Pakistan-İran gərginli: Versiyalar və gizli məqamlar! - İNCƏLƏMƏ
Tarix: 18-01-2024, 15:34 | Çap et
Ötən gün İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Pakistanın Bəlucistan bölgəsinə dron və raketlərlə zərbələr endirib. İran tərəfi əməliyyatın hədəfinin Ceyş-ül-Ədl qruplaşması olduğunu açıqlayıb. Pakistan da öz növbəsində “Marg Bar Sarmachar” (“Partizanlara ölüm”) əməliyyatına başladığını açıqlayıb. Sistan və Bəlucistan əyalətinin Seravan rayonuna aviazərbələr endirib. Nə baş verir? Pakistan Xarici İşlər Nazirliyi əməliyyat nəticəsində Sistan və Bəlucistan əyalətindəki terrorçuların bazalarına zərbələrin endirildiyini bildirib. İran tərəfinin adını çəkdiyi qruplaşma (Ceyş-ül-Ədl) xüsusilə diqqət çəkir. Adıçəkilən qruplaşma 10 ildən çoxdur ki, İranın cənub-şərq hissəsinə hücumlar təşkil edir. Sonuncu dəfə 2023-cü ilin dekabr ayında Sistan və Bəlucistanda 11 iranlı polisin ölümünə səbəb olan hücumun təşkilatçısı həmin qruplaşmadır. Pakistan və İranın bir-birinin ərazisinə antiterror əməliyyatları adı ilə zərbələr endirməsi və mülki şəxslərin həyatını itirməsi regionda gərginliyi artırır. Ümumiyyətlə, iki ölkə arasında bu tip gərginlik vaxtaşırı baş verir. Etnik bəlucların yaşadığı Sistan və Bəlucistan gərginliyin əsas qaynar nöqtəsi hesab edilir. Tərəflər əvvələr də bənzər problemlərdən dolayı qarşı-qarşıya gəlsə də, regionda genişmiqyaslı müharibə baş verməyib. Müharibə başlayacaq? Pakistan və İran regionun iki güclü ölkəsidir. İstər hərbi, istərsə də siyasi baxımdan regionda balans yaradan güclərdəndir. Hər iki ölkəni dəstəkləyən və zəifləməsində maraqlı olan güclər var. Yəni Pakistan-İran müharibəsində maraqlı olmayan ölkələr də var. Ehtimal bir müharibə iki ölkəni də ciddi mənada zəiflədə bilər. Rəsmi Tehranın zəifləməsində maraqlı olan əsas ölkələr heç şübhəsiz, İsrail, Səudiyyə Ərəbistanı və ABŞ-dır. İranın zəifləməsini istəməyən ölkələr isə Çin, Hindistan, Rusiya, Britaniyadır. Pakistanın zəifləməsində maraqlı olan ölkə Hindistan olsa da, zəifləməsində maraqlı olmayan ölkələr İsrail, Çin, ABŞ, Səudiyyə Ərəbistanıdır. Yəni fərqli maraq qruplarının prosesdəki maraqları da çox fərqlidir. Lakin buna baxmayaraq, regionda Pakistan-İran müharibəsi bu tezlikdə baş verməyəcək. Məsələ üzdə İran-Pakistan gərginliyi kimi görünsə də, əslində, hər iki ölkə pərdəarxasında bəluclara qarşı antiterror əməliyyatı keçirir. Bunu hər iki ölkənin XİN başçılarının bəyanatları da təsdiq edir. Misal üçün Pakistan Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur ki, “Pakistan İran İslam Respublikasının suverenliyi və ərazi bütövlüyünə hörmət edir”. Bənzər açıqlamanı İran tərəfi də verib. Bəlucların müstəqillik arzusu hər iki ölkə üçün uzun illərdir başağrısına çevrilib. Buna görə də tərəflər ayrı-ayrılıqda bir-birinin ərazisində əməliyyatlar keçirərək, əslində, bir-birinə fayda verir. Rəsmi Bakının mövqeyi Azərbaycan İran-Pakistan gərginliyinin artmasında maraqlı deyil. Ümumiyyətlə, belə bir yanlış görüş var ki, rəsmi Bakı Tehranın hər hansı bir ölkə ilə müharibəyə girməsindən maraqlı olmalı, İranın başı müharibəyə qarışmışkən Zəngəzur məsələsini həll etməlidir. Zəngəzuru özünün “qırmızı xətti” elan edən və hər vəchlə bunu Bakının diqqətinə çatdıran Tehran bu məsələdə uzlaşmaz mövqe sərgiləyir. Zəngəzur dəhlizi Bakının prioritet gördüyü məsələ olsa da, cənub qonşumuz hər hansı ölkə ilə müharibəyə girməsi, dağıntılara məruz qalması bizim üçün ciddi risklər daşıyır. Misal üçün, İranda yaşayan 30 milyondan çox azərbaycanlının ehtimal müharibə zamanı səfərbərliyə cəlb edilməsi, ya da bombalanan Cənubi Azərbaycan şəhərləri fonunda sərhədimizə axışacaq milyonlarla soydaşımız bu risklərdəndir. Rəsmi Bakı bu riskləri öncədən sezir və heç bir halda İrana qarşı atılacaq addımları dəstəkləmir. Həmçinin başda Pakistan olmaqla İranla ehtimal münaqişəyə girəcək ölkələrin əksəriyyəti dost və tərəfdaş ölkələrdir.
Müəllif: Politoloq Turan Rzayev dia-az.life
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Avropa yeni enerji böhranı ilə üzləşib - “Bloomberg”
Bu gün, 15:35 |
|
|
|
• Aptek müdürü işçisini vəhşicəsinə döydü - DİN araşdırma aparır (VİDEO)
Bu gün, 15:33 |
|
|
|
• Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
Bu gün, 15:22 |
|
|
|
• Fidanın mesajı təşviş doğurdu – Qoşunlar ora girib, əgər çıxarılmasa…
Bu gün, 13:42 |
|
|
|
• Dünya Azərbaycanın uğurlu liderlik bacarığının bir daha şahidi oldu - İNCƏLƏMƏ
Bu gün, 13:40 |
|
|
|
• Bakıda 300 milyard razılaşdırıldı: Amma Leyen və Berbok… - AXI NİYƏ?..
Bu gün, 13:37 |
|
|
|
• Qaynı arvadının ölümünə səbəb olan plastik cərrahla bağlı növbəti şikayət - VİDEO
Bu gün, 13:33 |
|
|
|
• Rusiya nüvə doktrinasını buna görə yenilədi - Peskov
Bu gün, 12:42 |
|
|
|
• Kənd sakininin 25 manatlıq internetə ehtiyacı varmı? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:40 |
|
|
|
• Kim Çen In Rusiyaya səfər edə bilər
Bu gün, 12:34 |
|
|
|
• Göyçayda daha bir MƏMUR HARINLIĞI... - NARAZILIQ VAR...
Bu gün, 12:31 |
|
|
|
• Sizdə bu hallar varsa Şopoqoliksiniz - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsində son durum açıqlandı - “Reuters“
Bu gün, 12:17 |
|
|
|
• Ermənistandan Fransaya xəyanət kimi qərar - konyak yalanı
Bu gün, 12:14 |
|
|
|
• Tramp bu qadını nazir təyin edir
Bu gün, 11:39 |
|
|
|
• Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
Bu gün, 11:37 |
|
|
|
• İqlim sammitinin qapanışı nədən ləngiyirdi? – Mübahisəli məsələ
Bu gün, 11:34 |
|
|
|
• Nəcməddin Sadıqovun YEYİNTİ ORTAQLARI... - İttihamı qəbul etmirlər, amma...
Bu gün, 11:08 |
|
|
|
• Dövlət Ehtiyatları Agentliyi auditini bu şirkətə - HƏVALƏ ETDİ
Bu gün, 11:02 |
|
|
|
• Ermənistanla münasibətimiz problemlidir - Rusiya səfirindən etiraf
Bu gün, 10:57 |
|
|
|
• Prezidentin köməkçisi Almaniya xarici işlər nazirinin Azərbaycana qarşı ittihamlarını qəbuledilməz adlandırıb - ETİRAZ
Bu gün, 10:39 |
|
|
|
• Naxçıvanda yeni həbslər... GÖZLƏNİLİR...
Bu gün, 10:37 |
|
|
|
• Bakıya “hücum”a cavab verildi - 3 hədəf var, oranı istəyirlər
Bu gün, 10:28 |
|
|
|
• Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
Bu gün, 10:24 |
|
|
|
• İlin sonuna qədər sülh sazişinin imzalanması mümkündür - ƏGƏR...
Bu gün, 10:21 |
|
|
|
• COP29-da tarixi nailiyyət: Bakı 1,3 trilyon dollarlıq yeni iqlim maliyyəsini hədəf seçib
Bu gün, 03:58 |
|
|
|
• COP29-da illik iqlim maliyyələşməsi üçün 300 milyard dollar təsdiqlənib
Bu gün, 03:56 |
|
|
|
• Avropa çətin vəziyyətdə: “Rusiya qazının idxalı azalsa…” - GƏLİŞMƏ
Bu gün, 03:02 |
|
|
|
• "Ərə sahib olmaq super bir hissdir..."
Bu gün, 02:55 |
|
|
|
• Cavid İsmayılzadənin "əli uzandı" - İLGİNC
Bu gün, 02:52 |
|
|
|
• Azərbaycan Cənubi Qafqazın ən təhlükəsiz ölkəsidir - FAKT BUDUR!
Bu gün, 02:45 |
|
|
|
• "Daha fundamental əsərlər yazılmalı, filmlər çəkilməlidir"
Bu gün, 02:42 |
|
|
|
• Dövlət qurumu 1,1 milyon manatlıq geyimləri - BU ŞİRKƏTDƏN ALDI
Bu gün, 02:30 |
|
|
|
• Avropa İttifaqı sülhə mane olur - Çirkin "binokl diplomatiyası"...
Bu gün, 02:29 |
|
|
|
• Azərbaycanda logistika şirkəti - LƏĞV OLUNUR
Bu gün, 00:05 |
|
|
|
• "Səbail Market" fəaliyyətini dayandırdı
Bu gün, 00:02 |
|
|
|
• Nadir Qafarzadə Rusiyada torpaq sahəsi alıb? - AÇIQLAMA
Dünən, 17:22 |
|
|
|
• Çavuşoğlunu Bakıya gətirən mühüm səbəb: - Qərbi Azərbaycanla bağlı nə baş verir?
Dünən, 17:15 |
|
|
|
• Bir dəfəlik, yoxsa birdəfəlik sülh? - Bahəddin Həzi yazır...
Dünən, 15:02 |
|
|
|
• Qloballaşan savaş: “Üçüncü Dünya müharibəsi başlayıb, sadəcə...” - GÖRÜNƏNİ BUDUR
Dünən, 15:00 |
|
|
|
• Dəb indiki xoşbəxtlikdir, dəyər sonrakı peşmanlıq! - Aqşin Yenisey
Dünən, 14:58 |
|
|
|
• Tramp Viktor Orbana zəng etdi
Dünən, 14:06 |
|
|
|
• “Kişi kimi uduzmaq lazımdır, dovşan kimi yox” - Zaur Axundovdan yığmaya sərt tənqid
Dünən, 13:57 |
|
|
|
• "Ermənistan Azərbaycanın haqlı gözləntilərinə cavab versə..." - Ekspert
Dünən, 13:52 |
|
|
|
• Azərbaycanın tanınmış jurnalistini maşın vurdu: Xəstəxanaya aparıldı - FOTO
Dünən, 13:50 |
|
|
|
• “Kişi müğənnilər də plastik etdirir, övladları onlardan utanır...” - Əməkdar artist
Dünən, 13:17 |
|
|
|
• Laçında baş verən zəlzələ Ermənistanda da hiss olunub - YENİLƏNDİ
Dünən, 13:12 |
|
|
|
• Ermənistanda sülh deyənlərə həbsxana GÖSTƏRİLİR - Görünəni odur ki...
Dünən, 13:11 |
|
|
|
• Xanlar Fətiyev Tərtər rayonunun Azad Qaraqoyunlu kəndində vətəndaşları qəbul edib
Dünən, 13:03 |
|
|
|
• Azərbaycanlı diplomat 70 kq qızılı haradan alıb? – Diqqətçəkən detal
Dünən, 12:58 |
|
|
|
|