Elcan Rəsulov yıxılıb başından zədə aldı .....                     Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? .....                     Orxan Xəyyama KÖMƏK İSTƏDİ: .....                     "Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" .....                     1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi .....                     Siyavuş Novruzobv HAQLIDIR, AMMA... .....                     Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər .....                     Kremldən postsovet ölkələrinə .....                     Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK .....                     Paşinyan “qızıl qayıdış”a başladı .....                     Elşad Xose şəxsi həyatı haqda: .....                     8 milyon manatlıq “Araznet Technologies” şirkəti .....                     ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib .....                     “Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir .....                     70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? .....                     Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək .....                     Bir neçə ay əvvəl tutulan narkobaron .....                     “1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” .....                     Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? .....                     51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib .....                     "Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan" .....                     NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır .....                     Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu .....                     NATO-ya üzv olmaq istəmirik... AMMA... .....                     Trampın qərarı Azərbaycana necə təsir edəcək? .....                     Vətən müharibəsindən sonra Bakıda təkrarlandı .....                     Bakı və İrəvan arasında sülh sazişi... .....                     Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir .....                     Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT .....                     “Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? .....                     Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib .....                     Danimarka gələn il Ukraynanın hərbi sənayesinə .....                     Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? .....                     İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi .....                     Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? .....                     Buldozerlə kürünən "Kubinka"... .....                     Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI .....                     Sülh danışıqları: İrəvan son şansı da itirə bilər .....                     Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! .....                     "Kürd Elnur" məhkəməyə çıxarılacaq .....                 

Rusiya-Ukrayna müharibəsi “qırmızı xətləri” keçir: sırada nələr var, nələr... - İNCƏLƏMƏ...
Tarix: 20-10-2022, 10:58 | Çap et
Rusiya-Ukrayna müharibəsi “qırmızı xətləri” keçir: sırada nələr var, nələr...
NATO Ukraynaya yeni hərbi yardımın, o cümlədən ağır silahların və uzaqvuran artilleriyanın ayrılacağını açıqlayıb. Alyansın Baş katibi Yens Stoltenberq deyib ki, NATO Ukrayna ordusunun sovet silahlarından Alyansın silahlarına tam keçidi planını hazırlayır: “Ukrayna bu müharibədə qalib gəlməlidir. Rusiyanın Ukraynaya qarşı müharibəsinin bu kritik anında NATO müttəfiqləri, hava hücumundan müdafiə sistemi də daxil olmaqla, Ukraynaya dəstəyini artırır. Ukraynanın qalib gəlməsi üçün nə lazımdırsa, edəcəyik”.

Bu arada Ukrayna Ali Radası Çeçenistanın müstəqilliyini tanıyan qərar çıxarıb. Qərarda Çeçenistan-İçkeriya Respublikası Rusiya Federasiyası tərəfindən müvəqqəti işğal olunmuş kimi tanınıb və çeçen xalqının soyqırımı pislənilib. 287 deputat “Ukrayna Ali Radasının Çeçenistan-İçkeriya Respublikasının Rusiya Federasiyası tərəfindən müvəqqəti işğal olunmuş kimi tanınması və çeçen xalqının soyqırımının pislənməsi haqqında bəyanatı haqqında” qərarın lehinə səs verib. Bəyanatda bildirilir ki, Ali Rada Rusiya Federasiyasının Çeçenistan-İçkeriya Respublikasına qarşı Birinci (1994-1996) və İkinci (1999-2009) müharibələri zamanı törətdiyi beynəlxalq cinayətləri, çeçen xalqına qarşı soyqırımı siyasətini pisləyir.

Prezident Volodimir Zelenski isə vurğulayıb ki, mövcud şəraitdə Rusiya ilə diplomatik münasibət mümkün deyil: “İndi Rusiyanın vəhşicəsinə atəşə tutması və insanların öldürülməsi səbəbindən diplomatik təcrid olunması mühüm təzyiq vasitəsidir. Aparıcı Avropa dövlətləri və dünya Ukraynanın ərazi bütövlüyünü dəstəkləyib Rusiyanı təcrid etdiyi, bəzi dövlətlərin isə heç nə olmamış kimi danışmağa davam etməyi təklif etməsi qəbuledilməz haldır. Silahlar işləməsə, əlbəttə, diplomatiya ən güclü vasitədir. Bu gün Rusiya ilə diplomatiya ola bilməz”.

Göründüyü kimi, Rusiya-Ukrayna müharibəsi “qırmızı cizgiləri” keçir və tərəflər bir-birinə qarşı ən sərt formada mübarizəsini davam etdirir. ABŞ və Qərbin Ukraynaya dəstəyi, Rusiyaya qarşı isə embarqoları artırması fonunda “nüvə ritorikası” və Üçüncü Dünya müharibəsinin başlanması ilə bağlı müzakirələr artıb.

Bəs, görəsən, qarşıda bizi hansı “süprizlər” gözləyir?

DİA.AZ-ın məlumatına görə, Türkiyəli siyasi şərhçi Ali Rıza Taşdelen AYNA-ya açıqlamasında söyləyib ki, NATO-nun öz ətrafında halqa daralır: “Köhnə qitənin NATO-ya üzv ölkələri ABŞ-ın ardınca gedərək, Atlantik cəbhəsində iştirak edir. Lakin bu məsələdə Avropada ciddi fikir ayrılıları mövcuddur. Heç də bütün Avropa ölkələri ABŞ-ın ardınca eyni dərəcədə və intensivliklə getmir. Alyans həmişə öz daxilində fikir ayrılıqları yaşayıb. Bu gün də belədir. Məsələn, vaxtilə Fransa NATO-nu öz ölkəsindən çıxarıb. Almaniya Fransadan fərqli olaraq Liviya hücumunda iştirak etməyib, eyni zamanda Suriya böhranında, hətta Rusiya və Çinə, dolayısıyla Avrasiyaya qarşı ehtiyatlı mövqe nümayiş etdirib. Bu iki ölkənin Rusiya ilə münasibətlərində də eniş-yoxuşlar olub. Macarıstan Orbanla Rusiyaya dostluq xətti tutub. Nəhayət, buna Meloninin İtaliyası da əlavə olunub”.

“Nümunələri çoxalda bilərik. Sarkozinin iqtidara gəlişi ilə Fransa 43 ildən sonra NATO-ya qayıtsa da, bu gün də bu qurumu tərk etməsi müzakirə mövzusudur. Artıq Avropasız NATO formalaşmaq üzrədir və Stoltenberqin son açıqlaması Şimali Atlantika Müqaviləsi Təşkilatının mövqeyini bərpa etməkdən qaynaqlanır”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, artıq Avropada başa düşməyə başlayıblar ki, Rusiyaya qarşı tətbiq olunan sanksiyalar onların özlərini zərbə altına qoyur: “Hətta bu müharibənin onların ərazisinə sıçrayacağından narahatdırlar. Rusiyanı alçaltmadan sülhə gedilməsinin zəruriliyini bəyan edənlər də var. Bütün hallarda müharibə tam şiddəti ilə davam edir. Görünən odur ki, tərəflərdən heç biri geri çəkilmək niyyətində deyil. Qərbin Rusiyaya qarşı artan təzyiq siyasəti də məhz bundan qaynaqlanır”.

“Ukrayna Prezidenti Volodimir Zelenskinin “Rusiya ilə diplomatik münasibətlər mümkün deyil” açıqlaması, Ukrayna Ali Radasının Çeçenistanın müstəqilliyini tanıması - bütün bunlar bir daha göstərir ki, böyük itkilərə məruz qalan Ukrayna da geri çəkilmək fikrində deyil. Qərb isə Ukraynanı bu prosesdə tək buraxa bilməz. Lakin vəziyyət NATO Baş katibinin söylədiyi kimi də deyil. Onlar nəzəri olaraq böyük vədlər versələr də, Ukraynaya real dəstəkləri adekvat deyil”, - deyə Taşdelen vurğulayıb.

DİA.AZ-ın məlumatına görə, Azərbaycanlı politoloq Zərdüşt Əlizadə isə AYNA-ya şərhində Rusiyanın artıq tükənmək üzrə olduğunu deyib: “Putin elə bir siyasətçidir ki, yalnız hərb meydanında məğlubiyyətlər onu danışıqlar masasına əyləşdirəcək. Görünən odur ki, ABŞ və Qərb Ukraynanın timsalında Rusiyanı diz çökdürməyə doğru inamla addımlayır. Düzdür, inzibati resurslar və digər yollarla Putin ölkəsini ayaqda saxlamağa çalışır. Lakin bəlli həqiqətdir ki, uzun müddət buna nail ola bilməyəcək”.

“Qərb bu prosesi iki mərhələdə aparacaq: Birinci növbədə Rusiyanı bədnam edəcək, ardınca isə diz çökdürəcək. Nə qədər gizlətsələr də, Rusiyanın sənayesi və iqtisadiyyatı çökür. Bunun nə qədər qarşısını ala biləcəklər ki?! Qərb yekunda öz istəyinə nail olacaq”, - deyə analitik bildirib.

Əlizadə xatırladıb ki, hərbi təcavüz yeni başlayanda ruslar narahat deyildilər: “Lakin səfərbərlik elan olunandan sonra əhalidə təşviş yaranmağa başladı. Artıq Rusiyadan böyük köç başlayıb. Bu, o deməkdir ki, artıq ruslar da öz ölkələrinin gələcəyini görmürlər. Başa düşürlər ki, Putin rejimi onları məhvə aparacaq. Bu da bir mərhələdir və bundan sonra növbəti təlatümlər gələcək. Rusiyanın imkanı olsaydı, geri çəkilərdi. Lakin bu, artıq mümkün deyil. Ona görə mümkün deyil ki, heç bir ciddi nəticə əldə etməyiblər. Ukrayna isə üstünlük qazanır. Belə bir vəziyyətdə Putin geri çəkilə bilməz. Bu, onun üçün intihar demək olardı. Müharibə davam edəcək və yekunda Ukraynanın qələbəsi ilə başa çatacaq”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Elcan Rəsulov yıxılıb başından zədə aldı
Bu gün, 18:21
Dövlət əleyhinə kampaniya aparan “Çaqqal” ləqəbli şəxs kimdir? - TƏFƏRRÜAT
Bu gün, 18:17
Orxan Xəyyama KÖMƏK İSTƏDİ: - “Adama 1000 manat qoysaq…”
Bu gün, 18:15
"Artırmaq əvəzinə, mövcud olan məktəbləri də azaltmaq təhsili məhv etməkdir" - ETİRAZ VAR...
Bu gün, 18:13
1500 manata işçi axtaran "Agro-Vest Retail" MMC cərimənlədi
Bu gün, 18:11
Siyavuş Novruzobv HAQLIDIR, AMMA... - sonuncu danışan NAZİRDİR...
Bu gün, 18:09
Rusiyanın 300 milyard dolları Ukraynaya verilə bilər
Bu gün, 18:08
Kremldən postsovet ölkələrinə hücum HƏDƏSİ
Bu gün, 18:05
Sabahdan Azərbaycanda YENİ SEÇKİLƏRƏ START VERİLƏCƏK - VAXTI BƏLLİ OLUR...
Bu gün, 17:59
Paşinyan “qızıl qayıdış”a başladı – Cəza tədbirləri görüləcək?
Bu gün, 17:50
Elşad Xose şəxsi həyatı haqda: - "Tam xoşbəxt deyiləm"
Bu gün, 17:46
8 milyon manatlıq “Araznet Technologies” şirkəti “Aznet Technologies” ilə birləşir
Bu gün, 17:42
ABŞ-dən Azərbaycana biri 262 min manatdan 6 heykəl gətirilib - YE, MƏMMƏD, YE...
Bu gün, 17:40
“Nar” abunəçiləri üçün “İnternet Kredit” xidmətini təqdim edir - DİQQƏT
Bu gün, 17:36
70 kq qızılla tutulan QƏHRƏMAN kimdir? - Elə faktlar ortaya çıxdı ki...
Bu gün, 17:32
Paşinyan Astanada keçiriləcək KTMT sammitində iştirak etməyəcək - Yuri Uşakov
Bu gün, 17:29
Bir neçə ay əvvəl tutulan narkobaron BAKI HƏBSXANASINDA ÖLDÜ
Bu gün, 17:28
“1500 məktəbin bağlanması ciddi problemlər yarada bilər” - İLGİNC DETALLAR
Bu gün, 17:25
Talibanın hökmranlıq etdiyi Əfqanıstanda həyat necədir? - Turistlər üçün məsləhət
Bu gün, 16:22
51 seçki dairəsinin hüdudlarında dəyişiklik edilib - SİYAHI
Bu gün, 16:20
"Çalışmaq lazımdır ki, sənətlə yadda qalasan"
Bu gün, 16:19
NATO Xəzər dənizinə çıxış əldə etməyə çalışır - Bortnikov
Bu gün, 16:15
Emin Əmrullayevin kadrı Elm və Təhsil Nazirliyindən yüz minlik tender uddu - BU NƏDİ BELƏ?..
Bu gün, 16:12
NATO-ya üzv olmaq istəmirik... AMMA... - ŞƏRH
Bu gün, 16:10
Trampın qərarı Azərbaycana necə təsir edəcək? - İNCƏLƏMƏ
Bu gün, 16:07
Vətən müharibəsindən sonra Bakıda təkrarlandı – “Xüsusi əməliyyatın” mühüm detalları
Bu gün, 16:05
Bakı və İrəvan arasında sülh sazişi... – Gülər
Bu gün, 16:03
Xalq artisti Emin Ağalarov Bakıda klinika tikir
Bu gün, 16:02
Ən çox sığorta haqqı toplayan 6 ŞİRKƏT - SİYAHI
Bu gün, 16:00
“Oğurluq edib, adımıza ləkə gətirirlər”- Gövhər Həsənzadə kimləri hədəfə aldı? - VİDEO
Bu gün, 15:57
Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib
Bu gün, 15:54
Danimarka gələn il Ukraynanın hərbi sənayesinə 1,4 milyard dollar ayıracaq
Bu gün, 15:15
Ağsaqqal və ağbirçəklər “TikTok” - da niyə oynayır? - Psixoloq səbəbləri açıqladı
Bu gün, 15:13
İldırımzadə ilə bağlı yarım milyonluq cinayət işi - TƏFƏRRÜAT
Bu gün, 15:09
Xaricdən 68 qəpiyə alınan “qreçka”nı marketlər neçəyə satır? - SİYAHI
Bu gün, 15:02
Buldozerlə kürünən "Kubinka"... - "Özümüzü öldürmək həddinə çatmışıq"
Bu gün, 14:59
Nazir Elmir Quliyevi GÖRƏVDƏN ALDI - ƏMR
Bu gün, 14:57
Sülh danışıqları: İrəvan son şansı da itirə bilər - İNCƏLƏMƏ
Bu gün, 14:55
Hava soyuyur.., CƏNAB BAŞÇI,.. TƏLƏSİN! - NARAZILIQ VAR...
Bu gün, 14:53
"Kürd Elnur" məhkəməyə çıxarılacaq
Bu gün, 14:49
Paytaxt rayonlarında qış mövsümünə hazırlıq işləri müzakirə olunub - FOTO
Bu gün, 14:43
Qərbin hərbi yardımlarının hədəfi BƏLLİDİR
Bu gün, 14:02
Dövlətin pulu ilə xaricdə hansı mütəxəssislər hazırlanır? - Deputata cavab
Bu gün, 14:00
“Rabitəbank” bu ailənin mənzilini əlindən alır - TƏFƏRRÜAT
Bu gün, 13:58
Zviad Qamsaxurdiyanın oğlu Gürcüstanın prezidenti ola bilər
Bu gün, 13:14
Tramp üç ölkəyə xəbərdarlıq edib
Bu gün, 13:10
“ŞaurmaN1” həqiqətləri: işçilər gerçəkləri dilə gətirir - VİDEO
Bu gün, 13:03
“Sako” ləqəbli tiktoker həbs edilib
Bu gün, 13:01
Elza Seyidcahanın şeirləri dərsliyə salınıb? - DƏRSLİKLƏRİMİZDƏKİ PROBLEM
Bu gün, 13:00
Bakı ilə İrəvan dekabrda danışıqları bərpa edəcək - KİV
Bu gün, 12:56
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru