“Peyvənd dissidentləri”:Yaxud pul burada da işə yarayır - ARAŞDIRMA
Tarix: 15-11-2021, 08:40 | Çap et
Dünyada pandemiya səngimədiyi kimi, müzakirələr də səngimir.
Peyvənd hələlik istənilən nəticəni verməyib və indi dövlətlər “COVID pasportu” etirazları fonunda məcburi peyvəndləmə barədə gizli də olsa, müzakirələr aparır.
Cebhe.info”Rosbalt”-a istinadən xəbər verir ki, Rusiyada dövlətin bütün vətəndaşları koronavirusa qarşı peyvənd olunmağa məcbur etmək hüququ və imkanı olub-olmadığı ilə bağlı qızğın müzakirələr gedir. Eyni zamanda, bəziləri “soyqırım”dan, yeni “aparteid” rejimindən, başqa sözlə, peyvənd olunmamış vətəndaşların hüquqlarının məhdudlaşdırıldığından danışırlar. Məsələn, peyvənd olunmayanlar ictimai nəqliyyatdan istifadə edə, dövlət qurumlarına baş çəkə, restorana gedə bilməzlər.
Avropa daha tez “oyanıb”
Peyvəndin tərəfdarları və əleyhdarları əksər hallarda Avropa təcrübəsinə istinad edirlər. Bununla belə, Avropa İttifaqında da eyni xarakterli etirazlar və müzakirələr gedir. Sadəcə bir fərq var ki, Avropada əhalinin etirazı daha tez başlayıb. Onlar hətta “COVID pasportu”nun hüquqları məhdudlaşdırdığını bildirərək küçələrə də çıxıblar.
QR kodlarının müəyyən bir ictimai yerə getmək hüququnu təsdiq edən sənəd kimi kütləvi istifadəsi bəzi Avropa ölkələrində hətta 2020-ci ilin yazında, yəni ilk karantin rejimi zamanı tətbiq edilib. Paralel olaraq etirazlar başlayıb.
Peyvənddən yayınan ölkədə daha çox ölüm
Bu gün Avropa İttifaqında əhalinin demək olar ki, 65%-i tam peyvənd olunub. Birinci doza70% -i əhatə edib, lakin bəziləri artıq üçüncü dəfə peyvənd olunub. Eyni zamanda, ölkədən ölkəyə rəqəmlər kəskin şəkildə fərqlənir. Qərbdən Şərqə doğru hərəkət edərkən peyvənd olunanların sayı orta hesabla azalır. Rekordçu əhalinin 81%-dən çoxunun tam peyvənd olunduğu Portuqaliyadır. Bu ölkədə 87% ilk dozanı alıb.
Başqa sözlə, 18 yaşdan yuxarı əhalinin təxminən 99%-i peyvəndin ən azı bir dozasını alıb. Yəni, tibbi icazəsi olan və ya hələ peyvənd olunmamış uşaqlar istisna olmaqla, "tam əhatə dairəsi" var.
Siyahının sonunda əhalinin yalnız dörddə birindən bir qədər çoxunun peyvənd olunduğu Bolqarıstan dayanır. Burada peyvənddən yayınanlar demək olar ki, 75%-dir. Bu isə Rusiyadan da çoxdur. Eyni zamanda, Bolqarıstan ölüm göstəricisinə görə Aİ-də liderlər sırasındadır. Mütəmadi olaraq ölkədə vətəndaş hüquqlarının məhdudlaşdırılmasına etirazlar da olur. Polislə toqquşmalar baş verir, hətta peyvənd mərkəzlərinə hücum halları da qeydə alınır.
“Saxta pasport”un rekordçusu
Bolqarıstan həm də saxta peyvənd sertifikatlarının sayına görə qeyri-rəsmi lider hesab olunur. Bu sənədə tələbat var, çünki bu gün Aİ ölkələrinin əksəriyyətində kütləvi tədbirlərə sertifikatsız, bəzi ölkələrdə isə muzeylərə, kinoteatrlara, restoranlara və hətta uzun məsafəli nəqliyyata onsuz girmək mümkün deyil.
Bir çox ölkələr könüllü peyvənd olunanların sayı ilə bağlı yüksək rəqəmlər əldə ediblər. Məsələn, Çexiyada rəqəmlər 60%-ə qədərdir. Burada məhdudiyyətlərin və COVIDk əleyhinə peyvəndlərin əleyhdarları da etiraz aksiyaları keçirirlər, lakin sakit çexlər polislə döyüşmür və polis bu aksyaları dağıtmır. Rəsmilər ölkədə koronavirusa yoluxma hallarının yenidən və kifayət qədər sürətlə artdığını nəzərə alaraq, tədricən məcburi tədbirlərə qayıdırlar. Bir tərəfdən, QR kodlu sertifikatlar artıq restoran və kafelərin işçiləri tərəfindən girişdə yoxlanılmalıdır, digər tərəfdən, dövlət göndərişlə gələnlər istisna olmaqla, digərlərinin COVID testini pulsuz etmir.
