın zərbə endirməmişdən öncə Vaşinqtonu məlumatlandırması təcrübəsi bu dəfə də eyni addımın atıldığı versiyasını gücləndirir -, həm də ABŞ-İsrail cəbhəsinə qarşı mübarizə apardıqlarını sərgiləyirlər.
Lakin bütün bunlar – SEPAH və onun daxili-regional hədəfləri, Qəzza müharibəsinin bölgədə yaratdığı vəziyyət və s. – Pakistana niyə hücum edildiyi sualına tam cavab vermir.
İstisna deyil ki, İranın Pakistana hücumu onun əsas rəqibi Hindistanla əlaqələndirilmiş ssenaridir və daha çox “yoxlama” məqsədi daşıya bilər. Və bu “yoxlama hücumu”nun nəqliyyat dəhlizləri uğrunda mübarizədən qaynaqlandığını demək mümkündür.
- Çin-Pakistan İqtisadi Dəhlizində (CPEK) Bəlucistanda yerləşən Qvadar limanı önəmli nöqtələrdəndir;
- İran bu bölgədəki nəqliyyat dəhlizlərində Qvadar limanının yox, Çabahar limanının seçilməsinə çalışır;
- Hindistan-İran-Ermənistan nəqliyyat dəhlizinin aktuallaşmasındakı səbələrdən biri də limanlar uğrunda mübarizə idi;
Və əsas diqqətçəkən məqamlardan biri SEPAH-ın Pakistana hücumundan bir neçə gün öncə Hindistan və Ermənistanın İrandan keçərək, Ermənistana və oradan Avropaya çıxan ticarət yolunun bu ilin may ayına kimi açılmasına dair razılaşmanın əldə edilməsidir. Bu kontekstdə İranın Pakistana hücumu bölgənin eskalasiyaya sürüklənməsi və layihələrin arxa plana keçməsi ssenarinin “yoxlanılması”, bunun mümkün olub-olmadığının sınaqdan keçirilməsi ola bilərdi. İstisna deyil ki, İslamabadda Tehranın niyyətini anladıqları üçün dərhal adekvat zərbələr endirməklə bu ssenarinin mümkünsüzlüyünü nümayiş etdirdilər.

Asif Nərimanlı - dia-az.life









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35
Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33
Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22
Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42
Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40
Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37
Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33
Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42
Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40
Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34
Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31
Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21
Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17
Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14
Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37
İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34
Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08
Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02
Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57
Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39
Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37
Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28
Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24
İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21
COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58
COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56
Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02
"Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55
Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52
Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45
"Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42
Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30
Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29
Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05
"Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02
Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22
Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15
Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02
Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00
Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58
Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06
“Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57
"Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52
Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50
“Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17
Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12
Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11
Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03
Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru