Türkiyə və ABŞ Ukraynanı silahlandırır - Tək qalanı Kiyevin cəsarətlənməsidir...
Tarix: 16-09-2021, 08:11 | Çap et
ABŞ Konqresinin üzvləri Bayden hökumətinə tövsiyə ediblər ki, Ukraynaya hava və raket hücumundan müdafiə sistemləri verilsin və ya satılsın. Qanunvericilər bu məqsədlə 2022-ci il hərbi büdcəsi barədə qanun layihəsinə müvafiq düzəliş daxil etməyə çalışırlar. Güman edilir ki, Ukraynaya İsrail istehsalı olan və hazırda ABŞ ordusunun sərəncamındakı “Dəmir qübbə” (İron Dome) batareyalarından verilə bilər.
“Konqresdə bəziləri 2022-ci il üzrə müdafiə haqqında qanun layihəsinə düzəliş daxil edərək Bayden administrasiyasını Ukraynaya hava-raket hücumundan müasir müdafiə sistemləri verməyə və ya satmağa, o cümlədən “Dəmir qübbə” batareyası göndərməyə vadar etməyə çalışırlar”, – deyə ABŞ-ın nüfuzlu media orqanı – “Politico” yazıb.
Artıq Nümayəndələr Palatasının üzvü, respublikaçı Skott Franklin tərəfindən təklif olunan və hər iki partiya tərəfindən dəstəklənən müvafiq düzəliş qəbul olunub. (S.Franklin 26 il ABŞ Hərbi Dəniz Donanmasında xidmət edib.) Düzəlişdə qeyd olunur ki, Pentaqon mövcud hava və raket hücumundan müdafiə sistemlərinin Ukraynaya verilməsi barədə öz variantlarını Konqresə təqdim etməlidir. Sənəddə konkret hansısa sistemin adı çəkilməsə də, Konqresdəki mənbə bildirib ki, əsas namizədlər 2 “Dəmir qübbə” batareyasıdır.
Xatırladaq ki, Ukrayna prezidenti Vladimir Zelenskinin sentyabrın əvvəlində ABŞ-a səfəri zamanı bu məsələ müzakirə olunub. Səfər zamanı ABŞ və Ukrayna arasında hərbi sahədə əməkdaşlığa dair saziş imzalanıb. Prezident Baydenin göstərişi ilə Ukraynanın hərbi ehtiyacları üçün əlavə olaraq 60 milyon dollar ayrılıb. Bu vəsaitin çox hissəsi Ukrayna ordusu üçün məşhur “Javelin” antitank sistemlərinin alınmasına sərf olunacaq. ABŞ müdafiə naziri Lloyd Ostin bildirib ki, Ukrayna Rusiya aqressiyası ilə mübarizədə ABŞ-ın dəstəyinə ümid edə bilər. Ukraynanın müdafiə naziri Andrey Taran isə hava hücumundan müdafiə sistemlərinə ciddi ehtiyac duyduqlarını ABŞ hərbi rəhbərliyinin nəzərinə çatdırıb. Bu mövzu ötən həftə nüfuzlu senator Lindsi Qremin rəhbərliyi ilə ABŞ Konqresinin respublikaçı nümayəndə heyətinin Ukraynaya səfəri zamanı da əsas müzakirə mövzusu olub. L.Qrem Zelenski ilə görüşdən sonra keçirdiyi mətbuat konfransında bildirib ki, onlar Senatda Ukraynaya hava və raket hücumundan müdafiə sistemlərinin verilməsi məsələsini qaldıracaqlar.
Qeyd edək ki, “İron Dome” – “Dəmir qübbə” İsrailin “Rafael Advanced Defense Systems” şirkəti tərfindən işlənib hazırlanan mobil hava hücumundan müdafiə sistemidir. O, 4 – 70 km məsafədən atılan taktiki raketləri və artilleriya mərmilərini məhv etmək üçün nəzərdə tutulub. Bundan başqa, sistem 10 km yüksəkdə uçan hərbi təyyarələri də vura bilir. Bir ədəd “Dəmir qübbə” batareyası 150 kv. km sahəni müdafiə edə bilir. ABŞ 2019-cu ildə İsraildən bu sistemin 2 batareyasını əldə edib. Lakin iddialara görə, bu sistemləri ABŞ-ın raket hücumundan müdafiə sisteminə inteqrasiya etmək mümkün olmayıb.
Bəs, Ukrayna “Dəmir qübbə”ni alarsa, onu harada quraşdıracaq?
Ukraynalı mütəxəssislər bu sistemlərin cəbhə xəttindəki komanda məntəqələrinin və hərbi birləşmələrin müdafiəsi üçün istifadə oluna biləcəyini düşünürlər. Lakin 2 ədəd “Dəmir qübbə” batareyası əlbəttə ki, yetərli deyil, digər tərəfdən, bu sistem ballistik raketlərdən müdafiə üçün nəzərdə tutulmayıb. Bu səbəbdən, Ukraynanın ABŞ-dan məşhur “Patriot” sistemləri almaq fikri də var və bu məsələ hazırda müzakirə mərhələsindədir. “Patriot”lar Rusiyanın əlindəki ballisik raketlərdən müdafiəni təmin etmək üçün nəzərdə tutulur.
Ukrayna ordusunu komandanı: “Azərbaycanın təcrübəsi bizdə olsaydı…”
Ukrayna rəhbərliyi öz ordusunu pilotsuz aviasiya ilə də gücləndirmək niyyətindədir. Bu məqsədlə Türkiyədən məşhur “Bayraktar” zərbə dronlarının daha 4 kompleksinin alınması planlaşdırılıb. Bunu Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı, general-mayor Valeri Zalujnıy bildirib. O deyib ki, hazırda Ukrayna ordusunda 2 “Bayraktar” kompleksi – 12 ədəd dron var. Əlavə 4 kompleks 24 ədəd “Bayraktar” deməkdir. Alış-veriş uğurla yekunlaşsa, 2022-ci ilin sonuna Ukraynanın sərəncamında 36 ədəd “Bayraktar” dronu olacaq.
“Gələcəkdə biz yerli pilotsuz uçuş aparatları ilə arsenalımızı təchiz etmək niyyətindəyik”, – deyə V.Zalujnıy söyləyib. O bildirib ki, təkcə alış kifayət deyil, bu silahlarla effektiv davranmağı öyrənmək lazımdır. Ukraynalı general Azərbaycanın bu sahədə təcrübəsini yüksək qiymətləndirib:
“Biz hazırda bu aparatlardan istifadənin metodikasını öyrənirik. Əgər Azərbaycanın təcrübəsi bizdə olsaydı, işimiz daha asanlaşardı. Etiraf edirəm ki, bizim bu sahədə təəssüf ki, çox az təcrübəmiz var…”
Onu da əlavə edək ki, hazırda Türkiyə tərsanələrində Ukrayna Hərbi Dəniz Donanması üçün 2 ədəd “Ada“ tipli korvetin tikintisi gedir.
Press Klub
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• FHN-nin idarə rəisi cərimələndi - İş məhkəməlik oldu
Bu gün, 13:33 |
|
|
|
• Azərbaycanda sabiq deputat məhkəməyə VERİLDİ
Bu gün, 13:08 |
|
|
|
• Türkiyəli məşhur aktyor: - “Zəlzələ olanda Cavanşir Məmmədov bizi...”
Bu gün, 13:06 |
|
|
|
• Səhər açılanda artıq gec olur: - Qar yağdımı, texnika yola çıxmalıdır
Bu gün, 13:00 |
|
|
|
• Ermənistan müharibəyə hazırlaşır: Təhrikçi Fransadır - SENSASİON FAKTLAR
Bu gün, 12:57 |
|
|
|
• Flora Kərimova bu səbəbdən Səhiyyə Nazirliyini məhkəməyə verdi - DETALLAR
Bu gün, 12:50 |
|
|
|
• “Musiqimizin məşhur serialda səsləndirilməsi Ozan Akbabanın ideyasıdır” - Elşən rol aldığı “Çırak”-dan danışdı
Bu gün, 12:39 |
|
|
|
• Ziya Məmmədovun şirkəti gömrük qaydalarını pozur - TƏFƏRRÜAT
Bu gün, 12:35 |
|
|
|
• Sərkisyanın müavini Dekotinini hiddətləndirdi – Qərbi Azərbaycanla bağlı deyilənlər...
Bu gün, 12:26 |
|
|
|
• Bakıda marketdə ŞOK GÖRÜNTÜ: Pişik ətlərin üstündə gəzdi - VİDEO
Bu gün, 12:14 |
|
|
|
• Məşhur şirkət Azərbaycan bazarını niyə tərk edir? - AÇIQLAMA
Bu gün, 12:02 |
|
|
|
• Mülayim şimal-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 11:57 |
|
|
|
• Ermənistanda "DİN davası" - SOROS-un əsas agenti niyə vuruldu?
Bu gün, 11:49 |
|
|
|
• Ermənistan gec-tez bunu edəcək - Putinin köməkçisi
Bu gün, 11:46 |
|
|
|
• Bəşər Əsəd Moskvadadır - "ЕЖ"
Bu gün, 11:45 |
|
|
|
• DİN BNMİ-nin son əməliyyatları zamanı 40 kiloqram narkotik vasitə aşkarlanıb
Bu gün, 11:43 |
|
|
|
• Quba RİH vəd verdi... - FOTO
Bu gün, 11:41 |
|
|
|
• Nazirlik bu şəxsdən şəhid ailələri üçün 20 mənzil alır – 1,2 milyon pul ayrılıb
Bu gün, 11:36 |
|
|
|
• Ermənistana verilən silahlarla bağlı fərqli iddia: - İrəvan gizlicə...
Bu gün, 11:34 |
|
|
|
• Tələbələr “asan qazanc” tələsinə düşür - ÇAĞIRIŞ
Bu gün, 11:32 |
|
|
|
• Ermənistan Macarıstanda səfirlik açacaq - KİV
Bu gün, 11:26 |
|
|
|
• Paşinyan ordu komandanlarını dəyişdi
Bu gün, 11:25 |
|
|
|
• Əməkdar artist plastik əməliyyatla yanaqlarını kiçiltdi
Bu gün, 11:09 |
|
|
|
• Məktəbdənkənar təhsil müəssisələrinə elektron qəbul başlayıb - DİQQƏT!
Bu gün, 11:03 |
|
|
|
• Sumqayıtda məktəblərin isidilməsinə ayrılan pullar hara gedir? - İLGİNC FAKTLAR
Bu gün, 11:01 |
|
|
|
• Rüşvətlə xidmət yeri dəyişdirən “Dayı” - Hakim qarşısında
Bu gün, 10:52 |
|
|
|
• "Azərbaycan göstərdi ki, dedikləri nağıl deyil" - Manvel Sarkisyan
Bu gün, 10:49 |
|
|
|
• Şöbə müdiri xəstəxana direktorunun cinayət məsuliyyətinə cəlb olunmasını tələb etdi... - İTTİHAM VAR...
Bu gün, 10:46 |
|
|
|
• Tovuzda həlak olan hərbçilərə şəhid statusu veriləcək? - Rəsmi CAVAB
Bu gün, 10:39 |
|
|
|
• Paşinyan Qərblə Şərq arasında: İrəvan sammitdən niyə imtina etdi? - İNCƏLƏMƏ
Bu gün, 10:36 |
|
|
|
• Duda düşmən səngərində yer aldığını İNKAR ETMİR... - NƏZƏRƏ ALMALIYIQ...
Bu gün, 10:29 |
|
|
|
• İrəvan Rusiyanı təkzib etdi: - Paşinyan xahiş etməyib!
Bu gün, 10:28 |
|
|
|
• "Politico" nəşrinın ƏYRİ TƏRƏZİSİ... - QƏRƏZ... apaydın ortadadır...
Bu gün, 10:22 |
|
|
|
• Aşıq Ələsgərin heykəliylə gündəmə gələn şirkət 672 min manatlıq tenderin qalibi oldu - BU DƏFƏ...
Bu gün, 10:20 |
|
|
|
• İranla təlimlər vaxtı Bakıda NATO toplantısı: - DETALLAR
Bu gün, 10:13 |
|
|
|
• Məhsul sifariş edib... hardadır bilinmir... - NARAZILIQ VAR...
Bu gün, 10:09 |
|
|
|
• Ukraynada daha bir azərbaycanlı həlak oldu - ruslar tərəfdən döyüşüb...
Bu gün, 10:03 |
|
|
|
• Astanada KTMT-yə üzv ölkələrin XİN başçıları, müdafiə nazirləri və Təhlükəsizlik Şuraları rəhbərlərinin iclası başlayıb
Bu gün, 10:01 |
|
|
|
• Putin müharibəyə hazırlaşır: Birinci bu ölkədən başlayacaq - İNCƏLƏMƏ
Bu gün, 09:48 |
|
|
|
• Nüfuz alverində təqsirləndirilən vəkilin istintaqı BAŞA ÇATDI
Bu gün, 09:45 |
|
|
|
• “Müavinətlər artırılmasa, bu şəxslərin minimum səviyyədə yaşaması sual altına düşəcək” – Ekspert
Bu gün, 09:37 |
|
|
|
• “Parlament diskussiya yeridir, həqiqəti tapıb qanun qəbul etməliyik” - Siyavuş Novruzov özünü MÜDAFİƏ EDİR
Bu gün, 09:32 |
|
|
|
• "Lombard mafiyası"nın işi ilə bağlı yenidən məhkəməyə müraciət edildi - TƏFƏRRÜAT
Bu gün, 09:31 |
|
|
|
• Paşinyanın sədri olduğu Aİİ sammitinin Rusiyada keçirilməsi qərarı... - SƏBƏB BİLİNDİ...
Bu gün, 09:29 |
|
|
|
• Vergi orqanının bir milyondan çox mülki iddia qaldırdığı sahibkara bəraət verilib - TƏFƏRRÜAT
Bu gün, 09:25 |
|
|
|
• Ermənistana yeni raketlər göndərilir: Bölgə üçün ciddi risklər var - NƏ ETMƏLİ?
Bu gün, 09:21 |
|
|
|
• Paşinyan Zəngəzur dəhlizindən imtina etmir - Saqatelyan
Bu gün, 09:20 |
|
|
|
• AYNA-nın əyilən lövhəsi... - FOTOFAKT
Bu gün, 09:17 |
|
|
|
• Bakı şəhərində qarlı havalara hazırlıq tədbirləri davam edir - FOTO
Bu gün, 09:12 |
|
|
|
• Ləğv prosesində olan şirkətin - SƏHMLƏRİ DÖVRİYYƏDƏN ÇIXARILIR
Bu gün, 09:08 |
|
|
|
|