Bu məhsulların satışı ciddi problemlərə yol açır .....                     Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... .....                     Azərbaycanın xalq artisti vəfat etdi .....                     Dövlət qurumu "Atasığorta"nı seçdi .....                     “İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı .....                     Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq .....                     Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib .....                     Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... .....                     Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama .....                     Prezident İlham Əliyev Donald Trampa zəng edib .....                     70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib .....                     Putin bu ölkəni pay-püş edir: .....                     Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək .....                     "3-4 min manat tələb olunur, əgər bu davam etsə..." .....                     "Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" .....                     145 saylı məktəbdən NARAZILIQ .....                     Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? .....                     Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib .....                     Dollara rekord tələbat .....                     Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? .....                     Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət .....                     Elza Seyidcahanın iddiasına .....                     Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı .....                     Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi .....                     Qorxu filmlərini xatırladan UNİVERSİTET .....                     Bəlli dairələrin murazı gözündə qaldı, .....                     Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... .....                     Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək .....                     Üç qüvvə birləşdi .....                     Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi .....                     Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI .....                     Hərbi ekspert Ədalət Verdiyev həbs edilib .....                     “Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... .....                     “Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi .....                     COP29-da Azərbaycan tarixi nəticə əldə etdi .....                     Qənirə Ataşovanın hesabı silindi .....                     Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü .....                     Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... .....                     Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi .....                     Keşmiş işçici ilə KTN arasında .....                 

Semyon Baqdasarovun “Rusiya İstanbulu işğal etsin” çağırışına “Müsəlman Qaradaşları”ndan təpki gəldi - TƏFƏRRÜAT
Tarix: 24-03-2023, 07:47 | Çap et
Semyon Baqdasarovun “Rusiya İstanbulu işğal etsin” çağırışına “Müsəlman Qaradaşları”ndan təpki gəldi
İslam Dünyasında xüsusi nüfuzu ilə seçilən “Müsəlman Qardaşları” təşkilatına yaxınlığı şübhə doğurmayan “Middle East Monitor” saytı “This Russian call to occupy Istanbul is an outrageous provocation” (Rusiyanın İstanbulu işğal etmək çağırışı hədsiz bir təxribatdır) adlı məqalə ilə çıxış edib. Həmin məqaləyə keçməmişdən onu qeyd edim ki, “Müsəlman Qardaşları” Türkiyəyə həmişə simpatiya ilə yanaşıb. Bu təşkilat Tayyib Ərdoğana açıq dəstək verib. Türkiyə prezidenti də “Müsəlman Qardaşları”na xoş münasibətini açıq şəkildə ortaya qoyub. “Müsəlman Qardaşları” Türkiyənin İslam Dünyasında öncüllüyünü qəbul edən təşkilatdır...
Londondan yayımlanan saytın sözügedən məqaləsində deyilir ki, Rusiyalı “mütəxəssis” bu yaxınlarda 6 fevral zəlzələsindən sonra Türkiyə ilə bağlı qalmaqallı açıqlamalar verib. Semyon Baqdasarov ehtiyatda olan erməni əsilli ordu polkovnikidir. O, Federal Məclisin aşağı palatası olan Dumada deputat olub, Moskvada yerləşən Yaxın Şərq və Mərkəzi Asiya Araşdırmaları Mərkəzinin direktorudur.
Baqdasarov Rusiya televiziyalarında tez-tez görünməsi və özünə diqqət çəkmək üçün qalmaqallı bəyanatlar verməsi ilə tanınıb. Bir çox televiziya kanalları tamaşaçıları cəlb etmək və reytinqi artırmaq üçün ifrat baxış bucağı olan şərhçiləri önə çıxardırlar. Bağdasarov da belələrindən biridir. Bununla belə, onun Rusiya dövlət televiziyası “Rossiya-1”də ara-sıra çıxışları Rusiyanın siyasi mənzərəsi daxilində daha böyük strategiyanın bir hissəsi ola bilər.
