Rusiya və Qazaxıstan Baykonur kosmodromunun müasirləşdirilməsinə dair müqavilə imzalayıb
Tarix: 17-09-2021, 08:08 |
Çap et
Rusiya və Qazaxıstan şirkətləri yeni orta sinif daşıyıcı raket “Soyuz-5”-in buraxılması üçün Baykonur kosmodromunun buraxılış və texniki komplekslərinin modernizasiyasına dair müqavilə imzalayıblar.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Roskosmos”un baş direktoru Dmitri Roqozin şəxsi “Twitter” hesabında yazıb.
Müqavilə Yerüstü Kosmik İnfrastruktur Obyektlərinin İstismarı Mərkəzi və “Bazis Construction” tərəfindən imzalanıb.
Dövlət şirkətinin rəhbəri qeyd edib ki, tərəflər “Soyuz-5” üçün “Baiterek” layihəsi çərçivəsində modernləşdirmə üçün Ukraynanın “Zenit” raketinin buraxılış və texniki komplekslərini yenidən qurulmasına başlayırlar.