Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!. - TƏHLİL
Tarix: 30-11-2021, 12:27 | Çap et
Türk Şurası öz tarixi İstanbul Zirvəsində Türk Dövlətləri Təşkilatına çevrildi. Türkmənistan da müşahidəçi statusu ilə olsa da, Təşkilata qoşuldu; Türkiyə Prezidentinin sözləri ilə desək, "ailə tablomuz tam oldu". Türkiyənin Cənubi Qafqazda və Mərkəzi Asiyada təsirinin gözlənildiyindən də sürətlə yayılması ağıllarda belə bir sual oyadır: Avrasiyanın hakimi kim olacaq: Rusiya, yoxsa Türkiyə?!
Ancaq məsələnin bu cür qoyuluşu bəri başdan antoqonizmi, geopolitik rəqabəti körükləyir. Bu bölgələrdə əsrlərdir, Rusiyanın, demək olar, şəksiz və şəriksiz üstünlüyü olub. Bu regiondakı xalqlar iki imperiya dövründə Rusiyanın tərkibində, SSRİ dağıldıqdan sonra yenə də təsirində olub. Son dövrlərdə bu təsir müəyyən qədər zəifləyib; Rusiya Gürcüstanı əsasən, Ermənistanı qismən ABŞ-a uduzub. Gürcüstanda və Azərbaycanda Türkiyə təsirinin artmasına qarşı durmaq imkanı olmayıb. Bəlkə də bəzi məqamlarda buna özü də razı olub - "ABŞ və Avropa İttifaqındansa, Türkiyə olsun, dil taparıq" düşüncəsi ilə. Eyni şey Mərkəzi Asiya regionunda da baş verir; Türkiyə ora daxil olur. Xüsusilə, Özbəkistana. Burda da ola bilsin, Rusiya eyni səbəblərdən "səbrli" yanaşma göstərir: əvvəla, Cənubi Qafqazı olduğu kimi, Mərkəzi Asiyanı da öz nəzarətində saxlamaq üçün siyasi və iqtisadi resursları çatmır - ona görə düşünə bilər ki, Mərkəzi Asiyaya Çinin gəlişini Türkiyənin öncüllüyündə türk faktoru neytrallaşdıra bilər. İkincisi, düşünür ki, ABŞ fundamental "islamçı" şəbəkəsini Troya atı kimi istifadə edərək Əfqanıstandan Mərkəzi Asiyaya, oradan da Rusiyanın müsəlman xalqları yaşayan regionlarına keçər. Belə bir keçid Şimali Qafqaza, Volqaboyuna daxil olub oradan Urala və Şərqi Sibirə yayılsa, Rusiyanın sonu gələr. Bu təhlükəyə qarşı Rusiya Avrasiyanın başqa böyükləri ilə birlikdə hərəkət etmək zorundadır. Turan ordusu quruculuğuna və Çinin Tacikistanda hərbi baza yaratmasna da bu səbəbdən belə "sakit" baxır. Eyni zamanda daim güclənən və dünya liderinə çevrilməkdə olan Çin özü də Rusiya ilə "səssiz müharibə" aparır; əhali ekspansiyası ilə artıq Sibirin və Uzaq Şərqin dərinliklərinə yayılmaqdadır. Bu, Rusiyanı narahat edən əsas səbəblərdən biridir. Ona görə də Rusiya-Türkiyə tandemi başqa bir geopolitik proyektin də içindədir.
Rusiya və Belarusun timsalında Slavyan birliyi ilə Türk birliyi prosesləri yanaşı gedir. Bəlkə də bu, sonda Avropa İttifaqı modelində Avrasiya İttifaqına doğru gedəcək. İndiki Avrasiya İqtisadi İttifaqının bazasında və ya yeni formatda.
Rusiyanın və İranın əhalisinin əhəmiyyətli hissəsi türklərdir. Ancaq nə Eləcə də, Azərbaycanda və Mərkəzi Asiya ölkələrində, xüsusilə, Qazaxıstanda rusdilli əhalinin böyük icmaları var. Bu günlərdə Aşqabadda Sammiti keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı da bu yeni Avrasiya İttifaqının sərhədlərini daha da geniş tuta bilər - Pakistan gələcəkdə Əfqanıstan bəlkə burada ola bilər. "3+3" formatı da alınsa, Cənubi Qafqaz bütövlükdə bu geopolitik sistemə daxil olar. Bəli, məhz belə bir Avrasiya İttifaqının xəyalını Rusiyada da, elə Türkiyədə də quranlar var. Çinlə Avropanın arasında yeni qlobal güc formalaşdırmaq düşüncəsi Avrasiyada çoxdan dolaşır. Bu, nə dərəcədə realistik və effektiv olacaq - orasını demək çətindir. Ancaq bu cür xəyali planlar var ən azı. Rusiya ilə, ya da Rusiyasız. Amma düşünürəm ki, Avrasiyada belə bir geopolitik kombinasiya qurmaq Rusiyasız və (və ya) Türkiyəsiz mümkün deyil. Bu iki dövlət,iki etnos Avrasiya geosiyasətinin qoşa qanadıdır...
Ancaq belə bir ambisioz layihə varsa, onun qırılma nöqtəsi Ukraynadır. Bu aralıqda Donbasda hərbi kampaniyanın körüklənməsi, Rusiyanın Ukrayna ilə sərhədə 92 minlik qoşun yığması, ABŞ-ın bu slavyan ölkəsinə məhdud da olsa, hərbi kontingent göndərməsi... bunlar təsadüfə oxşamır. Eyni zamanda Türkiyə prezidentinin Rusiya ilə Ukrayna arasında vasitəçilik etmək təşəbbüsü də burdan qaynaqlanır. ABŞ Ukraynanı Rusiya ilə açıq qarşıdurmaya itələyir. Ki, Rusiya Ukraynaya lokal hərbi müdaxilə etsin. O zaman Avropanı Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə "inandırmaq" asan olacaq. Və, təbii ki, Amerika sanksiyaları da sərtləşəcək. Hazırda Putinin Belarus-Polşa sərhədində yaratdığı və moderatorluğunu Lukaşenkoya həvalə etdiyi "miqrant müharibəsi" də Avropaya pressinqdir ki, əsasən Almaniya, eləcə də, Fransa ABŞ diqtəsinə boyun əyməsinlər. ABŞ və Almaniya da fərqindədirlər ki, Ukraynanı əldən versələr, Rusiya dayanmsyacaq; Şərqi Avropanın içərilərinə nüfuz edəcək. Bunun da ilkin mexanizmi Rusiya-Belarus ittifaqıdır ki, Ukraynanı bu İttifaq üçün qazanmaqla Putin ilkin mərhələdə Ukrayna ilə həmsərhəd olan Polşanı və Slovakiyanı Rusiya "təsir zonası"na çəkə bilər. Macarıstan artıq Türkiyə ilə unison davranır. İndilik görünən budur ki, ABŞ bu savaşı iqtisadi silahlarla, Rusiya hərblə həll etməyə meyllidir. Türkiyə isə siyasi həll variantı təklif edir; Ukrayna ilə Rusiya arasında vasitəçiliklə. Ancaq Rusiya Türkiyə vasitəçiliyinə hələ ki isti yanaşma göstərmir. Türkiyə Ukraynaya verdiyi "Bayraktar"larla Rusiyanı barışdan başqa yolu olmadığına "razı salmaq" fikrindədir. Moskvada əsas qıcıq yaradan bir səbəb budur. Eyni zamanda Krım. Rusiya ilə Türkiyənin Ukrayna masasında Krım kartı var - Türkiyə Krımı Ukraynada görür...
Bahəddin Həzi
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
• Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad edilib - SƏRƏNCAM
Dünən, 15:43 |
|
|
|
• Azərbaycan Milli Konservatoriyasına yeni rektor TƏYİN EDİLDİ
Dünən, 15:42 |
|
|
|
• Regiondakı paytaxt şəhərlərdə mənzillərin 1 kv. metri neçəyə satılır? - SİYAHI
Dünən, 15:09 |
|
|
|
|