Suriyada müxalif qüvvələr Hələbə daxil oldu .....                     Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib .....                     Qərbin “erməni sevgisi”: .....                     "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı .....                     Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır .....                     Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü .....                     Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər .....                     “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? .....                     Ülvi Quliyev vətəndaşları qəbul etdi .....                     “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” .....                     "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." .....                     Azərbaycanda əsas seysmik zonalar: .....                     Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı .....                     Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır .....                     Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib .....                     VHP bələdiyyə seçkilərində iştirak edəcək .....                     İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər .....                     "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." .....                     Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub .....                     "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi .....                     "Rusiya və İran arasında qaz ticarətinin .....                     Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? .....                     Yunanıstan özü vadar edir ki... .....                     MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı .....                     İcra başçılarının “Dream Construction Company” sevgisi .....                     "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub .....                     Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... .....                     İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? .....                     Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün .....                     Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı .....                     Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb .....                     Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... .....                     Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? .....                     Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." .....                     "Araz-2024" birgə taktiki təlimi başa çatıb .....                     Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? .....                     “Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? .....                     İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib .....                     İrəvanla Moskvanın “küsülülüyü" .....                     Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır .....                 

Bu gün İranın yeni prezidenti öz vəzifəsinin icrasına başlayır
Tarix: 3-08-2021, 08:13 | Çap et
Bu gün İranın yeni prezidenti öz vəzifəsinin icrasına başlayır
Bakı-Tehran münasibətləri ilə bağlı İbrahim Rəisidən gözləntilər, ekspertlərə görə, İran-Azərbaycan əlaqələri şəxslərdən çox, regionda vəziyyətdən asılıdır

Bu gün - avqustun 3-də İranın yeni prezidenti İbrahim Rəisi and içəcək. “Yeni Müsavat” xəbər verir ki, bununla da rəsmən öz vəzifəsinin icrasına başlayacaq. Tədbirdə İranın Ali dini lideri Ayətullah Seyid Əli Xameneyi, ölkə daxilindən və xaricindən yüksək səviyyəli qonaqlar, dövlət rəsmiləri, hərbçilər iştirak edəcək. Andiçmədən sonra Rəisi siyasi, iqtisadi, mədəni və sosial sahələri əhatə edən proqramlarını təqdim edəcək. Yəni prioritetləri açıqlayacaq.

Bizi isə daha çox maraqlandıran Rəisi dövründə Bakı-Tehran əlaqələrinin necə inkişaf edəcəyidir. Yeni prezident mühafizəkar qanadı təmsil edir və bir qayda olaraq, onların hakimiyyətdə olduğu dövrdə münasibətlər kəskinləşməyib. Üstəlik, Rəisi azərbaycanlı həmkarını Qarabağın işğaldan azad olunmasına görə təbrik edib. Bunun özü də başlanğıcda ciddi addımdır.

Ancaq mühafizəkarlar hakimiyyətə gələndə ABŞ-la əlaqələr daha da pisləşir. Düzdür, Bayden administrasiyası İran siyasətində Tramp qədər radikal kurs götürməyib, amma Tehranın nüvə siyasətinə qarşı fəaliyyətindən də qalmır.

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Rəisi dönəmində iki ölkə arasında münasibətlərdə fundamental dəyişiklik olacağını gözləmir. Onun fikrincə, İran-Azərbaycan əlaqələri şəxslərdən çox, regionda vəziyyətdən asılıdır: “Çünki regionda tərəflərin öz maraqları var. Amma nə vaxtsa İranda hakimiyyətə liberal biri gəlsə, Azərbaycana münasibətdə yumşala bilər. Hazırkı situasiyada ciddi gözləntim yoxdur. Amma İbrahim Rəisinin İlham Əliyevi torpaqlar azad olunmasına görə təbrikini jest kimi qiymətləndirmək olar. Dövlət başçısı jest edirsə, heç zaman öz milli maraqlarına zərər vermiş olmaz. O demək deyil ki, İran bununla həssas məsələdə güzəştə gedəcək”.

F.Mehdiyev güman edir ki, hər iki tərəf yaxşı qonşuluq münasibətlərini saxlamağa çalışır: “Azərbaycan və İran bir-birinə qarşı ehtiyatlı davranır. Azərbaycan milli azadlıq hərəkatına dəstək versə, İranda təsirləri güclü olacaq, Tehran bunu yaxşı bilir. İranın o qədər də Azərbaycana təsir gücü yoxdur. Azərbaycana Rusiyanın təsiri daha çoxdur. Amma qarşıda yeni dövr başlanır, irəlidə Zəngəzur dəhlizinin açılması var, bu da İranla əlaqələrə təsir edəcək”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu da bildirdi ki, İranla Azərbaycan arasında qeyri-adi dəyişiklik gözləmir. Onun fikrincə, müstəqillikdən bu yana mühafizəkarlar da, şərti adı liberal olanlar da İranda prezident kürsüsünə qalxıb, amma Azərbaycanla eyni problemlər qalıb: “Hatəmi dövründə təmasların sayı artdı, nümayəndə heyətləri qarşılıqlı intensiv səfərlər edirdilər, müxtəlif sazişlər, regional layihələr mövcud idi. Amma İran siyasətindən narazılıq da qalırdı, xüsusən müharibədə birmənalı dəstək vermədilər, bu da bizi narahat edirdi, suallara cavab ala bilmirdik. İbrahim Rəisi dönəmində də xüsusi dəyişiklik gözləmirəm”.

E.Şahinoğlu, bununla belə, regional əməkdaşlığın davam edəcəyini, qalan problemlərin həllini gözləmədiyini açıqladı: “İranın Ali dini lideri var və xarici siyasətin konturlarını o, müəyyən edir, mühafizəkarlarla liberalların hakimiyyətdə olması yuxarı-aşağı bizim üçün ciddi fərq etməyib. Məsələn, Qarabağ işğalda olanda Ruhani dövrü idi, İran şirkətləri ərazilərimizdə təmir işləri aparırdı. Bu da bizdə narazılıq oyatdı. İran tərəfdən məscidin təmirinə elə cavablar verildi ki, heç başa düşülmədi. Amma ədalət naminə deyək ki, Ruhani dövründə əməkdaşlıq genişlənib, təmaslar artıb”.

Politoloq hesab edir ki, İ.Rəisi dövründə regional layihələr davam edəcək, çünki İranın buna ehtiyacı var: “Tehran sanksiyalarla üz-üzədir, bu vəziyyətdən çıxış yolu qonşu ölkələrlə münasibətlərin inkişafından asılıdır. İran əsasən Azərbaycan və Türkiyə ilə regional əməkdaşlıqdan fayda götürə bilər”.

Siyasi şərhçi Ramiyə Məmmədova deyir ki, Rəisi dönəmi Qarabağın işğaldan azad olunduğu vaxta təsadüf edir: “İndi İran Azərbaycan siyasətində daha aydın baxışlarını ortaya qoyacaq. Regionda yeni reallıq var, Zəngəzur dəhlizi açılmalıdır, Tehranın bu məsələdə mövqeyi önəmlidir. Hər halda, Azərbaycan-İran münasibətləri gərgin bir dövr yaşamayacaq”.

Qeyd edək ki, Seyid İbrahim Rəisi 1960-cı ildə Məşhədin Noğan məhəlləsində dünyaya göz açıb. 20 yaşında Kərəc şəhərində prokuror vəzifəsində çalışan Rəisi Həmədan şəhərində də eyni postda fəaliyyət göstərib. 25 yaşında Tehrana köçərək, paytaxtın baş müstəntiqinin əvəzi olaraq fəaliyyətinə davam edib. O, 1988-ci ildə İranda siyasi və ideoloji məsələlərə görə həbs olunanların işi ilə bağlı təşkil olunmuş 4 nəfərlik heyətin üzvü olub. Ayətullah Seyid Əli Xameneyinin rəhbərliyə başlaması ilə Seyid İbrahim Rəisi Tehranın baş prokuroru təyin olunub. Sonra da müxtəlif vəzifələrdə çalışıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Bu gün, 19:06
Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Bu gün, 19:03
Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Bu gün, 18:58
"Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Bu gün, 18:53
Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Bu gün, 18:42
Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Bu gün, 18:31
Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Bu gün, 18:28
“Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Bu gün, 18:20
Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Bu gün, 18:09
“Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Bu gün, 18:02
"Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Bu gün, 18:00
Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Bu gün, 17:54
Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Bu gün, 17:45
Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Bu gün, 17:36
Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Bu gün, 17:34
VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Bu gün, 17:28
İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Bu gün, 17:24
"Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Bu gün, 17:22
Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Bu gün, 17:19
"Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Bu gün, 17:14
"Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Bu gün, 17:06
Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Bu gün, 17:03
Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Bu gün, 16:46
MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Bu gün, 16:43
İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Bu gün, 16:42
"SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Bu gün, 16:39
Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Bu gün, 16:37
İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 16:35
Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Bu gün, 16:29
Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Bu gün, 16:25
Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Bu gün, 16:24
Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Bu gün, 16:11
Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Bu gün, 16:08
Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Bu gün, 16:01
"Araz-2024" birgə taktiki təlimi başa çatıb
Bu gün, 15:58
Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Bu gün, 15:51
“Bakı Abadlıq Xidməti MMC” fəaliyyətini dayandırdı? - İLGİNC İDDİA
Bu gün, 15:40
İFADƏ VERDİ: Ağadadaş Ağayev özünü təqsirli bilməyib - MƏHKƏMƏ
Bu gün, 15:36
İrəvanla Moskvanın “küsülülüyü" - Hərbi bloka “yox”, iqtisadi bloka “hə”
Bu gün, 15:34
Ermənistan Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır - Bunun BAŞQA ADI YOXDUR...
Bu gün, 15:31
Dünyada ən çox istifadəçisi olan 35 sosial şəbəkə – Tam siyahı
Bu gün, 15:30
Kəmaləddin Heydərov rəisi vəzifəsindən azad etdi - ƏMR
Bu gün, 15:26
Rasim Məmmədovdan sonra da 3 milyonluq yeyinti olub - TƏFƏRRÜAT
Bu gün, 15:24
Asiya İnkişaf Bankına yeni prezident seçilib
Bu gün, 15:22
Həbsdən çıxan kişini arvadı evə buraxmadı: “Düşündüm ki...” – Şok təfərrüat
Bu gün, 15:17
Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilib, cinayət işi açılıb
Bu gün, 15:11
Rusiya "Oreşnik"in kütləvi istehsalına başlayıb
Bu gün, 15:08
Bayden Putini “qızıl nimçədə” Trampa verdi – Dərin ittifaq
Bu gün, 14:10
Qərbin radikal anti-Azərbaycan bəyanatlarının daha bir SƏBƏBİ
Bu gün, 14:02
"Artıq Yunanıstan hərbi məktəblərində erməni əsilli tələbələrin sayı iki dəfə artıb" - GƏRGİNLİK VAR...
Bu gün, 14:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru