Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                 

Qərb Ərdoğanın prezident olmasını niyə istəmir? - “The Washington Post” bu suala cavab verir
Tarix: 31-03-2023, 14:59 | Çap et
Qərb Ərdoğanın prezident olmasını niyə istəmir?
Türkiyədə mayda keçirəcək seçkidə iqtidar partiyası AKP-ni Rəcəb Təyyib Ərdoğan, ana müxalifət partiyası CHP-ni isə Kamal Qılıncdaroğlu təmsil edəcək.
Sirr deyil ki, Qərb Tayyib Ərdoğanın prezident olmasını istəmir. Niyə istəmir? Bu suala Qərbin öz dilindən verilmiş cavabı təqdim edirəm. Sitatlar “The Washington Post” qəzetində gedən “The World’s Most Important Election in 2023 Will Be in Turkey” (2023-cü ildə dünyanın ən mühüm seçkisi Türkiyədə olacaq) adlı məqalədən götürülüb. 2023-cü ilin 9 yanvarında çap olunan yazı siyasi təhlilçi Bobby Ghosh tərəfindən qələmə alınıb.
O, yazır ki, Türkiyədəki seçkinin nəticəsi “Vaşinqton və Moskvada, eləcə də Avropa, Yaxın Şərq, Mərkəzi Asiya və Afrikadakı paytaxtlarda geosiyasi və iqtisadi hesablamaları formalaşdıracaq. “Royal United Services Institute for Defense and Security Studies”-in baş elmi işçisi Ziya Meral deyir: “Türkiyədə baş verənlər təkcə Türkiyəni etikiləməyəcək...Türkiyə orta gücə sahib ölkə hesab oluna bilər, lakin Türkiyədəki seçkidə böyük dövlətlərin özəl maraqları var”.
Gördüyünüz kimi, birmənalı olan odur ki, Türkiyədəki seçkinin istənilən nəticəsi, dünyanın siyasi, iqtisadi və hərbi mənzərəsinə yeni nizam verəcək. Yəni heç bir şey əvvəlki kimi olmayacaq. Mustafası, fərq eləməz, Ərdoğan və ya Qılıncdaroğlu prezident seçilsin-hər iki halda dünya çapında ciddi dəyişikliklər olacaq. Amma fərqli istiqamətlərdə...
Məqalədə deyilir ki, Qərb liderləri Ərdoğanın iqtidardan getməsinə şad olacaqlar: “ Ərdoğan Rusiyadan raketdən müdafiə sistemləri almaqla NATO-nun təhlükəsizliyini (Yunanıstana isə belə bir irad bildirilmir. Elbəyi Həsənli) pozdu, İsveç və Finlandiyanın NATO-ya üzvlüyünü əngəlləməklə alyansı məyus etdi, dəfələrlə Avropanı qaçqınlarla doldurmaqla hədələdi və son aylarda Yunanıstana qarşı getdikcə daha döyüşkən ritorikadan istifadə etdi. Ankaranın Vaşinqtonla münasibətləri o həddə qədər gərginləşib ki, yüksək səviyyəli türk rəsmiləri ABŞ-ı Ərdoğana qarşı dövlət çevrilişini dəstəkləməkdə və terrorçu qruplarla əməkdaşlıqda suçlayırlar.
ABŞ və Avropa Ərdoğanın dünyadakı proseslərə pozucu təsirindən narahatdır, xüsusən Qərbin Vladimir Putinlə qarşıdurması gücləndiyi bir vaxtda bu, heç arzulanan deyil. Ərdoğanın tərəf müqabili kimi faydası məhduddur: Keçən ilin yayında o, Ukraynadan taxıl və bitki yağı axınının davam etdirilməsinə dair razılaşmanın əldə olunmasına kömək etsə də, Ərdoğan “əziz dostu” Vladimirə heç bir maneə törətmədi”.
“Vaşinqtonun və Avropa paytaxtlarının xarici siyasət dairələrində bir çoxları onun Qərbə qarşı soyuqluqdan geri çəkilə biləcəyinə ümid bəsləsələr də, Ərdoğanın dünyagörüşü əksər qərblilərin düşündüyündən daha radikaldır. Ərdoğan rəsmi Ankaranın getdikcə daha çox nüfuz etdiyi Türkiyənin yaxın qonşuluğu ilə bağlı ambisiyaları Amerika və Avropanın təsirini tamamlamaq deyil, “onları əvəz etmək və onlara qarşı çıxmaqdır”, politoloq Səlim Koru deyir.
