Nəticəsiz görüş və müvəqqəti “atəşkəs” - Barmaqlar tətikdə
Tarix: 9-12-2021, 14:37 | Çap et
ABŞ və Rusiya prezidentləri Co Bayden ilə Vladimir Putin arasında ilk dəfə telekonfrans formatında ikitərəfli danışıqlar baş tutub. Görüş iki saatdan çox davam edib.
Liderlərin söhbəti zamanı Ukrayna ətrafındakı vəziyyət və NATO-nun şərqə doğru genişlənməsi, strateji sabitlik məsələləri və ikitərəfli gündəlik müzakirə olunub. Həmçinin regional təhlükəsizlik mövzularına, o cümlədən Əfqanıstandakı vəziyyətə toxunulub.
Qeyd edək ki, iki lider arasındakı bu görüş Baydenin ABŞ Prezidenti vəzifəsinə gəlişindən sonra sayca beşincidir. Bundan əvvəl iki dövlətin başçıları üç dəfə telefonla danışıb, iyunun ortalarında isə Cenevrədə təkbətək görüş keçiriblər. Təkbətək söhbət iki saata yaxın davam edib.
Dünya KİV-lərinin yaydığı məlumata görə, görüşdə hər hansı razılıq əldə olunmayıb. Gözləndildiyi kimi, ABŞ Rusiyanı Ukrayna məsələsində geri addım atmağa razılaşdıra və təhrik edə bilməyib.
Politoloq Şahin Cəfərli AYNA-ya açıqlamasında deyib ki, Ukrayna məsələsində hər iki tərəf öz mövqeyində qalıb: “Görüşsonrası verilən açıqlamalardan bu qənaətə gəlmək olar ki, tərəflər hər hansı ciddi razılığa gələ bilməyiblər. Lakin ehtimalım ondan ibarətdir ki, Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücuma gedəcəkdisə, artıq bu görüşdən sonra bunu etməyəcək. Ən azından bir müddət bu istiqamətdə nisbi sakitlik hökm sürəcək. Bununla yanaşı, Ukrayna məsələsinə görə ABŞ, o cümlədən Avropa ilə Rusiya arasında gərgin münasibətlər davam edəcək. Bu görüş regiona yalnız qısa müddətlik sabitlik vəd edir”.
“Vaşinqton və Avropa dövlətləri açıq şəkildə mesaj verdilər ki, Ukraynaya qarşı genişmiqyaslı hücumlar olarsa, Rusiya ağır iqtisadi sanksiyalara məruz qalacaq. Hansı ki, bu, özlərinin də dediyi kimi, indiyə qədər həyata keçirmədikləri və risk etmədikləri sanksiyalar olacaq. Bu sırada Rusiyanın enerji şirkətləri ilə əməkdaşlığın dayandırılması, SWIFT köçürmə sistemindən, yəni beynəlxalq banklararası ödəniş sistemindən kənarda saxlanılması, Rusiya liderlərinin bank hesablarının dondurulması yer alır. Əgər bu sanksiyalar tətbiq edilərsə, Rusiya iqtisadiyyatı nəinki sarsılar, darmadağın olar”, - ekspert söyləyib.
Onun sözlərinə görə, bu günə qədər Qərb Moskvaya qarşı ciddi təzyiqlərə əl atmırdı: “Daha çox öz simasını qorumağa çalışırdı. Beynəlxalq aləmə göstərirdi ki, Rusiyanın Ukraynaya qarşı işğalçılıq siyasəti ilə barışmaq niyyətində deyil. Əslində isə, bütün körpüləri yandırmırdı. Bu dəfə daha prinsipial mövqe nümayiş etdirirlər. Həm ABŞ və Avropa, həm də Kreml tərəfindən barışmaz mövqe müşahidə edirik. Düşünürəm ki, “bu xəmir hələ çox su aparacaq”. Bütün hallarda Moskva Ukraynanı itirmək faktı ilə barışmayacaq. Buna imkan verməmək üçün bütün yollara əl atacaq”.
“Qərbin postsovet məkanında əsas marağı Baltikyanı və Qara dəniz ölkələri ilə bağlıdır. Sovet İttifaqının dağılmasından sonra Baltikyanı dövlətlər NATO-ya və Avropa Birliyinə üzv oldu. Artıq Moskvanın onlara təsir imkanı yoxdur. Qara dəniz ölkələrindən isə Ukrayna və Gürcüstanı qorumağa çalışacaqlar. Digər dövlətlərlə bağlı Qərbin prinsipial mövqe tutacağını güman etmirəm. Bu sırada Orta Asiya ölkələrini, o cümlədən Azərbaycan və Ermənistanı göstərmək olar. Qarabağ münaqişəsinə münasibətdə Qərbin loyal yanaşmasını, Rusiyanın üstün mövqeyi ilə barışmasını bu amillə izah etmək olar”, - deyə Cəfərli fikrini tamamlayıb.
Sabiq dövlət katibi, siyasi icmalçı Qabil Hüseynli AYNA-ya şərhində sözügedən görüşün nəticəsiz qaldığına bildirib: “Putin görüşdə sərt mövqe nümayiş etdirdi və görüş nəticəsiz qaldı. Rusiya Prezidenti açıq şəkildə bildirdi ki, Ukrayna məsələsi onlar üçün “qırmızı xətdir”. Açıq şəkildə bəyan etdi ki, NATO şərqə, Rusiyanın sərhədlərinə doğru genişlənməsə, o zaman Moskva da Ukrayna ilə bağlı siyasətindən imtina edəcək. Əlavə etdi ki, vaxtilə Qorbaçov və Reyqan arasında razılıq olub ki, NATO bu regiona sirayət etməyəcək. Onun söylədiklərinə isə Bayden istehza ilə yanaşırdı və bütün bunlar göstərir ki, münasibətlər gərgin olaraq qalmaqdadır”.
“Görünən odur ki, hər iki tərəf öz mövqeyində qalır və Ukrayna məsələsində israrlıdır. ABŞ və Avropa nəyin bahasına olursa-olsun, həm Ukrayna, həm də Gürcüstanın NATO-ya üzv olmasına çalışır. Rusiya isə hər vəchlə bunun qarşısını almaq istəyir. Moskvanın yürütdüyü siyasət anlaşılan deyil və dövlətlərin daxili işlərinə kobud müdaxilə cəhdidir. Artıq Sovet İttifaqı yoxdur və digər dövlətlər kimi, Ukrayna da müstəqildir. Özü bilər, hansı quruma üzv olur və ya olmur. Rusiya drijor çubuğunu yerə qoymalıdır”, - deyə politoloq vurğulayıb.
Hüseynlinin sözlərinə görə, Kreml bilir ki, bu dalğa sonda onun özünü vuracaq: “Əslində bu kimi addımları ilə gələcəkdə özünü gözləyən təhlükələrdən qorunmağa çalışır. Rusiya Ukraynaya qarşı genişmiqyaslı hücumlara start verərsə, Qərbin sərt təpkiləri ilə qarşılaşacaq. Artıq bunu həm ABŞ, həm də Avropa rəsmiləri açıq şəkildə bəyan ediblər. Nəzərə almaq lazımdır ki, münaqişələr zaman-zaman dərinləşir və yekunda bu böhran dərin konfliktlərə və hətta daha arzuolunmaz nəticələrə gətirib çıxara bilər”.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|