Əsas Səhifə > Dünya > Uşaqlar da koronavirusdan peyvənd edilməlidir

Uşaqlar da koronavirusdan peyvənd edilməlidir


24-06-2021, 08:04
 Uşaqlar da koronavirusdan peyvənd edilməlidir
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə uşaqların koronavirusdan peyvənd olunması zəruriliyini etiraf edib.

“Report” xəbər verir ki, bu barədə ÜST-ün saytında dərc edilmiş tövsiyələrdə bildirilir.

Sənədə əsasən uşaqlar COVID-19 riski olan qrupda deyilsə, peyvənd kampaniyası tədricən olmalıdır. Vaksinasiyada əsasən yaşlılara, xroniki xəstəlikləri olanlara və səhiyyə işçilərinə üstünlük verilməlidir.

Qeyd edilir ki, uşaqlar və yeniyetmələr böyüklərdən fərqli olaraq, COVID-19-u bir qayda olaraq, yüngül formada keçirirlər.


Geri qayıt