Son dörd ayda üçüncü lider: kardinal dəyişim, “hədsiz demokratiya”nın nəticəsi, yoxsa... - İNCƏLƏMƏ...
Tarix: 27-10-2022, 11:27 | Çap et
Böyük Britaniyada hakim Mühafizəkarlar Partiyasının sədri və ölkənin Baş naziri postuna Hindistan əsilli sabiq maliyyə naziri Rişi Sunak seçilib. Onun yeganə rəqibi Penni Mordont sədrlik üçün mübarizə aparmayacağını elan edib. Beləliklə, Sunak bu vəzifədə ötən həftə istefa vermiş Liz Trassı əvəz edəcək.
Xatırladaq ki, Böyük Britaniyanın Baş naziri Liz Trass oktyabrın 20-də iqtisadi proqramını həyata keçirə bilmədiyi üçün istefa verib. Cəmi bir neçə ay bu postda çalışan Trassın istefasının ardınca Boris Consonun yenidən Baş nazir olacağı iddia edilsə də, o, namizədliyini geri götürüb. Bununla bağlı bəyanatında bildirib ki, yerini gənclərə vermək niyyətindədir.
42 yaşlı Rişi Sunak Britaniya tarixində müasir dövrün ən gənc Baş naziri olub. Sunak hind əsillidir və ailəsi ilə birlikdə ötən əsrin 60-cı illərində Şərqi Afrikadan İngiltərəyə köçüb. Prestijli “Winchester” məktəbində oxuyan Sunak yay tətillərində ofisiant kimi çalışıb. Sonra Oksford Universitetində fəlsəfə, siyasət və iqtisadiyyat üzrə təhsil alıb.
O, aspirant olduğu Stenford Universitetində təhsil alarkən nəhəng IT şirkətinin həmtəsisçisi, hindistanlı milyarder Narayana Murtinin qızı - varisi Akşata Murti ilə evlənib. Bir müddət “Goldman Sachs”da analitik olaraq çalışan Sunak daha sonra iki fondun həmtəsisçisi olub.
Böyük Britaniyanın dünyanın aparıcı ölkələrindən biri olduğunu və yeni Baş nazirin beynəlxalq münasibətlər sisteminə əhəmiyyətli töhfələr verə biləcəyini nəzərə alsaq, Sunakın rəhbərliyi hansı dəyişikliklərə yol açacaq?
DİA.AZ-ın məlumatına görə, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya açıqlamasında deyib ki, keçmiş maliyyə naziri Rişi Sunakın Böyük Britaniyanın növbəti Baş naziri olacağı gözlənilən idi: “Daha çox ehtimallar məhz onun üzərində idi. Buna qədər keçmiş Baş nazir Boris Consonun şansı daha çox qiymətləndirilirdi. Xüsusən Rusiyanın Ukraynaya qarşı təcavüzünün ilkin dövrlərində Ukraynaya açıq dəstəyi, ən gərgin dönəmdə Kiyevə səfər etməsi ona qarşı xüsusi rəğbət yaradırdı. Lakin Conson seçki marafonu dövründə öz namizədliyini geri götürüb. Bununla bağlı bəyanatını da mətbuata təqdim etdi”.
“Təbii ki, Böyük Britaniya dünyanın aparıcı ölkələrindən biridir və orada keçirilən seçkilər bütün dünyanın maraq dairəsində idi. Bu mənada seçki marafonun dünya kütləvi informasiya vasitələri tərəfindən izlənməsi təbiidir”, - deyə deputat bildirib.
Həmsöhbətimizin fikrincə, bu seçkilər Britaniyanın daxili və xarici siyasətində köklü dəyişikliklərə səbəb olmayacaq: “Böyük Britaniya o ölkələrdəndir ki, burada iqtidarda kimin olması ümumi yürüdülən siyasətə ciddi təsir etmir. Bu mənada kiminsə Baş nazir seçilməsinin də ciddi dəyişikliklərə gətirib çıxaracağı qənaətində deyiləm. Bu, həm daxili məsələlərdə, həm də xarici siyasətdə belədir”.
“Məlumdur ki, Britaniya ABŞ-la birlikdə diplomatik siyasət yürüdür və Rusiyaya qarşı eyni cəbhədən mübarizə aparırlar. Təbii ki, Qərbin, ABŞ və Britaniyanın Rusiyaya münasibəti olduğu kimi davam edəcək. Sunak özü də bununla bağlı qəti mövqeyini ortaya qoyub. İngiltərənin mövcud siyasi kursu Ukraynanı dəstəkləməkdən və Rusiyaya qarşı təzyiqləri artırmaqdan ibarətdir. Hökumətə kimin rəhbərlik etməsindən asılı olmayaraq, bu siyasət dəyişməyəcək”, - deyə Mollazadə vurğulayıb.
DİA.AZ-ın məlumatına görə, sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mövzuya dair AYNA-ya şərhində söyləyib ki, Sunakın Baş nazir seçilməsi Böyük Britaniya üçün yenilik sayıla bilər: “Əvvəla ona görə ki, onun 42 yaşı var və hind əsillidir. Belə bir adamın Böyük Britaniya kimi nəhəng dövlətə rəhbərlik etməsi yenilik sayıla bilər. Əslində ən şanslı namizəd Boris Conson idi, o da öz namizədliyini geri götürdü. Görünən budur ki, hədsiz demokratiya bəzən problemlərə yol açır. Məhz elə bunun nəticəsidir ki, Böyük Britaniya kimi böyük ölkə son dörd ayda üçüncü hökumət rəhbərini seçir”.
“Burada daxili və xarici amilləri də qeyd etmək lazımdır. Daxili amillər inflyasiya, bahalaşma, dünya miqyasında böhranla əlaqədardır. Xarici amillər isə əsasən Ukrayna böhranı ilə bağlıdır. Düzdür, Ukrayna ciddi nəticələr əldə edir, Rusiya küncə sıxışdırılır, ancaq bu gün də müharibə davam edir və real nəticəyə nail olunmayıb”, - deyə müsahibimiz qeyd edib.
Consonun namizədliyini götürməsini kənar təzyiq kimi qiymətləndirən Hüseynli hesab edir ki, Böyük Britaniyada bu, tamamilə gözlənilən bir siyasi hadisədir: “Lordlar Palatası necə ki, müxtəlif təzyiq alətlərindən istifadə edərək Boris Consonu, ardınca xanım Liz Trassı yola salmağa müvəffəq oldu, yəqin ki, Consonu da namizəd olmağa onlar qoymadılar. Hətta seçkilərdən sonra deyirdilər ki, Lordlar Palatasının dəstək verdiyi namizəd Böyük Britaniyanın Baş naziri və hakim Mühafizəkarlar Partiyasının sədri olacaq. Görünür, Palata Sunakın üzərində dayanmağa üstünlük verdi”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21 |
|
|
|
• Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17 |
|
|
|
• Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15 |
|
|
|
• "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13 |
|
|
|
• 1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11 |
|
|
|
• Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09 |
|
|
|
• Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08 |
|
|
|
• Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05 |
|
|
|
• Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59 |
|
|
|
• Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50 |
|
|
|
• Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46 |
|
|
|
• 8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42 |
|
|
|
• ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40 |
|
|
|
• “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36 |
|
|
|
• 70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32 |
|
|
|
• Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29 |
|
|
|
• Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28 |
|
|
|
• “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25 |
|
|
|
• Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22 |
|
|
|
• 51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20 |
|
|
|
• "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19 |
|
|
|
• NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15 |
|
|
|
• Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12 |
|
|
|
• NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10 |
|
|
|
• Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07 |
|
|
|
• Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05 |
|
|
|
• Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03 |
|
|
|
• Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02 |
|
|
|
• Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00 |
|
|
|
• “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57 |
|
|
|
• Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54 |
|
|
|
• Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15 |
|
|
|
• Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13 |
|
|
|
• İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09 |
|
|
|
• Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02 |
|
|
|
• Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59 |
|
|
|
• Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57 |
|
|
|
• Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55 |
|
|
|
• Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53 |
|
|
|
• "Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49 |
|
|
|
• Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43 |
|
|
|
• Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02 |
|
|
|
• Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00 |
|
|
|
• “Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58 |
|
|
|
• Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14 |
|
|
|
• Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10 |
|
|
|
• “ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03 |
|
|
|
• “Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01 |
|
|
|
• Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00 |
|
|
|
• Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56 |
|
|
|
|