Mixail Saakaşvilinin həbsxanadan azad olunması üçün şərtlər açıqlanıb - TƏFƏRRÜAT
Tarix: 2-10-2021, 08:04 |
Çap et
Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvilini ölkənin hazırkı lideri tərəfindən əfv edilməsi və ya ekstradisiya yolu ilə azad etmək olar.
“Report” Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə Saakaşvilinin vəkili Beka Basilaya bildirib.
O, Gürcüstan prezidenti Salome Zurabişvilinin Saakaşvilini əfv etməyəcəyinə dair bəyanatını xatırladıb, lakin qeyd edib ki, sabah vəziyyət dəyişə bilər.
Vəkilin sözlərinə görə, Gürcüstanın sabiq prezidentinin taleyi siyasi iradədən asılıdır".
Beka Basilaya hesab edir ki, Gürcüstanda bu gün keçiriləcək yerli özünüidarəetmə orqanlarına seçkilərin nəticələri ölkə prezidentinin qəti qərarına təsir edəcək.
Saakaşvilinin Ukraynaya ekstradisiyası haqqında danışan vəkil vurğulayıb ki, bu prosedur uzun vaxt aparır. Bundan başqa, Ukrayna hakimiyyəti hələ Gürcüstana bununla bağlı müvafiq sorğunu göndərməyib.
Mixeil Saakaşvili dünən Gürcüstanda həbs edilib.