İsrail böyük xaos astanasında: cəmiyyətdə çatlar böyüyür, böhran dərinləşir - NƏ BAŞ VERİR?
Tarix: 28-03-2023, 07:56 | Çap et
İsrailin Baş naziri Benyamin Netanyahu məhkəmə islahatlarına qarşı görünməmiş etirazlar fonunda xalqa müraciət edəcəkdi. Bu barədə yerli “The Times of Israel” nəşri yazmışdı. Əvvəlcə Netanyahu yerli vaxtla səhər saat 10-da müraciətlə çıxış etməyi və mübahisəli məhkəmə islahatlarının dayandırıldığını elan etməyi planlaşdırırdı, lakin hakim koalisiya daxilində parçalanma səbəbindən çıxışını təxirə salmaq məcburiyyətində qaldı.
Milli təhlükəsizlik naziri və İsrailin ifrat sağçı “Otsma Yehudit” Partiyasının lideri İtamar Ben-Qvir islahat ləğv ediləcəyi təqdirdə istefa verəcəyi və koalisiyadan çıxacağını bəyan etdi. Ədliyyə naziri Yariv Levin də islahatın davam etdirilməsinə çağırdı, o da əks halda, vəzifəsini tərk edəcəyi ilə hədələdi. Lakin bir neçə saatdan sonra Netanyahu xalqa müraciət etməsə də, islahatları dayandırdığını elan etdi.
İsraildəki hazırkı siyasi böhran - dövlət tarixində ən böyük böhranlardan biri - Netanyahunun ölkənin hüquq sistemində islahatları sayəsində başladı. Qanun layihələrinin bəziləri artıq ölkə parlamenti - Knesset tərəfindən qəbul edilib, bəziləri isə hələ də baxılma mərhələsindədir.
İslahat Knessetin (və müvafiq olaraq, hakim partiyaların) məhkəmə sistemi üzərində nəzarətinin əhəmiyyətli dərəcədə genişləndirilməsini nəzərdə tutur. Xüsusilə, hakim koalisiyanın Ali Məhkəməyə öz müdafiəçilərini təyin etməsi daha asan olacaq və baxılan qanun layihələrindən birinin xüsusi müddəası İsrail Parlamentinə əvvəllər etibarsız sayılmış qanunları səs çoxluğu ilə yenidən qəbul etməyə imkan verəcək. Bundan əlavə, islahat Ali Məhkəmənin qanunların və ya inzibati qərarların qəbul edilməsinə dair qərar vermək səlahiyyətinin ləğvini, habelə İsrail hökumətinə əvvəllər qanuni qüvvəyə malik qərarlar qəbul etmək hüququna malik olan hüquq məsləhətçilərinin təyinatının dəyişdirilməsini nəzərdə tutur.
Netanyahu və tərəfdarları Ali Məhkəmənin hökumətin işlərinə həddən artıq müdaxilə etdiyini deyərək islahatlara ehtiyac olduğunu iddia edirlər. İslahatları tənqid edənlər israr edirlər ki, onlar nəzarət və tarazlıq sistemini məhv edəcəklər: İsrailin Konstitusiyası olmadığı, yalnız bir sıra əsas qanunları olduğu üçün, əslində Ali Məhkəmə Knesseti hansısa şəkildə məhdudlaşdırmağa qadir olan yeganə qüvvədir.
Martın 26-sı ərəfəsində Netanyahu məhkəmə islahatlarının ölkənin təhlükəsizliyini təhdid etdiyini dedikdən sonra müdafiə naziri Yoav Qalantı istefaya göndərdi. Müdafiə nazirinin vəzifədən çıxarılması xəbərindən sonra bütün İsraildə kortəbii etirazlar baş verdi və bu etirazlara ölkə tarixində demək olar ki, ilk dəfə ehtiyatda olan hərbçilər də qoşuldu. On minlərlə insan İsrail şəhərlərində küçələrə çıxdı. Təl-Əvivdə nümayişçilər yolları bağlayıb, barrikadalar qurub və təkərləri yandırıblar. Martın 27-si bazar ertəsi səhərə yaxın iğtişaşlar etirazçılarla polis arasında toqquşmaya çevrilib. 44 nəfər saxlanılıb.
İsrailin Nyu Yorkdakı baş konsulu Asəf Zamir etirazlar fonunda istefa verdiyini açıqlayıb. Diplomat sosial mediada yazıb: “İnanıram ki, daha yaxşı, daha ədalətli və daha bərabər İsrail yaratmaq üçün birlikdə çalışarkən, hərəkətə keçmək və İsrailin gələcəyi üçün həmvətənləri ilə birlikdə mübarizəyə qoşulmaq vaxtı çatıb”.
Gecə boyu davam edən etirazlardan sonra İsrail Prezidenti İshaq Hersoq Baş naziri yəhudi xalqının birliyi naminə hüquq sistemindəki islahatlardan dərhal imtina etməyə çağırıb.