Bütövlükdə Avropa İttifaqının təcrübəsinə əsaslansaq, “avroyla cəzalandırma” insanları peyvənd etdirməyə təşviq edən kifayət qədər effektiv üsul hesab olunur. Məsələn, Fransa peyvənd olunanların sayına görə Qərbi Avropa ölkələri siyahısında sonuncu yerdə idi. Fransada “COVID passportları”nın tətbiqinə qarşı etirazlar çoxdur və müntəzəm olaraq polislə toqquşmalarla başa çatır.
“COVID dissidentləri”
“COVID dissidentləri” adlandırılanlarla bağlı AB-də bu payızın bəlkə də ən səs-küylü qalmaqalı məhz Fransada baş verib. Fransa mətbuatının yazdığına görə, keçmiş deputat və sui-qəsd nəzəriyyəçisi Remi Daiet ölkədə dövlət çevrilişi hazırlayırmış. Onun qərargahı, narazı polislər şəbəkəsi, yanğınsöndürənlər, kəşfiyyatçılar və hətta “5G şəbəkələrinə məruz qalmadan” qoruyucu vasitələri var idi. Belə bir komanda ilə o, Parisdəki Prezident İqamətgahını - Yelisey Sarayını, eləcə də televiziyanı ələ keçirmək adı altında polisə hücum etməyə, terror aktına hazırlaşırdı. Lakin bu sui-qəsdin üstü açıldı, təşkilatçılar saxlanıldı.
Narazıların müqavimətini dəf edən Fransa hakimiyyəti bütün testləri pullu etdi və artıq “COVID pasportları” hər yerdə məcburidir. Nəticədə etirazçılar da peyvənd məntəqələrinə getdilər. Fransa kəskin sıçrayış etdi və peyvənd olunanların sayına görə yayda oxşar tədbirləri tətbiq edən İtaliya ilə təxminən eyni səviyyəyə çatdı.
Virusa təslim olan ölkə necə dirçəldi?
İtaliya hökuməti hesab edirdi ki, məhz peyvənd sektorundakı aktiv tədbirlər, yeni iqtisadi siyasətlə birlikdə sağlam kadrları qoruyub saxlamaq, daimi karantində olmaq ticarətin dinamikasını qorumağa və istehsala müsbət təsir edəcək. Nəticədə, İtaliya iqtisadi artım baxımından birdən-birə Aİ-də üçüncü yerə yüksəldi.
Dissidentlər də bölünür
Bununla belə, Avropa İttifaqındakı etirazların intensivliyi artır. Almaniyada bu, kifayət qədər çoxsaylı və müxtəlif hərəkatdır. “COVID dissidentləri” bir neçə icmaya bölünür, bəzilərinin fikrincə, “Almaniya üçün Alternativ” Partiyasına, yəni Rusiyaya rəğbət bəsləyən siyasətçilərə yaxındır. Digərləri tamamilə neonasist hərəkatları ilə əlaqələndirilir və çox vaxt polislə birbaşa toqquşmalarda iştirak edirlər. Depolitizasiya edilmiş koronasseptiklər də var ki, onları “qeyri-standart düşünənlər (Querdenker)” adlandırırlar.
Çox peyvənd, çox inkişaf
Beləliklə, Avropa İttifaqında koronavirus bəlkə də əsas müzakirə mövzusu olaraq qalır. “COVID dissidentləri” hardasa polislə döyüşür, haradasa dövlət çevrilişi hazırlayırlar, lakin daha çox peyvənd olunmaqdan imtina edirlər və hakimiyyətin peyvənd olunmamış insanların hüquqlarını qanunsuz olaraq məhdudlaşdırdığına inanırlar. Bu mürəkkəb sosial problemdir, bəzən az qala vətəndaş qarşıdurması şəklini alır. Bununla belə, bu fonda ən azı iqtisadi cəhətdən ən uğurlu olan ölkələr hazırda peyvənddə daha fəal olan ölkələrdir.
Pul burada da işə yarayır
Mütəxəssislər deyir ki, peyvəndi stimullaşdırmağın ən yaxşı yolu maliyyədir. Yeri gəlmişkən, Avropa Birliyinin bəzi varlı ölkələrində bu, artıq tətbiq olunur. Belə ki, peyvənd olunanlara pul ödəməyə başlayırlar və ya Litvada olduğu kimi, artıq peyvənd olunmuşlar üçün elektrik enerjisinin qiymətindəki artım dövlət tərəfindən kompensasiya edilir. Qonşu Gürcüstanda peyvənd olunan təqaüdçülərin aylıq tqaüdünün üstünə 66 dollar birdəfəlik ödəniş əlavə olunur.
Çevirdi: Elnarə Kərimova Cebhe.info
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47 |
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
|