Qazaxıstan yeni dönəmə qədəm qoyur – “Kimsə təkbaşına böyük gücə sahib olmayacaq”
Tarix: 28-11-2022, 08:11 | Çap et
Noyabrın 20-də Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirildi. Eyni zamanda, ölkədə yanvar ayındakı kütləvi etirazlar başa çatdıqdan, vəziyyətin sabitləşməsindən sonra elan edilən genişmiqyaslı konstitusiya islahatı davam etdirilir. Bütün bu hadisələr Qazaxıstanın siyasi mənzərəsini ciddi şəkildə dəyişdirdi. İslahatlar birinci Prezident Nursultan Nazarbayevin tərəfdaşlarının təsirini azaldıb və bütün siyasi sistemin transformasiyası üçün ilkin şərtləri ortaya qoydu. Noyabrın 20-də keçirilən seçkilərdə hazırkı Prezident Qasım-Comərd Tokayev 83 faizdən çox səs toplayaraq postunda qalıb. Tokayev dünən səlahiyyətlərinin yeni mərhələsi üçün and içib.
Politoloq, Qazaxıstan Beynəlxalq Sosiologiya və Siyasət İnstitutunun ictimai fondunun direktor müavini Marat Şibutov Rusiyanın “Lenta.ru” saytının Qazaxıstanın prezident seçkilərindən sonra nə gözlədiyini, konstitusiya islahatının necə başa çatacağını və baş verənlərin ölkənin inkişafına necə təsir edəcəyi barədə sualları cavablandırıb. DİA.AZ müsahibəni AYNA-ya istinadla təqdim edir:
- Qazaxıstanda hazırkı siyasi vəziyyəti necə qiymətləndirirsiniz?
- Hazırda çox sakitlikdir - küçədə siyasi etiraz varsa, bu, yerli iqtisadi problemlərlə bağlıdır, siyasi deyil. Sosial şəbəkələrdə kifayət qədər etiraz var - hakimiyyətə hansısa şəkildə qarşı çıxmaq vəzifəsini qoyan kiçik təşkilatlar belə yoxdur. Ümumiyyətlə, insanlar şəxsi problemləri ilə məşğuldurlar.
Düzünü desəm, adamda belə bir hiss yaranır ki, ölkəmizdə etiraz fəallığı əsasən Milli Təhlükəsizlik Komitəsinin büdcəsini və səlahiyyətlərini doğrultmaq üçün mövcud olub, keçmiş rəhbərliyin həbsindən sonra isə xeyli səngiyib.
İnsanları həmişə olduğu kimi, öz məhəlləsindən kənara çıxmayan şəxsi problemləri daha çox maraqlandırır: qiymətlər, məktəblərdə vəziyyət, yolun keyfiyyəti, kommunal tariflər, havanın keyfiyyəti və s.
Ümumiyyətlə, prezident seçkilərində Tokayevlə digər namizədlər arasında böyük uçurum olduğu üçün siyasi fəallıq müşahidə edilmədi. Amma yazda keçiriləcək parlament seçkilərində siyasi proseslərdə aktivlik olacaq.
- Qazaxıstanda dövlət çevrilişinə cəhddən təxminən bir il keçsə də, hələ də çoxlarının ölkədə baş verənlərlə bağlı dəqiq təsəvvürləri yoxdur. Kütləvi etirazlar nə ilə bağlı idi?
- Qazaxıstan vətəndaşlarının əsas hissəsi üçün hər şey aydındır - Manqistau vilayətində maye qazın qiymətlərinin artırılmasına etirazlar var idi ki, onlar iqtisadi vəziyyətə qarşı ümumi etirazlarını ifadə etdilər, digər regionlarda bu aksiyalar dəstəkləndi. Amma hazırkı Prezidenti vəzifəsindən uzaqlaşdırmaq istəyən Milli Təhlükəsizlik Komitəsinin keçmiş rəhbərliyi bundan sui-istifadə edərək öz təsir agentləri şəbəkəsini aktivləşdirdi, başqa bölgələrdə də çoxlu sayda insanı küçələrə çıxardı. Üstəlik, onların nəzarətində olan cinayətə də qarışdılar.
Sonra MTK-nin əksər rayon şöbələrinə silahlarını qoyaraq binaları tərk etməyi əmr etdilər. Zorakılıq artıq inzibati binaların yandırılması və təhlükəsizlik qüvvələrinə hücumlarla başlayıb. Həmçinin sui-qəsdçilər təxribat törədib, dezinformasiyalar yaymağa başladılar. Bir sıra şəhərlərdə, xüsusən də Almatıda elektrik enerjisi kəsiləndə mağazalardan kütləvi oğurluqlar və vandalizm aktları başladı.
Amma sonda sadiq təhlükəsizlik qüvvələri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) qoşunlarının dəstəyi ilə bunun öhdəsindən gəldi.
- Yanvar etirazlarının zərərlərini ölkə əhalisi hiss edirmi?
- Zərəri əsasən iğtişaşlarda iştirak edən və hazırda mühakimə olunan, yaxud istintaq altında olan şəxslərə aiddir. Və təbii ki, o zaman dünyasını dəyişənlərin yaxınları acı çəkirlər.
O zaman zərər çəkən biznes - bu, yalnız Almatı şəhərindəki 1600 obyektdir - artıq kompensasiya alıblar. Maşınları zədələnənlər də o zaman kompensasiya aldılar.
Bir də əsasən yanan və indi bərpa olunmuş inzibati binalara zərər dəydi. Məsələn, bizim şəhərin icra hakimiyyəti binası. Amma deyim ki, qazaxıstanlıların plastik yaddaşı var - onlar hər şeyi tez unudurlar, xüsusən də pis hadisələri.
- Qazaxıstan hakimiyyəti etirazçı kütlənin tələbinə cavab verə bildimi, yoxsa etiraz fəaliyyəti başqa səbəblərdən iflasa uğradı?
- Əgər rəsmiləşdirilmiş sosial-iqtisadi tələblərdən danışırıqsa, deməli, onlar məhz o vaxt yerinə yetirilib - qazın bahalaşmasının ləğvi, bir sıra məmurların istefası. Qalanları isə artıq dövlət çevrilişinə cəhddir və tamam başqa məsələlər var.
- Yanvar hadisələrinin araşdırılması necə gedir?
- Avqustda açıqlanan son məlumatlara görə, yanvar hadisələri ilə bağlı polis müstəntiqləri tərəfindən 4642 cinayət işi başlanıb. Bunlardan 2,5 min cinayət işi oğurluq, 710-u silahın oğurlanması və ya saxlanması, 418-i xuliqanlıq, 199-u əmlakın məhv edilməsi, 26-sı quldurluq faktları üzrədir.
Ümumilikdə 40 minə yaxın istintaq hərəkəti həyata keçirilib, 15 mindən çox vətəndaş dindirilib, 2,5 mindən çox müxtəlif ekspertizalar təyin edilib. Hazırda 971 cinayət işi yekunlaşıb, 609 təqsirləndirilən şəxsin işi məhkəmələrə göndərilib.
Artıq baş tutan məhkəmə iclasları əsasında 539 nəfər məhkum edilib. Onlardan 425 nəfər azadlıqdan məhrum etmə növündə olmayan cəzalara məhkum edilib. Ağır və xüsusilə ağır cinayətlər törətmiş 104 nəfər real müddətə azadlıqdan məhrum edilib. Hazırda polis müstəntiqləri tərəfindən 276 iş üzrə araşdırma aparılır. Bunlardan 50-si qanunsuz silah saxlama, 33-ü adam öldürmə, 40-ı vəzifə səlahiyyətlərindən sui-istifadə, 16-sı oğurluq, 4-ü isə xuliqanlıq faktları üzrə olub.
MTK-nın keçmiş rəhbərliyinin məhkəməsinin “tam məxfi” başlığı altında keçirilməsi təəssüf doğurur – təfərrüatları bilmək, əlbəttə ki, maraqlı olardı.
- Qazaxıstanda islahatlar və növbədənkənar prezident seçkiləri yanvar hadisələrindən sonra siyasi sistemin yenidən qurulmasının mərhələləridirmi?
- Deməzdim ki, hər şey yanvar hadisələri ilə bağlıdır – sadəcə bunun bir hissəsidir. Çünki hələ 2019-cu ildə Milli İctimai Etimad Şurası çərçivəsində çox şey müzakirə olunub. Sadəcə proses sürətləndi. Və 2024-cü ildən sonrakı prezidentlik müddətinə hesablananlar bu il edildi. Bunu Prezident Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin rəhbərlərinin Kremldə keçirilən görüşü zamanı dedi.
- Yeri gəlmişkən, Qazaxıstan hakimiyyətinin iyunda apardığı konstitusiya islahatı nədən ibarətdir?
- Konstitusiya islahatı, bir sözlə, icra hakimiyyətinin (prezident, hökumət, akimliklər) qanunvericilik və məhkəmə hakimiyyəti ilə münasibətdə məhdudlaşdırılmasından, vətəndaşların siyasətə təsirinin genişləndirilməsindən ibarətdir.
- Gücün kifayət qədər sərt şaquliliyi qorunub saxlanılacaqmı? Yaxud da, respublika rəhbərliyi bir çox siyasi institutlarda qlobal demokratik islahatlar həyata keçirməklə “ədalətli Qazaxıstan” ideyasını reallaşdıra biləcəkmi?
- Düşünürəm ki, belə sərt şaqulilik bundan sonra olmayacaq, amma burada təkcə parlamentə seçkilərə deyil, həm də rayon və rayon əhəmiyyətli şəhərlərin icra başçısı seçkilərinə baxmaq lazımdır. Qanunlar bir, siyasi təcrübə isə tamam başqa şeydir. Sonda nə olacağını proqnozlaşdırmaq çətindir.
- Nə üçün Prezident Tokayevin rəqibləri arasında siyasi çəkili bir siyasətçi yox idi?
- Bizdə fərqli siyasi müstəvidə rəqabət var - prezident seçkiləri çərçivəsində deyil. Eynən Rusiyada olduğu kimi. 2018-ci ildə Rusiyadakı seçkilərdə Vladimir Putin Aleksandr Voloşin, Mixail Fradkov, Vladimir Lisin və ya Oleq Deripaska ilə rəqabət aparmadı, tamamilə fərqli namizədlər var idi.
- Sizcə, Qazaxıstanda prezident seçkilərindən sonra “nursultansızlaşdırma” kursunu davam etdirmək nə dərəcədə realdır?
-Mən buna “nursultansızlaşdırma” deməzdim - Elbasının (Qazaxıstanın ilk Prezidenti Nursultan Nazarbayevin) özünəməxsus xidmətləri və böyük işləri var. Ona görə də o, bizim tariximizdə həmişə qalacaq.
Müəyyən təhriflər var idi, lakin onlar artıq düzəldilib. Bənzər vəziyyət bir daha baş verməyəcək - heç kim təkbaşına böyük gücə sahib olmayacaq.
- Hələ konstitusiya islahatından əvvəl Qazaxıstan SSR Nazirlər Sovetinin keçmiş sədri və Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Dinmuxamed Kunaevin fiquru siyasi diskursda aktuallaşmağa başladı. Bu, nə ilə bağlıdır? Hakimiyyət bununla Elbası kultuna münasibətə yenidən baxıldıqdan sonra qalan boşluğu doldurmaq istəyir?
- Xeyr, bu, 1990-cı illərin əvvəllərindən bəri çoxdan davam edən tendensiyadır - o zaman bu, sovet nostaljisinin və Nursultan Nazarbayevə yüngül müxalifətin bir forması idi. Bizim heç bir kultumuz yoxdur.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Ermənistanın siyasi dəsti-xətti sülh sənədinin imzalanmasına icazə vermir - FAKT BUDUR!
