Almanlar Ukrayna naminə öz hökumətlərini devirirlər – Təcavüzkara qarşı misilsiz həmrəylik
Tarix: 22-04-2022, 10:16 | Çap et
Almaniya kansleri Olaf Şoltsun istefaya göndəriləcəyinə dair məlumatlar yayılıb. Qeyd olunur ki, buna səbəb Şoltsun Ukrayna ilə bağlı qərarsız davranışlarıdır.
Almaniya hökuməti daxilində Ukraynaya ağır silahların tədarükü ilə bağlı mübahisələr güclənib. Xristian Demokrat İttifaqı və Xristian Sosial İttifaqı gələn həftə Bundestaqa Ukraynaya ağır silahların tədarükü ilə bağlı qətnamə layihəsi təqdim etmək niyyətindədir. Qətnamənin Bundestaqda səs çoxluğu qazanacağı təqdirdə Olaf Şoltsun mövqeyi ciddi şəkildə sarsılacaq.
Xatırladaq ki, Ukraynaya hərbi təcavüzündən sonra ABŞ, Böyük Britaniya və Avropa İttifaqı ölkələri (Aİ) Rusiyaya qarşı tarixdə görünməmiş sanksiyalara əl atıb. Bəzi Avropa ölkələrinin, o cümlədən Almaniya hökumətinin daxildə qaz böhranı yarana biləcəyini əsas gətirərək, Moskvaya qarşı yuşaq siyasəti ölkə daxilində ciddi etirazlara səbəb olub.
Baş verənlər Ukraynada və Qərb paytaxtlarında da tənqid olunur. Məhz bu kimi davranışların nəticəsində Rusiyanın ilhamlanması və hər gün Ukraynada minlərlə günahsız insanı qətlə yetirdiyi iddia olunur.
Bir müddət öncə Böyük Britaniyanın Baş naziri Boris Consonun, ardınca Avstriya, Polşa, Estoniya, Latviya və Litva rəhbərlərinin Kiyevə gözlənilməz səfərləri fonunda Ukrayna Prezidenti Volodimir Zelenskinin Almaniya kansleri Olaf Şoltsa səfər icazəsi vermədiyi xəbərləri yayılmışdı. Sonradan bu informasiya rəsmi Kiyev tərəfindən təkzib olunsa da, bu təkzibin sadəcə diplomatik münasibətləri qorumaq məqsədilə edildiyi bildirilir.
Göründüyü ki, Qərbin Ukraynaya dəstəyi yeni müstəviyə adlayıb və artıq birmənalı dəstək göstərməyən Avropa dövlətlərin daxilində belə, ciddi etirazlar baş qaldırmaqdadır. Bu xüsusda Almaniya kanslerinin istefaya göndəriləcəyinə dair məlumatlar xüsusi əhəmiyyət kəsb edir. dia-az.life-ın məlumatına görə, Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə AYNA-ya deyib ki, Rusiya ordusunun Ukraynada günahsız insanları qəddarcasına qətlə yetirməsi bütün dünyada hiddətlə qarşılanır: “Məlumdur ki, Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü, onu öz iradəsinə tabe etdirmək cəhdi minlərlə günahsız insanın ölümünə səbəb olub. Onların arasında uşaqlar da var, qocalar da, qadınlar da. Bu amansız rəftar bütün dünyada olduğu kimi, Avropada da çox ciddi etirazla qarşılanır. Müxtəlif siyasi partiyalar, vətəndaş cəmiyyəti insitutları, o cümlədən beynəlxalq təşkilatlar Avropa hökumətlərinə müxtəlif üsullarla təzyiqlər edir”.
“Almaniyada baş verənlər də bundan qaynaqlanır. Almaniya ictimaiyyəti haqlı olaraq hökuməti bu amansızlığa qarşı sərt mövqe ortaya qoymağa təhrik edir. Bu, tamamilə normal və gözləniləndir. Məlumdur ki, Berlin Moskva ilə münasibətdə yuşmaq siyasət yürüdür və bununla bağlı müxtəlif əsaslandırmaları var. Lakin alman ictimaiyyəti düşünür ki, heç bir səbəb və ya bəhanə yaxanı kənara çəkməyə haqq qazandıra bilıməz”, - deyə həmsöhbətimiz bildirib.
