Əsas Səhifə > Dünya > Paşinyan hakim partiyanın deputatları ilə məxfi və təcili toplantı keçirib

Paşinyan hakim partiyanın deputatları ilə məxfi və təcili toplantı keçirib


13-08-2021, 09:00
Paşinyan hakim partiyanın deputatları ilə məxfi və təcili toplantı keçirib
Dünən gecə saat 23-də Ermənistanın Baş naziri Nikol Paşinyanın təcili olaraq ölkə parlamentinə gəldiyi bildirilir.

Ovqat.com-un məlumatına görə, o, hakim partiyanın (“Mülki Müqavilə” partiyası) deputatları ilə toplantı keçirib.

Toplantı məxfi gündəliklə keçirildiyindən konkret hansı məsələlərin müzakirə olunduğu bilinmir. Lakin o bəllidir ki, ölkənin hüquq mühafizə orqanları toplantından informasiya sızıntısının qarşısını almaq üçün müxalif və bitərəf deputatları parlament binasından dərhal çıxarıblar.


Geri qayıt