Uşaqlar da koronavirusdan peyvənd edilməlidir - ÜST
Tarix: 24-06-2021, 08:04 |
Çap et
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə uşaqların koronavirusdan peyvənd olunması zəruriliyini etiraf edib.
“Report” xəbər verir ki, bu barədə ÜST-ün saytında dərc edilmiş tövsiyələrdə bildirilir.
Sənədə əsasən uşaqlar COVID-19 riski olan qrupda deyilsə, peyvənd kampaniyası tədricən olmalıdır. Vaksinasiyada əsasən yaşlılara, xroniki xəstəlikləri olanlara və səhiyyə işçilərinə üstünlük verilməlidir.
Qeyd edilir ki, uşaqlar və yeniyetmələr böyüklərdən fərqli olaraq, COVID-19-u bir qayda olaraq, yüngül formada keçirirlər.