Bu gün, 19:00 |
|
|
|
• Separatçını ”əsir” gözündə görən 52 avropalı... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 18:58 |
|
|
|
• "ABŞ-də oturub belə bir bəyanat vermək bir az suallar doğurur" - deputatdan REAKSİYA
Bu gün, 18:14 |
|
|
|
• “Rufo Gəncinski” Rusiyaya qayıtdı – Azərbaycanlı “qanuni oğru”lar arasında YENİ MÜHARİBƏ
Bu gün, 18:12 |
|
|
|
• Texnologiya Universitetinin rektoru kollektivə təqdim edilib - FOTO
Bu gün, 18:10 |
|
|
|
• İranın keçmiş nazirinin BAŞI QAÇIB -“Azərbaycanın qaz kəmərini raketlə vuraq”
Bu gün, 18:08 |
|
|
|
• Paşinyan indi "Tehranın dili" ilə danışır - İNCƏLƏMƏ
Bu gün, 18:07 |
|
|
|
• Qarabağdan köçən ermənilərə sürətli şəkildə vətəndaşlıq veriləcək - Ermənistan DİN
Bu gün, 17:51 |
|
|
|
• ABŞ və Səudiyyə Ərəbistanı İsraili “offsayd”a salırlar - “Axios”
Bu gün, 17:49 |
|
|
|
• London-Ankara münasibətlərində nələr yaşanır? - GƏLİŞMƏ
Bu gün, 17:48 |
|
|
|
• Bu məhsulu xaricə 36 dollara satıb, 76 dollara geri alırıq – İqtisadçıdan maraqlı açıqlama
Bu gün, 17:42 |
|
|
|
• Mesaj Ermənistandan gəldi - Növbədə Zəngəzurdur
Bu gün, 17:41 |
|
|
|
• İran təkzib etdi: - Şahmərd edam edilməyib!
Bu gün, 17:39 |
|
|
|
• SOCAR-da yeni təyinat - ƏMR
Bu gün, 17:37 |
|
|
|
• "Azərbaycana qarşı böhtan kampaniyası aparanlar unutmasınlar ki..." - deputat
Bu gün, 17:34 |
|
|
|
• Rusiya Ermənistan və Azərbaycanı tələsik sülh sazişinə sövq etmir - Lavrov
Bu gün, 17:26 |
|
|
|
• Əliyevin təklif etdiyi format daha səmərəlidir - Erməni nazir
Bu gün, 17:23 |
|
|
|
• İsrafil Məmmədov yeni vəzifəyə seçildi - FOTO
Bu gün, 17:21 |
|
|
|
• Polis paytaxtda 30 min manat dəyərində qapı və kondisionerləri oğurlayan şəxsi saxlayıb - VİDEO
Bu gün, 17:18 |
|
|
|
• Flora Kərimovanın səhhəti pisləşdi
Bu gün, 17:14 |
|
|
|
• Onlar Ermənistanın COP29-da iştirakına qarşı çıxdılar
Bu gün, 17:12 |
|
|
|
• "Ermənistan hakimiyyətinin nümayəndələri Vardanyanın həbsinə görə Azərbaycana təşəkkür etməlidir"
Bu gün, 17:09 |
|
|
|
• "Veysəloğlu" Qarabağ müharibəsində iştirak edən əməkdaşlarına qayğı göstərməyə davam edir - FOTO
Bu gün, 17:01 |
|
|
|
• Deputata məxsus olduğu deyilən şirkət 5,6 milyon manatlıq tender uddu - TƏFƏRRÜAT
Bu gün, 16:58 |
|
|
|
• Vüqarı 125 min manat ziyana salan evin aqibəti necə oldu?