Deputatın sözlərinə görə, Almaniyada Şoltsun təmsil olunduğu Sosial Demokrat Partiyasının Moskvaya yaxınlığına dair müəyyən mülahizələr mövcuddur: “Xüsusən bu partiyada təmsil olunan Almaniyanın keçmiş kansleri Herhard Şröyderin Rusiya şirkətində çalışması, sanksiyaları dayandırmağa yönəlik çağırışları, Qərbin əleyhinə müəyyən bəyanatları da hiddətlə qarşılanır. Belə bir şəraitdə onun partiyadaşı olan kansler Olaf Şoltsun Rusiyaya münasibətdə ehtiyatla davranışı anlaşılan deyil”.
“Gözləmək olmaz ki, Rusiya Ukraynada daha çox günahsız insan qətlə yetirsin və bundan sonra təzyiqlər gücləndirilsin. Münqaişənin həlli yolları tapılmalıdır. Çünki bu, faciəli bir vəziyyətdədir. Faciəli vəziyyətlərdə isə maraqlar arxa plana keçməlidir. Şoltsun istefaya göndəriləcəyi məsələsinə gəldikdə, hətta bunun əksi baş versə də, onun və Şröyderin son açıqlamaları fonundu sosial demokratların imici ciddi şəkildə zədələndi. Bu, Avropa mədəniyyəti və yanaşmasına uyğun davranış deyil və bu səbəbdən ona qarşı daxildə ciddi etirazlar var”, - deyə Mollazadə vurğulayıb.
Politoloq Elxan Mehdiyev də AYNA-ya şərhində söyləyib ki, Qərb Ukrayna məsələsində kifayət qədər prinsipial mövqe nümayiş etdirir: “Ukraynaya görə Qərbi ittiham etmək lazım deyil. Onu müdafiə edən yalnız Qərbdir, Şərq deyil ki! NATO blokuna daxil olan ölkələrin, xüsusən ABŞ və Böyük Britaniyanın Ukraynaya həm iqtisadi, həm də silah təchizatı baxımından dəstəyi, o cümlədən Rusiyaya qarşı sərt sanksiyaları olmasaydı, Ukraynada itkilər bundan yüz dəfə çox olardı. Məhz Qərbin dəstəyi Rusiyanı çıxılmaz duruma saldı, Ukrayna xalqının qəhrəmanlığına əlavə dəyər qatdı. Bunları görməmək və etiraf etməmək mümkün deyil”.
“O ki qaldı Almaniyaya, Şoltsa qarşı istefa tələbləri də bundan qaynaqlanır. Bu da Qərbin dəstəyinin bir təzahürüdür. Bu, necə nəticələnəcək, Şolts istefaya gedəcək, yoxsa yox - nəticədən asılı olmayaraq, beynəlxalq birliyin Ukraynaya fəal dəstəyi davam edəcək”, - deyə analitik qeyd edib.
Onun fikrincə, Qərb Rusiyaya birbaşa cavab verərsə, Üçüncü Dünya müharibəsi qaçılmaz olacaq: “Baş verənlərə sadəlövh yanaşmaq lazım deyil. Birincisi, Rusiya nüvə dövlətidir. Dünyada ən çox nüvə başlıqları Moskvaya məxsusdur. İkincisi, Üçüncü Dünya müharibəsinin başlanması bütün dünya üçün fəlakətdir və bunun miqyası Ukraynada baş verənlərdən yüz dəfə artıq olacaq. Bundan kənarda nə mümkündürsə, Qərb onu edir. O cümlədən Rusiyaya qarşı da təzyiqləri artırır. Biz ABŞ və Qərbin Suriyada sərgilədiyi mövqeyi Ukraynada görmürük. Suriya məsələsində ABŞ-ı tənqid etmək hardasa ədalətlidir, Ukraynada isə yox”.
“O ki qaldı Almaniyaya, demokratik dövlət olduğu üçün orada ictimai rəy deyilən bir anlayış mövcuddur və hökumətlər də bununla hesablaşır. Mövcud şəraitdə Almaniya ictimaiyyətinin tələbləri də təqdirəlayiq olmaqla yanaşı, daxil olduğu NATO blokunun mənafeyinə uyğundur”, - deyə Mehdiyev fikrini yekunlaşdırıb.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Arabir leysan olacaq - belə deyirlər...
Bu gün, 12:33 |
|
|
|
• "Ermənistan bu üç şərti qəbul etməsə…" - Detallar açıqlandı
Bu gün, 12:24 |
|
|
|
• Paşinyan ad çəkdi, kütləvi istefa başladı - “Hraparak”
Bu gün, 12:22 |
|
|
|
• Tibbi qurum 4,6 milyon manatlıq tenderinin - QALİBİNİ AÇIQLADI
Bu gün, 12:18 |
|
|
|
• "“Instagram”da nə yeyib, nə geyindiyimizi göstərmirik..."
Bu gün, 12:12 |
|
|
|
• Göydə bircə ovuc "tüstü"sü qaldı... - Neft də qurtarır, qaz da...
Bu gün, 12:05 |
|
|
|
• Azərbaycanda bank sektorunun vəziyyəti açıqlandı – 914 milyon xalis mənfəət
Bu gün, 11:55 |
|
|
|
• Naxçıvanın dizini belə yerə gətirirlər... - AXI NİYƏ?..
Bu gün, 11:51 |
|
|
|
• "Sizə qulaq asdıqca adamı dəhşət bürüyür... - Elə bil ki, ölkə bütün uçuruma gedir"
Bu gün, 11:47 |
|
|
|
• Xüsusi təyinatlılar Kurskda: - Ukraynanın mövqeyi məhv edildi
Bu gün, 11:43 |
|
|
|
• “Böyüklər” qitələri nizamlaya bilmirlər - İNCƏLƏMƏ
Bu gün, 11:36 |
|
|
|
• Qolunu və ya ayağını itirənlər təkrar müayinəyə cəlb olunmamalıdır - ÇAĞIRIŞ
Bu gün, 11:34 |
|
|
|
• AMB BOKT-larla bağlı son iki qərarını şərh edib - TƏFƏRRÜAT
Bu gün, 11:33 |
|
|
|
• Ermənilər Başkəndə iddiadan imtina edəcək? - AÇIQLAMA
Bu gün, 11:28 |
|
|
|
• Bakıda bu bank müştərilərinin evlərini xəbərsiz satdı - DƏLİXANADIR, VALLAH...
Bu gün, 11:24 |
|
|
|
• Şadlıq saraylarında "dodaq uçuqladan" qiymətlər: Menyu 400 manat - BU NƏDİ BELƏ?..
Bu gün, 11:20 |
|
|
|
• "Mən əxlaqsızlıq eləmişəm, sizin də qeyrətiniz yoxdur" - Anasını qətlə yetirən oğulun məhkəməsi
Bu gün, 11:13 |
|
|
|
• Həyat yoldaşını vəzifəyə gətirdiyi deyilən deputatdan AÇIQLAMA - "Əmri mən vermirəm..."
Bu gün, 11:12 |
|
|
|
• Məhkəmə koopertiv sədrini 12 il 8 ay müddətinə azadlıqdan məhrum edib
Bu gün, 11:07 |
|
|
|
• Evini girov qoyub pul götürdü... 7 MİN RÜŞVƏT VERDİ... - Şərur Mərkəzi Xəstəxanasında İŞÇİ TƏLƏSİ...
Bu gün, 11:05 |
|
|
|
• Dudanın İrəvana gətirdiyi plan: - "Hədəfdə Bakı da var"
Bu gün, 10:55 |
|
|
|
• Rusiya sərhədində gözləyən erməni yük maşınlarının sayı...
