Mülayim şimal-qərb küləyi əsəcək .....                     Ermənistanda "DİN davası" .....                     Ermənistan gec-tez bunu edəcək .....                     Bəşər Əsəd Moskvadadır .....                     DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb .....                     Quba RİH vəd verdi... .....                     Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır .....                     Ermənistana verilən silahlarla bağlı fərqli iddia: .....                     Tələbələr “asan qazanc” tələsinə düşür .....                     Ermənistan Macarıstanda səfirlik açacaq .....                     Paşinyan ordu komandanlarını dəyişdi .....                     Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi .....                     Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb .....                     Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? .....                     Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” .....                     "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" .....                     Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... .....                     Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? .....                     Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? .....                     Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... .....                     İrəvan Rusiyanı təkzib etdi: .....                     "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... .....                     Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu .....                     İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: .....                     Məhsul sifariş edib... hardadır bilinmir... .....                     Ukraynada daha bir azərbaycanlı həlak oldu .....                     Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları .....                     Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq .....                     Nüfuz alverində təqsirləndirilən vəkilin .....                     “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” .....                     “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” .....                     "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi .....                     Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... .....                     Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib .....                     Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var .....                     Paşinyan Zəngəzur dəhlizindən imtina etmir .....                     AYNA-nın əyilən lövhəsi... .....                     Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir .....                     Ləğv prosesində olan şirkətin .....                     Aslan Quliyev həbs edilə bilər? .....                 

Saakaşvili Gürcüstanda: qonşu ölkədə nələr baş verəcək? - TƏHLİL
Tarix: 2-10-2021, 08:01 | Çap et
Saakaşvili Gürcüstanda: qonşu ölkədə nələr baş verəcək?
Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili ölkəsinə qayıdıb. Keçmiş dövlət başçısı sosial media hesablarında “Sabahın xeyir, Gürcüstan. Səkkiz ildən sonra artıq Gürcüstandayam” məzmunlu video paylaşıb. Hazırda Batumi şəhərində olduğunu deyən Saakaşvili yaxın günlərdə paytaxt Tiflisə dönəcəyini bəyan edib.

Qeyd edək ki, Saakaşvili oktyabrın 2-də ölkəyə dönəcəyi vədini versə də, səfərini bir gün tezləşdirib. Rəsmi dairələr isə onun ölkəyə daxil olması faktını təsdiq etmir. Seçkiöncəsi geri dönməsi isə Gürcüstanda yenidən hakimiyyət dəyişikliyi olacağı ilə bağlı iddiaların gündəmə gəlməsinə səbəb olub.

Və son xəbərlərə görə, artıq Saakaşvili həbs olunub və ona qarşı ittihamlar hazırlanır.

Politoloq Sülhəddin Əkbər AYNA-ya açıqlamasında deyib ki, Gürcüstanda yenidən hakimiyyət dəyişikliyi baş verə bilər: “Şübhəsiz ki, rəsmi Tiflis mümkün qədər onun gəlişinin qarşısını almağa, zərərsizləşdirməyə çalışacaq. Təbii ki, həbs oluna da bilər. Bütün hallarda onun qayıdışı təsadüfi deyil. Düzdür, uzun müddətdir geri dönəcəyini bəyan etsə, bu, baş vermirdi. Seçki dönəmində onun qayıtması və bunu uzun müddət sonra həyata keçirməsi müəyyən şübhələrə yol açır. Unutmaq lazım deyil ki, Saakaşvili ziddiyyətli fiqurdur. Eyni zamanda inqilab təcrübəsi və xarakteri var. Bu mənada rəsmi Tiflis üçün real təhlükə aşılayır”.

Analitikin sözlərinə görə, Azərbaycanda da bu məsələ diqqətlə izlənilməlidir: “Gürcüstan bizim qonşumuzdur. Hər ikimiz Cənubi Qafqaz xalqlarıyıq. Bu ölkədə baş verənlərin bizə də müəyyən təsirləri var. Eyni zamanda, Gürcüstanda xeyli sayda azərbaycanlı yaşayır. Əgər Saakaşvili kütləni arxasınca apara bilsə, bu halda region üçün yeni dönəm başlayacaq. Onun yenidən hakimiyyətə qayıdışı regionda qüvvələr nisbətini dəyişəcək. Digər yandan, dəqiq bəlli deyil ki, onun qayıtmasında kimlər maraqlı ola bilər. Bir neçə gün öncə verdiyi müsahibəsi zamanı Qərbin ünvanına kəskin fikirlər səsləndirməsi, yenidən hakimiyyətə gələrsə, fərqli siyasi texnologiyalardan istifadə edəcəyini bəyan etməsi də diqqətdən kənarda qalmamalıdır”.

“Yaxın günlərdə bütün bu məsələlərə aydınlıq gələcək. Bütün hallarda Gürcüstan siyasi mənada ağır dövrə daxil olur. İndidən hadisələrin hansı məcrada inkişaf edəcəyinə dair qəti proqnoz vermək mümkün olmasa da, bu qarışıq situasiya Gürcüstan siyasəti üçün tamamilə yeni mənzərə yaradacaq”, - deyə Əkbər bildirib.

Politoloq Turab Rzayev də AYNA-ya söyləyib ki, Saakaşvilinin gəlişi qonşu dövlətdə siyasi canlanmaya səbəb olacaq: “Gürcüstanda müxalifətə olan inam ölmək üzrəydi. Bir neçə dəfə Saakaşvilinin gəlişi gözlənilsə də, bu, baş vermədi. Bundan əlavə, onun olmadığı dövrlərdə rəhbəri olduğu partiyada parçalanmalar yaranır, bəzi qüvvələr iqtidarla anlaşmaya gedirdi. Bu xüsusda ölkəboyu müxalifət də zəif duruma düşmüşdü. Bu səbəbdən Gürcüstanda siyasi dəyişiklik etməyin yolu Saakaşvilinin geri qayıtmasından keçirdi. Yalnız onun özü siyasi vəziyyəti dəyişə, əhaliyə güvən verə bilərdi. Əgər o, doğrudan da Gürcüstana gəlibsə və bundan Gürcüstan hakimiyyət orqanlarının xəbəri yoxdursa, deməli, iqtidar daxilində də ona dəstək verən qüvvələr mövcuddur”.

Həmsöhbətimizin fikrincə, Gürcüstanda hakimiyyətə ciddi problemlər yarana bilər: “Hadisələrin inkişafı, hətta hakimiyyət dəyişikliyinə, yeni inqilaba qədər gətirib çıxara bilər. Sözsüz ki, bunun regiona da ciddi təsirləri olacaq. Məlumdur ki, Saakaşvili gedəndən sonra uzun müddət ABŞ-la Rusiya arasında üzdə görünməyən “centlmen sazişi” ortada idi. Faktiki olaraq ölkədə ikihakimiyyətlilik hökm sürürdü. Bir qrup dövlət qurumlarına rusmeylli qüvvələr, digərlərinə isə Qərb dairələri nəzarət edirdi. Bir müddət sonra rusmeylli qüvvələr üstünlük qazanmağa başladılar. Ola bilsin ki, Qərb bundan sonra hadisələri öz nəzarətinə almağa çalışır. Saakaşvilinin qayıdışı da bu xüsusda təsadüfi sayıla bilməz”.

Rzayevin Saakaşvlinin gəlişinin regionda da ciddi maraqla qarşılandığını qeyd edib: “Bilirsiniz ki, Saakaşvili postsovet məkanında “məxməri inqilab”ın əsas iştirakçılarından biridir. Qərbin Paşinyanı hakimiyyətə gətirməsi, Belarusda Lukaşenkonu devirməyə yönəlik fəaliyyəti də yaxın keçmişdə baş verib. Mümkündür ki, Saakaşvili Gürcüstanda hakimiyyəti ələ alaraq Ukrayna ilə birlikdə Rusiyaya qarşı ciddi təzyiq rıçağına çevrilsin”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57
Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49
Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46
Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45
DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43
Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41
Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36
Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34
Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32
Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26
Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25
Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09
Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03
Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01
Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52
"Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49
Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46
Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39
Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36
Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29
İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28
"Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22
Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20
İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13
Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09
Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03
Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01
Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48
Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45
“Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37
“Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32
"Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31
Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29
Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25
Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21
Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20
AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17
Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12
Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08
Aslan Quliyev həbs edilə bilər? -Nəsimi rayonunda tikinti qalmaqalı böyüyür
Bu gün, 09:06
Azərbaycanda bələdiyyə seçkilərinə namizədlərin irəli sürülməsi prosesi başlayır - DİQQƏT
Bu gün, 09:02
Göyçayın bir kəndinin min dərdi... - "Bu özbaşnalığın ən böyüyüdür..."
Bu gün, 08:58
“Abşeron Treyd” MMC-nin həm də külli miqdarda vergi borcu VAR İMİŞ... - DETALLAR
Bu gün, 08:49
"Ancaq pensiya alanda, o da cəmi 1 kiloqram ət ala bilirəm..." - GİLEY
Bu gün, 08:46
Ceyhun Cəlilov Naxçıvana dabbaq xəstəliyi yayırmış - BU DA FAKT!
Bu gün, 08:42
"Məşğulluq Agentliyinin nümayəndələri bütün rayonlarda korrupsiya ilə məşğuldurlar" - ekspertdən İTTİHAM
Bu gün, 08:37
Azərbaycanda müəllim və tələbələr bu qərarı gözləyir - Görünəni odur ki...
Bu gün, 08:36
Yunanıstan Ermənistanı Rusiyaya qarşı silahlandırır - ŞƏRH
Bu gün, 08:34
Saatlı sakini buna görə narazıdır... - "3 uşağım ola-ola..."
Bu gün, 08:33
"Gözünüzün doyduğu gün olacaqmı?!" - ETİRAZ VAR...
Bu gün, 08:28
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru