ABŞ-dan Çinə Əfqanıstan “sürprizi” - bölgədə durum gərginləşir
Tarix: 20-05-2021, 08:33 | Çap et
ABŞ və NATO sülhməramlı kontingentinin Əfqanıstandan evakuasiyasına başlanmasından viran qalmış ölkədə gərginlik daha da şiddətlənib. Sabitlik və xoşbəxt həyatdan onillərdir uzaq düşən, normal yaşayışa həsrət qalan əfqanlar heç cür nicat tapa bilmirlər. Mərkəzi hökumətlə Taliban arasında bitməyən münaqişə, ölkənin terror yuvasına çevrilməsi, sərvətlərinin xarici qüvvələr tərəfindən istismar olunması nəticəsində əfqan xalqı yoxsul, səfil və ümidsiz yaşamaqdadır.
Hətta İraq, Liviya, Yəmən, Suriya kimi ölkələrdə də müəyyən qədər sabitlik yaranmaqdadır, amma Əfqanıstan heç cür qara zolaqdan çıxa bilmir. “Yeni Müsavat”ın xarici siyasət şöbəsi yazır ki, Bayden administrasiyasının ABŞ qoşunlarını bu ölkədən çıxarmaq qərarı isə vəziyyəti daha da pisləşdirib. Elə bir gün yoxdur ki, Əfqanıstanda terror, atışma, ölüm-itim baş verməsin. Analitiklər də bu qənaətdədir ki, əgər NATO sülhməramlıları bölgəni tərk edərsə, ölkə tamamilə xaos və alov içində olacaq.
Lakin indi Çin ABŞ-ın Əfqanıstanda boşalan yerini tutmağa, sülhə töhfə verməyə hazırlaşır. Xarici işlər naziri Van Yi əfqan həmkarı Məhəmməd Hənif Atmar və milli təhlükəsizlik müşaviri Həmdullah Mohib ilə telefon danışıqlarında rəsmi Pekinin bu istəklərini dilə gətirib. O, Çinin Əfqanıstandakı münaqişənin danışıqlar yolu ilə sona çatdırılmasına kömək etmək üçün diplomatik səylərini yeniləyərək müharibə edən əfqanlar arasında sülh danışıqları aparmağa hazır olduğunu açıqlayıb.
Pekin ABŞ və NATO qoşunlarının Əfqanıstandan çıxarılmasının xaosa gətirib çıxaracağından və ölkənin islamçı militantlara sığınacağa çevrilə biləcəyindən getdikcə daha çox narahatdır. Pekin həm Taliban, həm də Əfqanıstan hökuməti ilə sıx əlaqə saxlayır. Son günlərdə XİN rəhbəri Vaşinqtonu ABŞ-ın tələsik qoşun çıxarılması kimi xarakterizə etdiyi addıma görə daha çox tənqid edib və bunun Əfqanıstanda sülh prosesinə xələl gətirdiyini və regional sabitliyə mənfi təsir göstərdiyini iddia edib. Çinin narahatlığı başadüşüləndir. Çünki Əfqanıstanın şimal-şərqi ilə həmsərhəddir.
Pekin “qulağının dibində” qeyri-sabitliyin daha da dərinləşməsini arzulamır və bunu sərhədlərindən içəri daxil ola biləcəyi təhlükəsi kimi görür. Konspiroloqlar istisna etmirlər ki, Vaşinqtonun qoşunlarını Əfqanıstandan çıxarmaqda niyyəti həm də dünyada əsas rəqibi olan Çinin yaxınlığında onun üçün təhlükə saxlamasıdır. Ona görə Pekin proseslərə qarışmaq, Əfqanıstanda sülhün təmin olunmasına dəstək vermək istəyir ki, təhlükəni beşikdə boğsun, sərhədlərinə terror yaxınlaşmasın, sızmasın. Çin yaxşı bilir ki, NATO qoşunları çıxandan sonra Əfqanıstan qarışacaq, Taliban daha da aqressivləşəcək.
Bayden keçən ay Əfqanıstandakı “əbədi müharibəni” bitirmə vaxtının gəldiyini elan etmişdi və orada qalan 2500 nəfər Amerika əsgərinin mayın 1-dən başlayaraq 11 sentyabr tarixinədək ölkəni tərk etməsinə dair sərəncam imzalamışdı. NATO müttəfiqləri də Baydenin qərarına uyğun olaraq ölkədən təxminən 7000 əsgərini çıxarır. Bəs Çin ABŞ-ın Əfqanıstanda boşalan yerini tuta bilərmi? Xaraba Əfqanıstanda mümkün görünməyən sülhə Çin nə kimi töhfə verə bilər?
Politoloq Cümşüd Nuriyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Çinin çoxdan iddiası var idi ki, Amerika Asiyadan çıxsın, onun siyasi-iqtisadi missiyasını özü yerinə yetirsin: “Amma hərbi missiyasını yerinə yetirmək istəməsi dünya üçün yeni gedişdir. Ordunun təminatı cəhətdən Çin Hindistandan daha potensiallıdır. Belə şəraitdə Çinin Əfqanıstana girişi Pekinin maraqlarına uyğundur. Çünki Talibanın islam qanadının Çində uyğurların yaşadığı bölgəyə sızmasından narahatdır. Ancaq inanmıram ki, Əfqanıstan Çinin öz ərazisinə girməsinə imkan versin”.
C.Nuriyev hesab edir ki, Baydenin qərarı da anlaşılandır: “Amerika prezidentinin qoşunlarını oradan çıxarmaq istəyi var. Daha istəmir ki, amerikalı əsgər başqa bölgədə ölsün və hərbi xərcləri də həddindən çoxdur. Onun boşalan yerinə isə Rusiya heç cürə girə bilməyəcək, əfqanlarda ruslara böyük nifrət var. Amma Əfqanıstan Çini də buraxacaqmı, çətin məsələdir. Taliban buna razılıq verəcəkmi?”
Siyasi şərhçinin fikrincə, Əfqanıstanda yaxın dövrdə sabitlik olması mümkünsüzdür: “Çünki ölkədə islam fundamentalizmi ilə sivil islam arasında güclü qarşıdurma var. Həmid Kərzainin prezident olduğu vaxtlarda ölkədə narkotik şəbəkəsi genişlənmişdi. İndi Əfqanıstanda ayrı cür yaşamaq mümkün deyil. Onlar narkotiki əksələr də, satmaq imkanları yoxdur.
Çünki ABŞ özü təşkil edirdi və satırdı. Əfqanıstanın heç bir sərvəti yoxdur, heyvandarlıqla dövlətin büdcəsini saxlamaq olmaz. Ona görə orada sabitlik olmayacaq və Taliban yeni işğal siyasəti həyata keçirəcək. Buradan Tacikistanın da problemləri çoxalacaq və Rusiyanın narahatlığı artacaq".
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, ABŞ Əfqanıstanı tərk etsə də, Asiyada güclənməyə çalışır: “ABŞ Asiyada NATO-ya bənzər hərbi blok yaratmaq istəyir. Bu, ABŞ prezidenti Co Baydenin əsas təhlükəsizlik hədəflərindən biridir. Bayden son zamanlar bu haqda açıqlamalar da verib. ABŞ Əfqanıstanda qarşısına qoyduğu hədəflərə tam çata bilmədi. Taliban məğlub olmadı, qruplaşma əvvəlkitək Əfqanıstanda böyük gücə sahibdir. Bunun nəticəsidir ki, Vaşinqton Talibanla bir neçə il savaşdıqdan sonra qruplaşmanın nümayəndələri ilə üçüncü ölkədə dialoqa başlamaq məcburiyyətində qaldı.
Rəsmi Kabil hazırda Amerika ilə işbirliyi içərisində olan hökumətin nəzarətindədir. Vaxtilə SSRİ də eyni siyasəti həyata keçirmiş və Kabili taleyin ümidinə buraxmışdı. SSRİ-nin hərbi birlikləri 1988-ci ildə Əfqanıstanı tərk etdikdən sonra Kabildəki rejim müxalif qüvvələrin təzyiqi qarşısında tab gətirmədi. Tarix təkrarlana bilər. Taliban pusqudadır".
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• KTMT Rusiya-Belarus və Tacikistanı əhatə edən bir təşkilat səviyyəsindədir - FAKT BUDUR!
Bu gün, 07:17 |
|
|
|
• Rusiyaya yeni cəbhə açıldı: Kreml nə edəcək? - GƏLİŞMƏ
Bu gün, 07:15 |
|
|
|
• DSX-nın əsgərinin müəmmalı ölümü: Baş leytenant həbs edildi - DETALLAR
Bu gün, 06:32 |
|
|
|
• Bakıdan Makrona göndəriləsi “hədiyyə” - FOTO
Bu gün, 06:23 |
|
|
|
• Rusiyanın “kölgə donanmasını” dayandırmaq mümkündürmü? - İNCƏLƏMƏ
Bu gün, 00:36 |
|
|
|
• Tovuzun kəndlərində məktəblər niyə boşalır? - NƏ ETMƏLİ?
Bu gün, 00:34 |
|
|
|
• "Ağızlarına gələni oxuyurlar, camaat da rəqs edir" - ETİRAZ
Bu gün, 00:30 |
|
|
|
• Benzinin qiymətini kimə həvalə etməli? - AKTUAL
Bu gün, 00:28 |
|
|
|
• Məktəblər bağlanır, yoxsa rasionallaşdırılır? - ARAŞDIRMA
Bu gün, 00:25 |
|
|
|
• Milli Arxiv İdarəsində təmir işləri bu şirkətə - HƏVALƏ EDİLDİ
Bu gün, 00:05 |
|
|
|
• Yeni lizinq şirkəti təsis edilib
Bu gün, 00:02 |
|
|
|
• Azərbaycan Ukraynaya soğan göndərə bilər? – Bunun üçün…
Dünən, 22:27 |
|
|
|
• Tiflis məhkəməsi qərar verdi: - Əfqan Sadıqov Bakıya gətirilir
Dünən, 22:23 |
|
|
|
• Mirzoyan finlandiyalı həmkarı ilə Azərbaycanla sülh prosesini müzakirə edib
Dünən, 19:38 |
|
|
|
• Suriyada müxalif qüvvələr Hələbə daxil oldu - Güclü döyüşlər gedir
Dünən, 19:06 |
|
|
|
• Beş vəkilə xəbərdarlıq olunub, dörd vəkilə töhmət verilib
Dünən, 19:03 |
|
|
|
• Qərbin “erməni sevgisi”: - “Makron öz marağını təmin etmək üçün...”
Dünən, 18:58 |
|
|
|
• "Respublikanski"nin təmirə bağlanması xəstələri çətinə saldı - Baş həkim nələri açıqladı?
Dünən, 18:53 |
|
|
|
• Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı danışıqları dayandırır - BU DA BELƏ...
Dünən, 18:42 |
|
|
|
• Polşanın birinci xanımı İrəvanda separatçılarla görüşdü
Dünən, 18:31 |
|
|
|
• Hərbi attaşelər "Azərkosmos"u ziyarət ediblər
Dünən, 18:28 |
|
|
|
• “Pilot Residence” camaatın QƏSDİNƏ DURUB? - BU NƏDİ BELƏ?..
Dünən, 18:20 |
|
|
|
• Ülvi Quliyev vətəndaşları qəbul etdi - FOTO
Dünən, 18:09 |
|
|
|
• “Paşinyanla Baqratın "dəllək"ləri fərqlidir...” - REPLİKA
Dünən, 18:02 |
|
|
|
• "Sənə seksin abreviaturasını versəm və səni qane eləsə..." - Kamran Ağabalayev
Dünən, 18:00 |
|
|
|
• Azərbaycanda əsas seysmik zonalar: - Hansı ərazidə neçə bal zəlzələ ehtimalı var?
Dünən, 17:54 |
|
|
|
• Dövlət qurumu 1,2 milyonluq geyimləri bu şirkətdən aldı - TENDER NƏTİCƏSİ
Dünən, 17:45 |
|
|
|
• Səhiyyə Nazirliyi 6 ədəd “Hyundai” alır – 255 min manata
Dünən, 17:36 |
|
|
|
• Avropa Şurası Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib
Dünən, 17:34 |
|
|
|
• VHP bələdiyyə seçkilərində iştirak edəcək - AÇIQLAMA
Dünən, 17:28 |
|
|
|
• İcra başçısının nümayəndəsinin ölkədən çıxışına qadağa qoyula bilər - SƏBƏB
Dünən, 17:24 |
|
|
|
• "Bakı səfərindən sonra şərti sərhəddə "binokl şousu"nda iştirakı..." - Seyidov sərt danışdı
Dünən, 17:22 |
|
|
|
• Azərbaycanda BOKT-nin rəhbərliyində dəyişikliklər olub - ADLAR
Dünən, 17:19 |
|
|
|
• "Zerkalni" nömrə biznesi adı ilə dostunun pullarını ələ keçirdi - TƏFƏRRÜAT
Dünən, 17:14 |
|
|
|
• "Rusiya və İran arasında qaz ticarətinin Azərbaycanın "adına yazılması" Qərbin növbəti təxribatıdır"
Dünən, 17:06 |
|
|
|
• Əvəz Temirxan bələdiyyə seçkilərində iştirak edəcək? - Özü açıqladı
Dünən, 17:03 |
|
|
|
• Yunanıstan özü vadar edir ki... - ŞƏRH
Dünən, 16:46 |
|
|
|
• MN-nin tabeliyində olan müxtəlif hərbi hissələrdə mənimsəmə ilə bağlı daha bir maliyyə xidmət rəisinin məhkəməsi başlayır
Dünən, 16:43 |
|
|
|
• İcra başçılarının “Dream Construction Company” sevgisi - İcazə verin şübhələnək...
Dünən, 16:42 |
|
|
|
• "SAT-SAS-2024" təlimində növbəti tapşırıqlar icra olunub
Dünən, 16:39 |
|
|
|
• Yüksək faizli endirimlər, mağazadan-mağazaya qaçan alıcılar... - "Black friday"in əsl məqsədi ortaya çıxdı
Dünən, 16:37 |
|
|
|
• İnternet üzərindən satılan dərmanlara necə nəzarət olunur? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:35 |
|
|
|
• Ədliyyə Nazirliyi bu partiyaların ləğv olunması üçün məhkəməyə müraciət etdi
Dünən, 16:29 |
|
|
|
• Rusiya İrəvanın üzərində “nüvə çətiri”ni açdı - KİV
Dünən, 16:25 |
|
|
|
• Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıb - VİDEO
Dünən, 16:24 |
|
|
|
• Ermənistana bu dəfə Yunanıstan silahları gəldi... - Sülh gündəliyini bağlamaq istəyən kimlərdir?
Dünən, 16:11 |
|
|
|
• Bu partiya liderləri bələdiyyə seçkilərinə qatılacaq? – Maraqlı cavablar
Dünən, 16:08 |
|
|
|
• Qənirə Ataşova: "Bu klinikalar həkim "düzəltmək"lə məşğuldur..." - Müsahibə/Yeni şok faktlar
Dünən, 16:01 |
|
|
|
• "Araz-2024" birgə taktiki təlimi başa çatıb
Dünən, 15:58 |
|
|
|
• Rubl "vuruldu": Rusiyada işləyən azərbaycanlıları nə gözləyir? - AKTUAL
Dünən, 15:51 |
|
|
|
|