Bu gün, 10:54 |
|
|
|
• "2 qızıl taxt var idi, birində Ərdoğan, digərində mən oturdum" - Merkel ilk dəfə açıqladı
Bu gün, 10:46 |
|
|
|
• Azərbaycanda yüksək vəzifəli şəxslər işdən çıxarıldılar - SİYAHI
Bu gün, 10:43 |
|
|
|
• Naxçıvan Karate-do Federasiyası fəaliyyətini dayandırıb
Bu gün, 10:41 |
|
|
|
• Tovuz Sosial- İqtisadi Kollecin yeni direktorundan da şikayət var – Müəllimlər haqlarını tələb edir
Bu gün, 10:28 |
|
|
|
• Dövlət Sosial Müdafiə Fondunun ağırlaşan pensiya şərtləri... pensiyaçı sayını azaldır
Bu gün, 10:21 |
|
|
|
• Xalq artisti film vaxtı həqiqətənmi bətnindəki övladını itirib?
Bu gün, 10:14 |
|
|
|
• Məhkəmə Zümrüd Yağmurun barəsində axtarış qərarı çıxardı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
• Malalamaqla deyil, bu nazir dəyişməlidir… - ÇAĞIRIŞ
Bu gün, 10:07 |
|
|
|
• “Christian Dior" Azərbaycanda 4,3 mln. avroluq şirkətini ləğv edib
Bu gün, 10:01 |
|
|
|
• 13 maddəlik razılaşma: Bakı və İrəvan ilin sonuna kimi... - NƏ BAŞ VERİR?
Bu gün, 09:53 |
|
|
|
• “City Leasing Group”a direktor təyin olunub - FOTO
Bu gün, 09:45 |
|
|
|
• Əlavə ödənişlər hansı tələblərə əsasən ödənilir? - Ekspert danışır...
Bu gün, 09:40 |
|
|
|
• ADY-yə məxsus iki şirkət birləşir
Bu gün, 09:34 |
|
|
|
• Azərbaycan 15 ildən çoxdur ki... NATO sistemi üzərində işləyir
Bu gün, 09:31 |
|
|
|
• Hərbi ekspertin HƏBSİ: Qəsd, yoxsa... - ŞOK DETALLAR
Bu gün, 09:19 |
|
|
|
• Keçmiş `JEK` müdiri sakinləri DƏRDƏ SALIB... - NARAZILIQ VAR...
Bu gün, 09:17 |
|
|
|
• Naxçıvan hakimiyyətinə AĞIR İTTİHAM - "1 milyardlıq layihəni..."
Bu gün, 09:08 |
|
|
|
• Vətəndaşların fərdi məlumatlarını ələ keçirən kibercinayətkarların məhkəməsi başlayıb
Bu gün, 09:04 |
|
|
|
• Hakim doğru-dürüst QƏRAR VERƏCƏKMİ? - "Sonra da soruşurlar ki..."
Bu gün, 09:03 |
|
|
|
• ABŞ hələ də "Oreşnik" raket sınaqlarının vurduğu zərəri hesablamayıb - Sabrina Sinqx
Bu gün, 08:55 |
|
|
|
• Açıq-aşkar ZAY MƏHSUL satırlar... - GİLEY
Bu gün, 08:46 |
|
|
|
• “Capital City” MTK üçün İNSAN CANI BİR HEÇDİR... - BU NƏDİ BELƏ?..
Bu gün, 08:40 |
|
|
|
• SALYANDA 100 YAŞLI TARİXİ BİNA UÇUR... - DİQQƏT
Bu gün, 08:34 |
|
|
|
• “Yaşıl dəhliz”ə kimlər və necə nəzarət edir? - Mallar başqa, sənədlər başqa...
Bu gün, 08:29 |
|
|
|
• Bakıdan sonra İrəvana getdi: Qovluğunda nə var idi? - Görünəni odur ki...
Bu gün, 08:26 |
|
|
|
• Maaş və pensiya artımları, Yeni il bayramında artan tələbat - Bahalaşmanın qarşısı necə alına bilər?
Bu gün, 08:23 |
|
|
|
• TRENDYOL müştəriləri narazılıq edir - SON GÜNLƏR...
Bu gün, 08:16 |
|
|
|
• Din tayfası da Nəcəflidən GİLEY EDİR - İLGİNC FAKT
Bu gün, 08:11 |
|
|
|
|