“Bütün xalq çox narahatdır. Təhlükəsizlik, iqtisadiyyat, cəmiyyət, hər şey risk altındadır”, deyə Prezident xəbərdarlıq edib.
Oxşar çağırışla müxalifətin rəhbəri və İsrailin keçmiş Baş naziri Yair Lapid ölkəsinin “əyləcsiz və sərhədsiz bir ovuc ekstremistin girovuna çevrildiyini” bildirib. Siyasətçi vurğulayıb ki, son 24 saat ərzində baş verən hadisələr İsrail rəhbərliyinin vəziyyətə nəzarəti tamamilə itirdiyini göstərir.
“Hökumətin əyləcləri sıradan çıxdı. Bu, İsrail dövləti üçün təhlükədir, İsrailin təhlükəsizliyi üçün təhlükədir. Evimiz təhlükədədir”, - deyə Lapid vurğulayıb.
İsraildə dünən axşamdan başlayan nümayişlər bu gün də davam edib. Bütün ölkə ərazisindən vətəndaşlar Təl-Əvivə toplaşmağa başlayıb. Knessetin qarşısında ən böyük aksiyalardan biri başlayıb. Polisin hesablamalarına görə, meydana 80 mindən çox insan toplaşıb. Nümayişçilər planlaşdırılan islahatın tamamilə ləğv edilməsində israrlıdırlar. Ölkənin cənubunda etirazçılar əsas yolları bağlayıblar.
İfrat sağçı partiyaların tərəfdarları bu axşam öz etiraz aksiyaları keçirməyi planlaşdırırlar. Yerli medianın məlumatına görə, qapalı söhbətlərdə məhkəmə islahatının tərəfdarları opponentlərə qarşı zorakılıq tətbiq etməklə, “ölkəni yandırmaqla” hədələyirlər. İki etirazçı qrupu arasında toqquşmadan ehtiyatlanan polis Qüdsə əlavə qüvvələr göndərmək qərarına gəlib. Netanyahu ilk olaraq bazar ertəsi günortadan sonra etirazçılar qarşısında çıxış edib.
“Mən Qüdsdəki bütün nümayişçiləri, həm sağdan, həm də soldan, məsuliyyətli davranmağa və zorakılığa əl atmamağa çağırıram. Biz hamımız qardaşıq”, – o, “Twitter”də yazıb.
Universitetlər, banklar, uşaq bağçaları, ticarət mərkəzləri, Hayfa limanı və hətta Ben Qurion hava limanı da fəaliyyətini dayandırıb - bütün uçuşlar ləğv edilib. Çərşənbə axşamından etibarən İsrail həkimlər həmkarlar ittifaqı məhkəmə islahatları ləğv edilənə qədər tibbi xidmətlərin dayandırılması barədə qərar elan edərək tətilə qoşulduğunu açıqlayıb.
Etirazlara hətta bələdiyyə məmurlarının və şəhər şuralarının üzvlərinin daxil olduğu İsrail Yerli Hakimiyyətlər Federasiyası da dəstək verib. Federasiyanın rəhbəri və hakim Likud Partiyasının yüksək vəzifəli üzvü Xaim Bibas "cəmiyyətdəki çatlar və İsrailin hazırda içində olduğu böyük xaos demək olar ki, geri dönüşü olmayan həddə çatıb" dedi. İyirmidən çox İsrail meri islahatdan geri çəkilənə qədər Qüdsdəki Baş nazirin ofisi qarşısında aclıq aksiyası keçirməyi planlaşdırdıqlarını açıqlayıb. //AYNA//
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28 |
|
|
|
• Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24 |
|
|
|
• Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19 |
|
|
|
• Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05 |
|
|
|
• “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59 |
|
|
|
• Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56 |
|
|
|
• Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53 |
|
|
|
• Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46 |
|
|
|
• Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39 |
|
|
|
• 70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36 |
|
|
|
• Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35 |
|
|
|
• Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30 |
|
|
|
• "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27 |
|
|
|
• "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18 |
|
|
|
• 145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13 |
|
|
|
• Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32 |
|
|
|
• Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18 |
|
|
|
• Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02 |
|
|
|
• Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58 |
|
|
|
• Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56 |
|
|
|
• Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39 |
|
|
|
• Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35 |
|
|
|
• Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34 |
|
|
|
• Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31 |
|
|
|
• Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25 |
|
|
|
• Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18 |
|
|
|
• Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09 |
|
|
|
• Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05 |
|
|
|
• Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03 |
|
|
|
• Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01 |
|
|
|
• Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58 |
|
|
|
• “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55 |
|
|
|
• “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44 |
|
|
|
• COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41 |
|
|
|
• Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39 |
|
|
|
• Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27 |
|
|
|
• Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20 |
|
|
|
• Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13 |
|
|
|
• Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12 |
|
|
|
• Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09 |
|
|
|
• Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04 |
|
|
|
• Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02 |
|
|
|
• Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55 |
|
|
|
• "Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44 |
|
|
|
• Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37 |
|
|
|
• Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35 |
|
|
|
• Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33 |
|
|
|
• Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27 |
|
|
|
• Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25 |
|
|
|
|