Lukaşenko Avropanı təhdid etdi: - “Bütün kommunikasiya xətlərini bağlaya bilərik”
Tarix: 12-11-2021, 12:40 | Çap et
Belarus Avropanın ona qarşı çıxarmağa çalışdığı sanksiyalara sərt cavab verməyə hazırdır. Ovqat.com-un məlumatına görə, dünən Belarus prezidenti Aleksandr Lukaşenko Aİ-nə bu barədə xəbərdarlıq edib. Onun sözlərinə görə, Aİ Belarusa qarşı 5-ci sanksiya paketini qəbul edərsə, Minsk onunla bütün kommunikasiya əlaqələrini kəsə bilər: “Bir çoxları bizi beşinci paketlə qorxutmağa başlayıb. Bu beşinci paket üçün Roman Aleksandroviçə (Belarusun baş naziri) göstəriş verilib: biz onlara heç nəyi bağışlamayacağıq. Polşa bizi qorxudur ki, sərhədi bağlayacaq. Zəhmət olmasa bağlayın: asta qaçan namərddir. Bəs biz Belarusdan Avropa ölkələrinə tranziti bağlasaq, nə olacaq? Avropaya tranzit xətti Ukraynadan keçə bilməz, çünki orada Rusiya ilə sərhəd bağlıdır. Baltikyanı ölkələrdə isə tranzit yolları yoxdur. Biz tranzit xətlərini polyaklar və ya almanlar üçün bağlasaq, nə edəcəklər? Biz öz suverenliyimizi və müstəqilliyimizi müdafiə edərkən heç nədən çəkinməyəcəyik”. Lukaşenko xatırladıb ki, Yamal-Avropa transmilli əsas ixrac qaz kəməri Belarus ərazisindən keçir və son vaxtlar Rusiyadan Qərbə qaz tranzitinin həcmi xeyli artıb.
“Biz Avropanı isidirik, onlar isə bizi hədələyirlər ki, sərhədi bağlayacaqlar. Bəs biz təbii qazı tamamilə bağlasaq, necə? Ona görə də mən Polşa rəhbərliyinə, litvalılara və başqa beyinsiz adamlara danışmazdan əvvəl düşünməyi tövsiyə edərdim. Amma bu onların problemidir. Amma Xarici İşlər Nazirliyimiz Avropadakı hər kəsə xəbərdarlıq etməlidir: əgər bizə həzm edə bilməyəcəyimiz və qəbulolunmaz əlavə sanksiyalar tətbiq etsələr, cavab verəcəyik. Necə cavab verəcəyimizi biz ay əvvəl onların diqqətinə çatmırmışıq", - Lukaşenko belə deyib. Xatırladaq ki, Belarusla Aİ arasında münasibətlər 2020-ci ilin avqustunda respublikada keçirilən prezident seçkilərindən sonra pisləşib. Qərb ölkələri Lukaşenkonu dövlət başçısı kimi tanımır və rəsmi Minskə qarşı bir neçə sanksiya paketi təqdim edib. Belarus və Aİ sərhədində baş verən miqrasiya böhranı ilə əlaqədar Brüssel beşinci məhdudiyyətlər paketi hazırlayır. Belarusun bağlamaqla təhdid etdiyi Yamal-Avropa xətti Rusiyanın Avropanı qazla təchiz edən əsas boru kəmərlərindəndir. Bu kəmər 1999-cu ildə Ukraynadan yan keçməklə çəkilib. Qərbi Sibirin şimalındakı qaz yataqlarını Avropaya birləşdirən kəmər Rusiya qazının “qoca qitə”yə nəqlinin çevikliyini və etibarlılığını artıran əlavə ixrac dəhlizi hesab olunur. Kəmər Rusiya, Belarus, Polşa və Almaniya ərazisindən keçir. Ümumi uzunluğu 2000 km-dən çox, diametri 1420 mm olan kəmərlə ildə 32,9 milyard kub metr qaz ixrac olunur. Kəmərin dörddə birindən çoxu (575 km) Belarus ərazisindən keçir. Sibirdən Avropaya qaz nasoslayan kəmərin 15 kompressor stansiyası var ki, bunlardan 5-i Belarus ərazisində yerləşir. Dolayısıyla Lukaşenkonun həqiqətən də Avropanın qərbinə qaz ixracını dayandırmaq imkanı var.
Nəzərə alsaq ki, Rusiyanın 2019-cu ilə qədər Ukrayna üzərindən Avropaya nəql etdiyi ildə 85 kub metr gücündə olan qaz xətti də tamamilə dayandırılıb, Yamal-Avropa kəmərinin əhəmiyyətinin daha da artdığını anlaya bilərik. Üstəlik, istər Ukrayna üzərindən keçən, istərsə də Yamal-Avropa qaz kəmərləri eyni məkana uzanır – Qərbi Avropaya. Rusiya sentyabr ayından etibarən dayandırdığı Ukrayna xətti ilə qaz nəqlini kompensasiya etmək üçün “Şimal axını-2” kəmərini çəkib, fəqət onun işə düşməsi Avropa İttifaqının bürokratik əngəlləri sayəsində ləngiyir. Ən son məlumata görə, “Şimal axını-2” layihəsinin işləyib-işləməyəcəyi barədə qərarı qarşıdakı yaz aylarında Avropa İttifaqının müvafiq orqanları verəcək. Aİ əgər bu kəmərdən siyasi basqı vasitəsi kimi istifadə olunması niyyətini müəyyənləşdirsə, qərarın Rusiyanın əleyhinə çıxacağı bəllidir. Rusiya isə son zamanlar açıq şəkildə qaz kəmərlərindən Avropaya siyasi basqı aləti kimi istifadə edir. Dolayısıyla gələn ilin ilk rübündə başlayacaq müzakirələrin “Qazprom”un leyhinı sonuclana biləcəyi ehtimalı böyükdür. Zənnimizcə, Rusiyanın son zamanlar Avropa ölkələrini qazla imtahana çəkməsinin əsas səbəblərindən biri də “Şimal axını-2” layihəsini Aİ-yə qəbul etdirmək məqsədi güdür. Nədən ki, Rusiyanın Ukrayna və Belarus üzərindən qaz nəqlini dayandırması faktiki olaraq enerji idxalından asılı vəziyyətdə qalan Avropanın çarəsizliyindən faydalanıb öz siyasətini ona diktə etmək deməkdir.
Bunu birbaşa deyil, Belarus üzərindən həyata keçirilməsi isə ilk baxışdan yaxşı düşünülmüş ssenari təəssüratı yaradır. Belə ki, “Qazprom” Avropa tərəfdaşları ilə bağladığı müqavilələrə əsasən qaz nəqlini dayandıra bilməz. Amma bunun “ipə-sapa yatmayan” Lukaşenko tərəfindən dayandırılmasına qarışmaq da formal olaraq “onun əlində deyil”. Moskvanın bu cür uydurma dəlilləri Aİ-də kimlərəsə haqlı olaraq inandırıcı görünməyə bilər (Lukaşenkonun Putindən icazə almadan “Qazprom”un kəmərini dayanadırması mümkün deyil), amma hüquq siyasi mülahizələrə yox, formal reallıqlara istinad edir. Formal reallıq isə Rusiyanın tərəfindədir. Zənnimizcə, Belarusun Yamal-Avropa qaz kəmərini dayandırması Rusiyanın nəinki iqtisadi maraqlarına zərbə vurmur, əksinə onun cari hədəflərinə tam cavab verir. Çünki Rusiya Yamal-Avropa kəməri ilə nəql etdiyi qazı Avropanın məcburən razılaşacağı “Şimal axını-2” kəməri ilə onsuz da “qoca qitə”nin enerji bazarına çıxarcağına inanır. Moskvanın fikrincə, qarşıdan soyuq qış ayları gəldiyindən Avropa ölkələri istəsə də, istəməsə də, bu təkliflə razılaşmağa məhkumdur. Avropaya başqa xətlə çıxarılacaq qaz isə köhnə müqavilələrdə nəzərdə tutulan fyuçers qiymətlərilə deyil, real bazar qiymətinə satılacaq. Enerji qıtlığı yaşayan Avropada qış aylarında qazın spot (gündəlik) qiymətinin isə fyuçers qiymətlərindən dəfələrlə baha olacağı gözlənilir. Təsadüfi deyil ki, Avropanın gündəlik enerji satış bazarlarında sentyabrın sonlarından etibarən qazın qiymətləri astronomik səviyyələrdə artmağa başlamış, hətta 1000 kub metr qazın qiyməti 1000 dolları keçmişdi. Halbuki, Rusiyanın Avropa ölkələri ilə bağladığı çoxillik qaz müqavilələrində bu rəqəm 200-300 dollar civarında idi. Qış aylarında qiymətlərin hətta 2000 dollara yüksələcəyi gözlənilir.
Qısası, Belarus Yamal-Avropa qaz kəmərini bağlayarsa, Rusiya həm “Şimal axını-2” kəmərini zorla Aİ-yə qəbul etdirəcək, həm də ona qaz 5-10 dəfə baha sata biləcək.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47 |
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
• Nazim Bəydəmirlinin şikayəti üzrə məhkəmə keçirilib - DETALLAR
Dünən, 15:45 |
|
|
|
• Sabiq vəkil Elman Paşayev dələduzluq ittihamını qəbul etməyib - TASS
Dünən, 15:44 |
|
|
|
|