Amerikanın F-15E qırıcıları Ukrayna sərhədində: - Donbass və Krım ətrafında müdafiə xətti gücləndirilir
Tarix: 5-11-2021, 09:24 | Çap et
ABŞ öz qüvvələrini Ukrayna sərhədləri yaxınlığında yerləşdirib. Ovqat.com-un məlumatına görə, bir neçə gün əvvəl Amerikanın F-15E qırıcıları Rumıniya və Bolqarıstandakı aviabazalara göndərilib. Rus ekspertlər bu dislokasiyanı Donetsk və Luqanskdakı separatçı rejim üçün təhdid kimi qiymətləndirirlər. Rumıniyadakı aviabazaya Ukraynanın şərq hissəsi istiqamətində uzun uçuşların həyata keçirilməsini təmin edə biləcək bir tanker təyyarəsinin gətirilməsi barədə də məlumatlar var. Görünən budur ki, Bolqarıstana və Ruminyaya yerləşdirilən hərbi təyyarələrin uzaq məsafələrdə əməliyyata hazırlığı planlaşdırılır. Bundan əlavə, Bolqarıstanla sərhəd olan Yunanıstan da ABŞ təyyarə və tankları ilə doldurulmuş vəziyyətdədir. Yunanıstanın ABŞ-ın silah arsenalına çevrilməsi Türkiyədə ciddi narahatlıq doğursa da, başlıca hədəfin Rusiya olduğu son dislokasiya hadisələrində daha aydın şəkildə ortaya çıxır. Amerika tərəfi öz qırıcılarının Rumıniya və Bolqarıstandakı aviabazalara göndərməsinin səbəbini şərh etmir, lakin bu dislokasiya Ukrayna Silahlı Qüvvələrinə Rusiya hücumlarına məruz qalacağı təqdirdə hava dəstəyi verilməsi perspektivi ilə izah olunur. F-15E qırıcıları ən çox yer hədəflərini vurmaq üçün nəzərdə tutulan hərnbi təyyarələrdir. Məhz bu səbəbdən həmin təyyarələr qırıcı-bombardmançı kimi tanınır. Üstəlik, bu təyyarələrin radara daha az yaxalandığı və kifayət qədər güclü elektron döyüş sistemi ilə təchiz olunduğu iddia edilir. Qeyd edək ki, Rumıniyadakı aeroportlar Donbassdakı döyüş xəttindən cəmi 700 kilometr aralıdır və bu, müasir döyüş məkanı üçün o qədər uzun məsafə sayılmır. Hərbi təyyarələrin Bolqarıstana və Rumıniyaya yerləşdirilməsi Qara dənizdəki vəziyyətə də rahatlıqla nəzarət etmək imkanı yaradır. Xatırladaq ki, ABŞ Aralıq dənizindəki 6-cı donanmasının flaqmanını və digər bir gəmisini də Qara dənizə göndərib. 6-cı donanmanın qərargahı və rəhbərliyinin də “Mount Whitney” adlı flaqman gəmisində olduğu bildirilir. Bu isə o anlama gəlir ki, ABŞ 6-cı donanmasının qərargahını da hazırda Qara dənizə köçürüb. Pentaqonun rəsmi açıqlamasında ABŞ gəmilərinin hansısa təlimlərə qatılmaq üçün yox, adı qoyulmayan əməliyyatlarda iştirak etmək üçün Qara dənizə göndərildiyi qeyd olunur.
1936-cı ildə bağlanmış Montro Konvensiyasına əsasən, Qara dəniz sahilində yerləşməyən ölkələrin bu su hövzəsində daimi gəmi saxlamaq hüququ yoxdur. Qara dənizə girən bütün xarici gəmilər uzağı 23 gün ərzində bu su hövzəsini tərk etməlidirlər. Odur ki, ABŞ-ın 6-cı donanmasını Qara dənizdə yerləşdirmək imkanı məhduddur. Bununla belə, son illərin təcrübəsi göstərir ki, NATO gəmiləri vədə tamam olanda Qara dənizi tərk edib estafeti başqa gəmilərə ötürə bilirlər. Üzərindən bir müddət keçəndən sonra həmin gəmilər bir də müvəqqəti dislokasiya yerlərinə qayıdırlar. ABŞ-ın hərbi gəmilərini Qara dənizə göndərməsindən ardından təyyarələrini də həmin dənizin sahillərinə yerləşdirməsi öz donanmasının mühafizəsini möhkəmləndirməsi mənasına gəlir. Təsadüfi deyil ki, Rusiya bu hadisədən sonra Qara dənizdə hərbi təlimlərə başlamış və “düşmən qüvvələrinin məhv edilməsi” ssenarisi üzərində məşqlər keçirmişdi. ABŞ hərbi təyyarələrini “münaqişə bölgəsi”nə yerləşdirməklə Qara dənizdə göndərdiyi gəmilərini Rusiyanın hücum təhlükələrindən sığortalamış oldu.
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• Afina İrəvana bu sistemləri göndərir: Bakı artıq tədbir görür - BELƏ DAVAM EDƏRSƏ...
Bu gün, 07:09 |
|
|
|
• Mirşahin Ağayev bu deputatları sərt tənqid etdi - VİDEO
Bu gün, 07:06 |
|
|
|
• "Bütün hallarda, onlar düzgün yolu seçmədilər" - Fazil Mustafa
Bu gün, 06:47 |
|
|
|
• "Proses davam etməlidir" - deputat
Bu gün, 06:38 |
|
|
|
• Bortnikov kəşfiyyat məlumatlarını “sızdırdı” - Azərbaycan iki ay ərzində…
Bu gün, 06:32 |
|
|
|
• Bakıda yataqxana içində yaşayış ola-ola sökülür - ŞİKAYƏT / VİDEO
Bu gün, 02:16 |
|
|
|
• Əri ölüm ayağında olduğu üçün intihar edibmiş - Eyni gündə dəfn olundular
Bu gün, 02:13 |
|
|
|
• "Xırda-para" nöqsanlar, yoxsa sosial çaxnaşma təhlükəsi - GƏLİŞMƏ
Bu gün, 02:09 |
|
|
|
• Qonşu ölkədə iqtisadi vəziyyətin pisləşməsi Azərbaycan hökumətinə həyəcan siqnalıdır - Batan Rusiya, üzməyə çalışan azərbaycanlılar
Bu gün, 02:02 |
|
|
|
• “Gürcü Arzusu”ndan növbəti ruspərəst addım: qonşuda yeni qalmaqal - NƏ BAŞ VERİR?
Bu gün, 02:00 |
|
|
|
• Estetik cərrah pasiyenti görün nə hala salıb - "Bədənimdən çirk axır"
Bu gün, 01:10 |
|
|
|
• "Ticarətlə məşğul olmaq istəyirdim..."
Bu gün, 01:06 |
|
|
|
• AzTV “üsyankar” deputatları yıxıb sürüdü: “Möhtəkir”, “Şoumen” - VİDEO
Bu gün, 01:00 |
|
|
|
• Hikmət Məmmədov işdən çıxarıldı - ƏMR
Bu gün, 00:53 |
|
|
|
• Dövlət Xidməti avtomobillərinə 3,8 milyon manatlıq ehtiyat hissələri aldı
Bu gün, 00:05 |
|
|
|
• Füzulinin 5 kəndinin elektriklə təmin olunması 4 milyona - BAŞA GƏLƏCƏK
Bu gün, 00:02 |
|
|
|
• Şirvanda insult keçirən adama əlillik verilmir – Nazirliyə şikayət
Dünən, 19:02 |
|
|
|
• Hamı xaricdə oxuyan axtarır: Öz diplomlarımıza etibar yoxdur? - NƏ ETMƏLİ?
Dünən, 19:00 |
|
|
|
• “Veteran pulu” nə qədər artırılacaq? - AKTUAL
Dünən, 18:58 |
|
|
|
• Tehran artıq başa düşür ki... - ŞƏRH
Dünən, 18:24 |
|
|
|
• Bələdiyyə seçkilərində “exit-poll” keçirmək niyyətində olan təşkilatların sənədləri yanvarın 9-dək qəbul ediləcək
Dünən, 18:11 |
|
|
|
• DUDANIN SƏRHƏIDİMİZDƏKİ DUASI... - Layiqli cavabı verilməlidir!
Dünən, 18:00 |
|
|
|
• Radiotezliklər İdarəsi 100 min manatlıq gül alır – “ Dua çiçəyi” və “Pul ağacı” da var
Dünən, 17:59 |
|
|
|
• Ermənistanda Paşinyana və müavininə cinayət işi açmaq tələb olundu - KİV
Dünən, 17:55 |
|
|
|
• Azərbaycanda estetik əməliyyatlar qadağan olunur? - NƏ BAŞ VERİR?
Dünən, 17:53 |
|
|
|
• Bu addım Polşanın Azərbaycana qarşı münasibətinin səmimi olmadığını göstərir - HƏQİQƏTƏN DƏ...
Dünən, 17:49 |
|
|
|
• İki ildir SƏDR ƏVƏZİ olan İlham Mirzəliyev... vəzifəsindən uzaqlaşdırılır
Dünən, 17:41 |
|
|
|
• BİR-İKİ QOTUR DANANIN RƏSMİ MİNNƏTİ... - Oliqarxlar əslində dövlətin nüfuzunu LƏKƏLƏYİRLƏR
Dünən, 17:36 |
|
|
|
• Nar mobil rabitə təlimlərini bölgələrdə davam etdirir - DİQQƏT
Dünən, 17:29 |
|
|
|
• "Bankda sənədləri imzalayıb 7 milyon manat götürdü" - "Şlyapa Zahid"in məhkəməsi
Dünən, 17:24 |
|
|
|
• Azərbaycanda MTK MMC-yə çevrilir
Dünən, 17:22 |
|
|
|
• Müxalifət bələdiyyə seçkilərinə gedəcəkmi? - SORĞU
Dünən, 17:17 |
|
|
|
• Rusiya Prezidenti Qazaxıstana dövlət səfərinə gedib
Dünən, 17:05 |
|
|
|
• 14 yaşlı qızın ÖLÜM SEÇİMİ, 51 yaşlı qadının HƏYAT SAVAŞI
Dünən, 17:03 |
|
|
|
• “Gəncə Avtomobil Zavodu” ölkədən külli miqdarda pul çıxarıb? – MƏHKƏMƏ
Dünən, 17:01 |
|
|
|
• "Rich life Rooms"da dava: Qadınla kişi dalaşdı, həbs olunan var - TƏFƏRRÜAT
Dünən, 16:52 |
|
|
|
• Ermənistan silahlanır - İrəvan bütün variantlara əl atacaq
Dünən, 16:45 |
|
|
|
• "Yelo Bank"ın əməkdaşı 3.5 milyon manat mənimsədi - Həbs edildi
Dünən, 16:40 |
|
|
|
• Sabahdan bələdiyyə üzvlüyünə namizədlərin irəli sürülməsi prosesi başlayacaq
Dünən, 16:33 |
|
|
|
• “Hizbullah” indiki vəziyyətdə belə Livan ordusundan güclüdür... - FAKT BUDUR!
Dünən, 16:23 |
|
|
|
• Azərbaycana qarşı dezinformasiya hücumu gücləndi – Bakının cavabı
Dünən, 16:20 |
|
|
|
• Bakıda kişi 25 yaşlı arvadını niyə qətlə yetirib? - TƏFƏRRÜAT
Dünən, 16:19 |
|
|
|
• Yataq xəstəsi ilə bağlı paylaşım edildi: - Dövlət qurumu hərəkətə keçdi
Dünən, 16:17 |
|
|
|
• Bələdiyyə seçkilərində müşahidəçilik üçün sənədlərin qəbuluna başlanır - DİQQƏT
Dünən, 16:14 |
|
|
|
• Sumqayıt Texnologiyalar Parkı yeni törəmə şirkət yaradıb
Dünən, 16:13 |
|
|
|
• Azərbaycanlı müğənni 39 minlik çantası ilə diqqət çəkdi
Dünən, 16:07 |
|
|
|
• Azərbaycanda növbəti bələdiyyə seçkiləri 2025-ci il yanvarın 29-na təyin edilib - AÇIQLANDI
Dünən, 16:05 |
|
|
|
• İcra başçısının bacısı oğluna vəzifə verməsi iddiasına - Rəsmi reaksiya
Dünən, 16:03 |
|
|
|
• Əmək hüquqlarını pozan şirkət 24 min, direktoru 3 min manat cərimə edilib
Dünən, 16:00 |
|
|
|
• Naxçıvanda təhsil sahəsində nələr baş verir... - İLGİNC İDDİALAR
Dünən, 15:58 |
|
|
|
|