Bu məqamı bir az “xırdalayaq”. Yəni Türkiyə qonşu ölkələrə getdikcə daha çox nüfuz edir. ABŞ və Avropa İttifaqı istəyir ki, Türkiyə həmin ölkələrdə özünün yox, Qərbin maraqlarından çıxış etsin, Qərbin maraqlarının təmsilçisi qismində yer alsın. Türkiyə isə nəyinki bunu etmir, tam əksinə, Qərbin maraqlarına qarşı çıxır və öz maraqlarını daha kəskin şəkildə qabardır. Biz bunu Türkiyənin Cənubi Qafqaza bağlı yeritdiyi siyasətdə aydın gördük. Aydındır ki, Türkiyə Cənubi Qafqazda Qərbin marağından çıxış etsəydi ən azı Azərbaycana siyasi və hərbi dəstək verməməli idi...
Yenidən məqaləyə qayıdıram: “İstanbul EDAM analitik mərkəzinin direktoru Sinan Ülgen deyir ki, Ərdoğan məğlub olarsa, “onun varisi Türkiyəni mövqeyi Qərb üçün daha rahat olan fərqli bir xarici siyasət aktyoruna çevirəcək”.
“Ancaq bu baş versə belə, heç kim sürətli 180 dərəcə dönüş gözləməməlidir. Ərdoğanın türk qurumlarını - hökuməti, ordunu, akademik dairələri, dini qurumları və medianı radikal dünyagörüşünə kökləmək üçün 20 il vaxtı olub. Yeni prezident olsa, Ərdoğanın tikdirdiyi binanı sökməli olacaq. Bunu həyata keçirmək çətindir, çünki Ərdoğanın AK Partiyası parlamentdə əhəmiyyətli bir varlıq olaraq qalacaq, dəyişikliyə şiddətlə müqavimət göstərəcək”.
Bir daha xatırladım ki, bu məqalə bu il yanvarın 9-da yazılıb. Onda hələ Türkiyədə zəlzələ olmamışdı, “Altılı Masa (+HDP)” müxalifətin vahid namizədi kimi Kamal Qılıncdaroğlunu seçməmişdi.
Sözügedən məqalədə deyilir ki, “Ərdoğanın üstünlük verdiyi rəqib CHP-yə 12 il rəhbərlik edən bir qədər rəngsiz (solğun) veteran siyasətçi Qılıncdaroğludur. Bir çox türk politoloqları deyirlər ki, daha gənc, daha xarizmatik İmamoğlu daha güclü rəqib olacaq”.
Şübhəsiz ki, İmamoğlunun şansı daha yüksək idi. Ancaq “Altılı Masa” sanki Tayyib Ərdoğanın sifarişi ilə Kamal Qılıncdaroğlunu önə verdi...
Mənim baxışıma görə, Ərdoğanın böyüklüyü ondadır ki, o, Türkiyəni ABŞ başda olmaqla Qərbin caynağından qoparmağa çalışır, heç şübhəsiz ki, o, bir daha prezident seçilsə, Türkiyə Qərbin əsarətindən birdəfəlik qurtulacaq. Qərb Türkiyənin Osmanlı əzəmətinə dönüşünün qarşısını almaq üçün Ərdoğan iqtidarını 2023-cü ildə bitirmək istəyir. Bitirə bilməsə, Türkiyənin inkişafının qarşısını almaq mümkün olmayacaq...
Məsələ belədir: Türkiyə qüdrətli dövlət olmaq istəyirsə, öz maraqlarından çıxış etməlidir. Yox əgər Türkiyə Qərbin əlaltısı qismində mövcud olmaq istəyirsə, onda ABŞ-ın çaldığı ilə oynamalıdır...
Ancaq məqalədə də deyildiyi kimi, Türkiyəni Qərbin təlimatı ilə idarə etmək bundan sonra çox çətin olacaq. Hətta müxalifət seçkidən qalib çıxsa belə AKP Türkiyənin Qərbin təlimatları ilə idarə olunmasına şiddətli müqavimət göstərəcək...
Bir şeyi də deyim. Əlbəttə, Türkiyə Qərbə qarşı düşmən mövqedə olmalı deyil. Ancaq Qərblə münasibətdə Türkiyə öz maraqlarını arxa plana ata da bilməz. Atsa, Türkiyə super-gücə çevrilə bilməz. Ona görə də Türkiyə öz milli və dövlət maraqlarını Qərblə uzlaşdıraraq qarşılıqlı anlaşma şəraitində yoluna davam etməlidir. Qərblə münasibəti kəskinləşdirmək Türkiyəyə qətiyyən lazım deyil. Əksinə, münasibətləri mümkün qədər yumşaltmaq və anlaşma nöqtələrinə istinad etməklə irəliləmək lazımdır. Əlbəttə, bu, o qədər də asan məsələ deyil. Ancaq ən optimal yol budur...

Elbəyi HƏSƏNLİ - DİA.AZ

MƏQALƏ BURADA: The World’s Most Important Election in 2023 Will Be in Turkey










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru