Putinin separatçıları tanıması dəlilikdi, ya tələ? - İNCƏLƏMƏ...
Tarix: 22-02-2022, 11:42 | Çap et
DİA.AZ: - DİA.AZ xəbər verir ki, AzadAvropa/AzadlıqRadiosu-nun əməkdaşı Stiv Quterman Rusiya Prezidenti Vladimir Putinin Ukraynanın şərqində Moskvanın dəstəklədiyi separatçıların müstəqilliyini tanımasını təhlil edir. Müəllif yazır ki, Rusiyanın Donbası tanıması Kreml üçün müəyyən mənada itkidir. Amma Putini bu qərara sövq edən çoxsaylı motivlər də mövcuddur.
Hətta bu yaxınlara qədər Putinin belə bir addımdan çəkinəcəyinə böyük inam vardı. Bəs, Rusiya prezidenti buna niyə getdi?
Moskva 2015-ci ilim fevralında imzalanmış Minsk-2 razılaşmasını Ukraynanın daxili və xarici siyasətinə güclü təsir vasitəsi hesab edirdi. Rusiya 2014-cü ildən Donbasda – Donetsk və Luqansk regionlarının müəyyən hissələrini tutmuş, Rusiyanın dəstəklədiyi separatçıları dəstəkləyir. Münaqişədə 13 min 200-dən çox insan öldürülüb.
Rusiya və Ukrayna arasında sözügedən paktla bağlı fundamental fikir ayrılıqları vardı. Ola bilsin, Putin razılaşmanın Moskvanın şərtləri ilə gerçəkləşəcəyinə ümidini itirmişdi.
İndilik qalib kimi görünmək
Müəllif yazır ki, fevralın 21-də Putinin xalqa müraciətinə qulaq asanların ağlına bir şey gələ bilərdi: Ukrayna ilə sərhədlər yaxınlığına 130 mindən çox əsgər yığmış Putin qonşu ölkəyə irimiqyaslı hücum elan edəcək.
Putin Ukraynanı bolşevik lideri Vladimir Leninin yaratdığını deyərək özünün təmin edə bilmədiyi ambisiyalarına eyham vurdu.
Bəzi təhlilçilərin gümanınca, Luqansk və Donetskdəki qondarma qurumların tanınması Kiyev hökumətini yıxmağı hədəfləyən böyük hərbi hücuma doğru ilk addım ola bilər.
Ancaq azından indilik, Putin iki ağır vəziyyətdən çıxmaq üçün müstəqilliyi tanımağı qələbə kimi görə bilər. Birincisi, böyük işğal və qan axıdılmasıdır, ikincisi isə Ukrayna və Qərbin qəti mövqeyi qarşısında geri çəkilən kimi görünməməkdir.
Hərbi təzyiq davam edəcək
Ancaq Rusiya eyni zamanda Ukraynaya hərbi təzyiqi də davam etdirə bilər. Bu təzyiq Donbasda daha böyük ola bilər: separatçılar Donetsk və Luqanska bütünlükdə iddia edirlər və onların müstəqilliyinin tanınması vilayətlərin qalan hissələrini nəzarətə keçirmək təhdidi yaradır.
Putin özü də çıxışında Ukraynanın bəzi hissələrinin Rusiyaya məxsusluğundan danışıb. Təhlükəsizlik Şurasının iclasında onun iki aparıcı rəsmisi də, guya səhvən, buna eyham vurdular.
Putinin çıxışı həm də elə təəssürat yaradırdı ki, rusiyalıları gələcəkdə Ukraynanı daha aqressiv formada zəbt etməyə hazırlayır. Ancaq misli görünməmiş təzyiq ölkədə vətəndaş cəmiyyəti və narazıları zəiflədib, xalqın etiraz potensialını tükədib.
“Putin anlayır ki, COVID pandemiyası və iqtisadi çətinliklərlə mübarizə aparan rusiyalıların çoxundan ötrü Moskvanın dəstəklədiyi separatçıların tanınması qonşu ilə böyük müharibədən daha məqbuldur”, – müəllif yazır.
Zelenskini zəiflətmək, Qərbi parçalamaq
Putin bu addımla Ukrayna Prezidenti Volodimir Zelenskini zəiflədəcəyinə ümid edir. 2019-cu ildə seçkini asanlıqla udmuş Zelenskinin platformasındakı əsas məsələlərdən biri Donbasda müharibəni itirmək idi, ərazi vermək deyildi.
Digər hədəfsə Qərbi parçalamaq ola bilər. Tammiqyaslı işğal Qərbin birliyini gücləndirəcəkdi, Birləşmiş Ştatlar və Avropa Birliyi bir cəbhədə birləşəcəkdi.
Putin bilir ki, separatçı qurumların tanınması Qərb ölkələrinin buna necə reaksiya vermək, sanksiyalar məsələsində ümumu fikrə gəlməsini çətinləşdirəcək. Özəlliklə də, Rusiya və separatçılar Donbasda hökumətin nəzarətində olan ərazilərə girməzsə, Moskva sərhəddən qoşunları geri çəkməyə başlarsa… Amma sonuncunun əlaməti hələ ortalıqda görünmür.
Bəhanə
Rusiya məhdud müddətə olsa belə, Donbasa hərbi qüvvələr göndərəcək. Son səkkiz ildə orada Rusiya əsgərləri və zabitlərinin olmasına dəlillərə rəğmən, Moskva bunu danırdı.
Putin ümid edə bilər ki, bununla hərbi reaksiyaya səbəb olacaq və bu da Ukraynada digər hədəflərinə çatmaq üçün bəhanə rolun oynayacaq.
“Çıxışdan əsas qənaət odur ki, Rusiya indilik özünü separatçılara �?hücumlar’a cavab vermək bəhanəsi ilə təmin etmiş oldu və daha birbaşa hərbi iştirakını gizlətməyə ehtiyac duymur”, – RAND Corporation təhlil mərkəzindən Samuel Çarap Twitter-də yazıb.
İndiyədək, “Rusiyanın, hətta öz qanunları ilə belə, açıq hərbi müdaxilə üçün əsası yox idi. İndi isə bu çatışmayan əsas element mövcuddur”, – Çarap qeyd edir.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Bu gün, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Bu gün, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Bu gün, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Bu gün, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Bu gün, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Bu gün, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Bu gün, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Bu gün, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Bu gün, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Bu gün, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Bu gün, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Bu gün, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Bu gün, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Bu gün, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Bu gün, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Bu gün, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Bu gün, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Bu gün, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Bu gün, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Bu gün, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Bu gün, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Bu gün, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Bu gün, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Bu gün, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Bu gün, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Bu gün, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Bu gün, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Bu gün, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Bu gün, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Bu gün, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Bu gün, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Bu gün, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Bu gün, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Bu gün, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Bu gün, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Bu gün, 15:09 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Bu gün, 15:07 |
|
|
|
• Kredit götürmək çətinləşəcək? – BOKT-larla bağlı YENİ QƏRAR: “300 min nə puldur?!”
Bu gün, 15:05 |
|
|
|
• Şikayətçi də, problemin "həlli" də əvvəlcədən hazırlanır – Onun bu qəbullarda nə işi var?
Bu gün, 15:01 |
|
|
|
• Ermənistan uğrunda son savaş – Tarix dəqiqləşdi, Azərbaycanı nə gözləyir?
Bu gün, 14:58 |
|
|
|
• Oğul atasına xəbər verdi: "Anam kişilərlə danışır..." - Qanlı cinayətin şok təfərrüatı
Bu gün, 14:50 |
|
|
|
• Saleh Məmmədovun rəhbərlik etdiyi qurum qəzaya düşən sürücüyə təzminat ödəyəcək
Bu gün, 14:49 |
|
|
|
• Putinin DƏNİZ QORXUSU... - GƏLİŞMƏ
Bu gün, 14:48 |
|
|
|
• Həyatımızı kabusa çevirən dönərlər -:Zəhərlənməmək üçün nə etmək lazımdır?
Bu gün, 14:20 |
|
|
|
• Şabranlı sahibkar Mehdiyevin kürəkəninin sürtülmüş iddiasına yenidən baxılmasına etiraz edir - DETALLAR
Bu gün, 14:15 |
|
|
|
• “Sərxan” Bakıdakı canilərdən daha pisdir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 14:02 |
|
|
|
• Müəmmalı "minimum" istehlak səbəti... - Vətəndaşın yaşayış minimumu ilə dolanması mümkün deyil
Bu gün, 14:00 |
|
|
|
|