Paşinyan hakim partiyanın deputatları ilə məxfi və təcili toplantı keçirib - NƏ BAŞ VERİR?
Tarix: 13-08-2021, 09:00 |
Çap et
Dünən gecə saat 23-də Ermənistanın Baş naziri Nikol Paşinyanın təcili olaraq ölkə parlamentinə gəldiyi bildirilir.
Ovqat.com-un məlumatına görə, o, hakim partiyanın (“Mülki Müqavilə” partiyası) deputatları ilə toplantı keçirib.
Toplantı məxfi gündəliklə keçirildiyindən konkret hansı məsələlərin müzakirə olunduğu bilinmir. Lakin o bəllidir ki, ölkənin hüquq mühafizə orqanları toplantından informasiya sızıntısının qarşısını almaq üçün müxalif və bitərəf deputatları parlament binasından dərhal çıxarıblar.