Bu “mütəxəssis” uzun müddət Türkiyə ilə bağlı düşməncəsinə şərhlər səsləndirib. Məsələn, o, “Qərbi Ermənistan” ifadəsi işlətməklə Türkiyənin ərazi bütövlüyünü inkar edir. O, bir neçə dəfə Türkiyə dövlətinə qarşı düşmənçilik ifadə edib və Rusiyanı kürd PKK terror təşkilatı ilə əməkdaşlığa çağırıb. Üstəlik, o, II Qarabağ müharibəsi zamanı PKK terrorçularının Ermənistanın tərəfində döyüşməsini müdafiə edib və onları “Rossiya-1”də yaxşı döyüşçü və sosialist kimi qiymətləndirib. Son aylarda o, hətta PKK-nın Ukraynada Rusiya adından döyüşməsini təklif edib. O, həmçinin Türkiyə hökumətini devirmək və “Konstantinopolu geri almaq” üçün “mexanizmlərin” həyata keçirilməsinin vacibliyini bildirib.
Baqdasarov təklif edib ki, rus siyasətçiləri və ordusu Türkiyənin zəlzələdən sonrakı çətinliklərindən istifadə edib, tarixən Rusiyanın bir hissəsi olan torpaqları “geri alsınlar”. Onun təkliflərindən biri də budur ki, İstanbuldakı Ayasofya məscidinin qübbəsinə ortodoks xristian xaçı vurulsun, orada arami və rus dillərində dualar oxunsun.
Baqdasarovun təxribat xarakterli sözləri marginal görünsə də və rəsmi Rusiya xəttini təmsil etməsə də, sosial şəbəkələrdə hələ də geniş müzakirə olunmaqdadır.
İstanbulun (Konstantinopol) vaxtilə Rusiya imperiyasının tərkibində olması iddiası isə tamamilə yalandır. Uzun tarixi boyunca İstanbul bir gün belə Rusiyanın nəzarəti altında olmayıb. Ancaq bu qondarma mütəxəssis Rusiyanın Bizans İmperiyasının varisi kimi indiki Türkiyənin ərazisinə sahib olmaq haqqını təbliğ edir.
Üstəlik, Türkiyədə baş verən son zəlzələlərdə 50 mindən çox insanın ölüməsi, böyük fəsad və tələfatlardan istifadə etmək təklifi onun qəddar və amansız düşüncəsini ortaya qoyur. Ancaq mənəvi baxımdan bu cür tənəzzülə uğramış insan çətinliklə üzləşmiş bir xalqın fəlakətindən istifadə etməyi düşünə bilər. Yunanıstan kimi Türkiyə ilə uzun müddət mübahisələri olan ölkələr belə barışdırıcı bir tona keçdi və sülh və barışığa yeni bir başlanğıc təklif edərək humanitar diplomatiyaya üstünlük verdi.
Türkiyəni düşmən kimi göstərən ritorika Rusiya üçün onsuz da çətin olan vəziyyəti daha da gərginləşdirə bilər. Qeyd etmək lazımdır ki, Türkiyə Ukraynada davam edən müharibədə vasitəçilik etməyə çalışır. Türkiyə taxıl dəhlizi sazişinin imzalanmasında mühüm rol oynamaqla yanaşı, iki ölkə arasında əsir mübadiləsinə də təşəbbüs göstərib.
Onun Rusiyaya NATO üzvü olan Türkiyəni işğal etməyə çağırışları ehtiyatsızlıqdır və potensial nəticələrin tam dərk etməməsindən irəli gəlir. Belə bir təqdirdə Rusiya ağır və dağıdıcı nəticələrlə üzləşə bilər, çünki NATO-nun 5-ci maddəsi tətbiq olunacaq və bütün NATO üzvlərindən sərt reaksiya tələb olunacaq. Təkcə bu, Moskvanı belə bir addım atmaqdan çəkindirməlidir.
Rusiya ilə Türkiyə arasındakı münasibətlər mürəkkəbdir və Baqdasarov kimi media quldurlarının təsvir etdiyi kimi sadələşdirilə bilməz. İki ölkə arasında münaqişə dövrləri olsa da, dostluq münasibətləri də olub. Bəzi fikir ayrılıqlarına baxmayaraq, Rusiya və Türkiyə diplomatik əlaqələri davam etdirir. Ölkələr münaqişələri sağlam düşüncə və konsensus yolu ilə həll etməklə onları minimuma endirə bilər. Böhran vaxtlarında hökumətlər vəziyyətin gərginləşməsinin və daha əhəmiyyətli zərərin yaranmasının qarşısını almaq üçün bərabər səviyyədə olmalıdırlar. Bu prinsip, xüsusən də son illərdə Rusiya ilə Türkiyə arasındakı münasibətlərdə mərkəzi yer tutur.
Rusiya beynəlxalq aləmdə getdikcə daha çox təcrid olunmuş vəziyyətdə olduğuna görə Kreml rasional hərəkət etməli və Ankara ilə münasibətlərinə daha çox xələl gətirə biləcək hər hansı təxribatdan çəkinməlidir. Moskva Ukraynada davam edən müharibə vasitəsilə sərhədləri yenidən cızmaq cəhdinin ağır bədəlini artıq ödəyir. Vəziyyət Rusiyanın Türkiyə ilə münasibətlərinə xələl gətirən, nifaqı alovlandırmaq xətti tutan agent təxribatçıların nəzarətindən kənarda olmalıdır. İstanbulu işğal etmək çağırışı hədsiz bir təxribatdır və pislənməlidir.

Elbəyi Həsənli - DİA.AZ

MƏQALƏ BURADA: This Russian call to occupy Istanbul is an outrageous provocation









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bu məhsulların satışı ciddi problemlərə yol açır -Ekspertdən çağırış
Bu gün, 00:28
Kommunizmə qayıdırıq?: Parlamentdə təklif... - "Kolxoz və sovxozlar yaradılsın"
Bu gün, 00:24
Azərbaycanın xalq artisti vəfat etdi
Bu gün, 00:19
Dövlət qurumu "Atasığorta"nı seçdi
Bu gün, 00:05
“İpək Yolu Sığorta”nın səhmdarlarının yığıncağı - KEÇİRİLƏCƏK
Bu gün, 00:02
Elşənlə Ozanın serialı bu tarixdə yayımlanacaq
Dünən, 23:59
Ermənistanda naməlum şəxs qumbara partlatmaq istəyib - FOTO
Dünən, 23:56
Bakıda qadınları təqib edən gənc oğlan həbs edildi... - Məhəlləyə "nəzarət" edirmiş
Dünən, 23:53
Qazaxıstandan Azərbaycanla bağlı mühüm açıqlama
Dünən, 23:46
Prezident İlham Əliyev Donald Trampa zəng edib
Dünən, 23:39
70 kiloqram qızılla saxlanılan hərbi attaşe DTX-də həbs edilib - TƏFƏRRÜAT
Dünən, 23:36
Putin bu ölkəni pay-püş edir: - Vaşinqton və Varşava plana şərikdir?
Dünən, 21:35
Duda İrəvanda: Azərbaycan sərhədinə gələcək - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 21:30
"3-4 min manat tələb olunur, əgər bu davam etsə..." - Deputat SƏNƏDSİZ EVLƏRDƏN danışdı
Dünən, 21:27
"Qardaşım "ləyaqətsiz vərəsə" kimi məni məhkəməyə verib" - Tanınmış aktrisa
Dünən, 20:18
145 saylı məktəbdən NARAZILIQ - İstilik yoxdur, uşaqlar xəstələnsə, kim cavab verəcək?
Dünən, 20:13
Xəstəxanalardakı “qəssab”lara bıçağı kim verir? – Nazirlik diplomsuz həkim sualından yayındı
Dünən, 19:32
Bakıda NATO nümayəndə heyəti ilə görüş keçirilib
Dünən, 19:18
Dollara rekord tələbat – Ekspertlər deyirlər ki...
Dünən, 19:02
Dezinformasiyanın qarşısını hansı yollarla almaq olar? - Qərb mediası və Azərbaycan...
Dünən, 18:58
Bakı metrosunda yeni qatarları 1 milyon manata bu şirkət – TƏMİR EDƏCƏK
Dünən, 18:56
Elza Seyidcahanın iddiasına nazirlikdən CAVAB
Dünən, 18:39
Bakıda aktrisa şikayət etdi, xanım prodüserə cinayət işi açıldı - TƏFƏRRÜAT
Dünən, 18:35
Xırdalanda eyni şirkətə 3 ayda 4-cü tender verildi - Bu dəfə 1,8 milyon manat..
Dünən, 18:34
Qorxu filmlərini xatırladan UNİVERSİTET – Tərk edilmiş binanın aqibəti necə olacaq?
Dünən, 18:31
Bəlli dairələrin murazı gözündə qaldı, nəticələr var
Dünən, 18:25
Türkiyə-Azərbaycan sərhəddində 20 KİLOMETRLİK TIXAC... - Naxçıvan rəhbərliyi səbəbindən...
Dünən, 18:18
Əbu-Dabidə “Şuşa günləri” keçiriləcək – 182 min manat ayrıldı
Dünən, 18:09
Üç qüvvə birləşdi – Paşinyanın planı nədir?
Dünən, 18:05
Azərbaycanın sabiq deputatı olan general məhkəməyə verildi - DETALLAR
Dünən, 18:03
Gəncə Dövlət Tibb Kollecində RÜŞVƏT İDDİASI - Havayı yerə oxumayın..
Dünən, 18:01
Hərbi ekspert Ədalət Verdiyev həbs edilib - ŞOK TƏFƏRRÜAT
Dünən, 17:58
“Salyan Oil Limited” YAŞILLIĞA QƏNİM KƏSİLDİ VƏ... - 25 MİNLİK CƏZA
Dünən, 17:55
“Gələcəyini Qur!” təhsil təqaüdünü qazanmış abituriyentlərlə “Veysəloğlu Şirkətlər Qrupu”nda görüş keçirildi - FOTO
Dünən, 17:44
COP29-da Azərbaycan tarixi nəticə əldə etdi - MƏQALƏ
Dünən, 17:41
Qənirə Ataşovanın hesabı silindi - SƏHİYYƏ MAFİYASINI ifşa etmişdi...
Dünən, 17:39
Bakıda tiktoker qızdan ŞOK ƏMƏL: kişini tapıb ayağından öpdürdü - VİDEO
Dünən, 17:27
Boşanan qadına əxlaqsızlıq təklif edildi, əri və qardaşı... - TƏFƏRRÜAT
Dünən, 17:20
Deputat qohumunu işdən çıxarıb öz xanımını təyin etdi - DETALLAR
Dünən, 17:13
Keşmiş işçici ilə KTN arasında QALMAQAL
Dünən, 17:12
Azərbaycanlı müğənnnilərin FANTASTİK YENİ İL QİYMƏTLƏRİ
Dünən, 17:09
Ölkəmizin iqlim diplomatiyasında uğuru - İsrafil Kərimovun yazısı
Dünən, 17:04
Bələdiyyələr avtomobillərdən əmlak vergisi alacaq? – Deputatın təklifinə REAKSİYA
Dünən, 17:02
Vətəndaşın istifadə etmədiyi debet kartına borc gəlib... - NARAZILIQ VAR...
Dünən, 16:55
"Uber” və “Bolt” sistemdə göstərilən avtomobil əvəzinə ünvana başqa avtomobillər göndərir: - BU QƏDƏR CƏRİMƏSİ VAR
Dünən, 16:44
Verilişlərdə ailə problemlərindən danışanlar xəstədir - "Vətəndaş A"nın Almazı
Dünən, 16:37
Bağça müdiri "Şərurlu İsfəndiyar"ın şirkətini məhkəməyə verdi - SƏBƏB
Dünən, 16:35
Rusiya son sutkada 8 ballistik raket vurub - KİV
Dünən, 16:33
Güzəştli kreditlərə hamının "əli çatırmı"? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:27
Ölkədə ətin qiyməti ilə bağlı narahatlıq: Bahalaşır? - AKTUAL
Dünən, 16:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru