Ermənilər Başkəndə iddiadan imtina edəcək? .....                     Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı .....                     Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat .....                     "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" .....                     Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA .....                     Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə .....                     Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... .....                     Dudanın İrəvana gətirdiyi plan: .....                     Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı... .....                     "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" .....                     Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar .....                     Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb .....                     Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var .....                     Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... .....                     Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib? .....                     Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı .....                     Malalamaqla deyil, bu nazir dəyişməlidir… .....                     “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib .....                     13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... .....                     “City Leasing Group”a direktor təyin olunub .....                     Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? .....                     ADY-yə məxsus iki şirkət birləşir .....                     Azərbaycan 15 ildən çoxdur ki... .....                     Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... .....                     Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... .....                     Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM .....                     Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların .....                     Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? .....                     ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb .....                     Açıq-aşkar ZAY MƏHSUL satırlar... .....                     “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... .....                     SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... .....                     “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? .....                     Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? .....                     Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat .....                     TRENDYOL müştəriləri narazılıq edir .....                     Din tayfası da Nəcəflidən GİLEY EDİR .....                     70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... .....                     Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? .....                     Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər .....                 

Moskvaya bağlı revanşist-radikal qüvvələrin 8 may hədəfi... - müxalifət son şansını “xərcləməyə” başlayıb
Tarix: 30-04-2022, 09:26 | Çap et
Moskvaya bağlı revanşist-radikal qüvvələrin 8 may hədəfi...
Ermənistanda radikal-revanşist müxalifətin Paşinyan hökuməti əleyhinə ölkə boyu küçə yürüşləri, daha dəqiqi, çığır-bağırı və qara şivəni davam edir. Belə görünür, 4 il qabaq böyük rüsvayçılıqla hakimiyyətdən salınmış qüvvələr Nikol Paşinayanı elə öz üsulu ilə devirmək niyyətindədir.

Lakin hələ ki, baş verənlər inqilabdan daha çox “stəkanda fırtına”ya bənzəyir. Çünki bununla neçənci dəfədir ki, radikal müxalifət öz ətrafına sanballı sayda narazı kütləni toplaya bilmir. Ona görə ki, erməni cəmiyyətinin əksəri əsasən korrupsioner və kriminal Qarabağ klanına bağlı bu boşboğazlar yığnağına, heç bir real “yol xəritəsi” olmayan qaragüruhçulara sadəcə, inanmır. Bu səbəbə elə Paşinyanın iqtidarda qalmasını istəyir.

*****

Bu xüsusda Tedoş Arşakyan ad-soyadlı erməni şərhçinin Armenianreport.com-dakı məqaləsi diqqət çəkir və kapitulyant ölkədə narazı ab-havanın mahiyyətini, oradakı etirazların mümkün inkişaf dinamikasını daha yaxşı anlamağa imkan verir.

Müəllif yazır: “Ermənistanda siyasi müharibənin yeni mərhələsi başlayıb. Hər halda, həm parlament müxalifətinin, həm də ötən ilki seçkilərin nəticələrindən sonra parlament divarlarından kənarda qalan müxalifətin fikri belədir. Ölkənin hər yerindən paytaxta doğru narazı insanların yürüşləri təşkil olunur, İrəvanın küçə və prospektləri bağlamağa çalışırlar. Ən utancverici və xoşagəlməz hal isə odur ki, müharibədə həlak olan hərbçilərin valideynləri də küçə mübarizəsinə cəlb olunurlar”.

Məqalədə ardınca deyilir: “Şübhəsiz ki, son ilyarım ərzində (44 günlük savaşdan sonrakı dövrdə - red.) ölkədə etiraz kütləsi xeyli artıb. Bunun da obyektiv səbəbləri var - müharibədə məğlubiyyət, iqtisadiyyatın çox ləng yaxşılaşması və əksinə, hakimiyyətin Azərbaycan və Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq yönündə çox sürətli hərəkəti, cəmiyyətimizin böyük əksəriyyətinin isə buna sadəcə, psixoloji cəhətdən hazır olmaması. Səbəblər çoxdur, lakin onların hamısının cəmi belə, çətin ki, Nikol Paşinyanı devirib ”keçmiş" hakimiyyətlərini bərpa etmək üçün müxalifətin güclənməsinə kömək eləsin".

Erməni siyasi şərhçinin qənaətincə, bunu əslində, müxalifət liderlərinin özləri də başa düşürlər, lakin etiraf eləməyə qorxurlar: “Ona görə də bəyanatlar verirlər ki, bəs biz Paşinyana yenə göstərəcəyik. Xeyr, uşaqlar, inqilablar və rejim dəyişikliklərini belə eləmirlər. Axı sizin Ermənistanı düşdüyü indiki vəziyyətdən çıxarmaq üçün heç bir proqramınız yoxdur. Siz sadəcə, Paşinyanı aradan götürmək istəyirsiniz. Yaxşı, ondan sonra nə olacaq? Mən deyə bilərəm. Ondan sonra Köçəryan, Sərkisyan, Vanetsyan, daşnaklar və digər siyasi qüvvələrin hakimiyyət bölgüsü başlayacaq. Sizi birləşdirən yeganə şey indiki hakimiyyətə qarşı qatı nifrətdir. O yox olan kimi fitnə başlayacaq”.

