“Ukraynaya qarşı hər hansı hücumun bədəli ağır olacaq” - NATO rəhbəri
Tarix: 1-12-2021, 08:07 |
Çap et
“Biz Ukraynanı NATO-ya gedən yolda, Avro-Atlantik inteqrasiya yolunda dəstəkləyirik, onun islahatlarını, korrupsiya ilə mübarizəsini, müdafiə və təhlükəsizlik sistemini gücləndirməsini dəstəkləyirik. NATO standartlarına riayət etmək lazımdır. Bu, 30 üzv dövlətin qərarı ilə olmalıdır, alyansın genişləndirilməsi ilə bağlı konsensus lazımdır”.
“Report” xəbər verir ki, bu fikirləri NATO-nun baş katibi Yens Stoltenberq dünən keçirdiyi mətbuat konfransında deyib.
Stoltenberq vurğulayıb ki, Ukrayna suveren və müstəqil dövlətdir, heç kim bu məsələyə qarışa bilməz, bunu ancaq Ukrayna və NATO ölkələri həll edə bilər.
NATO rəhbəri eyni zamanda gələcəkdə Ukraynaya qarşı hər hansı hücumunun fəsadlarının ağır ola biləcəyini deyib. O, bunun siyasi və iqtisadi bədəlinin ağır olacağını vurğulayıb.