Bu gün, 16:45 |
|
|
|
• “Nar”ın dəstəyi ilə ekologiya mövzusunda jurnalistlərə beynəlxalq təlim keçirilib
Bu gün, 16:40 |
|
|
|
• Dövlətə məxsus torpaqlarda tikinti aparılmasına görə "icazə verən" FHN-in sabiq şöbə rəisinə HÖKM OXUNUB
Bu gün, 16:36 |
|
|
|
• Azərbaycan müdafiə naziri Slovakiyada hərbi institutu ziyarət edib
Bu gün, 16:30 |
|
|
|
• "Təəssüf ki, mənim qohumlarımın çoxu..." - Məleykə Abbaszadədən "xalası oğlu" ilə bağlı AÇIQLAMA
Bu gün, 16:26 |
|
|
|
• Salyanda FACİƏ: Körpə bala özünü yelləncəyin ipindən asdı... - AXI NİYƏ?..
Bu gün, 16:23 |
|
|
|
• Ermənistan "konyak"ı "erməni brendisi" ilə əvəz edir - KİV
Bu gün, 16:22 |
|
|
|
• Sabiq MTN generallarının Fransada çiçəklənən biznesində “akula izi” - “MTN çətəsi”nin “yeriyən pulqabısı”ndan yeni xəbər
Bu gün, 16:19 |
|
|
|
• Unun qiyməti kəskin bahalaşdı - QİYMƏTLƏR
Bu gün, 16:14 |
|
|
|
• Dadaş Şükürov barəsində səslənən ittihamları təkzib edir - AÇIQLAMA
Bu gün, 16:11 |
|
|
|
• ATU Cərrahiyyə klinikası acınacaqlı vəziyyətdə - Səbəblər, qara əl, xəstə azlığı...
Bu gün, 16:06 |
|
|
|
• “Müəlliməyə bildirdi ki, oğlun şəhid deyil, veterandır, gedib işləsin” – İNCƏSƏNƏT MƏKTƏBİNİN KOLLEKTİVİ MÜDİRDƏN ŞİKAYƏTÇİDİR
Bu gün, 16:03 |
|
|
|
• “Sandu Moldovanın prezidenti seçilməyib” - Kreml
Bu gün, 15:57 |
|
|
|
• Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi dəyişib - QƏRAR
Bu gün, 15:55 |
|
|
|
• Gəncədə yolların təmirinə 10 milyon ayrıldı - TƏFƏRRÜAT
Bu gün, 15:52 |
|
|
|
• Azərbaycanda bəzi uşaq evlərində nöqsanlar aşkarlanıb, 41 nəfər cəzalandırılıb
Bu gün, 15:49 |
|
|
|
• Etibarnamə ilə bağlı yeni qayda: - Bu məsələ çoxdan gündəmdə idi
Bu gün, 15:47 |
|
|
|
• “Tramp həm ABŞ üçün, həm də bütün dünya üçün ciddi təhdiddir” - Ərəstun Oruclu ŞƏRH EDİR
Bu gün, 15:45 |
|
|
|
• Səhiyyə nazirinin 8 milyonluq tenderi əlindən çıxdı - DETALLAR
Bu gün, 15:42 |
|
|
|
• Son 10 ildə BP-də işləyən azərbaycanlıların sayı 464 nəfər azalıb - SİYAHI
Bu gün, 15:38 |
|
|
|
• Məktəblərdə payız tətilindən sonra ilk dərs gününün vaxtı açıqlanıb
Bu gün, 15:36 |
|
|
|
• Gürcüstanda müxalifət liderləri prokurorluğa çağırılır
Bu gün, 15:13 |
|
|
|
• Kələntərov həbsdə qaldı - GƏLİŞMƏ
Bu gün, 15:11 |
|
|
|
• “Padişah xalı” görün müştəriləri necə aldadır - AXI NİYƏ?..
Bu gün, 15:05 |
|
|
|
• Bakı və Ankaranın dostu təhlükədə: - Hədəfdə odur, çevriliş planlanır
Bu gün, 15:01 |
|
|
|
• “Ərim sağdır, mənə zəng etmişdi” - İki il öncə öldürülən Anarın xanımı
Bu gün, 15:00 |
|
|
|
|