Lakin müəllifə görə, hazırda Ermənistan özünə məhz belə bir lüksü rəva bilən durumda deyil. “O halda (müxalifət iqtidara qayıdacağı halda - red.) biz təkcə ”artsax"ın işğal olunmamış qalan hissəsini deyil, həm də Ermənistanın özünün böyük ərazilərini itirəcəyik. Axı Əliyevlə Ərdoğan bunu gizlətmirlər. Üstəlik, “artsax”ı siz necə qaytarmağa hazırlaşırsınız? Müharibə ilə? Buna gücümüz varmı? Yaxud dünya birliyi bizə bunu etməyə icazə verəcəkmi? İndi onun başı tamamən Rusiya-Ukrayna müharibəsinə qarışıb, ermənilərin bəlaları və müsibətlərinin hayında deyil. Bəlkə Rusiya bizə kömək edəcək? O Rusiya ki, onun rəhbərliyindən heç kəs erməni xalqına və Ermənistana “erməni soyqırımı”nın 107-ci ildönümü ilə bağlı adi kədər hissi ifadə eləməyi belə özünə rəva bilmədi?", - deyə Arşakyan sual edib.

*****

Müxalifət isə artıq son şansını da “xərcləməyə” başlayıb. Onun geniş ictimai dəstəksiz qalmasının ən mühüm və vazkeçilməz səbəbi odur ki, erməni xalqının əksəriyyəti yeni müharibədən qorxur. Erməni ailələri öz övladlarının təzədən boşuna qurbanlıq olmasını istəmirlər. Bununla belə, görünür müxalifət vabank getməkdə israrlıdır. Eyni zamanda tələsir. Heç nə alınmasa, - yəqin ki, belə də olacaq, - radikal müxalifətin ənənəvi terror üsuluna əl atacağı istisna deyil.

Xatırladaq ki, Ermənistanda bənzər qarışıq situasiya 1999-cu ilin oktyabrında yaranmışdı. O vaxt Azərbaycan və Ermənistan ABŞ-ın, daha dəqiqi, dövlət katibinin o zamankı köməkçisi Straut Telbotun moderatorluğu ilə sülh anlaşmasının bir addımlığına gəlib çıxmışdı. Lakin Kremlin “dobro”su ilə Ermənistan parlamentinin gülləbaran edilməsi prosesi tormozladı...

*****

Qeyd edək ki, mayın 8-də baş nazir Nikol Paşinyanın “məxməri inqilab” yolu ilə Sərkisyanın xunta rejimini devirib hakimiyyəti ələ keçirməsinin 4 ili tamam olacaq. Siyasi opponentlər çox istərdilər ki, həmin tarixədək Nikol Paşinyan iqtidarını heç olmasa, laxlatsın. Amma çox böyük ehtimalla müxalifət həmin tarixə də müxalifət olaraq gəlib çıxacaq, nəinki yeni (köhnə) iqtidar kimi.

Azərbaycan dövləti üçün isə kapitulyant ölkədə kimin hakimiyyət sükanı arxasında durması önəm kəsb eləmir. “İlanın ağına da lənət, qarasına da”. Əsas odur ki, Bakı bütün hallarda “barıtı” quru saxlayır və Ermənistanı kimin idarə eləməsindən asılı olmayaraq, kapitulyant ölkəni sülhə vadar eləmək üçün yetərli rıçaqlarına malikdir...
“Yeni Müsavat”









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28
Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24
Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20
"Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13
Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12
Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07
Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05
Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55
Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54
"2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46
Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43
Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41
Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28
Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21
Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14
Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11
Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07
“Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01
13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53
“City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45
Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40
ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34
Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31
Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19
Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17
Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08
Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04
Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03
ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55
Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46
“Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40
SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34
“Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29
Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26
Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23
TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16
Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11
70 kilo qızılın izi ilə: ƏSLİNDƏ... - Daha bir məqam...
Bu gün, 08:03
Talıbovun gedişindən, Nəcəflinin gəlişindən 2 il ötür: Naxçıvanda nələr dəyişib? - GƏLİŞMƏ
Bu gün, 07:06
Dudanın İrəvanda buna çalışır: Sərhəddə təxribat ola bilər - NƏ ETMƏLİ?
Bu gün, 07:03
"Qazprombank"a qarşı sanksiyalar Türkiyə-Rusiya qaz ödənişlərində problemlər yarada bilər - Amerikanın oyunları...
Bu gün, 06:49
"Bu, iqlim böhranının ön cəbhəsində olanlar..." - COP29-un ardından...
Bu gün, 06:44
1500 məktəb bağlanır: Şagird və müəllimlər necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:40
QHT sədrinin deputatlıq sevdası ərinin karyerasını bitirdi - İLGİNC İDDİALAR
Bu gün, 06:37
İmişli və Cəlilabad rayonlarında yerləşən torpaq sahələri üçün hərrac keçiriləcək
Bu gün, 03:04
“Dövlət bunu boş yerə etmir…” - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 02:59
Niyə axı bizdə BƏLƏDİYYƏ SİSTEMİ uğur qazanmır? - ARAŞDIRMA
Bu gün, 01:42
Müəllimlərin maaşı vergidən azad ediləcək? - AÇIQLAMA
Bu gün, 01:27
Avropada müharibə kabusu: Azərbaycan hansı təhlükə ilə üz-üzə qalıb? - İNCƏLƏMƏ
Bu gün, 01:22
7 ildir dələduz işçilərə görə sığorta ödənişi edilmir - İLGİNC FAKT
Bu gün, 00:47
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru